Oxuyun, gərəyiniz olar



Yüklə 80,37 Kb.
tarix26.09.2017
ölçüsü80,37 Kb.
#1933


Oxuyun, gərəyiniz olar...

100
Hörmətli istifadəçilər! Dəyərli aqillərin deyimləırini toplamaqda məqsədim budur ki, gənclərimiz bu deyimləri nəsihət kimi qəbul edərək, həyatda öz şəxsi yollarını düzdün seçib,səhvlərə yol vermədən əsrlərin sınağından çıxmış və xaıq arasında öz təstiqini tapmış bu deyimlərə söykənib cəmiyyətdə öz yerlərini tutmağa layiq olsunlar. Gələcəyimizi belə gənclərə etibar etsək, yanılmariq. Uğur olsun !

topladı: Qədirli Ariz Teymur oğlu

***********************************************



Tel: 055-669-77-50 e-mail: ariz1954@bk.ru 2012-ci il

***********************************************

* Optimist xoşbəxt bir sərsəm; pissimist, bədbəxt bir sərsəmdir.

(Bernanos)


* Könüllü aydın (ziyalı, alim) bir adama qul olmaq, padşahların başına Tac olmaqdan yaxşıdır.

(Mövlana)


* Müvəffəqiyyətin 5%-i etməyi bilməkdən, 95%-i edə bilməkdən ibarətdir. (Fransız deyişi)

* Məbəd üçün can verilir; daşları üçün deyil. (St. Exupery)


* Bizdən başqalarında olan qabiliyyət və bacarığa biz şans deyərik. (Michel Audiart)
* Gəbərmək yerinə ölməyi üstün tuturam. (Drieu La Rochelle)
* Söz, müvəffəqiyyətin kölgəsidir. (Demokritus)
* O işin başarılmasının qeyri-mümkün olduğunu bilmədikləri üçün bacardılar. (Mark Twain)
* Sənət təbiətin içindədir; sənətçi onu oradan çıxara biləndir ... (Albrecht Dürer)
* Əgər həqiqəti açıqlamaq istəyirsənsə, zərifliyi dərziyə burax ... (Albert Eynşteyn)
* Zaman insanları deyil, armudları yetkinləşdirər. (Peyami Səfa)
* Pulla satın alına biləcək qədər dəyərsiz şeylərin arxasında qaçmağa vaxtım yoxdur. (.)
* Ağıl hazır deyilsə, göz görə bilməz. (Emilie Serge)
* Çağımızın xəstəliyinin əlamətləri, baş və ürəyin boş, mədənin isə dolu olmasıdır. (?)
* Həyatı yaşamanın iki yolu vardır;

Biri heç bir şeyin möcüzə olmadığını düşünmək,

digəri isə, hər şeyin möcüzə olduğunu düşünməkdir. (Albert Eynşteyn)
* İllər, günlərin heç bir zaman bilməyəcəyi bir çox şeyi öyrədərlər...(Ralph Waldo Emerson)
* Yayın doğruluğu, əyriliyindədir. (Fəthullah Gülən)
* Yüksək olanı sevmək, bir az da yüksək olmaq deməkdir.

(Neches)
* İnsan gəncliyində öyrənər, Qocalığinda anlar. (Eschenbach)


* Yaxşı keçən bir gün necə xoşbəxt bir yuxu gətirsə, yaxşı keçən bir ömür də xoşbəxt bir ölüm gətirər. (Leonardo da Vinçi)
* Az qorxun, çox ümid edin;

Az yeyin, çox çeynəyin;

Az danışın, çox şey ifadə edin;

Az qızın, çox sevin;

Yaxşı şeylər sizindir ... (Lord Fişer)
* Elə bir insana rast gəlmədim ki, onda öyrəniləcək bir şey olmasın. (Alfred də Vigny)

* Düşüncələrində inadlığın və şiddətin çox olması, axmaqlığın ən açıq əlamətləridir. (Bernard Barton)


* İnsanlar nə qədər az mütəfəkkirlərsə, bir o qədər də çox danışarlar. (?)
* Maneələr, gözünüzü hədəfdən ayırdığınız zaman qarşınıza çıxan qorxunc şeylərdir. - Henry Ford
* Özünü idarə et! O zaman dünyanı idarə edəcək gücü tapa bilərsən. – Əflatun
* Həyatınız pis bir yola girmişsə, unutmayın; sükandakı sizsiniz. - Marlynn Longsdon

* Yaxşı təşkil edilmiş zaman, yaxşı təşkil edilmiş bir zehinin ən qəti işarəsidir. - Pitman

* Başqalarını idarə edənlər əvvəl özlərinin ustası olmalıdır. - Phillip Massinger

* Bir insanı oldugu mövqeylə deyil, göz qoyduğu mövqeylə ölçmək lazımdır. - Tolstoy

* Komandirlər iş bilər insanlar deyilsə, əsgər çox olmuş nəyə fayda. - Aisopos

* İstədiyini deyil, sənə lazım olanı al. İstəmədiyin şeyin qiyməti, çox az belə olsa yenə sənin üçün bahalıdır. - Cato

* Dünyada insanların əhvalını pul qədər heç bir şey poza bilməz. - Sophokles

* Üstündə ulduz olmayan heç bir yol yoxdur. - Emerson

* Həyatın müxtəlif çətinliklərinə qarşı üç şey hədiyyə edilmişdir; ümid, yuxu və gülmək. – Kant

* Fürsət nazlı, cilvəli bir qadın kimidir. Bir dəfə qapını bağlı tapsa, bir daha gəlməz. - Grillparzer

* Bizi həyatdan şikayətə yönəldən şey, qarşılaşdığımız çətinliklərin böyüklüyü deyil, mübarizə gücümüzün azlığıdır. – Taylor

* Necə və nə vaxt öləcəyinizi seçə bilməzsiniz. Yalnız necə yaşayacağınıza qərar verə bilərsiniz. İndi! - Joan Baez

* Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq da ölümə aparar. - Yavuz Sultan Səlim

* Ümid yoxsa cəhddə yoxdur. - Samuel Johnson

****

* Müvəffəqiyyətinizin böyüklüyünü inancınızın böyüklüyü təyin edər.



* Sevginin olduğu yerdə qeyri-mümkün yoxdur.

* Acı çəkmək ölməkdən daha çox cəsarət istər.

* Başqalarını bağışla, özünü isə əsla.

* Çox bilənin dərdi çox olur.

* Hər kəs düşüncələrində yanıla bilər.Amma axmaqlar heç vaxt yanıldıqlarını anlaya bilməzlər.

* Göz yaşları acının səssiz sözləridir.

* Bütün böyük səhvlərin arxasında qürur yatır.

* Ağıllı bir kimsə heç bir zaman üzr istəmək məcburiyyətində olmaz.

* Başqalarının sənin sirrini açıqlamasını istəmirsənsə, sən öz sirrini açıqlama.

* Zamanın azaltmadığı, yumşalda bilmədiyi kədər yoxdur.

* Andına baxıb insana inanma, insana baxıb andına inan.

* İrəli getmək üçün bəzən arxaya dönmək lazımdır.

* Hədəfini seçməyən insan savaşda havaya atəş açana bənzəyir.

* Düşünmədən danışmağın cəzası, danışdıqdan sonra düşünməyə məhkumdur.

* Heç kimə çox güvənmə. Ağ bir gülün belə qara kölgəsi var.

* İnsan ancaq anladığı şeyləri eşidər.

* Sabah geri qalan ömrümüzün ilk günüdür.

* Insan həyatı bir kibrit qutusuna bənzəyir. Onunla ciddi davranmaq gülməli gələr. Ciddi davranmarsan təhlükəli olar.

* Bir bu gün iki sabaha dəyər!

* Bir qızın qüsurlarını öyrənmək üçün onu bir qız yoldaşına tərifləyin.

* Bir qoyunum və bir inəyim olduğundan bəri hamı mənə salam verir.

* Böyük imperiya - böyük piroq kimidir. Qıraqlardan yemək daha asanddır!

* Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.

* Cəsarətli olmayan insan, iti kənarı olmayan bıçağa bənzər.

* Dəlilik eyni şeyi təkrar təkrar etmək və fərqli nəticə gözləməkdir.

* Dünyada ölüm və vergi qədər real bir şey yoxdur.

* Düşmənlərinizi sevin çünki, qüsurlarınızı tək onlar açıqca söyləyə bilər.

* Əgər boş vaxtının olmasını istəyirsənsə, vaxtını boş itirmə.

* Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar!

* Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir!

* Ən yaxşı həkim əksər dərmanların kömək edə bilmədiyini bilən həkimdir!

* Aqsızlıq zənginliklə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir!

* Görmək asandır, əvvəldən görmək çətindir.

* Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir.

* Həyatı sevirsənsə, vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir.

* Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.

* Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır!

* İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər.

* Kim səni özündən daha çox aldatdı?

* Həmişə gələcəkdə yaxşı olacaq deyirlər. Amma bu günlər də keçmışlərin gələcəyi deyilmi?

* Daş da Vətəndaşdır !.... amma, Vətəndaş daş deyil !

* Çox tanış əldə edin, ama hamsını dost qəbul etməyin.

* Həyatda bir dəfə gedəndə geri dönməyən 3 şey: zaman, söz ve fürsət.

* Həyatda ən dəyərli 3 şey: .sevgi, özunə inam ve dostlar.

* Həyatda güvənilməyəcək 3 şey:. xəyallar, qalibiyyət ve varliliq.

* Həyatda insani məhv edən 3 şey:. cəsarətsizlik, qürur ve nifrət.

* Həyatda insani yuksəlden şey:. çox çalişmaq, səmimiyyət ve qələbə.

* Həyatda itirilməməsi lazim olan 3 şey:. barış, ümid ve dürüstluk.

* Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!

* Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!

* Bağışla amma heç vaxt UNUTMA!!!

* Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!

* İtlərin mehribançılığı aralarına SÜMÜK GİRƏNƏ qədərdir.

* Özünə qarşı yalançı olma, çünki insanın ən böyük şahidi vicdanıdır.

* Sevgi üçün orta bir vəziyyət yoxdur. O ya xilas edir, ya da məhv edir.

* Dərdi olanı dinlərəm, amma dərdə yol açanı silib keçərəm.

* Acı çəkdiyiniz zaman özünüzdən soruşun. 1 il sonra bunun önəmi olacaqmı ?

* Köhnələ bilərsən…. Amma heç vaxt paslanma.

* Hər soyləniləni qəbul etmə. Amma danişma haqqini heç kimin elindən alma.

* Gəncliyinə çox güvənmə, ölənlər tək qocalardir ki???

****

* Düşmənlərinizi sevin çünki, qüsurlarınızı tək onlar açıqca söyləyə bilər.



* Əgər boş vaxtının olmasını istəyirsənsə, vaxtını boş itirmə.

* Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar!

* Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir!

* Ən yaxşı həkim əksər dərmanların kömək edə bilmədiyini bilən həkimdir!

* Əxlaqsızlıq zənginliklə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir!

* Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə düzgün insan olardılar!

* Görmək asandır, əvvəldən görmək çətindir.

* Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir.

* Həyatı sevirsənsə, vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir.

* Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.

* Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır!

* İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər.

* Kim səni özündən daha çox aldatdı?

* Qanunlar hörümçək toruna bənzər, ancaq kiçik ağcaqanadları tutar. Böyük ağcaqanadlar, gözünün qarşısında onu deşib keçər.

* Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır.

* Qürürlu insan həmişə qürürlu insana nifrət edir!

* Öz dişlərimin arasında olmasına baxmayaraq öz dilimə hakim ola bilmirəmsə. başqalarının dilinə necə hakim ola bilərəm...

* Pul hər şeyi edər deyən adam, pul üçün hər şeyi edən adamdır.

* Pul və insan arasındakı qarşılıqlı əlaqəsi belədir: İnsan pulun saxtasını edər, pul da insanın.

* Pulun alacağından deyil, pulun alacağı insanlardan qorxun!

* Pulun dəyərini öyrənmək istəsəniz, borc almağa çalışın.

* Sülh belə, böyük pulla alınır.

* Şüşə, farfor və reputasiya - bunları sındırmaq çox asan yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir!

* Tanrı, özlərinə kömək edənlərə kömək edər.

* Tez yatıb tez qalxmaq, insanı sağlam, varlıqlı və ağıllı edər.

* Tənbəllik elə yavaş yavaş gedir ki, kasıblıq gəlib ona tez çatır.

* Üç adam bir sirri saxlaya bilər əgər ikisi ölübsə.

* Yaxşı bəhanələr tapmağı bacaranların, başqa şeylər bacara bildiyi çox nadir olaraq görülür.

* Zaman böyük bir müəllimdir, amma çox təəssüf ki, bütün şagirdlərini öldürür.

Hikmətli Sözlər

* Mal, sahibini dünyada yüksəldər, axirətdə alçaldar.

* Mömin, baxdığında ibrət alar. Bir şey verilsə, şükr edər. Müsibət və bəlaya uğrayacaq olsa, səbr edər. Danışacaq olsa, Allahu təalanı xatırladar.

* Mömin, dünyaya ibrət gözü ilə baxar. Ehtiyacı üçün qarınını doyurar. Dünyadan danışıldığı vaxt, nifrət və tənqid qulağı ilə dinlər.

* Yetkinlik üç şeydə vacibdir: Müsibətə səbr etmək, istəklərdə həddindən artıq uymamaq və istəyənə verməkdir.

* Hirs, yanar bir atəş kimidir. Hər kim ki, qəzəbinə hakim olsa, onu söndürər və hər kim ki, qəzəbinə qul olsa, ilk yanan özü olar.

* Səbir ən gözəl xasiyyət, elm isə ən şərəfli bəzək əşyasıdır.

* Səbir iki qisimdir: sevmədiyin şeyə səbr etmək və sevdiyin şeyə səbr etmək.

* Səbir iki qisimdir; bəlaya səbr yaxşı və gözəldir. Bundan daha gözəli, haramlara qarşı səbirdir.

* Səbir, insanın başına gələnə dözməsi deməkdir. Onu qizişdirana qarşı da özünə hakim olmaqdır.

* Sevgi, qəlblərin bir-birinə yaxınlaşması və ruhlar ünsiyetidir.

* Sıxıntıya düşmədən əvvəl təhlükəsizlik tədbirini edən kimsə, ayağını möhkəm yerə basmış olar.

* Sıxıntıya qarşı səbir etmək, bolluq anındakı sağlamlıqdan daha üstündür.

* Söz dərman kimidir. Azı faydalı, çoxu zərərlidir.

* Sükut, sənə təmkin qazandırar və səni üzr diləmə zəhmətindən qurtarar.

* Bəzək və zinətə həvəs edən kişilər, əslində kişidirlər, amma, mərd deyillər.

* Sizin şəxsiyyətinizə pislik edən bir düşməni bağışlayın. Lakin vətəninizə və millətinizinizə pislik edən bir kimsəni, əsla bağışlamayın..

* Şəkk, şübhə, yaxınlığı pozar, imanı yox edər.

* Şirin dili olanların dostları hər gün bir az daha artır.

* Etdiyi günah bir işlə öyünmək, o günahı etməkdən daha pisdir.

* Ən qiymətli insan, qulağından girəni ürəyində basdıran insandır.

* Ən böyük həbsxana daş divarların dəmir barmaqlıqlarının arxası deyil; İnsanın başının içindəki düşüncələrə vurulmuş qandallardır.

* Unutdum ! Desəm də unudacağımı sanma, insan hər şeydən vaz keçər amma dəyər verdiyindən əsla !

* Ömür dediyin dünənə bənzər! Yaşıl yarpaq kimi açar sonra da solar, xəzan kimi xəzələ dönər və kəpənək kimi itib-gedər.

* Uşaq ikən sabah nələr oynaya bilərik? - deyə duşünərdik....

Indi isə həyat bizə hansi oyunu oynuyacaq? - deyə düşünüruk...

* Bitmiş bir sevgini davam etdirməyə çalişmaq, bitən şampun qabına su doldurmaq kimidir...

* Elə insanlar var ki, adam onlara yaxınlaşıb soruşmaq istəyir: "Beyinsiz yaşamaq çətin deyil ki?!"

* Ürək düşünə bilsəydi, döyünməkdən imtina edərdi.

* İnsanı ədəbinə görə seç! Ədəbli insanın ağlından ruh alıb canlanarsan!

Ədəbsizdirsə, yürü keç; Yanında durduqca rəzil və rüsvay olarsan!

* Allahdan bağışlanma diləmək bəndənin haqqıdır, ancaq bu haqqını biihudə əməlləri ilə puç etməzdən qabaq fikirləşə gərək…

* Sevmək bəlkə bir şeydir; ama sevildiyini bilmək çox şeydir.

* Sevdiklərinizə zaman ayirin , yoxsa zaman sizi sevdiklərinizdən ayirar.

* Qəmgin olmaq istəyirsinizsə yalnız keçmişi düşünün. Narahat olmaq istəyirsinizsə gələcəyə bağlanın. Əgər xoşbəxt həyat istəyirsinizsə bu gününüzlə yaşayın.

* Bir insan ən çox kimin yanında susursa, əslində ən çox onunla danışmaq istəyir.

* Həyatda hər şeyini bir adama bağlama. Çünki, onu itirsən, hər şeyini itirərsən.

* Özünü kiməsə zorla sevdirə bilmərsən. "Mənə güvən" deyə bilmərsən. O, bunu hiss etmirsə, söyləyəcək tək şey var: "özün bilərsən"

* Ağıllı adamlara gülmək axmaqlara verilmiş imtiyazdır...

* Həyatdakı əsil önəmli şey istədiyini almaq deyildir, aldıqdan sonra onu hələ istəməktir."

* Bəsdir, özünə yazığın gəlməsin !. "Vaxtında susmağı bacar !"
* Qul, qul deyil - qul olma]a razı olan quldur.

* Heç vaxt başqalarının xəyallarına gülmə.


* Yavaş-yavaş danış - amma tez düşün.
* Heç vaxt böyük dostluğu pozacaq kiçik mubahisəyə girişmə.
* Biz cavanlıqda sevmək üçün yaşayırıq, ahıl yaşlarında, yaşamaq üçün sevirik... Sent Evremon.

* "Axırıncı gülən, ən gec dərk edəndir" (Batner Qanunu)

* Heç vaxt deməyin ki, "Siz məni başa düşmədiniz" Yaxşısı budur "Mən fikrimi pis çatdırdım" deyin. М.А.Rоbеr.

* "Bu dünyada bizi zəngin edən aldığımız deyil, verdiyimizdir" (Q.Biçer)

* Havaya fikir vermirsən, nə qədər ki, onu korlamayıblar
* Düzgün yol o kəslərə verilir ki, o, çox tərəddüd etmir.
* Yaxşılıq etmə - pislik görməzsən. – həyatın qanunu.
*Əgər siz ağıllı, gözəl və varlı qızla evlənmək istəyirsinizsə, onda kərək üç dəfə evlənəsiniz....
* İnsanlar sağlamlıqlarını sərf edib pul qazanırlar, sonra isə pullarını sərf edib sağlamlıqlarını bərpa edirlər.
* Kölgə yerlə sürünsə də ayaq altında qalmır.
* Bağışlamaq yaxşıdır – Daha yaxşısı unutmaqdır
* Nifrəti gizlətmək asan sevgini isə çətindir, amma ən çətini laqeyq olmaqdır.
* Biz nadir hallarda düşünürük ki, nəyimiz var. Amma həmişə düşünürük, nəyimiz yoxdur.

* O şeyi ki, düşmənindən gizlədirsən,dostuna da bildirmə. Çünki zəmanət yoxdur ki, dostluğun əbədi davam edəcək.

* Günün başlanğıcında əvvəlcə ən çətin və xoşagəlməz işi həll edin.
* Həqiqəti düz gözlərinə deyən adam, - hörmətə layiqdir !

* İndi məşğul olduğunuz mənasız şeylərdən əl çəkin. Gələcəkdə nəyin faydalı olacağını müəyyənləşdirin.

* İt – planetimizdə olan nadir heyvanlardandır ki, sizi, özündən çox sevir.

* Heç vaxt gec deyil, heç vaxt da tez deyil – dəyişdirin bütün planlarınızı, əgər bu lazımdırsa.

* Düzünü deyin, onda nəyisə yadda saxlamaq lazım gəlməyəcək.

* "İrəliyə doğru hərəkət et "deyilən bir deyim var. Yoxla, kömək edəcək.

* Ağlına bir fikir gəldimi? Yaz.
* Gecikirsən? Bu barədə xəbərdarlıq etmək üsulunu tap.
* Sizi satan insanlara tərəf dönməyin. Onlar dəyişmir.
* Valideynlərinizlə birlikdə daha çox vaxt keçirin, çünki onların həyatdan getmə anı həmişə gözlənilmədən gəlir..
* Nəzakət şəhərləri fəth edir. Tez-tez istifadə edin.
* Öz səhvlərinizi etiraf etməyi bacarın.
* Əgər istəyirsinizsə ki, həyat üzünüzə gülsün, ona əvvəlcə öz yaxşı əhval-ruhiyyəsini hədiyyə edin.
* Yaşamaq üçün, sıçramaq, dolaşmaq, vuruşmaq, səhv etmək, başlamaq və yenə də başlamaq, və yenə atılmaq , daima mübarizə aparmaq lazımdır. Sakit dayanmaq isə,— qəlbin qorxaqlığıdır...
* Mən dostları seçmirəm. Bu cansıxıcı və faydasız bir məşğuliyyətdir. Mənə bazarda tərəvəzləri seçmək daha çox maraqlıdir. Dostlar isə, taleyin hədiyyəsidir.
* O zaman ki, işləriniz pis gedir – siz onlarla getməyin.

* Bəzən Allah sənin həyatında olan gümüşü əlindən alır ki, əvəzində qızıl hədiyyə etsin. Gərək vaxtında bunu başa düşəsən.

* Problem haqqında düşünmə - onun həlli haqqında düşün.
* Müdrük o kəs deyil ki, böyük şeylər haqqında çox düşünür - müdrük o kəsdir ki, kiçik şeylər haqqında az düşünür.
* Sabah gəlməyincə, bu gününün necə yaxşı keçdiyini anlamazsan.
* Məqsədə doğru can at, amma bu günlə yaşa.
* İki dəfə eyni səhvi təkrarlamaq olmaz. İkinci dəfə artıq bu səhv deyil. Seçimidir.

* O insanlarda ki, o yoxdur onlardan onu tələb etməin mənası yoxdur - məsələn, hissiyat, hansı ki, onu hiss etmirlər.


* Yeni yolu tapmaq üçün, köhnə yoldan çıxmaq lazımdır.
* Güclü adam o deyildir ki, zəifə qalib gəlir – güclü o adamdır ki, zəifə güclü olmağa kömək edir.
* Hər şey əlimizdədir - ona görə də onları əldən verməmək kərəkdir.
* Əgər siz başqalarına etibar etsəniz, sizin payınıza çox iş qalmayacaq.

* O şey haqqında düşün ki, səni xoşbəxt edə bilər. O işi gör ki, xoşuna gəlir. O adamlarla birlikdə ol ki, onlarla olmaq sənə xoşdur. O yerə get ki, orada səni gözləyirlər.

* Əgər o adamı olduğu kimi sevirsənsə - deməli onu sevirsən. Əgər sən onun xasiyyətini dəyişdirmək istəyirsənsə - deməli özünü sevirsən.
* İnsanlar sizin nə dediyinizi unuda bilərlər. Sizin nə etdiyinizi də unuda bilərlər. Amma heç vaxt unutmayacaqlar ki, siz onları hiss etməyə məcbur etdiniz.
Ağıllı sözlər
* Hər bir insanda günəş var. Ancaq ona işıqlandırmağa imkan verin.

* Hətta ən uca məhəbbət də yorulur, öz sədaqətinə görə mükafat almayanda

* Ağıllı o adam deyil kiI nəyisə sübüt etdi – ağıllı o adamdır ki, həqiqəti bildiyi halda mübahisəyə girişmədi.

* Təqsirkar heç də həmişə üzr istəmir. O adam üzr istəyir ki, münasibətləri çox qiymətləndirir.

* Dostluğun ən nadir növü – şəxsi başla dostluqdur.

* Sənin səhvlərin, sənin gücündür. Əyri köklər üzərində ağaclar daha möhkəm dayanır.

* Bizim düşüncəmizə görə Allah bizi yuxarıdan görür – amma o bizi içəridən görür.

* Keçmişə qayıdıb öz başladığını dəyişdirmək olmaz, amma indi başlayıb öz sonunu dəyişdirmək olar.



* Təcrübə - əziz məktəbdir, ancaq nə edəsən ki, axmaqlar üçün başqa bir məktəb yoxdur.

* Təsadüf deyilən şey yoxdur - Hər şey bu dünyada ya sınaqdı, ya cəzadı, ya mükafat ya da bir müjdədir.
Yüklə 80,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə