Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə269/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   265   266   267   268   269   270   271   272   ...   299

375 

 

Böylə  danışıqlar  eşidənlər  arasında  ixtilafa  və  ədavət  səbəb  ola  bilər.  Ələlxüsus  o  adamlar  ki,  ola  bilər  şəxsi 



ədavətləri olsun bu işlərdən yeni yanğın qaldıra bilərlər. Necə ki, Səməd ağa ərz eylədi. 

Abbasqulu (yerindən) - Səməd ağa heç bir şey ərz eləmədi, ancaq stakanı sındırdı. 

Haçı Kərim Saniyev (davam edərək) - Bu işlərin zərəri dəyir o adama ki, qonşusu ilə ədavətə etmək istəmir. 

1905-ci il-də də böylə oldu. 



Səslər - Po suşestvu, po suşestvu. 

[861 - 862] 



Hacı  Kərim  Saniyev  - Po suşestvu  ərz edəcəyəm böylə ianələr neçə dəfə göndərilib. Bir dəfə Ağaxan və 

Mirbağırova  verildi  ki,  aparıb  qaçqınlara  versinlər.  Onlar  Bakıda  qoydular  ciblərinə,  bunu  biz  bilirik  Milli 

komitə adına iki vaqon buğda aparıb Tiflisdə satıb pulunu ciblərinə qoymuşdular. Onu da biz bilirik. 

Abbasqulu - Eyb olsun onlara. 

Hacı Kərim - İrəvan qaçqın və aclarına axır dəfə göndərilən pullar qaçqınlara paylamaq əvəzinə "Oriyant" 

qastinində  yemək  içində  gizləndiyini  də  biz  bilirik.  O  millətpərəstlər  ki  iki  milləti  vuruşdurub  bir-birinə 

qırdırmaq istəyirlər. İrəvanda da var. Cəfərqulu xan əvvəlcə xalqı qızışdırıb bir-biri ilə vuruşdurur, sonradan da 

Ordubada  gedib.  Cəfərqulu  xan  Kəlbəli  xan  əvvəlcə  xalqı  qızışdırıb  bir-biri  ilə  vuruşdurur  sonradan  da 

Ordubada gedib, Ordubad camaatını Ermənistana tabe etmək istəyirlər. Əvvəlcə xalqı vuruşdurub, sonra özləri 

erməni  başqa-ları  ilə  bir  yerdə  kef  çəkirlər.  Amma  orada  fəqirlər  qırılır.  Bunlar  da  millətpərəstlərdir.  Biz  onu 

demək  istəyirik  ki,  həqiqi millətpərəst  olsunlar,  cəmaət  qırdırmasınlar.  Çöllüləri  arvad-uşağı  dağlarda,  özü  isə 

aranda  biçindədir.  Aranı  qarışdırıb  onların  arvad-uşaqlarının  qırılmasına  bais  olmasınlar.  Biz  bu  ianənin 

verilməsi  tərəfdarıyıq,  bu  şərt  ilə  ki,  bu  ianə  həqiqətdə  möhtaclara  gedib  çatsın.  Mən  bilirəm  ki,  erməni 

hökuməti müsəlmanlara ianə verib Novobayadiz, Basarkeçər tərəflərə evə 500 manat pul paylayıbdır. Öz pulu, 

ya Amerika pulu, onunla işim yox bu qədər. Mən sübut edirəm. 

Abbasqulu (yerindən) - Başımızı yarıb cibimizə qoz tökürlər. 

Sədr - Sırada natiq olmadığından son söz məruzəçinindir. 

Musa  bəy  Rəfiyev  -  Burada  əsasən  kömək  etməyə  etiraz  edilmədi  və  ancaq  arzu  edildi  ki,  pul 

göndərilməsin,  məmulat  göndərilsin.  Buna  bir  söz  deyə  bilmərəm.  Fəqət  Malxazyan  cənabları  söylədi  və 

göstərdilər  ki,  Ermənistanda  olan  müsəlmanların  halları  Ermənistan  rəisi-vükəlasi  -  Xatisovun  elamnaməsinə 

görə  pis  deyil.  Fəqət  bizim  söylədiyimiz  rəsmi  xəbərlər  üzərinədir  ki,  onları  biz  rəsmi  nümayəndəmizdən 

almışıq. Bu rəsmi xəbər çoxdur. Mən ancaq onların bir neçəsini sizə söyləmək istəyirəm ki, məlum olsun ki, biz 

söylədiklərimizi  əllərimizdə  olan  rəsmi  sənədlərdən  söyləyirik.  (Oxuyur).  Bu  bir  teleqram,  ikinci  teleqramı 

oxuyur. 

[862 - 863]

 

Səslər - Eyib olsun! 

Üçüncü teleqram, onu da oxuyuram. (Oxuyur). Bir neçə teleqram bizim rəsmi nümayəndəmizdən gəlib, ona 

inanmaya  bilmərik.  Onun  yazdığına  görə,  Ermənistandakı  müsəlmanların  halı  ğayəz  fənadır.  Öylə  bir  idarə 

yoxdur  ki,  onların  halına  baxsın,  nəzər  aparsın.  Mənim  söylədiyim  əlbəttə  bir  propoqanda  kimi  oldu.  Qanun 

layihəsinə  əsasən  etiraz  olunmadı,  fəqət,  burada  söylənildi  ki,  3  milyon  manatlıq  məmulat  alınıb  göndərilsin. 

Onlar ac qalmasınlar. 



Sədr (Mehdi bəyə) - Mehdi bəy, layihəni oxuyunuz. 

Mehdi bəy - Layihəni oxuyur. 

Sədr  -  Layiheyi-qanuniyyəni  səsə  qoyuram.  Kim  qəbul  edirsə  rica  edirəm  əlini qaldırsın.  Əksəriyyət  rəylə 

qanun layihəsi qəbul edilir. 

Beş dəqiqəlik tənəffüs elan edirəm. 

 

Tənəffüsdən sonra 



 

Sədr  -  İclas  davam  edir.Divani  riyasətə  Şamaxı  uyezdi  tərəfindən  Azad  bəy  Şıxəlibəyovun  parlaman  üzvü 

seçilməsi  xüsusunda  bəratülqövl  və  başqa  kağızlar  gəlmişdir.  Bunlar  verilir  etimadnamə  komisyonuna  sonra 

"İttihad" komisyonu tərəfindən bu məzmunda bir təklif varid olmuşdur. (Oxuyur). 

Sədr - Bu təklif barəsində kim danışmaq istərdi? Pepinov buyurunuz. 

Əhməd  Cövdət  -  Mən  bu  təklifin  əleyhinə  söyləmək  istərdim.  Zənn  edirəm  "İttihad"  fraksiyası  bu  təklifi 

verərkən bilib ki, qarşımızda bir çox həlli lazım mühüm məsələlər vardır. Təbiyyət və seçki qanununa o qədər 

mühüm deyil, ondan təcili və mühüm qanunlarımız vardır. Şəhər idarələrinə seçki qanunudur. Çünki bu işlərin 

pozuq  olmasında  hamı  hökumət  və  parlamanı  məsul  tuturlar.  Bir  də  torpaq  qanunudur  ki,  komisyonda  həll 

olunub,  bizə təqdim  olunmuşdur.  Elan  qabağımızdadır.  Bunlara  gərək  təcili surətdə  baxılsın.  Bunlardan  başqa 

yenə bir çox təcili məsələ vardır. Əgər tətil istəsəniz, bu qanunlar yenə qalacaqdır və hökumət məcbur olacaqdır 

ki,  qanunları  geri  buraxıb  və  o  məsələlərə  əhəmiyyət  verməsin.  Onsuz  da  on  gün  tətil  etdik.  Buna  ehtiyac 

yoxdur, zənn edirəm. Gedərlər işlər qalar. Biz işlərimizi daha da artırmalıyıq ki, mühüm məsələləri tezliklə həll 

edə bilək. 

[863 - 864]

 

Sədr - Söz Qarabəylinindir. 



376 

 

Qara  bəy  -  Təklif  başqa  səbəbə  görə  vaqe  olubdur.  Məsələ  buradadır  ki,  Bakı  əhvalı  böylədir  ki,  avqust 

ayında burada oturub işləmək əsla mümkün olmayacaqdır. Əgər oturub çalış-saq bir nəticə əldə ediləcəkmidir? 

Lakin olmayacaqdır. Cəmi 3-ə kimi iclasımız olacaq. Bu qədər vaxtda nə qədər zəhmət çəkəcəksən ki, bütün 

qanunlara  baxıb  qurtara  biləsən.  Bir  ay  tətil  etmək  və  oturmaq,  işlərimizə  əsla  təsir  etməyəcəkdir.  Onsuz  da 

naxoşlayırlar.  Məzuniyyətə  gedib  gəlməyirlər.  Bu  əziyyətləri  ki,  indi  çəkəcəksiniz.  Bir  ay  istirahətdən  sonra 

çəksək olmazmı? Bir ay içərisində çalışacaq olursaq xeyir deyil daha zərər görəcəyik. Nümayəndələr yorulacaq 

və  sonra  qışa  çata  bilməyəcəklər.  Gələcəkdə  intixab  kimi  mühüm  məsələlər  vardır.  Bunlar  ilə  məşğul  olmaq 

mütləqa  istirahət  lazımdır.  Təki  sonra  iş  rahatlıq  ilə  kedə  bilsin.  Və  illah  məsələlərin  təxirə  düşməsi  üçün 

deməyirik. 



Sədr - Məsələni müzakirəyə qoyub-qoymamaq haqqında söz Mahmudov Mustafaya verilir. 

Mahmudov - Bu tətil barəsində Əhməd bəyin sözlərində iştirak edərəm. Ayın birində ki, tətil təklif edirlər, 

haman  gündən  bir  çox  mühüm  məsələlər  müzakirəsinə  başla-malıyıq.  Burada  bir  çox  məsələlər  haqqında 

danışdılar, amma torpaq məsələsini unutdular. O barədə danışılmadı. Bu məsələ həll edilməsə parlaman heç bir 

yana gedəməz. Bilmirik ki, bu aya qədər başımıza nə gələcəkdir, nə bəlalar görəcəyik. Siz görürsünüz ki, siyasət 

təqib  edilir,  bilmirik  sabah  nə  kimi  fövqəladə  bir  əhval  ola  biləcəkdir.  Ona  görə  təklif  edirəm  məsələ 

müzakirədən tamam götürülüb səsə qoyulmasın. 



Sədr - Təklif var səsə qoyulmasın, etiraz yoxdurmu? Yoxsa müzakirədən götürülür. 

Qara bəy (yerindən) - Etiraz var. 

Sədr  - Dedim, etiraz olmadı. Təklif var ki, tətil məsələsi əsla səsə qoyulmasın. (Əllər qalxır). Kim təklifin 

əleyhinədir?  (Əllər  qalxır).  Kim  səs  verməyib?  Əksəriyyət  rəy  ilə  qərar  qoyulur  ki,  tətil  məsələsi  müzakirə 

olunsun səsə qoyulsun. 

Sədr - Parlamanın tətili haqqında kim danışmaq istər, üç həftəyə kimi tərəfdardır. Üç həftə, yaxud bir ay? 

Səslər - Bir həftə. 

[864 - 865] 



Sədr - Məclisi-məbusan intixabı, yer, torpaq məsələsi. Şəhər seçkiləri və sairə kimi mühüm məsələlər vardır. 

Üç həftəyə etiraz yoxmu? 



Səslər - Yox. 

Katib - Müsaidə buyurunuz. 

Sədr - Buyurunuz. 

Katib  -  Burada  tətil  məsələsi  müzakirə  olunur,  anlaşılır  ki,  üzvlər  istirahət  etmək  istəyirlər.  Fəqət  mühüm 

qanun layihələri müzakirəyə qoyub, keçirdikdən sonra tətilə iqtam etmək olar. Müzakirə edildikdən sonra tətil 

ola bilər. Buna etiraz yoxmu? Onda bu qayda qəbul edilir. 

Səslər - Büdcə və darülfünün məsələləri də var. 

Sədr  -  O  halda  bu  cür  qərar  ola  bilməz.  Mən  məsələni  büsbütün  növbədən  götürüb,  növbədəki  məsələyə 

keçirəm. 



Qara bəy - Onda tətil məsələsi qışa qalar. 

Sədr - Pedaqoji kurs barəsindəki layihəyə keçirəm. 

Əhməd Cövdət (oxuyur və sözünə davamla) - Hökumətin qərarına görə türkcə müəllimlər hazırlamaq üçün 

on  yerdə  -  Qubada,  Qusarda,  Gəncədə,  Şuşada,  Səlyanda,  Göyçayda,  Qazaxda  müəllimlər  kursu  açılacaqdır. 

Qazaxda  məktəb  hələ  başlamayacaqdır.  Köçəri  olduqlarından  payızda  işə  başlayacaqlar.  Bakıda  bir  zükür,  bir 

ünas məktəbi məlumdur. Zükür məktəbi 96 tələbədən ibarət açılmış, ünas qismində isə 30 müəllimə vardır. Bu 

müəllimlərin  çoxusu  ətraflardan  gəlmişlərdir.  Bunlar  halən  müəllimdirlər,  qalanlarıda  payızda  imtahan  verib, 

müəllimlik  edəcəklərdir.  Darülmüəllimin  qurtarmış  müəllimlərimiz  azdır,  çünki  özlərinə  başqa  işlər 

tapmışlardır.  İndiki  müəllimlərimiz  məəttəssüf  ibtidai  məktəbi  bitirənlər-dəndirlər.  hökumət  qət  etmişdir  ki, 

onların  yol  xərcini  verməklə  bərabər  burada təmin  maaş  olaraq hər  birinə  20  min  manat  gündəlik  verilsin  və 

kursda hər dərsə müəllimlərə 100 manat mükafat verilir. 

Bu surətlə kurslarda dərs deyən müəllimlərə 12 min rüblə, 24 min rüblədə müəllimlərə və bütün kurs üçün də 

1.190.000 rüblə məsarif göstərilir. 

Bu kursların hər birində bir müfəttiş olacaqdır ki, hər birinin maaşı 2500 manatdır. Bu kursların hər birində 

50  nəfər  oxuyur.  hər  birinə  gündə  60  manatdan  iki  ayda  yüz  həştad  min  manat  eylər.  Kursda  dərs  verən 

müəllimlərə hər dərsi 

[865 - 866]

 nə yüz manatdan həftədə 30 dərsə, ayda on iki min, iki ayda 24 min manat, 

hər  kursa  ləvazimat  almaq  üçün  5  min  manat  iki  ayda  10  min  manat  50  nəfərin  yol  xərci  biri  400  manatdan. 

Bunların da yolun uzaq, yaxınlığı münasibətilə bəzisinə yüz, bəzisinə də bəlkə 500 veriləcəkdir. Ümumiyyətlə 

400-dən götürülmüşdür ki, 50 adama 20 min manat yol xərci eylər. Hər bir kursun iki ayda 239.000 manat xərci 

var. On yerdə kurs açılıb. Hamısının xərci 2.390 min manat pul edir. Nəzarət xahiş edir ki, bu pullar verilsin. 

Nəzarət hökumətin 20 milyonluq fondundan yarım milyon alıb bu kurslara xərcləmişdir. 

Bu  kurslardan  qəti  surətdə  nə  qədər  gözəl  nəticələr  gözləmək  olmaz  ki,  məsələn  müəllimləri  tamamilə 

öyrədib  bir  müəllim  buraxsın.  Bunu  gözləmək  artıqdır.  Amma  müəllimlər  bir  yerə  cəm  olurlar,  hər  halda 

mənfətbərdar olacaqlar. Bu iki milyonki pul verilir, hər halda cəmaətin əqlini açmağa və maarifinə sərf olunur. 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə