Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə259/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   255   256   257   258   259   260   261   262   ...   299

358 

 

Rəis -  6-cı maddəni səsə qoyuram, kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 6-cı maddə 

əksəriyyət rəylə qəbul edilir. 7-ci maddəni oxuyun. 

Katib 7-ci maddəni oxuyur. 

Rəis  - 7-ci  maddəni səsə qoyuram,  kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). 7-ci maddə 

əksəriyyət rəylə qəbul edilir. 8-cini oxuyun. 



Katib - 8-ci maddəni oxuyur. 

Rəis - 8-ci maddəyə keçən səfər 2-ci qiraəti əsnasında 2 təshih təklif olunmuşdur. Birinci Səmədağa Ağamalı 

oğlu tərəfindən, biri də Papyan tərəfindən. Səmədağa Ağamalı oğlunun təklifi böylə idi ki, 8-ci maddənin son 6 

sətri ixrac olunsun. Bu təklif keçən dəfə qəbul edilməmişdi. Papyanın təklifi böylədir ki, seçki siyahısına daxil 

olunub  intixab  vaxtından  hüququnu  qeyd  etmiş  şəxslər  4  və  5-ci  maddələrə  görə  seçki  hüququndan  məhrum 

edilirlər. Bu təshih səsə qoyulub parlaman tərəfindən qəbul edilmişdi. (Rusca). Eyni surətdə səsə qoyulub 8-ci 

maddəni Papyanın parlaman tərəfindən qəbul olunmuş təshihilə səsə qoyuram. (Səslər). Ağamalı oğlunun təklifi 

də  keçən  dəfə  qəbul  olunmuşdu;  səsə  qoyuram.  Papyanın  təklifilə  bərabər.  Kim  səkkizinci  maddəni  ikinci 

qiraətdə parlaman qəbul etdiyi surətdə qəbul etdiyi kimi qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). 

Əksəriyyət  rəylə  8-ci  maddə  Papyanın  təshihilə  keçir.  Müsaidə  versəniz.  Layihənin  2-ci  babilə  iktifa  edib 

növbədəki başqa məsələlərə 

[823 - 824]

 keçirik. Nakaz da buna yol verir. Növbədəki məsələyə keçmədən əvvəl 

5 dəqiqəlik tənəffüs elan edirəm. Tənəffüs elan edilir. 

 

Tənəffüsdən sonra 



 

Rəis - İclas davam edir. Növbədəki 11-ci layiheyi-qanuniyyədir. Məruzəçi Mehdi bəy Hacınski. 

Mehdi  bəy  Hacınski  - Möhtərəm məbuslar! Ədliyyə naziri bizə bir qanun layihəsi göndərib, yazır ki, axır 

zamanlarda  gündən-günə  məhkəmələrdə  işlər  təxirə  düşür.  Səbəbi  budur  ki,  şahidlər,  mütəxəssislər  və  bəzi 

şəxslər  vaxtında  işə  gəlməyirlər.  Bunun  qarşısını  almaq  üçün  əvvəldən  bir  cərimə  qoyulubdur.  Lakin  cərimə 

azdır. On manatdır. Ona görə deyilir ki, bundan nə olacaq, on manat cərimə verib işə gəlməyir. Bunun üçün iş 

qalır.  Buna  görə  ədliyyə  naziri  qanun  layihəsində  bu  cərimələrin  artırılmasını  xahiş  edir.  Layehi-qanuniyyə 

komisyonu  baxıb,  bununla  razı  olub.  Ədliyyə  nazirinin  layihəsində  deyilir  ki,  şahidlər  və  mütəxəssislər  sülh 

məhkəməsinə  gəlməyən  şəxslər,  əkər  onların  yaşadıqları  yerlər  5  verstdən  uzaq  olmazsa  onların  cərimələrini 

artırıb  2  manat  50  qəpikdən  iki  yüz  manat  cərimə  edilsinlər.  İkinci  kərə  ye-nə  məhkəmə  işinə  gəlməyəndə 

cərimə edilsinlər. Üçüncü dəfə onları zor ilə. Əgər bir mütəxəssis, bir şahid şəhərdə ola, onlar müəyyən vaxtda 

gəlməsələr, birinci dəfə onlar 5 manatdan iki yüz manata qədər cərimə edilsinlər. 

Cinayət qanun məhkəməsində müqəssir dəlməzsə onun barə-sində sadir olmuş əqd öz gücündə qalsın. Yəni 

cinayət  işlə-rində  lazım  olan  şəxslər  əvvəlinci  dəfə  cərimə,  ikinci  dəfə  yenə  cərimə,  üçüncü  dəfə  zorla 

məhkəməyə gətirilsinlər. 

Cinayət işlərində müstəntiq bir şahidi çağırarsa, o gəlməzsə, 500 manat cərimə edilsin. Əyər gəlməsə zorla 

gətirilsin.  Əyər  nahiyə  məhkəməsi  idarəsinə  şəhid  gəlməsə  min  rubladək  ziyadə  cərimə  olsun.  Əgər  o  şahidin 

gəlməməsilə iş təxirə düşüb və bir ziyan olarsa, onun boynuna kəsilsin. Ədliyyə  məhkəməsində mütəxəssislər 

işə  gəlməsə  250  manat  cərimə  edilməsini  maliyyə  nəzarəti  təklif  edir.  Bu  qanun  ədliyyə  nəzarəti  tərəfindən 

təqdim edilib, ləvayehi-qanuniyyə komisyonu da qəbul eyləyib, parlamandan rica edir ki, təklifi qəbul eyləsin. 



Rəis - Kim danışmaq istəyir. 

Səslər - Oxusun, layihəni üzündən oxusun. 

Rəis - Layihəni maddə-maddə oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis  -  Layihənin  əsasları  üzərində  kim  danışmaq  istərdi.  Yoxsa  2-ci  qiraətinə  keçmək  məsələsini  səsə 

qoyuram,  kim  qəbul  edirsə,  rica  edirəm  əlini  qaldırsın.  2-ci  qiraətinə  keçmək  qəbul  olunur.  (Mehdi  bəyə) 

Oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis  -  Mehdi  bəy,  siz  maddəbəmaddə  oxuyunuz.  91-ci  maddədəndir.  Müqəddimə  lazım  deyil.  91-ci 

maddədən başlayınız. 



Katib - 91-ci maddəni oxuyur. 

Rəis  -  Bu  91-ci  maddənin  söylənən  şəkildə  təğyir  xüsusunda  kim  danışmaq  istərdi.  Etiraz  yoxsa  qəbul 

olunur. 383-cü maddəni oxuyunuz. 



Katib - 383-cü maddəni oxuyur. 

Rəis - 383-cü maddəni bu cür təğyirinə etiraz yoxsa, bu da qəbul olur. 528-ci maddəni oxuyunuz. 

Katib - 528-ci maddəni oxuyur. 

Rəis - 528-ci maddəyə etiraz yoxsa qəbul olunur. 

Katib - 141-ci maddəni oxuyur. 

Rəis - 141-ci maddə xüsusunda kim danışmaq istəyir. Etiraz yoxsa, bu maddə də qəbul olunur. 


359 

 

Katib - 834-cü maddəni oxuyur. 



Rəis - Bu maddə xüsusunda etiraz yoxdur, bu da qəbul olunur. 

Katib - 49-cu maddəni oxuyur. 

Rəis - 49-cu maddə xüsusunda etiraz yoxsa, bu da qəbul olunur. 

Katib - 438-ci maddəni oxuyur. 

Rəis - 438-ci maddə xüsusunda etiraz yoxdur, qəbul olunur. 

Katib - 643-cü maddəni oxuyur. 

Rəis - 643-cü maddəyə etiraz yoxsa qəbul olunur. 

Soltan Məcid (yerindən) - Bu barədə bir müsaidə veriniz. 

Rəis - Nə buyurursunuz. 

Soltan Məcid - Bu maddə barəsində danışmaq istəyirəm. 

Rəis — Buyurunuz! Söz Soltan Məcid Qənizadənindir. 

Soltan Məcid - Bu maddənin cəriməsi böyük olur. Cərimə olunanın üstünə cərimədən başqa məhkəmə xərci 

də  gəlir. 

[825  -  826] 

İkinci  dəfə  şahid  gəlməsə  üstünə  min  manata  qədər  cərimədən  başqa  məhkəmədə  olan 

məhkəmə xərcləri də gəlir. Əvvəla böylə işlər olsun ki, böyük olsun. Məsəl üçün para məsələsi olsun. Cərimə 

çox  ola  bilər.  Amma  şahidi  böylə  cərimə  eyləmək  naməlum  çıxır.  Məlum  deyil  ki,  olunan  cəriməyə  şahidin 

gücü çatır, çatmır. Tutaq ki, çatsa da o qədəri almaq olmaz, çox çoxdur. İkinci dəfə çox cərimə olsun 1000 azdır. 

2 min olsun, hər halda müəyyən olsun. 



Rəis - Kim daha bu barədə danışmaq istərdi. Daha bu barədə danışmaq istəyən yoxdur. Layihə təklif edildiyi 

kimi səsə qoyuram. Son söz məruzəçinindir. 



Mehdi  bəy  Hacınski  -  Komisyon  bu  təklifə  razı  olar.  Özünüz  bilirsiniz.  Əksər  ovqat  şahidlər  gəlməyib, 

məhkəmə işinə müşkülat törədirlər. Çoxusu qəsdən gəlməyirlər ki, məsələn 100 manat cərimə verəcəyəm, işlər 

də təxirə düşər. Ona görə cərimə ağır olmalıdır ki, ondan qorxub gəlsinlər. Bu məsələyə komisyonda çox fikir 

verildi və hər tərəfli diqqət edilib və nəzərə alındı ki, şahidlər gəlməyirlər, işlər təxirə düşür, çox zərərli olur və 

aradan müşkülat çıxır. Ona görə komisyon bu təklifə razı ola bilməz. 

Soltan Məcid - Müəyyən deyil, mən təklif eyləmişəm, müəyyən olsun. 

Rəis  -  Mən  təklifi  səsə  qoya  bilmərəm.  Yazmışsınız,  cərimənin  qədəri  müəyyən  olsun.  Cərimənin  qədəri 

müəyyəndir. 



Soltan Məcid (yerindən) - Müəyyən deyil. 

Rəis  -  Müəyyəndir.  Min  manatdan  artıq  olmaz.  Bu  barədə  söz  verək?  Söz  verə  bilmərəm,  çünki  son  söz 

məruzəçinin idi. Təklifinizi müəyyən surətdə yazın verin. (Soltan Məcid təklifini yazıb verir). 



Rəis  -  Soltan  Məcid  Qənizadə  cənablarının  təklifi  belədir.  "Cəriməyə  kifayət  edib,  zərərləri  tələb  etmək 

olmasın. (Ruscaya tərcümə edir). Bu təklifi səsə qoyuram. Kim Soltan Məcid Qənizadənin təklifini qəbul edirsə 

rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Kim əleyhinədir? (Əllər qalxır) .Kim səs verməyib. (Əllər qalxır). Rica 

edirəm  səsdə  iştirak  edəsiniz.  Dübarə  səsə  qoyuram.  Təshihi  oxudum.  Yenidən  oxuyuram.  (Oxuyur).  Əslən 

maddənin  təshihi  böylədir.  Kimsə  üzrsüz  şahid  gəlməzsə  min  manata  qədər  cərimə  edilir.  Şahidin  gəlməməsi 

[826 - 827]

 nəticəsi olaraq məhkəmənin iclası baş tutmazsa məhkəmə xərci də ondan alınır. Kim Soltanməcidin 

təklifini  qəbul  edirsə  rica  edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır).  Kim  əleyhinədir.  (Əllər  qalxır).  Kim  səs 

verməyib. (Əllər qalxır). Lehinə 14, əleyhinə 29, səs verməyən 4. Əksəriyyət rəylə təklif qəbul olunmayır. 643-

cü maddəni layihə təklif etdiyi kimi səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). 

Əksəriyyət rəylə təklif qəbul olunur. 

Katib - 114-cü fəsli oxuyur. 

Rəis - 114-cü maddəyə etiraz yoxdursa, qəbul edilir. 323-cü maddəni oxuyun. 

Katib - 323-cü maddəni oxuyur. 

Rəis  -  323-cü  maddə  xüsusunda  etiraz  yoxsa  qəbul  olunur.  Etiraz  yoxdur,  qəbul  olunur.  Layihənin  3-cü 

qiraəti  qalır  gələn  iclasa.  Növbədəki  məsələ  dəniz  boyu  idarələrində  gəmi  vergisi  alınması  haqqında  qanun 

layihəsidir. Məruzəçi Əbdüləli bəy Əmircanovdır. 

Əmircanov - Keçmişdə bir qanun var idi ki, xaricdən Rusiya sularına gəlib və çıxan gəmilərin tonuna dövlət 

xəzinəsi nəfinə 10 qəpik alınırdı. Gəmilərdən bir parası həmin vergidən azad olunurdu. O cümlədən su altından 

gedən  teleqraf  xətlərinə  baxıcı  gəmilər  var  onlardan  vergi  alınmazdı.  Xüsusi  hökumət  gəmiləri  vardı  ki, 

hökumət işlərinə baxırdı onlardanda alınmazdı. Sabiq hökumət bəhri Xəzəri özününkü hesab edirdi. Ona görə 

bəhri-Xəzər  gəmilərindən  bu  vergini  almayırdı.  Şimdi  bəhri-xəzərin  dörd  tərəfi  xarici  dövlət  hesab  olunur. 

Nazirin təqdim etdiyi layiheyi-qanuniyyədə Bakıdan xaricə çıxan və gələn gəmilərin hər tonuna 10 qəpik deyil 

20 qəpik alınması təklif edilir. Tonda 61 putdur. Maliyyə-büdcə komisyonu bu layihəni qəbul edirkən 20 qəpiyi 

az görmuşdir, çünki gəmilərin sərnişinlərindən və yüklərdən aldığı məbləğ artmışdır. Məsələn, buradan Salyana 

200  manata  gedirlər.  Mallardan  putuna  8-9  manat  kirayə  alırlar.  Gəmilər  indi  Hacıtərxan  yaxınına  gedirlər. 

Maliyyə-büdcə komisyonu qəbul eylədiyi gəmilərin hər tonundan 20 qəpik deyil, 50 qəpik alınsın. Bakıda olan 

gəmilərin 10-dan 9 payı işdədir ki, buna görə ildə yeddi milyon ton [yük] daşıyan gəmilər Bakıdan çıxıb Bakıya 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə