Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə279/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   275   276   277   278   279   280   281   282   ...   299

393 

 

artıq  olar.  Amma  iş  belədir  ki,  Azərbaycanda  bilirsiniz  fəhlə  çox  azdır.  Və  bu  əsgərliyə  alınanlar,  ələlxüsus 



indiki  zamanda  tamamən  o  adamlardır  ki,  onlar  zəhmətkeşlər,  çörək  qazananlar  və  heyvan  saxlayanlardır. 

Uyezdlərdən gələn xəbərə görə çöllər biçilməmiş və taxıl yığılmamış qalıbdır. Biçinçilərə çörək ilə 

[897 - 898] 

bərabər 200 manat da verirlərsə, yenə biçən yoxdur. Odur ki, bu il taxıl vaxtında belə biçilməyir. Qabaqda belə 

bir iş olan surətdə iki il camaətı əsgərlikdə saxlamaq özümüzə zərər vurmaqdır. Çünki bizə çörək də lazımdır. 

Ac əsgər saxlamaq olmaz. Əsasən biz əsgərlik müddətinin qısalması tərəfdarıyıq. Bununla bərabər bizə əsgər də 

lazımdır. Onu bilirsiniz ki, bu saat sərvətdarlardan əsgərliyə gedən yoxdur. Onlar qaçacaq yolu tapırlar. Qaçacaq 

yolu tapmayanda öylə bir iş edirlər ki, əsgərliyə düşməsin. Yazıçı olur, podratçı olur. Özünə qazanc yolu tapıb, 

əsgərlikdən özünü kənar edir. Amma ağır yük zəhmətkeşlər üzərinə düşür. Biz qanunun keçməsinə müvəqqətən 

razıyıq,  bu  şərtlə  ki,  əsgərlik  xidməti  gələcəkdə  bir  il  olsun.  Bilirsiniz  ki,  Azərbaycanda  yaşayanlar  təbii 

cəhətcə 

hərbidilər.  Əsgərlik  elmini  öyrənmək  bir  ilin  özü  onlar  üçün  uzun  şkoladır.  Uzun  vaxtdır.  Çünki  onlar 

həqiqətən elə əsgər yaranıblar. Bunları mülahizə edib bir ildən artıq onları saxlamaq, hər halda bizə zərərdir. Biz 

əsgərlik müddətinin bir il olması tərəfdarıyıq.  



Sədr-Söz Muxtar Əfəndizadənindir. 

Muxtar Əfəndizadə - Mən müddəti-əsgəriyyənin azalması tərəfdarıyam. Ona görə ki, müddət nə qədər az 

olarsa  əsgərlərin  miqdarı  bir  o  qədər  də  çox  olacaqdır  və  yerdə  qalan  öyrənməyənlər  də  tez-tez  öyrənərlər. 

Deməli  müddət  nə  qədər  az  olsa  digər  tərəfdən  əsgər  çox  olacaq.  2-ci  səbəb  budur  ki,  beş  illik  müharibə 

əsnasında insanlar azalmışdır. Bizim Azərbaycanda isə bu son zamanda xəstəlikdən çox ölənlər olmuşdur. Qırx 

sinnindən  yuxarı  olanlardan  ölənlər  az  olsa  da,  cavanlardan  ölənlər  hədsizdir.  Ölən  də  gənclərdən,  əsgərə 

gedənlər  də  əkib  biçən  cavanlardan  olur.  Cavanlardan  da  əsgər  çox  alanda  bizim  öz  işlərimiz  də  dala  qalır. 

Bunda  mən  də  bir  şey  düşünürəm,  əhalini  əsgərlikdən  nifrətləndirməməli,  ona  görə  də  əsgərlik  müddətini 

azaltmalı.  Hacı  Kərim  Saninin  təklifinə  mən  də  razıyam.  Mən  də  təklif  edirəm  ki  müddət  bir  ildən  ziyadə 

olmasın. 

Sədr - Rza bəy Ağabəyov. 

Rza  bəy  -  Möhtərəm  əfəndilər!  Çox  təəssüflər  olsun  ki,  biz  əsgərlik  işinə  şimdi  yavaş-yavaş  alışırıq. 

Qonşumuzda olan millətlər çoxdan əsgərlik işlərinə başlayıb. Qabağa aparmışlardır. Halbuki biz tazə-tazə bu işə 

şuru edirik. Bunun üçün biz əsaslı olaraq işə başlamalıyız. Burada bir fikir bəyan etdilər ki, müddət az olsun. 

Əsgərlərin  miqdarı  çox  olsun.  Məlumdur  ki,  davadan  qabaq  Fransa  parlamasında  sosialist  firqələr  tərəfindən 

müddət barəsində böyük danışıqlar və hərəkətlər olmuşdur. Onun qabağına böylə sözlər dedilər ki, onlar sükuta 

məcbur oldular. Əgər nazir əfəndi burada olsaydı bizdə hər il nə qədər nabor olur, Azərbaycan hər il nə qədər 

əsgər verir, bəyanat verərdi. Bunu da bilməli ki, müddət iki sənə olanda hər vaxt bizim əsgərlərimizin ədədi çox 

olar. Şimdi əsgərlərimiz azdır. Göstərilən müddətdən da geriyə getməli deyilik və azalda da bilmərik. 



Sədr - Mustafa Vəkilov. 

Mustafa  Vəkilov  - Əsgərlik  məsələsi qayət nazik və mühüm  məsələdir. Ona görə də bu mühüm  məsələyə 

yanaşanda  qayət  ehtiyatlı  olmalıyıq.  Cürbəcür  sözlərlə  vaxt  keçirmək  məclisi  məbusana  yaramaz.  Burada 

buyurdular  ki,  əsgərliyə  gedənlərin  əksəri  zəhmətkeş  olduğundan  onlar  biçin  vaxtı  öz  yurdlarında  olmayıb 

xidməti-əsgəriyyədə bulunacaqlardır. Demək ki, müddəti əsgəriyyə bir il olsa, iki ildə olan yenə onlar əsgərlikdə 

olub biçin vaxtı boş keçəcəkdir. İkinci bir fikir olaraq adamlarımız əsgərliyə əlverişlidir, anlayışlıdır deyilir. Bu 

fikir  də  səhvdir.  Bir  ildə  xidmət  və  təlim-tərbiyə  əsgəriyyənin  hər  bir  cəhətini  öyrənmək  zənn  edildiyi  qədər 

qolay deyildir. Və yenə Muxtar Əfəndizadə buyurdular ki, müddəti əsgəriyə nə qədər az olursa əsgərin miqdara 

da o qədər çox olar. Və əsgərə gələndə çoxalır və əsgərliyə düşən cavanlar da daha tez-tez tərbiyeyi-əsgəriyyə 

öyrənmiş olurlar. Əyər eylə bir məntiq götürsək ki, müddət nə qədər az olsa, o qədər çox əsgər gələr öylə olan 

surətdə  müddəti  əsgəriyyəni  bir  ay  götürək,  böylə  olmaz.  Və  məruzəçinin  fikrinə  də  məntiqsiz  demək  doğru 

olmaz.  Zənnimizcə  əsgərlik  məsələsi  o  qədər  nazik,  o  qədər  lazımlıdır  ki,  üzərində  bəhs  belə  olmamalı  idi. 

Çünki məsələ o qədər lazımlıdır ki, o qədər mühüm və hal-hazır üçün o qədər əhəmiyyətlidir ki, gərək məclis 

qapalı ola idi ki, ətraflı danışa idik. Yoxsa burada hər məsələni söyləmək mümkün deyildir. 

Sədr - Söz Əliheydər Qarayevindir. 

[899 - 900]

 

Qarayev - Mən öylə bilirəm ki, Mustafa əfəndinin təklifi ki, məclis qapalı olsun və əsgərlik məsələsinin də 

mühüm və nazik məsələ olduğunu söyləyir, mən bunun əksinə danışacağam... 



Sədr (saxlayır) - Natiq əfəndi, mən onun təklifini səsə qoyacağam. Layihə barəsində danışınız. 

Qarayev  -  Mən  təklif  barəsində  danışıram.  Deyirlər  ki,  nə  qədər  əsgərlər  çox  olsa,  o  qədər  padşahlığımız 

üçün yaxşı olar. 



Səslər - Padşahlıq deyil, cümhuriyyətdir... 

Qarayev  -  Böylə  qoşunlar,  Nikolay  zamanında  da  var  idi.  Nizam  və  dissiplinaları,  generalları,  afiserləri, 

praporşikləri var idi. Onlar da dörd il müddətinə kələn əsgərlər saxlayırdılar. Lakin bu qədər qüvvəti həmişəlik 

saxlaya  bilmədilər.  Çünki  o  qüvvə  imperialist  fikirlə  saxlanır.  Və  o  məqsəd  üçün  bəslənirdi.  Bu  saat  bura  isə 

cümhuriyyətdir. Əgər cümhuriyyətimizi mühafizə etmək istəyiriksə, camaatımızın hamısı gərək oxumuş olsun. 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə