Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə264/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   260   261   262   263   264   265   266   267   ...   299
    Bu səhifədəki naviqasiya:
  • Sədr

367 

 

olub-qalıb.  Başqa  uyezdlər  də  var  ki,  pərakəndə.  Əgər  bir  tək  Zəngəzurda  30  min  qaçqın  varsa,  cəmi 



Azərbaycanda 200 min qaçqın var ki, 20 min aşağı-yuxarısı ola bilər. Ayda bunların hərəsinə 100 manat versək 

eylər ayda 20 milyon manat. Əgər biz cəmaətin hamısını bir gözlə görmək istəyiriksə Bakı uyezdi qaçqınlarına 

baxdığımız kimi Azərbaycanın hər yerində olan qaçqınlara da baxıb kömək versək, ayda gərək 20 milyon pul 

verək.  Demək  istərəm  görək  ki,  bu  xərcin  qabağında  dayana  bilərik  ya  yox.  Biz  bu  xərcin  qabağında  dayana 

bilib,  bilməyəcəyimizi  o  vaxt  deyə  bilərik  ki,  büdcəmiz  məlum  olsun.  Məəttəəssüf  neçə  aylardır  ki,  bu 

tribunundan deyirik ki, büdcə hazırlansın. Amma bu vaxtadək düzəlməyib. Birinci və ikinci kabinələr büdcəni 

düzəldə  bilməlidir.  3-cü  hökumət  də  neçə  vaxtdır  işləyir.  Hələ  bu  vaxtadək  düzəltməyibdir,  düzəltmək  də 

çətindir. Hərgah büdcəmiz məlum olsa idi, bilərdik mümkünat var, yoxdur. Biz əvvəlcə gərək bilək ki, bizə bu 

pul 

[843  -  844]



  hardan  gəlir,  nə  qədər  gəlir,  nə  cür  yığılıb,  nə  cür  sərf  edək.  Bunu  açıq  bilmək  olmaz.  Verə 

bilmərik.  2-ci  mən  o  işdən  heç  xəbərdar  deyiləm.  Görək  buradakı  natiqlərin  sözünə  nə  cür  cavab  verəcəklər. 

Dokladda  bir  proqram  göstərilmir.  Ancaq  göstərilir  ki,  mal  veriləcək,  çörək  yemək  veriləcəkdir.  Bununla  da 

ancaq yolçu əmələ gətiriləcək. Ümuri-xeyriyyə nəzarəti məqsədi bu qaçqınlara xeyriyyə xasiyyətinə haiz kömək 

eyləmək  istiyor.  Amma  bu  qaçqın  məsələsi  xeyriyyə  dairəsindən  keçib,  ümum  məmləkətdə  böyük  bədbəxtlik 

olub.  Məmləkətdə  dəmiryolu  var,  su  yolları  var,  başqa  işlər  var.  Əvvəlcə  bu  qulluqlara  qaçqınlar  qəbul 

edilsinlər.  Bundan  sonra  hər  yerdə,  hər  kənddə,  hər  şəhərdə  qaçqınlar  üçün  kömək  versinlər.  Bu  işləri  ümum 

cəmaət köməyilə aparılmalıdır. Hökumət pulu ilə qaçqın saxlamaq olmaz. Mən burada bir proqram görmədim 

ki, danışam. Bu barədə danışmaq olar ki, düzdür ya - yox əsas üstündə danışmaq olar ona görə heç bir proqram 

məlum olmadığından mən bu məsələni nə lehinə, nə əleyhinə rəy verə bilmərəm. Büdcəmizi, qüvvəmizi bilək, 

proqramda məlum olsun. 

Sədr - Söz Abbasqulu Kazımzadənindir. 

Kazımzadə  -  Heç  şübhə  yoxdur  ki,  bir  şəxs  tapılmaz  qaçqınlara  əcələ  olaraq  köməkdən  geri  dursun  və 

danışsın.  İş  buradadır  ki,  keçən  natiqlər  əsasən  pulun  baxılmasına  zidd  deyildirlər.  Lakin  bir  növ  yollar 

göstərməyə çalışdılar. həqiqətən bir çox söz danışdılar ki, onları mən də burada yazmışdım. Yoldaşımız Saniyev 

söylədi. Mənim bir az bu işdə təcrübəm olduğu üçün mən də bu barədə söyləmək istərdim. Əsasən pul verilir. 3 

ay müddətində əcəba üç aydan sonra nə olacaq. Məəttəəsüf bunu eşitmədik. Bir də proqramda göstərilmiş ki, 

qaçqınlar  üçün  sənətxanalar,  əl  işləri  və  sairə  qayrılacaqdır.  Burası  şayani  təqdirdir.  Yoldaşı-mız  deyən  kimi 

bəzi hərəkətlər olur, bəzi göndərilən adamların işində namünasiblik görünür. Mən öz təcrübəmdən deyirəm ki, 

əkər  əhalidən  seçilmiş  komisyonlar  olsa  onda  işin  düzəlməsinə  köməklik  olar  ki,  bunu  da  Ağdaşda,  Ucarda, 

Göyçayda da gördüm. Doğurdan əhalinin özündən komisyon olsa, onda verilən bunlar torpaq olmayıb un olar 

və  cəmaət  çörək  yerinə  torpaq  yeməz.  Və  bir  də  dayimən  göndərilən  komisyon  səyyar  olmalıdır.  Bundan 

keçəndən sonra yoldaşlarımızın həbsi çörəkdən, paltardan bəhs edərkən bunlardan 

[844 - 845]

 daha lazımlı olan 

həkimlikdən bəhs etmədilər. Çünki qaçqınlar çoxdurlar, çörəkdən əvvəl həkim, əlac istəyirlər. Bir dəfə bu çörəyi 

siz  paylayarkən,  gündə  həkimsizlikdən  10  nəfərin  öldüyünü  görəcəksiniz.  heç  bir  yerdə  mühacirlərin  həkim 

cəhətinə bu vaxta kimi ciddi surətdə baxılmayırdı. İndi aldığımız məlumatlara görə bir az var, kim bilir, bəlkə 

də heç yoxdur. Hər halda təklif edərdim ki, həkimlərdən bir səyyar dəstə olsun. Lazım olan vaxtda təcili getsin. 

Bunu  təcrübə  göstərib  ki,  ən  əvvəl  lazımdır.  Burada  bəhs  olundu  Şamaxı  və  Göyçay  uyezdindən,  fəqət 

Zəngəzurdan  və  İravandan  sel  kimi  axıb  kələn  qardaşlarımız  və  bacılarımız  bizə  müsaidə  vermir  ki,  oturub 

Göyçay  və  Şamaxı  mühasirələrilə  məşğul  olaq.  Ərz  edirəm  ki,  kömək  lazımdır  və  vacibdir.  Lakin  buraxılan 

pullar  gərək  yerinə  getsin.  Mühacir  pulu  Bakı  neft  mədənlərinin  pulu  dəkil  ki,  ciblərə  getsin.  Buna  görə  də 

əhalinin  özündən  komitələr  seçilsin.  Bunlardan  keçəndən  sonra  mən  də  Aşurov  cənablarının  rəyində  iştirak 

edərəm.  Xahiş  edirəm  ki,  tez  bir  zamanda  bizə  bir  proqram,  dəsturul-əməl  təqdim  edilsin  ki,  bu  yolçuluğun 

qabağını almaq üçün üç aydan sonra nə yolla tədbirlər görmək məlum olsun. 

Əlbəttə qaçqınlığın qarşısını almaq üçün onun, öz əllərinin sənətinə çörək verilməlidir. 

Sədr - Mehdi bəy Hacıbababəyov. 

Mehdi bəy Hacıbababəyov - Bu qədər danışıqlar, bu qədər sözlər, cümlə məsələ qaçqınlara kömək, yardım 

etməkdir.  Bunu  heç  kəs  yoxdur  ki,  bilməsin.  Əhalidən  taxıl  əkənlər  və  taxılı  əkmək  istəyən  qaçqınların  malı 

yox, heyvanı yox, öküzü yoxdur ki, əksin və sonra yığışdırsın. Bunlara kömək edən yoxdur, taxıllarını biçsinlər. 

Ağsuda  buğdalar  yanır.  2200  tarla  yanmış,  kimsə  yoxdur  ki,  söndürsün.  Şamaxı  şəhərində  bir  əczəxanə  var, 

həkimi yox. Bir həkimi var Sazonov, onu aparırlar. buğdası olan buğda verir, olmayanı da ölsün, canı çıxsın. İki 

ayın  ərzində,  mayın,  iyulun  əvvəllərində  guya  Göyçayın  naçalniki  əsgər  yığmağa  çıxmış,  halbuki  o  biçarələr 

ayda Şamaxıya bir kərə gəlirlər. Beş min manat borc edir və dəlirik deyirlər. Mənim zənnim ümuri-xeyriyyə pul 

verməklə, buğda verməklə iş bitməz, gərək sənət lazımdır. Burada bir sənət açılmazsa bir şey olmaz. [845 - 846] 

Bir kölgəlik belə yoxdur ki, otursun. Maşınlar düzəltmək lazımdır ki, özləri qazansın. 

Sədr - Təklif var müzakirə qət edilsin. Bunu lehinə, əleyhinə olan kimsə varmı? 

Səslər - Qət edilsin. 

Sədr - Əksəriyyət rəylə müzakirə qət olundu. 

Musa bəy Rəfiyev - Söz mənimdir. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə