Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə275/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   271   272   273   274   275   276   277   278   ...   299

384 

 

Katib - Oxuyur. 



Sədr  -  Layihə  əsasları  üzrə  kim  danışmaq  istər?  Danışmaq  istəyən  yoxsa  layiheyi-qanuniyyənin  ikinci 

qiraətinə keçirəm. Etiraz yoxmu? Etiraz yoxsa qəbul olunur. Əvvəlinci maddəni oxuyunuz. 



Katib - Əvvəlinci maddəni oxuyur. 

Sədr - Əvvəlinci maddə xüsusunda kim danışmaq istərdi. 

Səslər: - Nəyi gözləyirsiniz? 

Sədr  -  Kvorum  yoxdur,  üzvləri  gözləyirəm.  Əvvəlinci  maddəyə  etiraz  yoxdur?  Etiraz  yoxsa  qəbul  olunur. 

İkinci maddəni oxuyunuz. 



Katib - İkinci maddəni oxuyur. 

Sədr  -  İkinci  maddə  xüsusunda  kim  danışmaq  istər.  Əgər  danışan  yoxsa  səsə  qoyuram.  İkinci;  maddəyə 

etiraz yoxdur. Etiraz yoxsa qəbul olunur. Üçüncünü oxuyunuz. 



Katib - Üçüncü maddəni oxuyur. 

Sədr - Üçüncü maddə barəsində kim danışmaq istərdi? 

Şəfi  bəy  Rüstəmbəyov  -  Onu  ərz  etmək  istərdim  ki,  məvaciblər  iyul  ayının  əvvəlindən  təyin  olunsun, 

qanunda deyilən kimi aprelin birindən olmasın. 

[882 - 883]

 

Sədr - Təklif var ki, məvaciblər iyulun birindən qəbul olunsun. 



Səslər - Düzdür. 

Sədr - Kim bu barədə söz istərdi? Söz istəyən yoxsa, son söz məruzəçinindir. 

Rza bəy Ağabəyov - Bu xüsusda maliyyə büdcə komisyonunda danışıldı. Komissiya ancaq apreldə dayandı. 

Çünki  bu  qanun  iki  ay  bundan  əvvəl  qəbul  olunubdur.  Təxiri  barəsində  günah  müavinlərdə  deyil,  hərgah 

vaxtında  təsdiq  olunsa  da,  onda  onlar  da  bu  vaxta  qədər  məvaciblərini  almışdılar.  Bir  də  bununla  biz  may 

qanunun əsasını pozuruq. Bugünkü qanunla biz göstərmək istəyiriz ki, may qanununda müavinlər barəsində zikr 

olunur, madam ki, belədir, gərək bunların da maaşlarını, nazirlərin maaşlarını artıran vaxtdan artıraq, onlarınkı 

aprelin birindən artırılıb, bunlarınkı da aprelin birindən artırılmalıdır. 



Sədr - Rica edirəm xüsusi söhbətlə məşğul olub səs salmayasınız, çünki mühərrirlər yaza bilmirlər. 

Rza  bəy  (davam  edir)  -  Biz  maliyyə  büdcə  komissiyonunda  ancaq  xəzinə  mənfəətini  gözləyirik,  lakin 

müavinlərin maaşları barəsində danışılıb, qət olunub ki, onların maaşları aprelin birindən qəbul olunsun və bunu 

da qəbul etməyi parlamandan xahiş edirik. 

Sədr - Deməli təklif ikidir. Biri komisyonun öz təklifidir ki, aprelin əvvəlindən hesab olunmasını təklif edir. 

Biri də indi Rüstəmbəyovun tərəfindən təklif olunur ki, iyulun birindən hesab olunsun. Çünki məruzəçi təklifi 

qəbul etmir. Ona görə əvvəl Şəfi bəy Rüstəmbəyovun təklifini səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini 

qaldırsın. (Əllər qalxır). Kim bu təklifin əleyhinədir? Kim səs verməyib? Rica edirəm hamınız iştirak edəsiniz. 

Bir  də  səsə  qoyuram.  Kim  Şəfi  bəy  Rüstəmbəyovun  təklifinə  tərəfdardırsa,  rica  edirəm  əlini  qaldırsın.  Kim 

əleyhinədir? Kim səs verməyib? Lehinə 24, əleyhinə 7, səs verməyən 11. Əksəriyyəti ilə qəbul olunur, iyulun 

birindən. 

Layiheyi-qanuniyyənin 3-cü qiraəti qalır gələcək iclasa. Növbədəki məsələyə keçmədən 5 dəqiqəlik tənəffüs 

elan edirəm. 

 

(Tənəffüsdən sonra) 

[883 - 884] 

Sədr - İclası davam edirik. Növbədəki məsələ sənaye şəhadətnamələrinin qiymətini artırmaq haqqında qanun 

layihəsidir. 

Məruzəçi Ağabəyov, burada səhv yazılıb, məruzəçi Ağabəyov deyil, Şəfi bəy Rüstəmbəyovdur. 

Şəfi bəy - Bu layiheyi-qanuniyyə ki, gəlib, əsasən sənaət vergilərinin artırılması məsələsidir. Deməli 1910-cu 

il-də  qəbul  edilən  vergi  qanunu,  1914-cü  ildən  bu  yana  artırılmışdı.  40-50  faiz,  vəhalanki  100-90  faiz  qət 

olunmuşdu.  İndi  maliyyə  nəzarəti  əvvəldən  qəbul  edilən  əsas  üzrə  vergilərin  artırılmasını  təklif  edir.  Deməli, 

vergilər 1914-cü ildən 3 qat artırılmalıdır. Bu qanunun bir tərəfidir. Digər tərəf də budur ki, bəzi sənətxanalar bu 

vaxta  kimi  şəhadətnamələr  almırdılar,  amma  vergi  vermirdilər.  Bu  da  ona  görə  idi  ki,  Rusiya  dövləti 

sənətxanaların  və  tacirlərin  işini  asanlaşdırmaq  istəyirdi.  İndi  isə  biz  çalışırıq  ki,  mallar  xaricə  çıxmasın.  Ona 

görə təklif olunur ki, Rusiya zamanında 421, 471 və 457-ci maddələr ləğv edilsin və əvəzinə qərar qoyulsun ki, 

bu  vaxta  kimi  vergi  verməyənlər  bundan  sonra  vergi  versinlər.  Lahiyənin  3-cü  tərəfi  budur  ki,  o  tacirlər, 

kontorlar  ki,  vaxtında  şəhadətnamə  almırlar,  onların  əlindən  bəratülqövl  qayrılıb  verilərdi  kozyonnı  palataya, 

ondan  sonra  kozyonnı  palata  onların  cərimələrini  təyin  edirdi.  İndi  maliyyə  nəzarəti  bunu  yüngülləşdirmək 

istəyir.  Və  təklif  edir  ki,  cərimələri  nəzarət  tərəfindən  podatnovi  inspektor  təyin  edib  alsın.  Daha  bir  də 

kozyonna palataya getməsin. Bu layihəyə komisyon baxıb bəzi şeylərin layiheyi-qanuniyyədə olmadığına görə 

geri  qaytarmışdı.  İndi  nəzarət  layihəni  təzədən  düzəldib  komisyona  göndərdi  və  komisyon  da  təbəddülatsız 

qəbul edib, parlamanın təsvib və təsdiqinə təqdim ediyor. 



Katib - Layihəni oxuyur. 


385 

 

Sədr - Əlavəsi də var. Onu da oxuyunuz. 



Katib - Layihənin əlavəsini oxuyur. 

Sədr - Oxunan qanun layihəsi xüsusunda kim danışmaq istərdi? Söz Qasım bəy Camalbəyovundur. 

Camalbəyov - Möhtərəm üzvlər! Biz əsasən əgri naloqların ziddi olmuşuq... 

Səslər - Əgri naloq hansıdır? 

Sədr - Rica edirəm natiqə mane olmayasınız. 

Səslər - Başa düşmürük, əgri naloq hansıdır?

[884 - 885]

 

Camalbəyov - Bu gildinin artmağını əgri naloq hesab edirik. Gildi artırılıb pulu xəzinəyə veriləndə dükançı 

da  şeylərin  üstünə  qoyacaqdır.  Cəmaət  də  şeyləri  baha  alacaqdır.  Bu  qərar  ilə  bir  adamdan  naloq  alınanda, 

dükançıdan alınan da cəmaətin boynuna gələcəkdir. Ona görə biz həmişə naloq əleyhinə olub podoxodnı naloq 

tərəfdarı olmuşuq. O cəhətdən biz bunun ziddinə gedəcəyik. 



Sədr - Sırada natiq olmadığından layiheyi-qanuniyyənin ikinci qiraətinə keçirəm. Buna etiraz yoxdur ki? 

Səslər - Yoxdur, yoxdur. 

Sədr - İkinci qiraət qəbul edildi. (Katibə) Əvvəlinci maddəni oxuyunuz. 

Katib - 457-ci maddəni oxuyur. 

Sədr - 457-ci maddə xüsusunda kim danışmaq istərdi? Danışmaq istəyən yoxsa səsə qoyuram. Səsə qoyuram 

457-ci maddəni. Buna etiraz yoxdur? Etiraz yoxdur qəbul olunur. 471-ci maddəni oxuyunuz. 



Katib - 471-ci maddəni oxuyur. 

Sədr  -  471-ci  maddə  xüsusunda  kim  danışmaq  istəyir?  Danışmaq  istəyən  yoxdursa  səsə  qoyuram.  Bu 

maddəyə etiraz yoxdur? 471-ci maddə qəbul edilir. 



Katib - 500-cü maddəni oxuyur. 

Sədr - 500-cü maddə xüsusunda kim danışmaq istərdi? Qəbuluna etiraz yoxdur? Etiraz yoxsa 500-cü maddə 

qəbul edilir. 



Katib - 501-ci maddəni oxuyur. 

Sədr - 501-ci maddə xüsusunda kim danışmaq istərdi? Etiraz yoxdur buna? (Sosialistlərə müraciətən). İltifat 

ediniz bu maddəyə siz etiraz edirsiniz. Üçüncü qəraətin əleyhinə əlinizi qaldırarsınız. 501-ci maddə qəbul edilir. 



Katib - 502-ci maddə xüsusunda kim danışmaq istərdi? Qəbuluna etiraz yoxdur? 502-ci maddə qəbul olunur. 

503-cü maddəni oxuyuz. 



Katib - 503-cü maddəni oxuyur. 

Sədr  - 503-cü maddə xüsusunda kim danışmaq istərdi? Etiraz yoxdur? 503-cü maddə qeydlə bərabər qəbul 

edilir. 504-cü maddəni oxuyunuz. 



Katib - 504-cü maddəni oxuyur. 

[885 - 886]

 

Sədr - 504-cü maddə xüsusunda kim danışmaq istərdi? Etiraz yoxdur 504-cü maddəyə? 504-cü maddə qəbul 

edilir. 505-ci maddəni oxuyunuz. 



Katib - 505-ci maddəni oxuyur. 

Sədr  -  505-ci  maddə  haqqında  etiraz  yoxmu?  Etiraz  olmadığından  505-ci  maddə  qəbul  edilir.  506-cı 

maddəni oxuyunuz. 



Katib - Oxuyur. 

Sədr - 506-cı maddə xüsusunda etiraz yoxmu? 506-cı maddə qəbul edilir. 507-ci maddəni oxuyunuz. 

Katib - Oxuyur. 

Sədr  - 507-ci maddə haqqında kim danışmaq istər? Etiraz edən yoxmu? 507-ci maddə qəbul edilir. 579-cu 

maddəni oxuyunuz. 



Katib - Oxuyur. 

Sədr  -  579-cu  maddə  haqqında  kim  danışmaq  istər?..  Etiraz  yoxmu?  Qəbul  edilir.  589-cu  maddəni 

oxuyunuz. 



Katib - Oxuyur. 

Sədr  -  589-cu  maddə  haqqında  kim  danışmaq  istər?  Etiraz  yoxmu?  Qəbul  edilir.  Fəsilə  bərabər...  591-ci 

maddəni oxuyunuz. 



Katib - Oxuyur... 

Sədr - 591-ci maddə xüsusunda kim danışmaq istər... Etiraz yoxmu? 592-ci maddəni oxuyunuz. 

Katib - Oxuyur. 

Sədr - 592-ci maddəyə etiraz yoxmu? Qəbul edilir. 592-ci fəsillə bərabər. 

Sədr - 590-cı maddəyə etiraz yoxmu. qəbul edilir... 492-ci əlavə fəslini oxuyunuz. 

Sədr - 0 doğru deyil, ikinci siniflər üçün 200, üçüncü siniflər üçün 225, dördüncü siniflər üçün 150 olacaq. 

Katib - Oxumağa davamla. 

Sədr - Xeyir... 65, 45, 20... 

Katib - Oxumağa davam edir... 

Sədr - 449-cu maddənin əlavəsi haqqında kim danışmaq istər? Etiraz yoxmu? Qəbul edilir. 


Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə