Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə272/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   268   269   270   271   272   273   274   275   ...   299

379 

 

2 - "Müsavat"ın təklifi". 



Qarabağ hadisatı haqqında hökumətin bəyanat və məlumatını dinləyərək və hökuməti-məhəlliyyə, xüsusən 

general  qubernatorun  əməl  və  fəaliyyətində  heç  bir  qanunsuzluq  əlaməti  görməyərək  Məclisi-Məbusan  bu 

hadisənin  təsviyəsi  üçün  hökumət  tərəfindən  ittixaz  olunmuş  tədbirləri  təsviblə  növbədəki  məsələlərin 

müzakirəsinə keçir. 

Birinci təklifin lehinə ancaq ermənilər səs vermişlər. Sosialistlər səs verməmişlər və əksəriyyət əleyhinə səs 

vermişdir.  İkinci  təklifin  əleyhinə  ermənilər  və  lehinə  əksəriyyət  səs  vermişdir.  Sosialistlər  bu  təklifə  də  rəy 

verməmişlərdir. 

Sədr  -  Hökumətin  bəyanatı  haqqında  kim  danışmaq  istər?  Zahirən  verilən  bəyanat  xüsusunda  danışmaq 

istəyən yoxdur. Söz Əhməd Cövdət Pepinovundur. 



Əhməd  Cövdət  -  Əfəndilər!  Üçüncü  məclisdir  ki,  Qarabağ  hadisatı  mübahisə,  mücadilə  ediriz.  Əvvəl 

parlaman  tərəfindən  gedən  heyətin  bu  gündə  hökumət  rəisinin  izahatını  dinlədik.  Bu  barədə  bir  çox  şeylər 

demək  olardı.  Lakin  hökumət  rəisi  deyən  sözlərin  bir  çoxu,  bir  neçə  kəlmə  də  olsa  deməyə  bizi  məcbur  etdi. 

Məəttəəssüf  haman  məruzədə  bulunan  parlaman  üzvləri,  hökumət  dediyi  kimi  bir  tərəf ifrat  dikər tərəf 

[871  - 

872


]  təfrit  gətirdilər.  Məsələ  cinayətdən  ziyadə  siyasətə  müncərr  oldu.  Qara  bəy  və  Şəfi  bəy  məsələni  siyasi 

tərəfdən  baxıb  istədilər  ki,  bu  cinayətin  az  olmağını  göstərməklə  guya  Azərbaycan  üzərindən  bu  ittihamı 

qaldırsınlar.  Digər  tərəfdən  Çubaryan  və  qeyriləri  böylə  göstərirlər  ki,  guya  bu  hadisələrdə  Azərbaycan 

qulluqçuları, məmurları müqəssirdirlər və o məmurları məsul bilib müttəhim edirlər. Hadisə haqqında bir nöqtə 

ərz edərdim ki, Qaybalı kəndində cinayət olmuşdur, bunu hökumət də etiraf edir. Buna cavab ola bilər ki, böylə 

hadisə  cinayətdir,  hökumət  canini  sarsar.  Buna  da  cavab  ola  bilər  ki,  böylə  cinayətlər  hər  hökumətdə  olub 

canilərə  cəza  verilir.  Ələlxüsus  biz  ki,  ədalət,  müsavat  üzərində  yeni  hökumət  yapmış,  biz  başqalardan 

Avropadan  ədalət,  müsavat  gözləyirik.  İndi  onu  öz  aramızda,  işləməzsə  başqalardan  gözləməyə  haqqımız 

yoxdur. Bunun üçüncü tərəfi də vardır ki, məttəəssüf 10 sənədən bəri 2 millət arasında ədavət və küdurət davam 

edir.  Bununla  da  ədavətin  arası  kəsilməz.  Bunun  axırı  onda  ola  bilər  ki,  hər  tərəf  öz  tərəfindən  olan 

günahkarlara, canilərə tənbeh edə. Əgər hər tərəf öz canilərinə tənbeh etməzsə, bununla da bu işlərin qabağını 

almazsa, demək bir gözlə baxmaq, qardaşvari yaşamaq istəyiriz. Və deyilən bu sözlər də yalandır, əkər bir tərəf 

qəti  tədbir  görürsə  o  biri  tərəf  bunu  görər  və  o  da  canilər  xüsusunda  qəti  tədbirlər  görməyə  məcbur  olar.  Və 

bizim də o biri tərəfdən caniləri tənbeh etməyi tələb etməyə haqqımız  var. Onda mən əminəm  ki, o günki biz 

istəyirik gəlsin, gələr. 

Nəsib  bəy  -  Əgər  Ermənistan  içində  böylə  işlərə  yol  verilirsə  Qarabağ  vaqiəsi  kimi  işlərə  imkan 

verməməliyiz. (Davamlı alqışlar). 



Sədr - Söz Qarabəylinindir. 

Qara bəy - Rəisi-Vükəla buyurdu ki, Şuşa vaqiəsi haqqında doklad edənlərin ikisi də, birisi müdafiə, digəri 

müttəhim  etmək  üçün  çalışmışlar.  Zənnimcə  orada  olan  cinayətlər  və  həqiqətlər  gizlədilməmiş  və  həqiqəti 

layiqincə  təsvir  etmirik  və  bir  də  müdafiəyə  lüzum  görmürəm.  Gördüyümüz  şeylər  bir  tərəfdə  qalmış,  yalnız 

əsassız  şeylər  ortalığa  salaraq  millətimizi  və  hökumətimizi  ittiham  etməyə  çalışmışlardır,  biz  də  onlara  cavab 

verməyə  məcbur  olduq.  Biz  camaəti  həyəcana  gətirmək  istəmirik.  Biz  həqiqəti  söyləyirik,  meydana  qoyuruq. 

Erməni  məruzəçisinin  söylədiyi  doğru  deyildir.  Biz  çox  yaxşı  başa  düşmüşük  ki,  bu  məsələ  müsəlmanları 

ittiham  etmək  üçün  qaldırılıb.  Onlar  zənn  edirlər  ki,  müsəlmanlar  bunu  anlamayacaqlar.  Onlar  da  ittiham 

edəcəklərdir.  Biz  onların  nə  kimi  siyasət  yeritdikləri  və  tərzi-hərəkətlərini  çox  yaxşı  düşünürük,  görürük  və 

bilirik. heç bir vaxt camaəti bir-birinə vuruşdurmağa çalışmayaq. Fəqət məəttəəsüf onlar daima bizə qarşı başqa 

fikirlər yürütmüşlər. 



Sədr - Söz Əhməd Cavad əfəndinindir. 

Əhməd  bəy  -  Qara  bəy  doğru  söyləyir.  Bir  tərəfdən  bizi  məsul  edən  ermənilər  unutmamalıdırlar  ki, 

kəndliləri də məsuldurlar. Çünki Qarabağa milyonlarca paralar və əsləhələr ermənilər üçün Qarabağdan gəlir və 

bir çox Daşnaksütun üzvləri Qarabağa gəlib təbliğat yapıb oranı da Ermənistana qatmaq istəyirlər. İllah bu da 

inkar ediləcək şey deyildir. 



Sədr - Rica edirəm məsələni bitirəsiniz. 

Əhməd Cövdət - Onun üçün deyirəm. Qara bəyin fikri doğru deyildir. Biz buna yol verməməliyik ki, böylə 

şeylər  olsun.  Bu  yol  çox  ağır  və  zərərli  yoldur.  Bu  yolda  duran  firqə  adamları  Azərbaycana  düşməndirlər. 

Azərbaycanın  istiqlalını  istəməyənlərdir.  Çünki  böylə  olsa  aləm  biləcək  və  Avropa  öylə  zənn  edəcəkdir  ki, 

doğrudan da bizim heç şeyə haqqımız yoxdur. Mən heç bir məsuliyyətdən qorxmuram. Çünki həyatımın son on 

ili içərisində, xüsusən 2 sənənin ərzində o qədər hadisələr görmüşdür ki, böylə qarışıqlar ona aşinadır. Qaybalı 

kəndi hadisəsində heç bir məsuliyyətdən qorxmayaraq mən təklif edirəm ki, hər kəs o hadisədə iştirak etmişsə 

təhqiq edilsin və müqəssirlər cəzalarını çəksinlər. Çünki biz bütün Azərbaycan xalqının mənafeyini gözləyirik. 

Bunun üçün tək məmurlardan müqəssirlər varsa cəzalandırmalıyıq. Bu gün hökumət qət eləmişdir ki, oraya bir 

komisyon  getsin. Təhqiqatdan  sonra  məmurlarımızdan  məsul  olan  varsa  cəzalarını  görsünlər.  Doktor  Qarabəy 

bundan qorxur. Mən isə bundan əsla qorxmuram. Avropa da bilsin ki, bizim adilinə bir hökumət qurmağa haqqı-




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə