Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə277/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   273   274   275   276   277   278   279   280   ...   299

388 

 

 



№-58 

 

Əlli səkkizinci iclas 

 

23 iyul 1919-cu il. 

 

Rəis - doktor Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacınski. 

Rəis  - Keçən dəfə iclas axşama təyin edildiyindən mən zənn edir idim ki, daha məbuslar vaxtı müəyyəndə 

gələrlər.  Təyin  edilən  vaxtdan  yarım  saat  keçdi  isə  də  yenə  kvorum  düzəlmədiyi  üçün  iclası  qapamağa 

məcburam - deyib iclası qapadı. 

 

Arxiv, f.895, siy.1, iş 9, v.83. 




389 

 

 



№ 59 

 

Əlli doqquzuncu iclas 

 

27 iyul 1919-cu il. 



 

Rəis - doktor Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacınski. 

Müzakireyi-yomiyyə: 

1. Daxil olmuş kağızlar. O cümlədən: a) Zəngəzur qaçqınlarına yardım etmək edici heyətə parlamandan bir 

üzv intixabi, b) Ləvazim heyəti komisyonuna Abbasqulu Kazımzadə əvəzinə yeni bir üzv intixab edilməsi; 2 - 

Şəhərlər  nəfinə  idxal  və  ixrac  olunan  yüklərdən  alınan  müvəqqəti  vergi  nizamnaməsi  haqqında  layiheyi-

qanuniyyə - 3-cü qiraət; 3. - Nazir müavinlərinin maaşı təyini haqqında layiheyi-qanuniyyə. Üçüncü qiraət; 4 - 

Sənaye şəhadətnamə qiymətlərinin artırılması haqqında. Üçüncü qiraət; 5. - Hörmət əndində xüsusi təftişat və 

təhqiqat  komisyonunun  təşkili  haqqında;  Üçüncü  qiraət;  6.  -  Sənət  və  məşğələsindən  dolayı  mükəlləfiyyəti-

əsgəriyyədən azad edilənlər haqqında layiheyi-qanuniyyə; 7. Bələdiyyə idarələrinə qlasnılar intixabı haqqında 

layiheyi-qanuniyyə;  8  -Spirt  məhsulatından  alınan  aksiz  vergisi  miqdarlarının  artırılması  haqqında  layiheyi-

qanuniyyə; 9 - Azərbaycan cümhuriyyəti sərhəddində mühafizə bölüyü təsisi haqqında layiheyi-qanunniyyə; 10 

-  Tövci  vergisinin  artırılması  ilə  bərabər  torpaq  gəlir  və  məxaric  smetasının  və  torpaq  vergisi  miqdarlarının 

artırılması haqqında layiheyi-qanuniyyə; 11 - "İttihad" fraksiyasının hökumətə sualı; 12 - Nəşri-elan haqqında 

layiheyi-qanuniyyə;  13  -  Maliyyə  nəzarəti  şurası  təsisi  haqqında  layiheyi-qanuniyyə;  14  -  Fabrika 

inspeksiyasına dair qəvai-din müvəqqəti təğyir edilməsi haqqında layiheyi-qanuniyyə. 

1.  Rəis-Keçən  iclas  kvorum  olmadığından  baş  tutmadığı  üçün  müzakirəti-yomiyyə  haman  iclas  üçün  hazır 

edilən qərar üzrə olmasını bəyan ilə, əlavə 1 - Ləvazim komisyonundan üzv Abbasqulu Kazımzadə çıxdığı üzrə 

həmin komisyona yeni bir üzv

-  Məclisi-müəssisanın  mərkəzi  komitəsinə  üzvlər  və  3-cü  Zənkəzur  qaçqınlarına  yardım  edici  heyətə 

parlaman tərəfindən bir üzv intixab edilmələri haqqında iclasın axırında namizədlər göstərilməsini təklif etdi. 

2. Şəhərlər nəfinə idxal və ixrac olunan yüklərdən alınan müvəqqəti vergi nizamnaməsi haqqındaki layiheyi-

qanuniyyə  -  3-cü  qiraətinə  şüru  etdi.  Rəis  layihəyi  qabaqca  maddə-maddə  sonra  təmamən  səsə  qoydu  və 

əksəriyyəti-ara ilə qəbul edildi. 

3 - Nazir müavinlərinə yeni maaş təyini haqqındakı layiheyi-qanuniyyənin üçüncü qiraətini katib bitirdi. Rəis 

layihəni  əvvəl-əvvəl  maddə-maddə,  sonra  tamamən  maaşı  iyulun  birindən  verilməsi  təshihi  ilə  səsə  qoyduqda 

əksəriyyəti ara ilə qəbul olundu. 

4.  -  Sənaye  şəhadətnamə  qiymətlərinin  artırılması  haqqındakı  layiheyi-qanuniyyənin  üçüncü  qiraətini  katib 

icra etdi. 457-471-500-501-502-503-504-505-506-507-579a, 5796-591-592-593 maddələr təbədüllatı və 449-cu 

maddəyə  əlavə  ayrıca  və  sonra  təmamən  səsə  qoyulub  əksəriyyəti-ara  ilə  qəbul  edildi.  Layiheyi-qanuniyyə 

təshiyyə komisyonuna veriləcəyini rəis bəyan etdi. 

5 - Hökumət əndində xüsusi təftilatı və təhqiqat komisyonun təşkili haqqındakı layiheyi-qanuneyənin katib 

üçüncü qiraətinə başladı. Layiheyi-qanuniyyə əvvəl maddə-maddə, sonra tamamən səsə qoyulduqda əksəriyyəti-

ara ilə qəbul edildi. 

6  -  Sinif  və  məşğələsindən  dolayı  mükəlləfiyyət  əsgəriyyədən  azad  edilənlər  haqqında  layihəyi-qanuniyyə 

təcili  olaraq  müzakirə  edilməsini  rəis  səsə  qoydu  və  əksəriyyəti-ara  ilə  qəbul  edildi.  Məruzəçi  Mehdi  bəy 

Hacınski bəyanat verdi. Məhəmməd Əmin Rəsulzadə nitq söylədi. Layihə maddə-maddə oxunmasını rəis səsə 

qoydu.  Qəbul  edildi.  Katib  oxudu,  səsə  qoyulub  qəbul  edildi.  Məmməd  Əmin  Rəsulzadə  şu  təklifi  verdi: 

"Dərəstarı olmayan ailə rəisinin tək övladı dəxi əsgərlikdən maafdır". 

Bu  haqda  Aşurov  Ağa,  Əfəndizadə  Muxtar,  Məmməd  Əmin  Rəsulzadə  mübadileyi-əfkar  etdilər.  Ümumi 

mükəlləfiyyati əsgəriyə layihəsi haqqında hərbiyə nəzarəti bir məlumat verənə qədər təklif sahibi təklifini geri 

aldı. Layihəyi-qanuniiyyə isə tamamən səsə qoyulub qəbul edildi. Beş dəqiqə tənəffüs elan edildi. 

 

Tənəffüsdən sonra iclas davam edir 



 

Əsnəyi-tənəffüsdə valid olan zeyldəki təklifləri rəis oxudu. 

1-ci  - "Avqustun 5-dən sentyabrın birinə qədər parlaman tətil etməsini təşkil edərdi. Malxazyan, Vanseviç, 

Kun və qeyri iki imza: 

2-ci  -  "Parlaman  iclasları  köhnə  qayda  üzrə  gündüz  saat  11-ə  təyin  edilməsini  təklif  edirik.  Malxazyan, 

Qarabəyli, Vanseviç, Ter-Azaryan, Koxman". 

3-cü - "Məclisi-məbusan iclasının gündüz saat ondan ikiyə qədər olan zəmanə təyin edilməsini təklif edərik. 

Muxtar Əfəndizadə, Nuru, Hacı Əli Qasım oğlu, Əşrəf Hüseyn". 




390 

 

4-cü  təklif  edirəm  ki,  avqustun  5-ə  kimi  iclaslar  günaşırı  olsun.  İmza.  Təkliflər  haqqında  Əhməd  Cövdət 



Pepinov,  Malxozyan  Arşaq,  Hacı  Hüseyn  Əfəndizadə,  Vanseviç  və  Mehdi  bəy  Hacınski  mübadileyi-əfkar 

etdilər.  Müzakirə  bitməsi  təklif  olundu.  Səsə  qoyulub  qəbul  edildi.  Balazadə  zikr  olunan  dörd  təklifdən  2-sini 

təklif sahibləri geri götürdülər. Sonra birinci, üçüncü və dördüncü təklifləri rəis səsə qoydu. Əksəriyyəti-ara ilə 

hər üçü qəbul edildi. 

7  -  Bələdiyyə  idarələrinə  qlasnılar  intibahı  haqqındakı  layiheyi-qanuniyyə  barəsində  məruzəçi  Şəfi  bəy 

Rüstəmbəyli  bəyanat  verdi.  Bu  haqda  Ağa  Aşurov  və  Əhməd  Cövdət  Pepinov  mübadileyi-əfkar  etdilər. 

Layiheyi-qanuniyyə maddə-maddə oxunmasını səsə qoydu, qəbul edildi. Lakin vaxt gec olduğundan layihənin 

ikinci qiraətini təxirə salıb iclas qapanır. 

 

Arxiv, f. 895, siy.1, iş 9, vər. 81-83. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə