Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə281/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   277   278   279   280   281   282   283   284   ...   299
    Bu səhifədəki naviqasiya:
  • Sədr

395 

 

kəndlilərə  böyük  xəsarət  dəyir.  Bu  isə  bizim  səlahimiz  deyildir.  Biz  deyirik  əsgər  müddəti  çox  olar  isə  onları 



istibdad altına almaq olar. 

Sədr - Söz Səməd ağa Ağamalı oğlunundur. 

Səməd  ağa  - Burada bir balaca ayrı cür danışdılar. Belə çıxdı ki, bir tərəf istəyir sübut etsinki  əsgər lazım 

deyil. Bizə əsgər də lazımdır. Çünki onlarsız ötüşə bilmərik. İş orada deyil. İş burdadır, biz deyirik Azərbaycan 

adamlarından  bir  ildə  yaxşı  əsgər  yaratmaq  olar.  Elə  əsgər  yaratmaq  olar  ki,  öyrəndiyini  50  il  də  yadından 

çıxarmasın. Burada Rusiyanı misal gətirdilər. Rusiya və Avropa ayrı cür yaşamışdır. Onlara həqiqətən lazımdır 

bir  iki  il  əsgərlik  öyrənsinlər.  Amma  bizim  kəndlilərdən  hansı  birini  götürsəniz,  görərsiniz  ki,  onlar  yaxşı 

atıcıdırlar. Yaxşı quş vururlar. Şamxor fəqərəsi yadınızdadır. (Səslər: Şamaxı! Şamaxı!). 

(Səslər soldan "İsmail xan idi!") 

Birisi mənim özüm lap pisi ki, yaxşı nişanə vururam. Ona görə biz deyirik ki, bir il bəsdir. Bu bir. İkinci biz 

bir  şeyə  də  inanırıq  və  bundan  möhkəm  davam  edirik  ki,  kazarma  günü,  kazarma  diriliyi  insanı  xasiyyətdən 

salar, onu qeyri işlərə vadar edər. Kazarma həyatı bir növ örtülülükdür. Örtülü şıkalalar hətta insanı çox işlərə 

salar, bacarıqdan salar. Bizim kəndçilərimiz ki, onların işi əkindir, biçindir, qoyun-quzu saxlamaqdır, bunlardan 

çox müddət uzaq olsa, onu unudar. Bizə lazımdır ki, bu şeylər unudulmasın. Bir də o yerlərdəki çox qoşuluq 

olur, orada müftəxorluq artıq olur. İşçilər işdən düşür. Bu davada Çernov və bir neçələrinin rəyi bu idi ki, nə 

tövr  oldu  bu  qoşun  birdən  birə  pozuldu.  Onlar  deyirlər  ki,  əkinçiləri  yığıb  doldurdular  kazarmalara,  onlar  da 

peşələrini  unutdular.  Sonralar  onlar  üçün  iş  tapmaq  çətin  oldu.  Bu  adamlar  Revolyusiyaya  qarışdı,  odur  ki, 

revolyusiyanın  sifəti  bəd  çıxdı.  Bəlkə  yaxşı  çıxa  idi.  Bu  tarixi  bir  şeydir.  Bir  natiq  dedi  ki,  əsgərlik  müddəti 

yeddi  il  də  ola  bilər.  Bu  kişi  bədbəxtlik  sözü  dedi.  Bu  lap  bədbəxtlikdir.  İrəlidə  Rusiyada  bir  vaxt  əsgərlik 

müddəti 30-35 il idi. Hələ Rusiyada bu vaxtlarda bir fikir var idi ki, indiki əsgərlik müddətini də azaltsınlar. Biz 

yaxşı  bilirik  İngiltərədə  çox  da  əsgərlik 

[903  -  904]

  yoxdur.  Bunlar  6-7  ayda  öylə  bir  hərəkət  elədilər  ki, 

zavodları  da  işlədi.  İşləri  də  düz  qaydası  ilə  getdi.  Aləmi  də  basdılar.  İndi  də  hər  yerdə  ağalıq  edirlər. 

Almaniyada  isə  əsgərlik  var  idi.  İşlərinin  axırı nə  oldu.  Əsl hesab  bir  millətin  ruhunun  yüksəkliyindədir. Belə 

millətdən  az  zamanda  nə  istəsən  yapa  bilərsən.  Habelə,  Amerika  qoşunsuz  idi.  Camaətdə  davam  artıq  olduğu 

üçün bu gün lazım olarsa soldat gedər, sabah yenə professordur, fəhlədir, əkinçidir. Onlar qədimi kimi soldat 

saxlamayacaq. Bundan əlavə əgər tarixə baxarsaq görərik ki, zalımlar böyümüş, qoşunlar qoçaq hərəkət göstərə 

bilməyiblər. Ruhları nur olmuşdur. 

Bizim  yaxşı  yadımızdadır  ki,  Fransiya  birinci  inqilabını  öldürmək  istədilər.  Yevropa  general  Şovinqin 

komandası altında qoşun göndərdi. Parisin qabağını kəsdilər. Xalq onlara tabe olmadı. Xalqda qvardiya yığdılar 

Baron Şovinqi döydülər. Firəng qoşunları arxalarında kağız  yapışdırdılar ki, hər yerdə gərək ədalət imarətləri 

tikilsin. Bu hava dünyanı basdı. Belə hərəkətlərdən axırda Napalyonlar çıxdı. Özünüz yaxşı bilirsiniz ki, burada, 

İranda  cəmaət  nə  cür  yaşayır.  Bu  yaşamaq  əsgərlik  hərəkətini  qabağa  salır.  Bunu  Şam-xor  hadisəsi  göstərdi. 

Cəmaət qəzəbə gələndə 5-10 nəfər 5-10 yox, bir-iki mindən artıq Şamxorda vurub, illər ilə öyrənmiş qoşunları 

partlatdılar, getdi işinə. Sözümün qurtaracağı budur, biz yəqin inanıb deyirik ki, bir il bəsdir. Biz onu ondan ötrü 

deyirik  ki,  bu  asma  cəmaətə  xoş  gəlsin,  neçeqo  podobnoqo!  Biz  buna  inanıb  deyirik  ki,  əsgərlik  üçün  uzun 

müddət  cəmaət  üçün  ziyandan  savayı  nəf  verməz.  Bir  il  bizim  Azərbaycan  cəmaətindən  ötrü  soverşenno 

dostatoçno! (Alqış). 

Sədr - Əsədulla Əhmədov. 

Əsədulla Əhmədov - Əfəndilər! Bu məsələ barəsində danışıqdan qabaq istərəm bir qaç söz söyləyim. Çox 

gözəl amallar, çox gözəl ideyalar. Amma yerində lazımdır. Biz də arzu edərdik ki, millətlər arasında heç dava 

olmaya idi və qan tökülməyə idi. Amma siz bilirsiniz ki,  əsgəri müdafiədən ötəri biz istəyirik. Hücum etməyi 

heç bir vaxt xəyal etməyirik. Biz öz məmləkətimizdə rahat əyləşə bilməliyik, özümüzə kələn bəlanın qabağını 

saxlamalıyıq. Biz gərək bəndin qabağını saxlayaq. Bəndi möhkəm edək, möhkəm etməsək sel onu bərbad edər. 

Qoşun 


[904  -  905]

  istəyirsən  olsun.  Fəqət  unutmamalıdır  ki,  əsgər  sözü  ləfz  də  deyil  əməldədir.  Şamxor 

hadisəsində vaqon kələndə səngərdən atırdılar. O dava deyil, davada ələ tüfəng alanda qorxmamalı, qorxdu evi 

yıxıldı.  47  əsgər  səkkiz  min  adamın  qabağına  qaxmışdı.  Amma  küçələrdən  yığılan  əsgər,  müntəzəm  əsgərin 

qabağında davam edə bilməz. Bu cür məsələlər müzakirə edilərkən onların barəsində yaxşı düşünülməlidir. Bir 

il tərbiyə görmək, bir il əmrə baxmaq özü də təlimdir. Təlim və tərbiyyə-əsgəriyyə bir ayda, altı ayda, bir ildə 

olan deyildir. Yaxşı nizam görmüş qırx nəfər əsgər icabında bir qələyə bədəldir. Amma nizamsız əsgər, küçədən 

yığılanlar,  tüfəngləri  yerə  tökürlər.  İnad  lazım  deyil.  Yalnız  o  fikri  müdafiə  edənlər,  əsgərlik  görməyən  və 

bilməyənlərdir. 

Mən dörd il əsgərlik müddəti olmasını istərdim. Fəqət indiki zamanı nəzərə alaraq komisyonun rəyinə mən 

də şərikəm. Əsgərlik müddəti iki il olsun. Madam ki, məmləkətimizi müdafiə etmək istəyirik; madam ki, qara 

qüvvələrin qarşısını saxlamaq istəyirik; o zaman müdafiə lazımdır. Müdafiə də əsgər ilə olur. Martdan qabaq və 

sentyabrda  bizə  təcrübə  göstərdi  ki,  küçədən  tutulub  cəbhəyə  göndərilənlər  iki  saatdan  sonra  qaçırdı.  Tacir, 

bəzzaz, əsnaf, kim olursa olsun təlim görməsə heç bir şey edə bilməz.  İştə hərbşünaslar düşünərək iki il təyin 

etmişlərdır. Mən də, öz firqəmiz tərəfindən müddəti - əsgəriyyənin iki il olmasını təklif edərəm. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə