Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə276/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   272   273   274   275   276   277   278   279   ...   299

386 

 

Layiheyi-qanuniyyənin üçüncü qiraəti gələcək iclasa qalır. 



Sədr  -  Növbədəki  məsələ hökumət  indidən təftişat  və  təhqiqat  komisyonu  təşkili  barəsində.  Məruzəçi  Şəfi 

bəy Rüstəmbəyov. 



Şəfi  bəy  -  Ayın  26-da  hökumət  idarəsində  baş  verən  suiistemal  və  xəyanətlərin  təftiş  və  təhqiqi  üçün  bir 

təftiş 


[886 - 887]

 komisyonu təşkil olunur. Məlumi-alilərinizdir ki, bir çox yerlərdə xəyanətlər və cinayətlərin 

kəramətilə  baş  verməkdədir.  Bu  cinayətlərin  qabağını  almaq  üçün  hökumət  bir  təftişat  və  təhqiqat  komisyonu 

əmələ  gətirir,  biri  təftiş  etmək  üçün  və  o  birisi  də təhqiqat lazimiyyə  yapıb  suda  vermək  üçündü.  Hökumətin 

fikri  odur  ki,  cinayətlər  və  xəyanətləri  suda  vermədən  əvvəl  bu  kimi  işləri  təftişat  və  təhqiqat  komisyonuna 

həvalə  etsin  və  təftişat,  təhqiqatdan  sonra  müqəssirləri  suda  verməyə  ixtiyarı  olsun.  Bu  vaxtadək  bu  ixtiyar 

sudlarda idi, indi bir neçə qanunların ixtiyarını bunlara verilməlidir ki, bunlar qulluqçuları suda verə bilsinlər. 

Təftiş komisyonu ümum idarələri, postları, xidmətçiləri evlərə belə girib təftiş etməyə ixtiyarı vardır. Rusiyada 

belə qanun yoxdur ki, böylə işlər müfəttiş ixtiyarına verilsin, bu ixtiyarlar okrujnoy sudlarda idi. Rusiyada ancaq 

sənət təftişi var idi. Bu zakonlarda Rusiyanın əvvəlinci dumunda idi, bunu da Zaqafqariya seymi ləğv etmişdi. 

Çünki onu Rusiya padşahı öz xahişi ilə əmələ gətirmişdi. İndi Ədliyyə nazirimiz yeni bir qanun yazmışdır ki, 

parlaman gərək onu qəbul etsin. Bu günlərdəki kağızlar təftiş olunurdu. Ona keçmişdə silistdə baxa bilməzdilər, 

ancaq okrujnoy sudlar baxarlardı. Bu ixtiyar da indi verilir təftişat və təhqiqat komisyonuna. Bir neçə işlər də 

vardır  ki,  təftişat  komisyonunun  onlara  baxmağa  ixtiyarı  yəqindir.  Məsələn  ədliyyə  məmurları  və  natoryuslar 

kimi. İndi onlar da verilir Sudebni palata. Bu vaxtadək təftişat komisyonu 4 adamdan ibarətdir ki, əlan orada 

işləməyir. İndi ədliyyə naziri təklif edir ki, 8 adam olsun və məvacib əvəzinə onlara sutoçnı verilsin. O şəxslər 

ki, hökumətə qulluq edirlər, onlara suçotnı az verilsin, onlar ki, hökumət məmuriyyətində deyildirlər, onlara çox 

verilsin  bu layihəni təshihsiz qəbul edib parlamanın qəbulunda təklif edir. 



Sədr - Bu qanun barəsində kim danışmaq istərdi. danışmaq istəyən yoxsa 2-ci qiraətə keçməyi səsə qoyuram. 

Etiraz yoxdur. Oxu. 



Katib - Əvvəlinci maddəni oxuyur. 

Sədr  -  Birinci  maddə  xüsusunda  kim  danışmaq  istərdi.  Danışmaq  istəyən  yoxsa,  səsə  qoyuram.  Birinci 

maddəyə etiraz yoxdur. Birinci maddə qəbul olunur. 2-ci maddəni oxuyunuz. 



Katib - 2-ci maddəni oxuyur. 

[887 - 888]

 

Sədr - 2-ci maddənin xüsusunda kim danışmaq istərdi. Danışan yoxsa səsə qoyuram. 2-ci maddəyə qeydi ilə 

bərabər, etiraz yoxdur. Qəbul olunur. 



Sədr - 3-cü maddəni oxuyunuz. 

Katib - 3-cü maddəni oxuyur. 

Sədr - 3-cü maddəyə etiraz yoxdur. 3-cü maddə qəbul olunur. 4-cü maddəni oxuyunuz. 

Katib - 4-cü maddəni oxuyur. 

Sədr  -  4-cü  maddənin  xüsusunda  kim  danışmaq  istər?  Etiraz  da  yoxdur?  4-cü  maddə  qəbul  olunur.  5-ci 

maddəni oxuyunuz. 



Katib - 5-ci maddəni oxuyur. 

Sədr - 5-ci maddəyə etiraz yoxdur? 5-ci maddə qəbul olunur. 6-cı maddəni oxuyunuz. 

Katib - 6-cı maddəni oxuyur. 

Sədr - 6-cı maddəyə etiraz varmı? 6-cı maddə qəbul olunur. Əgər müsaidə versəniz yerdə qalan 7, 8 və 9-cu 

maddələri kələn iclasa qalsın. İndi növbədə "İttihad" fraksiyasının sualıdır. (Katibə) Əhməd, oxuyunuz. 



Katib - Oxuyur. 

Sədr - Nakaz üzrə söz imza edənlərdən birincinindir. Qarabəyli Qara bəy. 

Səslər - Rusca... Rusca... Tərcümə ediniz. 

Katib - Sorğunu ruscaya tərcümə edir. 

Sədr  -  Söz  Qara  bəy  Qarabəylinindir.  O  olmadığından  ikinci  imza  edənə  verilir.  Heybətqulu 

Məhəmmədbəyovundur.  O  da  yoxdur.  Həmdulla  əfəndi  buyurunuz.  Beş  adam  imza  atmışdır.  Biri  gərək 

danışsın. (Heybətqulu daxil olur). Heybətqulu əfəndi, buyurun. 

Heybətqulu - Biz sualda yazılanları müdafiə edəcəyik. Hökumət cavab versin. 

Sədr - hökumət bəyanat vermədiyindən nakazın 76-cı maddəsinə görə qalır gələn iclasa. * 

Məmməd Əmin (yerindən) - Hökumət bilirmi? 

Sədr - Göndərmişəm. Növbədə xaric söz Qasım bəy Camalbəyova verilir.

 

Camalbəyov  -  Möhtərəm  məbuslar.  Mənim  bu  gün  bura  çıxmaqda  məqsədim  İrəvan  quberniyası 

müsəlmanları haqqında bir neçə kəlmə söz söyləməkdir. Mən və o fraksiya ki, mən ona mənbusam, heç bir vaxt 

bizim fikrimizdə olmayıb ki, bu iki 

[888 - 889]

 millətin münasibətini razjiqat eyləyək. Bu olmayıb. Biz həmişə 

də  bu  fikirdə  onlarla  mübarizə  etmişik.  Şimdi,  onu  deməliyəm  ki,  İrəvan  quberniyasında  olan  müsəlmanların 

halı çox təhlükəlidir. Bir yer yoxdur ki, müsəlmanlar tərəfindən erməni hökumətindən narazılıq bizə çatmasın. 

Neçə gündür ki, böyük Vedidə və kiçik Vedidə yenə dava başlanıbdır. Bu dava nə cür başlanub, nə cür gedir 



387 

 

işim  yoxdur.  heç  yerdə  görünməmiş  bir  hökumət  var,  öz  məmləkətində,  öz  təbəələrlə  müharibə  eləsin. 



Ermənilər bizdə asudə yaşayırlar. Gəncədə müsəlmanlar necə yaşayırlar, ermənilər də öylə yaşayırlar. 

Səslər - Sağ ol. 

Qasım  bəy  -  Amma  mən  bilmirəm  niyə  İrəvanda  müsəlmanlar  öylə  yaşamırlar.  Və  erməni  hökuməti  bir 

tədbir  görmür  ki,  müsəlmanların  halını  yüngülləşdirsin.  Aldığımız  məlumata  görə  kiçik  Vedi  ermənilər 

tərəfindən dağılmışdır. Budur teleqraf təzə gəlib, hüzurunuza ərz edim. (Teleqrafı oxuyur rusca) Bunu deməkdə 

məqsədim o deyil ki, bu iki millətin arasını qatışdıram. Bu yox, ola bilməz. Biz heç vaxt bu iki millət arasında 

qan düşmək tərəfdarı olmamışıq. Ancaq, nəzərinizi buna cəlb etməyə məcburam ki, İrəvan müsəlmanlarının halı 

xeyli  fəna  və  təhlükəlidir.  Bir  yer  yoxdur  xəbər  gəlməsin  ki,  incidirlər.  Naxçıvanda  və  qeyri  yerlərdə 

müsəlmanları hədsiz incidirlər. Gərək hər bir hökumət öz cəmaətinin asudə olması üçün çalışsın. Amma nə cür 

olubsa Ermənistanda eylə deyildir. Özüm oradan kənaram gələnlərin dediklərində işim yoxdur. Amma bir fakt 

deyəcəyəm.  Müsəlmanlar  sistematiçeski  İrəvan  quberniyasından  qaçırlar.Mənim  qardaşım  da  oradan  qaçıb. 

Yazıq  bir  sakit  adamdır.  heç  kəs  ilə  işi  olmaz.  Bunu  hüzurunuza  ərz  etməkdən  məqsədim  odur  ki,  özüm 

oradanam  və  borcumdur  deyim.  Ola  bilər  ki,  bu  işlərin  gələcəkdə  ağır  nəticələri  ola  bilər  ki,  bunun  nəticələri 

bizim məmləkətdə də zühur etsin. Bunun qabağını almaq üçün bizim də dövlət ya parlaman erməni hökuməti ilə 

ya qeyrilə nə növ eyləyirsə eyləsin, ancaq tədbirlər görsün. Bunun qabağını almaq üçün bir mera görsün. Yoxsa 

belə  başına  buraxmaq  olmaz.  Bu  saat  Vedi  ermənilər  tərəfindən  bombardıman  edilir.  Burası  30  parakənddir. 

Böylə getsə hamı dağılar. Və təhlükənin nəticəsi nə ola bilər. 

[889 - 890]

 

Sədr - Növbədən xaric bəyanatı dinləməklə iclası qapayıram. 

İclas saat 3.15 dəqiqədə qapanır. 

 

Arxiv, f.835, siy.1, iş100. vər 33-35. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə