Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə280/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   276   277   278   279   280   281   282   283   ...   299

394 

 

Camaatımızın hamısı əlində silah olaraq vətən müdafiəsinə çıxmağa qadir olmalıdır. Əgər götürsəniz Gürcüstan 



qvardiyasını,  görərsiniz  onlar  daha  qüvvət  və  şücaət  göstərmişlər.  Əgər  götürsəniz  Sadaxlı  müharibəsini, 

görərsiniz gürcü krasnı qvardiyası daha ciddi mübarizə edib çalışırlar. Bu ondandır ki, burada qırmızı qvardiya 

içində qocadan tutub, cavana kimi könüllülər vardır, hamısı da cümhuriyyətlərini mühafizəyə öyrənib sədaqət 

ilə  müharibəyə  gedirlər.  Bizim  əsgərlər  isə  kazarmalarda  oturacaqlar.  Bu  lazım  deyil  ki,  on  min  qoşun 

kazarmada  otursun.  Bizə  lazımdır  ki,  camaətimizi  hamısı  oxumuş  və  hazır  olsun.  Sabah,  ehtimal,  Denikin 

qarşımıza  çıxardanda,  şəhərli  və  kəndçilər  əldə  silah  olaraq  onun  qarşısına  çıxmağa  qadir  olsunlar.  Ona  görə 

bizə o lazım deyil ki, onlar türk afserləri əlində qalıb məhv olsunlar. 

Sədr  (saxlayır)  - Natiq əfəndi, rica edirəm, türk afserlərinin ehtiramını həmişə saxlayasınız: Türk zabitləri, 

əlində əsgərlərimiz, məhv deyil daha da qüvvətli və möhkəm olarlar. (Alqışlar). 



Qarayev - Burada türkləri təhqir edən olmadı. 

Sədr - Rica edirəm nitqinizdə davam edəsiniz. 

Qarayev  -  Əsgərlərimiz  kazarmalarda  sənələrcə  qalır.  Bunların  qalmaları  lazım  deyildir.  Aydan  fəzlə 

qalmasınlar. 

[900 - 901] 

Növbə ilə, qruppa olub, gəlib öyrənərlər və gedərlər. Bunda daha yaxşı olar. 



Sədr - Söz Muxtar Əfəndizadənindir. 

Muxtar Əfəndizadə - Mən sözlərimi təfsilən deyil müxtəsər dedim. Çünki, məncə, məsələ çox aydındır. heç 

gözləmirdim ki, Rza bəy desin ki, müddət nə qədər qısa olsa, o qədər çox əsgər olar və Mustafa bəy də buna 

məntiqsiz bir mülahizə desin. Mən bu fikri, bunu nəzəriyyəni məntiqsiz bilməyirəm. Mən deyirəm ki, bir adam 

qırx sənə sonra yenə əsgər olsun. Tazə alınan əsgər gəlib öyrənir, əsgər olur. O gedir, yenə təzəsi gəlib öyrənir. 

Qayda  ilə  əvvəlinci  gedir,  ikinci  gəlir.  Cəmaət  hamısı  əsgərliyə  hazır  olur.  Səfərbərlik  halında  hamısını  dəvət 

etmək  olur.  Əsgər  çox  olur,  sülh  vaxtında  isə  əsgər  müəyyən  miqdarda  hökumətə  lazımdır.  Mustafa  Vəkilov 

cənabları  dedilər  ki,  məsələ  nazikdir,  burada  açmaq  qeyri  mümkündür.  Və  ona  görə  gizli  məclis  lazımdır.  Bu 

doğru deyildir. Madam ki, bir məsələ məclisin müzakirəsinə vəz edilmişdir, nə lazımdır ki, gizli olsun. Hər gah 

bir  məsələnin  haqqında  ətraflı  danışmaq  mümkün  deyil,  o  vaxt  nə  üçün  müzakirəyə  qoyulmuşdur.  Bizim  heç 

gizli  sirrimiz  yoxdur.  Mustafa  Əfəndi  əmin  olsun  ki,  bizim  gizli  sirlərimizi  düşmənlərimiz  özümüzdən  daha 

yaxşı bilirlər. Burada bir sirr yoxdur. Biz əsgərlərimizin çox olmasını istəriz ki, nə qədər bu miqdarı artırmaq 

istəsən, bir o qədər əsgərlik xidməti müddətini azaltmalıyıq. Yenə öz nəzərimdə duraraq, əsgərlik xidmətin bir il 

müddətdə olmasını təklif edirəm, bəlkə sonra məclisi-müəssisan bu müddəti təğyir və təbdil edəcəkdir. Ona bir 

sözüm yoxdur. 



Sədr - Söz Mehdi bəy Hacıbababəyovundur. 

Mehdi bəy - Təəssüf edirəm ki, burada hərbi nəzarətdən nümayəndə yoxdur. Əgər olsa idi daha da gözəl olar 

idi. Mən vaxt barəsində danışmaq istəyirəm. Necə ki vaxtın azalması barəsində danışırlar, mən də deyirəm ki, 

əsgərlik müddəti bir il deyil, bir ay olsa idi daha da gözəl olardı. Bir dəstə libas geyməmiş, o biri dəstə gələrdi. 

Buradan bir haşiyə çıxmaq istəyirəm. Universitetimiz bir il olsa idi, doktorlarımız daha da tez-tez artardı. Fəqət 

mən  müəllim olduğumdan deyə bilərəm ki, bir ilin müddətində heç bir şey öyrənmək olmaz. Əsgərlərimiz  bir 

ayda ancaq sağ-sol öyrənərlər. Tüfəngin bir tərəfindən 

[901 - 902] 

bir ilə böylə məlumat almaq, olmaz. Siz eylə 

bilirsiniz  ki,  Gürcü  krasnı qvardiyası  haman  qvardiya  alınandan  sonra  təlim-tərbiyə  almışlar? Və  hərbə  böylə 

qabildirlər.  Xeyir,  onlar  Nikolayın  dörd  sənə  müddətində  tərbiyə  tapmış  əsgərləri  deyilmi?  Əsgər  o  deyil  ki, 

ancaq atmaq bilsin. Əsgərlərin atdığını burada bilsin. Burada deyilən sözlər ilə özlərinə kəndçi və fəhlələrdən 

ucuz qiymət ilə tərəfdar cəm etmək ki, ay kəndçi, ay fəhlə mən sizin üçün çalışıb. 2 il əsgərliyi altı ay etdim. Bu 

olmaz.  Mən  deyirəm  ki  2  il  yox,  bəlkə  5  il  əsgərlik  xidmətində  olmalıdır.  Bir  zaman  ki,  siz  Denikinlərin 

qabağına çıxmaq istəyirsiniz, bu zaman qurudan, sudan, göydən, hər tərəfdən üstünüzə güllə yağacaq, onda siz 

bir  ildə  təlim  görən  əsgərlər  iləmi  onlara  müqabilə  edəcəksiniz?  Mən  "Müsavat"  fraksiyası  tərəfindən  2  sənə 

olmasını təklif edirəm. 



Sədr - Söz Mustafa bəy Vəkilovundur. 

Mustafa  bəy  -  Mən  iki  söz  Muxtar  əfəndiyə  söyləmək  istəyirəm.  Natiq  əfəndi  məni  başa  düşməmiş.  Mən 

deməzdim ki, burada məbuslardan sirri saxlamaq lazımdır. Mən dedim ki, məclis qapalı olsun. 



Sədr - Söz Hacı Kərim Saniyevindir. 

Hacı Kərim Saniyev - Əsgərliyə gedənlərin halətini deyəndə ki, 2 il əsgər gedəndə onların əkinləri və işləri 

qalır, Mustafa bəy dedi ki, bir il gedəndə qalmır. Bir il əkin dala düşəndə nə olar. Əlbəttə bu əsgərlərə gücdür. 

Demək  uzun  bir  müddətdə  belə  etmək  əsgərliyə  gedənlərə  güc  olmazmı?  Deyirlər  ki,  Krasnı  qvardiya  köhnə 

əsgərlərdir. Halbuki krasnı qvardiya icbarın deyil könüllü olaraq 18 yaşından əlli sinninə qədər namus bir, fikir 

bir,  məslək  sahibi  adamlar  yazılırlar.  Odur  ki,  onlar  Şamxorda  əsgərlərin  silahlarını  aldılar,  indi  Lənkəranda 

Ramazan və dəstəsi nizam görmüş əsgərlərdimi? Yoxsa haman kəndlilərdirlər. Qaldı ki, imtahan barəsində, siz 

onu  yəqin  edin  ki,  kəndlilər  əsgərlərdən  daha  yaxşı  gözəl  nişan  atırlar.  Bu  sözlərimə  inanmayırsınızsa  onların 

nişanəsinə  Mehdi  bəy  özünü  qoysun  və  görsünki  neçə  nişanə  atırlar.  Qaldı  ki  müstəbidanə  əsgər  toplamaq 

məsələsinə  gəldikdə  Germaniya  əsgərləri  də  müstəbid  surətdə tərbiyə  almışlar idi.  Baxınız,  axırı  nə  oldu? Biz 

deyirik ki, əsgərliyi eşq və həvəs lazımdır. Zor ilə əsgər olmaz. Bundan mayada müddət çox olduqca cəmaətə və 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə