Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə273/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   269   270   271   272   273   274   275   276   ...   299

380 

 

mız  vardır.  Bunu  isbat  edəndən  sonra,  onlardan  haqqımızı  tələb  edə  bilərik  və  isbat  edərik  ki,  biz  millətlər 



içərisində müstəqil yaşamağa qadirik. Zənn edirəm, Azərbaycandan ötəri bu fikir, bir sağlam siyasət olmalıdır. 

hökumət bu fikri təqib edir. Bu böylə. Lakin bir. məsələ də vardır ki, üzərində bir qədər 

[873  -  874]

  durmaq 

istəyirəm. Hökumət rəisinin dediyi söz doğrudur ki, bu Qarabağ hadisəsi Qaybalı kəndindən çıxmış bir məsələ 

deyildir.  Onun  bir  çox  başqa  səbəbləri  vardır.  Bu  da  üç  yeni  cümhuriyyətlərin  arasında  sərhədlərin  təyin 

edilməsidir  ki,  o  da  aramızda  sülhlə  həll  olunmalıdır.  Bu  məsələ  münasibətilə  bu  kürsüdən  hökumətimizi 

müttəhim etməyə haqqımız yoxdur. Çünki hökumətimiz bizim fikrimizi təqib edir. hökumətimiz təklif etdi ki, 

bu məsələlər sülh ilə həll olunsun. Buna görə də Gürcüstanın birinci və ikinci təkliflərini qəbul etdi. Bu səbəbə 

hökumətimizi ittiham etməyə haqqımız olmaz. Lakin məəttəəssüf İrəvan hökuməti bu nöqteyi-nəzərdən qaçıb, 

məsələni Parisdə başqalarının əlilə həll etmək istəyir. Ona görə də bu məqsədlə Tiflisdə konfrans bir sülh yolu 

ararkən  İrəvan  hökuməti  buna  razı  olmadı.  O  səbəbə  sərhəd  məsələsi  yenə  çarpaşıq  qaldı.  Biz  Qarabağı  öz 

torpağımız hesab edərkən, İrəvan hökuməti də Qarabağı öz yeri hesab edib oraya qüvvə və kömək göndərməkdə 

davam  edir  və  sərhəd  məsələsini  böylə  qarışığa  salırlar.  Biz  Avropaya  bildirməliyik  ki,  içərimizi  özümüz  həll 

edəcəyik, heç bir kənar hökumətə rəy verməyəcəyik və sərhəd məsələsini özümüz tezlik ilə həll edəcəyik. Çünki 

nə qədər sərhəd məsələsi var Qaybalı kəndi hadisələri də davam edəcəkdir. Bunu ancaq bilib də duymaq kifayət 

etməz.  Bütün  demokratiyanın  vücudunu  sarsıdan  böylə  hadisələrə  yol  verilməməlidir.  Əgər  Ermənistan 

içərisində  buna  yol  verilirsə  bizə  o  heç  bir  nümunə  ola  bilməz.  Biz  böylə  hadisələrə  meydan  verməməliyik. 

Bununla da göstərməliyik ki, istiqlaliyyətə biz layiqik. (Alqış). 

Sədr - Söz Qara bəy Qarabəylinindir. 

Qara  bəy  -  İndi  hökumət  bunu  eyləməyib,  əhali  sahibsiz  qalıb,  özünü  müdafiə  etməyə  haqqı  vardır. 

Hökumət  məsuldur.  Gərək  qanundan  çıxmasın.  Biz  bu  mənada  söylədik.  Madam  ki,  Qarabağda  4  uyezd 

Azərbaycana təəlüqünü qəbul edir və orasını Azərbaycanın bir qismi hesab edirlər. Buyursunlar, tabe olsunlar. 

Biz  günahkarları  taparıq  və  cəza  verərik.  Amma  cəzanı  məndən  istəyirsən,  nədir  müsəlman  əhalisi  yolu  ilə 

gedəndə  onu  qırsın,  polis  gələndə  tüfəngi  götürüb  dağılışın,  sonra  da  desin  ki,  kəndimizi  dağıtdılar,  cəza  ver. 

Bəs  sizə  kim  cəza  versin.  Buna  sosialist  nəzərimi,  başqa  bir  nəzərmi  deyirsiniz,  bilmirəm.  hər  iki  tərəfin 

canilərinə  cəza  verilməlidir. 

[874  -  875]

  Komisyon  təşkil  ediləcək,  biz  də  onlara  nümayəndə  verərik.  hər  iki 

tərəfin caniləri müəyyən olsun. O zaman bizim sudumuz və hökumətimiz borcludur canilərə cəza versin. Hər iki 

tərəf canilərinə tənbeh olunmalıdır. Qanun, ədalət dərək belə olsun. 

Sədr  - Təklif var müzakirə bitir. Etiraz yoxdur ki? Etiraz yoxdursa, müzakirə bitir. Əsnayi-müzakirədə bir 

neçə  qərar  varid  olmuşdur.  Əvvəl,  erməni  fraksiyası  tərəfindən  rusca  böylə  bir  qərar  varid  olmuşdur.  Rusca 

yazıldığından əvvəl rusca oxuyum. Sonra tərcümə edərək (Rusca oxuyur) tərcüməsi böylədir. (Oxuyur). 

Bu birinci. İkinci. Müsavat fraksiyonu tərəfindən varid olub, onun da məzmunu böylədir. (Oxuyur). 

Bu  formulaları  necəki  varid  olublar  əyləcə  də  səsə  qoyacağam.  Əvvəl  erməni  fraksiyonu  tərəfindən 

verilmişdir,  onu  səsə  qoyuram.  Hər  kəs  bu  formulayı  qəbul  edirsə,  rica  edirəm  əlini  qaldırsın.  (Yalnız  erməni 

fraksiyonu əllərini qaldırır). Kim əleyhinədir? Sosialistlərdən başqa qalan məbuslar əllərini qaldırırlar. Kim səs 

verməyib?  (Yalnız  müsəlman  sosialist  fraksiyası  əllərini  qaldırırlar).  Lehinə  8,  əleyhinə  28,  səs  verməyən  11. 

Əksəriyyət rəy ilə erməni fraksiyonları tərəfindən verilən formul qəbul edilmir. 

Müsavat  fraksiyonu  tərəfindən  varid  olan  formulu  səsə  qoyuram.  Kim  qəbul  edirsə  rica  edirəm  əlini 

qaldırsın.  (Əllər  qalxır).  Kim  əleyhinədir?  (Erməni  fraksiyonu  əlini  qaldırır).  Kim  səs  verməyib?  (Müsəlman 

sosialistləri əllərini qaldırır). Lehinə 33, əleyhinə 8, səs verməyən 10. Əksəriyyət rəylə müsavat tərəfindən təklif 

edilən formul qəbul edilir. Söz parlaman üzvü Vinoqradovundur. 

Vinoqradov - Rusca. 

Sədr - Slavyan-rus cəmiyyəti tərəfindən varid olan məktub mandat komisyonuna veriləcəkdir. (Vinoqradova 

xitabən rusca söyləyir). 

Bununla müsaidə versəniz iclası qapayıram. İclas qapanır, axşam saat 5 tamamda. 

Arxiv, f.895siy.1, iş.100. vər.56-97

[875 - 876]



 


381 

 

 



№-57 

 

Əlli yeddinci iclas 

 

21 iyul 1919-cu il 

 

Rəis - Doktor Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacınski. Müzakireyi-yomiyyə: 

1)  Daxil  olmuş  kağızlar:  o  cümlədən:  Gəncə  qəzasından  iki  üzv  intixabi;  1)  Divani-rəyasətin,  parlaman 

iclaslarının  bazar  və  cəhar-şənbə  günləri  axşam  saat  7-yə  təyin  olunması  haqqında  təklifi;  2)  Rus-slavyan 

cəmiyyətinin bəyanatı; 3) Cəmil bəy Lənbəranskinin Cavanşir uyezdindən intixab olunması haqqında; 4) İrəvan 

şəhər ümuri-xeyryyə naziri vəkili maaşı və onun idarəsi, məsarifatı üçün məzkur nazirə yüz yetmiş yeddi min 

rüblərik  bir  təxsisat  barəsində  layiheyi-qanuniyyə;  5)  Doğrudan-doğruya  alınan  vergi  və  poşlinin  hərbi 

zamanlara  müğayir  alınmasının  təmdidi  haqqında  qanun  layihəsi;  6)  Beynəlmiləl  heyətə  iki  üzv  intixabi;  7) 

Məclisi-müəssisan seçkiləri haqqında qanun layihəsi. 3-cü qiraət. Məruzəçi Rəsulzadə; 8) Şəhərlər mənfəətinə 

idxal  və  ixrac  olunan  yüklər-dən  alınan  müvəqqəti  vergi  nizamnaməsi  haqqında  qanun  layihəsi,  məruzəçi 

Ağabəyov; 9) Nazir müavinlərinə yeni maaş təyini haqqında qanun layihəsi. Məruzəçi Ağabəyov; 10) Hökumət 

əndində xüsusi təftişat və təhqiqat komisyonunun təşkili haqqında. Məruzəçi Şəfi bəy Rüstəmbəyov; 11) Sənaye 

şəhadətnamələri  qiymətlərinin  artırılması  haqqında.  Məruzəçi  Rüstəmbəyov;  12)  Spirt  məhsulatından  alınan 

aksiz  vergisi  miqdarının artırılması  haqqında.  Məruzəçi  Ağabəyov;  13)  Azərbaycan  cümhuriyyəti sərhədlində 

mühafizə bölgüsü təsis haqqında. məruzəçi Ağabəyov; 14) Tövci vergisinin artırılması ilə bərabər torpaq gəlir 

və  məxaric  smetasının  və  torpaq  vergisi  miqdarlarının  təmdidi  haqqında  layiheyi-qanuniyyə;  15)  "İttihad" 

fraksiyasının  hökumətə  sualı.  Daxil  olmuş  layiheyi-qanuniyyələrdən  seçkiyə  dair  kağızlar  ki,  Gəncədən  Hacı 

Qasım  oğlu  Molla  Əhməd  və  Cavanşir  uyezdindən  doktor  Ləmbəranskinin  barəsindədirlər,  göndərilir  mandat 

komisyonuna,  iki  layiheyi-qanuniyyə  daxil  olmuşdur:  biri  İrəvanda  bulunan  ümuri-xeyryyə  naziri  vəkili  və 

iradəsi  üçün  istənilən  177000  manat  və  5-ci  qanuniyə  layihəsi  gedir  maliyyə  və  büdcə  komissionuna.  Rus  və 

slavyan obşestvosundan heyəti rəyasət naminə böylə bir kağız gəlmiş. (Oxuyur). 

Kağız  verilir  mandat  komisyonuna.  Xariciyyə  nəzarətindən  bu  məzmunda  bir  məktub  gəlmiş.  (Oxuyur). 

Məsələdən  şəksiz  və  şübhəsiz  xəbəriniz  var.  hər  2  tərəf,  xah  ermənilər,  xah  müsəlmanlar  daima  bir-birindən 

şikayət  edirlər.  Ermənistan  daima  şikayət  edir  ki,  Azərbaycanda  ermənilərə  əziyyət  verilir,  Azərbaycan  da 

habelə şikayət edir ki, Ermənistanda müsəlmanlara əziyyət verilir. Buna görə Azərbaycan hökuməti Ermənistan 

hökumətinə  təklif  etmişdir  ki,  bu  barədə  bir  təhqiqat  komisyonu  təşkil  edilsin.  O  səbəbə  hər  iki  tərəfdən 

müştərək bir təhqiqat komisyonu əmələ gətirmək üçün Ermənistanın razı olduğuna görə bu kağız gəlib 2 nəfər 

bizdən  əza  seçməyi  təklif  edirlər.  İndi  görək  o  iki  nəfəri  seçəsiniz.  Əgər  lazım  görsəniz  tənəffüsdə  intixab 

edərsiniz və ya inki verilsin divani rəyasətə. 



Səslər - Verilsin divani-rəyasətə. 

Sədr - Etiraz yoxsa qəbul olunur. 

Sədr  -  İclasımızın  günü  və  saatını  dəyişdirmək  barəsində  təklif  var.  Məlumunuzdur  ki,  indiyə  qədər 

iclaslarımız həmişə saat 11-ə təyin olunub. 12 və 1-də ancaq açılır. İclasların vaxtı da düşür istiyə və işləmək 

qeyri-mümkün  olur.  Ona  görə  divani-rəyasət  təklif  edir,  iclaslar  bundan  belə  axşam  saat  yeddidə  başlansın 

caharşənbə və bazar günləri. Etiraz yoxsa qəbul olunsun. 



Səslər - Şənbə və caharşənbə günləri... Şənbə, caharşənbə. 

Sədr - Şənbə, caharşənbə deyirlər. Çaharşənbə günü təyin etməkdə məqsəd odur ki, iclasdan sonra üzvlərdən 

bağa gedənlər varsa, gedə bilsinlər. Buna etiraz yoxdumu? 



Səslər - Etiraz var, etiraz var. 

Sədr  -  Bazar  günü  və  caharşənbə  günlərini  qəbul edənlər  əllərini  qaldırsınlar. Qəbul  olunur.  Onu  da  əlavə 

edirəm  ki,  təyin  olunmuş  günlərdə  üzvlər  yarım  saat  gec  gəlsələr,  gözləməyib  iclası  açıb,  qapayacağam. 

Növbədəki məsələ. 

Səslər ortadan - Etiraz var. Şənbə və caharşənbə günlərini səsə qoyunuz. 

[877 - 878]

 

Sədr - Bazar və caharşənbə günləri oldu. Etiraz edən də olmadı. 

Səslər - Oldu... Səsə qoyunuz. 

Sədr  -  Onda,  əvvəlcədən  divani-rəyasətin  təklifini  səsə  qoyacağam.  Sonra  sizin.  Divani  rəyasətin  təklifi 

bazar və caharşənbə günləridir. Yerdən təklif edirlər ki, şənbə və caharşənbə günləri olsun. Səsə qoyuram. Kim 

iclasın  axşama  təyin  olunması  tərəfdarı  isə  əlini  qaldırsın.  (Əllər  qalxır).  Əksəriyyət  rəylə  qəbul  olunur.  İndi 

divani-rəyasət təklif edir ki, bazar və caharşənbə günləri olsun. 



Səslər - Ayrı-ayrı səsə qoyunuz. 

Sədr - Ayrı-ayrı qoyuram. əvvəl divani-rəyasətin təklifini səsə qoyuram. Kim qəbul edirsə rica edirəm əlini 

qaldırsın.  (Əllər  qalxır).  Əksəriyyət  rəylə  təklif  qəbul  olunur.  Parlamanın  qərarı  ilə  iclaslar  həftədə  iki  gün 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə