Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə257/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   253   254   255   256   257   258   259   260   ...   299

354 

 

ruhiyyəni  dəyişdirə  bilər.  Deleqat  rəisi  doktor  Qarabəyli  general-qubernatorun  bu  məsələ  ətrafındakı  bütün 



tədbir və hərəkətini təsvib edir, haqlı görür. 

Bir  də  baykot  məsələsindən  bəhs  etdikdə  deyir  ki,  general-qubernator  razı  ola  bilməzdi  ki,  ermənilər  külli 

miqdarda  ərzaq  alıb  onunla  da  əşqiya  dəstəsini  təmin  etsinlər.  Mən  sizi  inandırıram,  cənab  Qarabəyov,  ki, 

əhalini ərzaqdan məhrum etdikdə əşqiyanın heç vecinə də olmayır. Onlar sizdən, bizdən çox tapırlar, mütəzərrər 

dinc əhali olur. 

Bir də bunu qeyd etməlidir ki, hadisat zamanı hökuməti-məhəliyyənin rolu nə imiş və necə rəftar etmişdir. 

Sabiq natiq Çubaryanı tənqid edərkən elə isnad verdi ki, guya o, general-qubernatoru talan  əmələ gətirməkdə 

ittiham edirmiş. Xeyir, elə deyildir. O şeylər ki, Şuşada olmuşdur, heç kəs deyə bilməz və deməyir ki, Şuşada 

erməniləri qırmaq üçün hazırlanmış imiş. Bu ancaq geniş dairədə icra edilmiş (bəlkə ingilislərin də rizasıyla) bir 

nümayiş idi ki, erməniləri qorxudaraq, Azərbaycan Cümhuriyyəti hökumətinə tabe olmağa, general-qubernatoru 

qəbula məcbur etmək  məqsədi ilə vaqe olmuşdur. Ərz etdiyim  kimi burası pak böyük dairədə icra edilmiş bir 

nümayiş idi; və əgər bir xəta və səhv olmuşsa, mən demirəm ki, general-qubernator tərəfindən bir cinayətdir. 

Yoldaşım da belə deməyir. Biz deyirik ki, bu ehtiyatsızlıqdır. Nəticədə müəyyən müsadimələrə bais ola biləcək 

tədbirlər görmək və bunu də əhaliyə xəbər verməmək ehtiyatsızlıqdır. Nə üçün general-qubernator bunu danır. 

Nə üçün deyir ki, bu iş nümayiş məqsədi ilə deyildi. Köç yolunu mühafizə üçün idi. Gərək ermənilərin və gərək 

müsəlmanların  iztirab  və  həyəcan  içində  olduğunu  nəzərə  alsanız  görərsiniz  ki,  general-qubernator  belə  bir 

halda o cür tədbirlər görmək mümkün olmadığını bilməyə bilməzdi. Çünki ermənilər belə anlamışlar ki, onları 

qırmaq hazırlıqları görülür. Ona görə də silahlı 

[814 - 815] 

adamlarını qaraulların müqabilinə çıxarmışlardır. İki 

müsəlləh qüvvə qarşı-qarşıya durmuşdur. Belə bir zamanda vəziyyət müşkül, xalq həyəcanlı olan bir halda heç 

əhəmiyyəti  yoxdur  kim  qabaqca  küllə  atmışdır.  Bilxassə  ki,  aralarında  nizama  tabe  olmayan  adamlar  dəxi  az 

deyilmiş.  Şuşa  hadisəsini  ehtiyatsızlıq  hesab  etmək  olursa,  Qaybalı  hadisəsi  hökumətin  fəaliyyətsizliyi  və 

səhlənkarlığından başqa bir şey deyildir. Dün Qarabəyov isbat edirdi ki, general-qubernatorun kömək vermək və 

qırğının önünü almaq imkanı yoxmuş. Yoldaşlardan bəziləri deyirlər ki, orada müsadirə olmuşdur, xeyir, orada 

qırğın vaqe olmuşdur. 

Deyirlər  kömək  vermək  üçün  17  verst  dolama  yol  getmək  lazım  gəlirdi.  Halbuki  firqə  ərkani-hərbi  iqamət 

edən  Xankəndi  ilə  Şuşa  arasında  telefon  var.  Bu  surətdə  istəsəydilər  qırğının  önünü  almaq  üçün  telefonla 

binaqozarlıq edə bilərdilər. Amma etməmişlərdir. Deyirlər etmişlər, fəqət kec olmuşdur. Yox, belə deyil. Nədən 

hamı  bilirdi,  amma  general-qubernator  bilməyirdi  ki,  qırğın  var.  Deyirlər  ki,  erməni  dəstələrinin  hücumu 

təhlükəsi varmış; mən qəti surətdə deyirəm ki, şəhərə heç erməni dəstəsi gəlməyirmiş və kələ bilməzdi. Hərbi 

idarələr  belə  şaiyət  əsasıyla  iş  görməzlər.  Onlar  kəşfiyyatçı  göndərər,  nə  olduğunu  bilərlər.  Odur  ki,  demək 

olmaz  ki,  kömək  göndərmək  mümkün  deyildi.  Bir  də  deyirlər  ki,  orada təqdim  edilmiş  olan  çin  əsgəri  deyil, 

məhkəmə  məmurlarına  məxsus  bir  şey  olduğundan  kürdlərin  iştirak  etdiklərinə  bir  dəlil  deyildir.  (?)  Binaən-

ileyh Qaybalı kəndlilərin sübutları əsassızdır. Amma adətən mütəzərrirlərin şəhadəti əgər cərh edilməzsə dəlil 

hesab  olunur.  Deyirlər  Qaybalıya  kömək  göndərmək  olmazdı,  çünki  sair  kəndlərin  də  köməyə  ehtiyacı  vardı. 

Fəqət, həzərat, qabaqça Qaybalı mütəzərrir olmuşdur. Binaən-ileyh sair kəndlərdən Daşaltı və sairlərinə hücum 

edilməsindən bəhs olunmaz. Çünki onlar sonradan olmuş imişlərdir. 

Bu işlərin hamısına, adi deyil, dövlət nöqteyi-nəzərindən baxılarsa, demək olar ki: əvvəla general-qubernator 

belə hadisələrdə müsəlləh camaatın iştirakını məqul bir əmr sayırmış. 

Müsəlmanların  özlərinin  dediklərinə  görə  orada  müdafiə  komitəsi  var.  haman  komitə  erməni  sərhəddinə 

müsəlləh adamlar göndərmişdir. Mən deyirəm ki, bu böyük xətadır, çünki general-qubernator 

[815 - 816] 

özü 


təkrar bəyan etmişdir və heyət buna şərikdir ki, general-qubernatorun ixtiyarında hər növ nizamsızlığı yatırmaq 

üçün lazım gələn miqdarda müsəlləh müntəzəm qüvvə var idi. 

Davada  nizama  tabe  olmayan  camaat  özü  əldə  silah  iştirak  etmişdir.  Şahidlərdən  birisi  deyir  ki:  bizim 

müdafiə  komitəmiz  var.  Belə  ittifaqlar  da  Könüllü  müsəlləh  adamlar  çıxarır.  Bunlar  heç  bir  nizama  tabe 

olmayıbdır. Mən hər şeydən ziyadə diqqətinizi buna cəlb edirəm. Zira gələcəkdə burası bir ixtilaf və müsadimə 

mənbəyi və qanun asayişi təhdid edici bir təhlükə ola bilər. 

Bir mühüm məsələ də var: hadisatdan sonra heç bir təftişat və istintaq olmamışdır. On gün sonra bizim heyət 

getdi, hələ istintaq yox idi. Məncə bu iş Qaybalının qırğınından bətərdir. Çünki cəza verilmədikdə camaat elə 

güman edər ki, insanın kefi nə istəsə edə bilər. 

 

Azərbaycan, 16, 17, 18, 20 iyul 1919, N 226, 227, 228, 229. 




355 

 

 



№ 54 

 

Əlli dördüncü iclas 

 

10 iyul 1919-cu il. 

 

Rəis - Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacınski. İclas açılır saat 12-45 dəqiqədə 

Rəis - İclas açılır. Bugünki Ruzinameyi müzakirat böylə tərtib edilmişdir. (Oxuyur): 

1) - Daxil olmuş kağızlar; o cümlədən: 

a) Hökumət işləri idarəsi cünbundə xüsusi şöbə təsis haqqında qanun-layihəsi; b) Azərbaycan cümhuriyyəti 

hökumətinin  qanunnamə  və  əmrnamələri  məcmui  nəşri  xüsusunda  qanun  layihəsi;  v)  hökumət  işləri  idarəsi 

xüsusi şöbə ştatının smetası; q) hökumət işləri idarəsi xüsusi şöbəsinin ümumi məxaric smetası; d) Azərbaycan 

cümhuriyyəsi hökumət qanunnamə və əmrnamələri nəşri məxaric smetası; e) Maliyyə nəzarəti şurası haqqında 

qanun layihəsi. 

[816 - 817]

 

2)  -  Hökumət  əndində  xüsusi  təftişat  və  təhqiqat  komisyonu  təşkili  haqqında  qanun  layihəsi;  3)  -  Poylu 



stansiyonunda gömrük idarəsi təsisi haqqında qanun layihəsi; 3-cü qiraət, məruzəçi Abduləli bəy Əmircanov; 4) 

-  Gömrük  idarələrində  anbar  vergisi  miqdarının  artırılması  haqqında  qanun  layihə-si  3-cü  qiraət.  Məruzəçi 

A. Əmircanov; 5) - Bakı gömrüyünə ştatının təzyiqi haqqında qanun layihəsi, 3-cü qiraət. 

6 - Gürcüstan cümhuriyyətindəki Azərbaycan siyasi nümayəndəliyi cünbündə maliyyə nəzarəti agentliyinin 

təşkili  haqqında  qanun  layihəsi.  3-cü  qiraət;  Məruzəçi  A. Əmircanov;  7  -Ermənistan  sərhəddində  (Uzun  Tala) 

gömrük  idarəsi  qarşısında  gömrükxana  təsisi  haqqında  qanun  layihəsi.  3-cü  qiraət.  Məruzəçi  Əmircanov;  8  - 

Xəzinə  nəfinə  buğ  qazanlarından  alınan  verginin  artırılması  haqqında  qanun  layihəsi.  Məruzəçi  Abdulla  bəy 

Əmircanov; 9 - Məclisi-müəssisan seçkisi haqqında qanun layihəsi. 3-cü qiraət. Məruzəçi M. Ə. Rəsulzadə; 10 - 

Sənaye şəhadətnaməli qiymətlərinin artırılması haqqında qanun layihəsi. Məruzəçi Şəfi bəy Rüstəmbəyov; 11 - 

Hüquq  məhkəməsi  nizamnaməsinin  91,  383,  328  ilə  cəza  məhkəməsinin  141,  834,  49,  438,  643,  114,  323 

maddələrinin  təğyir  və  təbdili  haqqında  qanun  layihəsi.  Məruzəçi:  Mehdi  bəy  Hacınski;  12  -  Dəniz  boyu, 

idarələrində  gəmi  vergisi  alınması  haqqında  qanun  layihəsi,  məruzəçi  Abdulla  bəy  Əmircanov;  13  -

Ermənistanda  bulunan  müsəlman  qaçqınlarına  yardım  etməkdən  ötrü  smetadan  xaric  olaraq  3  milyon  rüblə 

buraxılması haqqında qanun layihəsi. Məruzəçi Musa bəy Rəfiyev; 14  - Zəngəzur qəzası qaçqınlarına yardım 

etməkdən ötəri smetadan xaric olaraq 1.875.000 rüblə buraxılması haqqında qanun layihəsi. Məruzəçi Musa bəy 

Rəfiyev. 

Daxil olmuş qanun layihələrindən birinci - 2, 3, 4, 5 və 6-cı bütün 6-sı da ləvayehi-qanuniyyə komisyonuna 

gedir.  Ruznaməyi  müzakiratda  olan  2-ci  məsələ  ki,  ibarət  olsun  hökumət  indidə  xüsusi  təftişat  və  təhqiqat 

komisyonu təşkili haqqında qanun layihəsi və 10-cu məsələ ibarət olsun sənaye şəhadət-namələri qiymətlərinin 

artırılması  haqqında  qanun  layihəsi,  məruzəçiləri  Şəfi  bəy  Rüstəmbəyovundur.  Şəfi  bəy  xəstə  olduğundan  bu 

gün iclasa gəlməyə iqtidarı yoxdur, ona görə bu məsələlər bugünkü növbədən götürülür, bu gün baxılmayacaq. 

(Rusca). Əgər bu cür tərtibata etiraz yoxsa qəbul olunur. Növbədəki 

[817  -  818] 

məsələ  Poylu  stansiyonunda 

gömrük idarəsi təsisi haqqında qanun layihəsinin 3-cü qiraətidir. (Divani-rəyasətə təklif verilir). 

Müzakirə olunan layiheyi-qanuniyyə münasibətilə keçən dəfə 2-ci qiraət əsnasında bir təklif varid olmuşdu. 

Bu təklifin məzmunu böylə idi ki, layiheyi-qanuniyyəni qəbul etməklə bərabər parlaman hökumətə təklif edir ki

qonşu  millətlərlə  gömrük  məsələsi  haqqında  sazişə  girsin.  Çünki  bu  təkliflərin  qanunun  əsasına  münasibəti 

yoxdur.  Bu  bir  xahişdir.  Ona  görə  maddələrlə  səsə  qoyulmaz.  Çünki  maddələrə  dəxli  yoxdur.  Bu  ancaq  bir 

arzudur. 



Səməd ağa - (yerindən rusca). 

Rəis  -  Xahişi  qanuna  salmaq  olmaz.  Bu  xüsusi  bir  arzudur,  ancaq  bəratilqövlə  salarıq  və  hökumətə  xəbər 

verərik. (Katibə). Mehdi bəy, oxuyun layihəni. 



Katib 

Layihənin birinci maddəsini oxuyur. 



Rəis - Birinci maddə xüsusunda danışmaq istəyən yoxdur ki? Yoxsa, səsə qoyuram. Əvvəlinci maddəni kim 

qəbul edirsə, əlini qaldırsın. (Əllər qalxır). Əvvəlinci maddə əksəriyyətlə qəbul olunur, 2-ci maddəni oxuyun. 



Katib - (2-ci maddəni oxuyur).

[818 - 819]

 

Rəis  -  İkinci  maddəni  səsə  qoyuram.  Kim  2-ci  maddəni  qəbul  edirsə,  rica  edirəm,  əlini  qaldırsın.  (Əllər 

qalxır). 2-ci maddə əksəriyyət səs ilə qəbul olunur. 3-cü maddəni oxuyun. 



Katib - 3-cü maddəni oxuyur. 

Rəis - 3-cü maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 3-cü maddə 

əksəriyyət  rəylə  qəbul  olunur.  Layiheyi-qanuniyyəni  tamamilə  səsə  qoyuram.  Kim  layiheyi-qanuniyyəyi 

tamamən  qəbul  edirsə,  rica  edirəm,  əlini  qaldırsın.  (Əllər  qalxır).  Layiheyi-qanuniyyə  tamamən  qəbul  olunur. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə