Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə267/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   263   264   265   266   267   268   269   270   ...   299

372 

 

Sədr - Çünki sosialistlər tərəfindən verilən təklif yalnız arzu olduğundan səsə qoymayacağam. Çünki qanun 

deyildir. Arzu sifətilə də hökumətə bildiririk. Etiraz yoxdur ki. Lakin "İttihad"ın təklifini səsə qoyacağam. 

Qara bəy - Uzatmaqdır, öylə bir şey olmamışdır. 

Sədr  - Sultan Məcid, təklif barəsində buyurunuz. Qənizadə qaçqınlar barəsində belə söhbət oldu ki, onlara 

köçmək lazımdır. Onlara öküz də kotan da vermək lazımdır. Böylə söhbət oldu ki, Şamaxı qaçqınları da var. 

Onlar öz əlimizdədir. Onlara buğda, öküz, kotan indicə verilə bilməz. Lakin Zəngəzur əhvalatı fənadır. Onları 

qoymayırlar rahat yaşasınlar. 



Sədr - Natiq əfəndi, təklif barəsində danışınız. 

Qənizadə  -  Bəli,  onların  həyatları  təmin  edilməmiş,  kömək  də  fayda  etməz,  çünki  öküz  də  versək,  deyib 

əllərindən alacaqlar. Onların həyatlarını hökumət əvvəlcə təmin etsin. Sonra kömək edilsin. 



Sədr - Sizin burada ayrı təklifiniz var. 

Qənizadə - Bu da, təklifimiz də qəbul edilsin, təmin olunsun. 

Sədr - Burada müəyyən təklifiniz vardır. Onu səsə qoyacağam. Mən səsə qoyuram. hər kəs bu təklifi qəbul 

edirsə, rica edirəm əlini qaldırsın. 



Qarabəy - Bu təklif ittihaddan deyil. 

Sədr  -  Rica  edirəm  sakit  əyləşəsiniz.  Burada  "İttihad"  fraksiyonundan  yazılıbdır.  Buyurunuz, 

baxınız. Bəlkə siz oxumamısınız. Katib, oxuyunuz nə var. 



Qarabəyov - Qənizadənindir. 

Qənizadə - Təklifi yalnız mən yazmışam. 

[854 - 855]

 

Sədr  -  Sultan  Məcid  Qənizadənin  təklifini  səsə  qoyuram.  Kim  qəbul  edirsə  rica  edirəm  əlini  qaldırsın. 

Əksəriyyət ilə qəbul edilir. Layihəni səsə qoyuram. 



Katib - Layiheyi-qanuniyyəni oxuyur. 

Sədr  -  Kim  layiheyi  qanuniyyənin  qəbul  edilməsi  tərəfdarı  isə  əlini  qaldırsın.  (Əllər  qalxır).  Kim 

əleyhinədir? (Əllər qalxır). Kim səs verməyib? 



Qənizadə (yerindən) - Vse ravno, o pulu da yiyəcəklər. 

Sədr - Rica edirəm... yemək məsələsi yoxdur. 

Layiheyi-qanuniyyə əksəriyyət ilə qəbul edilir. 



Sədr  –  Növbədəki  məsələ  Zəngəzurda,  Ermənistanda  bululan  anlara  smetada  xaric  olaraq  üç  milyon  rubla 

buraxılması  haqqında  qanun  layihəsidir  ki,  Ermənistandakı  müsəlmanların  halı  qayət  fənadır.  Onlara  heç  bir 

tərəfdən müavinət olunmayır. 

Ermənistanda olan siyasi nümayəndəmiz bizə xəbər verir ki, erməni hökuməti öz qaçqınlarına kömək etdiyi 

halda sahibsiz qalan müsəlmanlara müavinət etməyir. O halda onlara müavinət və yardım etmək bizə borcdur. 

Bunun  üçün  də  3  milyon  rüblə  istənilir,  tainki  bu  pula  lazım  gələn  məmulat  alınıb  göndərilsin  və  məmulat 

oradakı ağlara paylansın. Bu barədə kim danışmaq istərdi. 

Sədr - Söz Rzayev Bağır bəyindir. 

Bağır bəy - Möhtərəm məbuslar! İrəvanda bu axır vaxtlarda bir çox hadisələr vüqo bulmuşdur. Nəticədə bir 

çox  müsəlmanlar  fəlakətlərə,  müsibətlərə  düşdülər  və  yüzlərcə  kəndlər  dağıdıldı  və  əhalisi  başqa  yerlərə 

getdilər. bir qismi şimdi öz yerlərinə qayıdırlar, çoxusu isə daha yerlərinə qayıtmamışlardır. Bunlar özgə yerdə 

fəna halda yaşayırlar. Bir il əvvəl İrəvanda 22 min nəfər müsəlman yaşayırdı. Bu müsəlmanların çoxusu İrəvanı 

tərk  etdilər  İndi  xırda-xırda  qayıdırlar  və  evlərini,  əşyalarını dağılmış  görürlər. Əllərindəki  pullarını  itirmişlər. 

Bunlara  şimdi  müavinət  lazımdır.  Əgər  erməni  hökuməti  öz  qaçqınlarına  etdiyi  müavinəti  müsəlmanlara  etsə 

idi,  əlbəttə  iş  bu  hala  müncər  olmazdı.  Yetişən  xəbərlərdən  anlayırıq  ki,  Erməni  hökuməti  müsəlman 

qaçqınlarına  kömək  etmir  və  fəlakətsədə  müsəlmanların  gözləri  bizdədir,  bizdən  kömək  gözləyirlər.  Mən  öz 

firqəmiz  tərəfindən  rica  edirəm  ki,  ümumi-xeyriyyə  nəzarəti  bu 

[855  -  856]

  köməyi  qəbul  edib  və  məhəllinə 

çatdırsın və bir az əvvəl göndərilən pullar kimi olmasın. Tiflisdə hotellərdə yeyilməsin. Tələb edilən pul yerinə 

yetsin,  bu  pul  çox  deyildir  və  onları  əski  hallarına  qaytara  bilməsə  də,  onlar  heç  bir  zaman  bizim  bu 

yaxınlığımızı və bizi həmişə yad edəcəklər. 



Sədr - Söz Qarabəy Qarabəylinindir. 

Qarabəy ("İttihad") - Həzarat! Bu qısaca qanun layihəsinin üstündə sizə oxunan sətirlər zahirən kiçik bir şey 

kimi  nəzərə  gəlirsə  də  amma  mənası  böyükdür.  Bu  məsələni  Zəngəzur  və  Şamaxı  qaçqınları  məsələsi  kimi 

tərəqqi edəməyiz. Deyirlər İrəvanda olan müsəlman aclarına 3 milyon para verilsin. Görək bununla məsələ həll 

olunurmu?  Yalnız  bununla  İrəvanda  və  quberniyasında  olan  ac-susuz  müsəlman  qardaşlarımızın  halı  təmin 

edilirmi? Onlara kömək olunurmu? Ya yolda gedirkən yolçuya bir qəpik, 50 qəpik verilmiş kimi olacaqdır. Bu 

məsələ  bütün  siyasi  məsələdir.  Bunu  neçə  ki  ianəyə  açılan  kömək  kimi  tələqqi  etmək  mümkün  deyil.  İrəvan 

quberniyasında  görülən  hallar,  hadisələr,  müsəlmanlara  edilən  zülmlər  məlumdur.  Böylə  olan  şeylər  anarxiya 

vaxtında  mümkün  olan  şeylərdir.  Bizdə  də  Azərbaycanda  olmuşdur.  Müsəlmanları  ermənilər  qırırdı. 

Yerlərindən çıxarırdılar. Uyezdləri boşaldıb özləri otururdular. Məsələ buradadır ki, bu hal indi də davam edir. 

O vaxt hökumət yox idi, anarşi, hərc-mərc var idi. Bu cür hərəkətlərin önünü almaqdan aciz qalırdır. İmdi isə 




373 

 

bizim  də,  onların  da  hökumətimiz  var,  dövlətimiz  var.  Borcumuzdur  məsuliyyəti  qəbul  edək.  Baxınız, 



Qarabağda  kiçik  məsələ  olmuş,  hələ  də  üstündə  əlləşirik.  Amma  belə  hadisələr  orada  yomiyyə  hallardır.  Hər 

gün  orada  müsəlmanlar  kəsilir,  evləri  dağılır.  Ermənilər  onların  yerlərini  zəbt  edib,  hətta  onlara  çörək  də 

vermirlər.  Səfirimizdən  teleqraflar  gəlmiş,  daha  başqa  nümayəndələrimiz  gəlib,  səfirimizdən  kağız  gətiriblər. 

Ərizələr  var  ki,  müsəlmanlar  Azərbaycan  nümayəndəsinə  şikayət  edirlər  ki,  bizim  halımıza  baxın.  Onları 

evlərindən  çıxarıblar,  yurdlarını  dağıdıblar.  (Mərkəzdən  səslər:  ―Eyib  olsun!  eyib  olsun!‖).  Bunlara  heç  bir 

tərəfdən  kömək  olunmayır.  Erməni  aclarına,  erməni  hökuməti  tərəfindən  və  Amerika  heyətindən  güclü  taxıl 

gətirilib  verilib.  Amma  oradakı  müsəlmanların  hamısı  başdan-başa  ac,  paltarsız  qapıdan-qapıya  dolanırlar. 

halları  xeyli  pisdir.  Yalnız  İrəvanda  bir  minə  qədər müsəlman  acı  vardır  ki,  durub  kəndlərindən  uzaq  yerlərə 

gedib dilənməyə halları yoxdur. Yalnız müsəlmana olan kömək iki min nəfər üçündür ki, darını qaynadıb adama 

bir çaşqa verirlər. İki mindən çox ölənlər var. 30 min-dən ziyadə olaraq orada müsəlman qaçqınları vardır ki, 

nümayəndəmiz  rəsmi  surətdə  xəbər  vermişdir.  Ərizələr  ki,  yüzü  var  o,  ərizələrdən  və  bura  göndərilən 

teleqraflardan  görünür  ki,  bütün  bu  işlər  müsəlmanlara  qarşı  tətbiq  edilən  bir  sistemadır.  Amma  burada  isə 

qışqırıq qaldırıb, dava edirlər ki, ay belə oldu, ermənilərə zülm oldu. Qarabağda hərci-mərcilik olduğu zaman, 

ermənilərə  təzyiq  yapmışlar.  Onun  üçün  çığırtı-bağırtı  salınır.  Amma  indi  Ermənistanda  müsəlmanlara  rəsmi 

dövlət, hökumət ola-ola bu cür işlər tətbiq edilir. (Mərkəzdən səslər: "Eyib olsun! eyib olsun!"). Ermənistanda 

müsəlmanlar  üçün  bu  hal  ilə  yaşamaq  mümkün  deyildir.  Az-çox  varı  olanlar  var-yoxlarını  heç  müqabilində 

ermənilərə satıb oradan çıxıb getməyə məcbur olurlar. Oradan gündə gələnlər var, deyirlər ki, şəhərdə hökumət 

nəzəri  qarşısında,  ingilis  heyəti  gözü  qarşısında  müsəlmanlara  yaşamaq  mümkün  deyildir,  Nəinki  gecə-

gündüzlər belə müsəlmanlar rahat kəsə bilmirlər. Qonşu-qonşuya köməyə gələ bilmir. Sonra şikayət edirlər ki, 

onların dərdlərinə, hallarına baxılmır. Müsəlman  kəndlərində olan müsəlmanları kəndlərdən çıxarıblar. İrəvan 

aclar  ilə  doludur.  Xahiş  edirlər  ki,  onlar  kəndlərinə  gedib  ot  ilə,  ələfiyyat  ilə  yaşasınlar.  Amma  onları  kəndə 

buraxmayıb deyirlər ki kənddə, 45 ev varsa hamısı ermənilər ilə dolub artıq müsəlmanlar gələ bilməz. Xülasə 

rəsmi  xəbərlərə  görə  ermənilər  müsəlmanlara  olmazın  zülmlər  edirlər.  Qabaqda  da  ediblər.  Qəbiristanlığın 

daşlarını belə çıxardıb, qəbiristanlığalığı dağıtmışlar. Məscidlərin qapısını, pəncərələrini cıxarıb aparıblar. 

Damını  uçurub  orada  rəzalətlər  yapırlar.  Bu  işlər  haqqında  Ermənistan  hökumətinə  şikayət  olunursa  da 

hökumət laqeyd baxıb, heç bir iqdamatda bulunmur. 

Bir  xanım  gəlib  buraya,  adı  Tərlan  xanımdır.  O  söyləyir  ki,  orada  dolanacağı  dolanacaq  olmadığından  öz 

evimi satmaq istədim. Bu evin pulu  əlimdə qalmaq üçün. Evimi almaq istəyən erməniyə dedim ki, gəl burada 

doqovor  bağlayaq  pulunu  mənə  Gəncədə  veriniz.  Amma  bu  pullar  bu  vaxtadək  hələ  də  gəlib 

[857  -  858

]

 

çatmayıb.  Gördünüz  orada  müsəlmanların  halı  necədir  və  nə  təhər  orada  yaşayırlar.  Halbuki,  hər  zaman  bizə 



qarşı  o  dövlətin  nümayəndələri,  həmməzhəbləri  bizi  müttəhim  etməkdən  çəkinmirlər.  hər  yerdə  bizim 

haqqımızda  qəzetlərdə  min  cür  iftiralar  və  yalanlar  yazırlar.  Bizi  vəhşi  adlandırırlar.  Doğrudan  insafla 

davranmaq  lazımdır.  Neyçin  orada  hökumət  bu  ki-mi  vəhşiliklərə  məsul  olmasın,  neyçin  bunların  qarşısı 

alınmasın.  Dünən  qəzetlərdə  oxuduq  ki,  Ermənistanda  olan  bəzi  qanunsuz  hərəkətlərdən  ötəri  bizim 

nümayəndəmiz bir nota vermiş. O notaya verilən cavabda deyilir ki, bizim hökumətimiz eylədir ki, orada heç 

böylə  şeylər  olmaz.  Onun  üçün  verdiyimiz  notaya,  özünün  daxili  işlərinə  qarışmaq  kimi  qəbul  edib-etiraz 

ediyor.  Amma  bir  həqiqət  də  var.  Bu  həqiqəti  nə  edəcəksən.  Bunu  gizlətmək  olurmu?  Bunu  elə  kəndlər 

dağılanda on minlərlə, yüz minlərlə müsəlman əhalisi acından qırılanda, kimsə onlara müavinət etməyəndə, biz 

onlara müavinət etməliyik. erməni qaçqınlarının keçəcəyi yerlərdə ərzaq mərkəzləri və qeyri bu kimi müavinət 

edən nöqtələr tərtib verilir ki, ermənilər ac qalmasınlar və müşkülat çəkməsinlər. Müsəlmanlara bəylə müavinət 

edilməsə də barı onlara pul ilə satın çörək satılsın. 

Halbuki, bu da yoxdur. Budur ki, öz qardaşlarımıza, çünki onlar hər zaman özlərini bizim qardaşımız hesab 

edilər, müavinət etmək, onların fəryadına yetişmək bizim borcumuzdur. 

Bunun  üçün  fikir  verilsin,  görək  Azərbaycandamı  vəhşət,  ədalətsizlik  və  qanunsuzluq  hökmrandır,  yoxsa 

orada. Məəttəəsüf biz hər zaman səsimizi çıxartmayırıq. halbuki, onlar indi bir qədər bir çibini filə döndərirlər. 

Bunların hamısı mümkün olan şeylərdir. Bunların çarəsi gərək düşünülsün,  bu pullar verilsin haman İrəvanda 

olan qrajdanlara onların dərdi bizim dərdimizdi. Üç milyona bir şey etmək olmaz. Onlara ciddi kömək. lazımdır. 

Lazım  olan  yerlərə  müraciət  etməlidir.  Çörəyi  onlardan  əsirgəməmək  olmaz.  Amma  ciddi  surətdə  deyirəm, 

hökumət gərək düşünsün, biz bunu qəbul etmiriz. Üç milyon deyil, yüz milyon da olsa azdır. Kömək olacaqdır. 

Hətta lazım olsa müsəlmanlar öz qardaşlarını qurtarmaq üçün öz həyatlarını da verəcəklər. 



Sədr - Söz Qənizadə Sultan Məcidindir. 

[858 - 859]

 

Qənizadə - Rzayev cənabları ki, irəvanlıdır. O danışandan sonra daha mənə danışmaq az qalır. Bizim burada 

danışığımız  ancaq  sentimentalni  bir  şeydir.  Guya  biz  kəffarə  verməklə  cənnəti  boynumuza  alırıq  və  daha  bir 

vəzifəmiz  yoxdur.  Orada  qardaşlarımızı  kəsirlər,  öldürürlər.  Məqsədləri  odur  ki,  müsəlmanlardan  bir  dənə 

qalmasın. Ata-baba yerlərindən tərk olsunlar. Ruhları belədir. Biz istəsək 3 milyon deyil yüz milyon verək bir 

çarə  olmayacaqdır.  Vaxtaki  politika  dediyim  kimidir.  Biz  nə  qədər  pul  versək,  borcumuzu  vermiş  olmarıq. 

mənim əqidəm böylədir, Müsəlman həbsi qırıldığından, yerdə qalanları da ac və yolçuluğa möhtacdır. Əllərini 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə