Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə271/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   267   268   269   270   271   272   273   274   ...   299

378 

 

Qaybalı kəndi büsbütün sarsıldı. Orada iki yüz adam tələf olmuşdur. Zaqafqaziyanın halı bu saat eylədir ki, 



doğrudan  da  200  adam  nəzərə  bir  şey  gəlmir.  Lakin  Şuşada  Qaybalı  kəndinin  paqromı  bir  cinayətdir,  bir 

dəlilikdir. Deyilə bilər 

[868 - 869]

 ki, Xosrov bəy iyi, ya fəna adamdır. Mən onu tanıyıram. Lakin heç bir kimsə 

ona xain deyə bilməz. Çünki şübhəsiz ki, bir xəyanətlik yoxdur. Poqrom barəsində general-qubernatorun heç bir 

suifikri  və  sui-qəsdi  olmamışdır.  Sonra  dokladların  birisində  yeni  tənzim  olunmuş  Azərbaycan  əsgərlərini 

müttəhim  etmək  istəyirlər.  Mən  deyirəm,  hər  yerin  əsgərləri  arasında  o  cümlədən  də  Azərbaycan  əsgərləri 

içərisində  ola  bilər  fəna  adamlar  tapılsın.  Bu  bir  təəccüblü  şey  deyildir.  Özünüz  görürsünüz  ki,  mənim 

məziyyətimdə  bulunan  iki  nəfər  əsgəri  cinayət  yapdıqları  üçün  boğazından  asdılar.  Ola  bilir,  onlar  bütün 

mövcudiyyətimizi müdafiə edirlər. Lakin cinayətə görə onları da asdılar. Söyləmək ki, Qarabağ əsgərləri nizamı 

pozub, cinayət yapmışlar, bu mümkün deyildir, yalandır. 

Səslər - Yalandır, biz qoymarıq... rədd edirik. 

Nəsib  bəy  - İnsafı olan təsdiq edər ki, bizim ərkani hərbimiz erməni məzlumları üçün bir məcrə olmuşdur. 

Hər  kəs  orada  həyatının  təmin  olduğunu  görürdü.  Şuşada  əsgərlərimiz  asayişi  təmin  və  təcdid  etməyə 

çalışmışlardır. Mən böylə əsgərlər ilə başqa şey deyil yalnız iftixar edərəm. (Alqış). Deyirlər, nə üçün əsgərlər 

vüquatın qarşısını almadılar və Qaybalı kəndinin mühafizə etmədilər? 

Möhtərəm  əfəndilər!  Əvvala  vüqatın  necə  olduğunu  bilmirlər.  Cəmaət  bir-birini  yemək  istəyir.  Şuşa  od 

içində  yanır.  Əgər  bütün  Qarabağ  alovlansa  idi  iş  qayət  fəna  olardı.  Orada  öylə  bir  qüvvət  olmalıdır  ki,  bu 

təhlükənin  qarşısını  alsın.  Əlbəttə  öz  qüvvələrimizi  parçalayıb  kəndlərə  paylaya  bilməzdik.  Əgər  getmək 

istəsəydi  belə  məlum  deyil  ki,  o  kənd  dostumdur,  ya  düşmənimdir.  Bilmirik  ki,  o  kənd  əsgərlərin  arxasından 

tüfəng atacaq ya atmayacaqdır. O  əsgi əsgərlərimiz orada edibdir, ora gələn adamları mühafizə edib, müdafiə 

etmişlər, yedirib-içirmişlər. (Alqışlar). Biz bilirik ki, başqa əsgərlər böylə hörmətkaranə hərəkətdə bulunmazlar. 

O  səbəbə  əsgərlərimiz  ilə  iftixar  edərəm.  (Alqışlar).  Az  bir  zamanda  yetişmiş  əsgərlərimiz  isbat  olundu  ki, 

dissiplina (nizam) saxlayırlar. Bir söz demək olar ki, əsgərlərdə və Sultanovda günah yoxdur. 

Hər-halda  bir  kənd  məhv  olmuşdur.  Şəfi  bəy  Rüstəmbəyov  öz  nitqində  dedi  ki,  Şuşada  vüquat  olmuşdur. 

Qaybalı kəndinin vüqui görünsə də filhəqiqə Bakı əhvalatındandır. 

[869 - 870]

 

Şamaxı, Şəki, İrəvan, Zəngəzur və Naxçıvan daha ufaq işədə, amma məəttəəssüf olmasilə bərabər çox böyük 



rəzalətdir  və  Asiya  müsəlmanlarını  ləkələyən  vüquatdır.  Üç  dörd  yüz  arvad  uşaq  məhv  edilmişdir.  Keçmiş 

zamanlarda qonşular arasında böylə vüquat olmamış. Qədimdə arvad-uşağa əl vuran olmazdı. Şimdi kəndilərini 

kişi hesab edənlər silahsız və pənahsız arvad və uşaqları məhv edirlər. O səbəbə istinadən bu kimi cinayətlərin 

önünü  almaq  lazımdır.  Ən  böyük  günah  nədir?  O  günah  ya  Ermənistanda,  ya  Azərbaycanda  kimsə  canilərin 

əleyhinə qalxıb onları tənbeh etməmişdir. 

Əfəndilər! Demək olmaz ki, İrəvanda və Ermənistandaki müsəlmanlar köylərində Qaybalı kəndindən əskik 

işlər  və  faciələr  olur.  Bunlar  həpsi  bir-birinə  əvəz  yapmaq  deməkdir.  Məncə  caniləri  mütləq  tənbeh  etmək 

lazımdır. Bu işləri, ədliyyə nazirinə təmamilə təftiş, ləyaqilə təhqiq etməsi və canilərin cəzaya çatdırılması əmr 

olmuşdur və komissiya seçilmişdir. 

Başqa yollar da vardır ki, hökumət təvəssül etmişdir, onları da unutmamışdır. Bu yollardan birisi Qarabağ 

əhalisi  nümayəndələri  ilə  bilavasitə  bir  çox  məsələləri  həll  etmək  təşəbbüsüdür.  Buna  iqtam  edilmişdir.  6-cı 

erməni  syezdi  çağırılmışdır.  Oradan  nümayəndələr  gəlib  hökumət  ilə  müzakirədədirlər.  Orada  bir  o  qədər  şey 

qalmamışdır. İşlər sülh ilə həll olur. Arada sizin istiqlaliyyətinizi Qarabağ ermənilərinin hamı olmasa da 4-dən 

üç hissəsi sülh konfransına qədər etiraf edib kəndilərini Azərbaycanda olduqlarını hiss və dərk edərək özlərini 

Azərbaycan  təbəəsi  elan  etməklə  qərar  verirlər.  Bundan  əlavə  başqa  yerlər  də  daha  vardır.  Azərbaycanda  da, 

Ermənistanda  da  bir  çox  cinayətlər  vaqe  olmuşdur.  Bunları  gözlə  görmək  və  təhqiq  etmək  üçün  millətlər 

nümayəndələrindən ibarət bir komisyon təşkil etmək mümkündür. Və hökumət də böylə bitərəf bir komisyonun 

təşkilinə  qərar  verib,  erməni  hökumətinə  təklif  etmişdir  ki,  2  əza  bizim  parlamandan,  2  əza  erməni 

parlamanında, 2 nəfər bitərəf adamlardan, məsələ: ingilis və ya İtaliya nümayəndələrindən bir heyət gedib həmi 

Qarabağ hadisatını, həm də  Ermənistanda vüqu bulmuş və bulmaqda olan hadisatı öyrənsinlər. Azərbaycanda 

yaşayan ermənilərin və Ermənistanda yaşayan müsəlmanların halını təftiş etsinlər. Azarı təyin etsinlər ki, davası 

tapılsın. Çünki azar tapılarsa, davası tez tapılar. Ona görə mən təvəqqe 

[870 - 871]

 edərdim ki, tezliklə iki nəfər 

nümayəndənizi  intixab  edəsiniz.  Ermənistan  da  razı  olmuşdur.  Komissiya  gedər  təftiş  edər.  İştə  hökumətin 

tədbiri  və  fikri.  Ola  bilər  ki,  bu  tədbirləri  tənqid  edənlər  olsun  və  arzu  edənlər  də  olsun.  Amma  bir  şeyi  ərz 

edərdim.  Talan  harada  olunsa-olsun  hökumətin  əleyhində  olacaq.  Və  poqrom  qayıranlara  ciddi  cəza  verməyə 

tərəf-dardır. Əkər hökumət bunu yapa bilməzsə bir dəqiqə iş başında qala da bilməz. (Alqış). 

Bundan sonra iki təklif varid olub: 

1 - Erməni fraksiyonları təklifi: 

Azərbaycan  parlamanı  parlaman  üzvlərindən  mütəşəkkil  heyətin  məruzəsini  və  rəisi  hökumətin  Qarabağda 

iyul ayının əvvəlində vüqu bulmuş hadisələr xüsusunda bəyanatını dinləyərək arzu edir ki, hökumət tərəfindən 

məzkur  hadisat  münasibətilə  general  qubernator  məmuriyyətindən  kənar  olmaq  şərtlə  istintaq  təyin  edilərək 

müqəssirlər kim olursa-olsun mənsəb və məmuriyyətinə baxmayaraq təqti məhkəməyə alınsın. 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə