Müəlliflik hüququ Roland O



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10501
  1   2   3   4   5   6   7   8   9   ...   23


-1-


Mündəricat

Ön Söz


Demokratiyanın Prinsipləri

1. Demokratiya nədir?

2. Bərabərlik və azadlıq

3. Şəxsi  məsuliyyət

4. Inamsızlıq və ləyaqət

5. Etika 

6. Hakimiyyət

7. Hüquq


Vəzifə və Məsuliyyət

8. Xalq demokratik rejimdə

9. İxtilaf və Qarşıdurma

10. Liderlər



Demokratiya Institutlari 

11. Sosial məhdudlaşdırma və balanslar

12. Hüquqi norma

13. Konstitusiya

14. Federalizm

15. Seçkilər

 16. Siyasi partiyalar

Demokratiyaya görə Iddialar

17. Demokratiya dilemması

18. Silahlı qüvvələr

19. Polis

20. Kapitalizm və korporasiya

-2-



Müəlliflik hüququ   Roland O. Watsona  məxsusdur

DEMOKRATIYA DƏRSLƏRI

ÖN SÖZ

Demokratiya dərslərini yazmağa başlayanda, məqsədim bu sahədə təzə olanlar üçün dərslik 

hazırlamaq idi. O kəslər üçün ki, məhdud təhsil almış olsalar da belə bunu başa düşə bilsinlər. 

Lakin materialları toplayarkən anladım ki, bu cür şərh verməyim nəyin ki, faydalı olmaya bilər, 

hətta yalnışlığa gətirib çıxarda bilərdi. Demokratiya mürəkkəb mövzudur. Dünyada müxtəlif 

milli   demokratiyalardan   nümunə   gətirilə   biləcəyi   və   sınaqdan   çıxmış   bir   sıra   digər   ciddi 

məsələlər vardır ki, bunlar mövcud sistemi yanlış yola gətirib çıxara bilər. Bu zaman ya biz 

mürəkkəb olsa belə bu demokratiyanı qəbul edib başa düşməyə çalışmalıyıq, ya da özümüzü 

aldadaraq bunu da bəsit bir sistem hesab edib necə uğursuzluqla nəticələndiyini müşahidə 

etməkdən başqa yolumuz qalmayacaq.  

Demokratiya tərəfdarları üçün bunun əksinin olması əsas şərtdir. Sistem xalq tərəfindən idarə 

olunur və bunun səmərəli fəaliyyəti üçün xalq özü yüksək təhsilə malik olmalıdır.   

Apardığım bu işi dərs vəsaiti adlandırmaq daha doğru olardı. Bu iş demokratik sistemin bütün 

ünsürlərini əhatə edir və demokratiyanın əsasını təşkil edən bütün fundamental ideya və 



prinsiplərini   dünya   boyunca   yayılmış   hal-hazırkı   bununla   bağlı   olan   mövcud 

problemləri özündə ehtiva edir. 

DEMOKRATIYANIN PRINSIPLƏRI

1. DEMOKRATIYA NƏDIR?

Demokratiyanın mənası xalq üçün və xalq tərəfindən "idarə olunma" deməkdir. Sual olunur, 

bu nə deməkdir? Xalq öz-öünü necə idarə edir?

Demokartiyanın iki əsas modeli var: təmsilçilik və bir başa demokratiya. Dünyanın müxtəlif 

olkələrində təmsilçilik vasitəsilə olan demokratiyanın bu  variantı geniş yayılmışdır; xalq ardıcıl 

surətdə   seçkilərdə   iştirak   edir.   Belə   seçki   üsulu   ilə   onlar   liderlərdən   ibarət   kiçik   qruplar 

seçirlər.  O adamlar ki, faktiki olaraq hakimiyyət dairələrində çalışırlar. 

Bir başa demokratiya dedikdə isə xalq seçimini idarə etməyə görə edir. Digər sözlə desək 

onlar haçansa qərar qəbul edəcək liderləri deyil, bir başa - yəni hazırda hakimiyyətin mövcud 

vacib məsələləri ilə çalışan namizədlərə səs verirlər. Bir başa seçim üsulu hələ ki, bir çox 

səbəblərdən geniş yayılmayıb, buna səbəb belə sistemin idarə edilməsi və həmçinin mövcud 

təmsilçilik   modelindən  bu  modelə  keçid   zamanı   idarə  edilmədə     yarana   biləcək  çətinliklər 

aiddir.

-3-



Təmsilçilik   demokratiyasını   üstün   tutanlara   da   öz-özlüyündə   sual   olunur-   bununla   bütün 

məsələlər həll olunurmu? Xalq öz seçimini etdikdən sonra işi bitmişmi hesab olunur?

  

Buna cavab  “xeyr” olacaq. Demokratiya sosial təşkilatlardan ibarət mürəkkəb bir sistemdir. 



Onun bir sıra prinsipləri, məsuliyyəti və  təsisçiləri var. Ən əsas prinsiplərindən biri insanların 

bərabər   hüquqlu   olması   və   onların   şəxsi   azadlıqlarıdır.   Eləcə   də,   bir   çox   bu   kimi   digər 

məsələlər. İkincisi:  xalq və liderlərin hər birinə məxsus və müvafiq olan öhdəçilikləri var. Səs 

verdikdən sonra xalqın bu imkanları daha da genişlənir. Nəhayət demokratiyanı təsis edən 

müxtəlif   institutlar   fəaliyət   göstərir   ki,   onlar   da   tarazlıq   və   müvazinətin,   eləcə   də   hüquq 

qaydalarının qorunub saxlanmasına nəzarət edirlər.

Sözsüz ki, ən böyük məsuliyyət demokratiyanın xalq tərəfindən bütün aspektlərilə birlikdə tam 

mənada başa düşülməsidir. Lakin digər tərəfdən bunun tam başa düşülməsi heç mümkün də 

deyil və bu əl çatmaz bir xülyadır. 

Hal-hazırda dünyada insanların əksəriyyəti demokratik sistemin nə olduğunu bilməmələrinə 

və ya çox kicik bir qisminin məlumatlı olmasına baxmayaraq, uzun müddət bu sistemin əsası 

qoyulmuş ölkələrdə də bu tam anlamlı deyil və olsa da bir çox hallarda qüsurlu olur.

Dünyada bu gün demokratik dövlətlərin ciddi problemlərlə üzləşməsi də bu səbəbdəndir.

Bunun tam başa düşülməməsinın səbəbi sadədir: bayaq  qeyd  olunduğu kimi demokratiya 

mürəkkəb bir sitemdir. Bu sistem bir sıra fərdi ünsürlərə malikdir. Bunu düzgün başa düşmək 

üçün əvvəlcə bu unsürləri ayrıd etmək, sonra isə onları məntiqlə bir birilə əlaqələndirmək 

lazımdır.

Bu  dərsləri   ardıcıl   olaraq  bitirməklə  siz  demokratiya   haqqında  bütün   mürəkkəb  məsələləri 

öyrənəcək və bu biliklərə yiyələndikdən sonra demokratik cəmiyyətdə iştirak etməyə  hazır 

olmuş sayılacaqsınız.

Nadanlıq  ucbatından  geniş  yayılmış  fikirlərdən  biri  də  demokratiyanı   polemikaya  çevirmək 

mələsidir.   Həm   dövlət   daxilində   və   həm   də   milllətdən-millətə   bunun   əslində   necə   olması 

məsələsi hər zaman ciddi müzakirələrə çevrilir.

 

Ziddiyyətin yaranmasına səbəb də demokratiyanin mütləq, yoxsa nisbi sistem olmasındadır. 



Son   müddəalar   bunu   deməyə   əsas   verir   ki,   təmsilçilik   demoratiyası   çox   tərəfli, 

əsaslandırılmış, müxtəlif formalara malik bir sistemdir. Bu mövqenin tərəfdarları hansısa siyasi 

partiyanın demokratiyaya baxışlarının digərindən fərqli olması qənaətinə gəlirlər. Burda Asiya 

Qərbdən, Rusiyada Vladimir Putin demokratiyası, Venesuellada Huqo Chavez demokratiyası 

və s. bir- birindən fərqli baxışlara malikdirlər. 

Demokratiya  əslində   mütləq   sistemdir,   çünki   o,   prinsiplərin   kompleksinə   malik   olan   bir 

sistemdir. Bu prinsipləri təmin və ya qəbul etməyən sistem heç şübhəsiz demokratik deyil.

Demokratiya həmçinin legitim və fərqli formalara malikdir: bura,   hakimiyyətə başçı seçən, 

ümumxalq qanunverici orqanı olan - parlament və prezident tərəfindən aparılan seçim aiddir. 

Bundan   başqa   demokratik   sistem   millətin   tarixinə,   populyasiyaya   və   etnik     müxtəlifliyə 

-4-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə