Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə263/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   259   260   261   262   263   264   265   266   ...   299
    Bu səhifədəki naviqasiya:
  • Sədr

366 

 

olarmı? İnanmaq olarmı ki, bir kəl ilə işləri düzələcək? İnanmaq olarmı ki, iyirmi girvənkə buğda ilə yolçu kimi 



dolanmayacaqlar? Qaçqınlar yolçu deyillər. Onlara yolçu kimi baxmaq olmaz. Onları köhnə halına qaytarmaq 

lazımdır. Bu da göstərilən pullar ilə olmaz. Hamınıza məlumdur ki, indi əkin vaxtıdır, biçin vaxtıdır. Çox yerdə 

fəhlə azdır. Bu qaçqınları ki otuz min deyirlər, əyər ümuri-xeyriyyə nəzarəti bunların siyahısını tutsa idi, onları 

fəhlə  lazım  olan  yerlərə  göndərsə  idi,  indiki  hal  həmi  onlar  üçün,  həmi  əkinçilər  üçün  yaxşı  olardı,  həm  də 

xəzinə  fayda  görərdi.  Bu  saat  biz  görürük  Şamaxı  ki,  bir  ildir  dağılıb,  bu  vaxtacan  onlara  heç  bir  köməklik 

edilməyib, ancaq bu yaxın zamanlarda eşidirik ki, bir komisyon düzəlibdir. Və halanki bu gərək çoxdan ola idi. 

Bıçağacan  gərək  orada  fəhlə  işləyə  idi.  Bununla  bir  növ  nəzarətin  işsizliyinə  və  az  hərəkətinə  çıxmaq  olar. 

Bundan sonra nəzarətin bir çox işi buğda almaq kimi, buda çox sistemsiz keçir. Bunu gərək mərkəzi bir orqan 

ola ki, alınan mallar o mərkəzdə toplana idi. Yəqin şeydir ki, bir yerdə çoxlu mal alına, onu bir növ ucuz və 

asanda almaq olar. habelə onda bir növ inanmaqda olar ki, rəddi-bədəl olmaz. Bir yerdə mallar cürbəcür yollar 

ilə alınır, onda, əlbəttə bir çox nöqsanlarda olur. Bunu nazir özü də təsdiq edir ki, Şamaxıda olan məmurlarda 

çox  nöqsanlar  var.  Onların  çoxu  qulluqdan  xaric  olub.  Bundan  məlum  olur  ki,  sistemsiz  görülən  bir  iş  yaxşı 

deyildir. Mən demirəm ki, pulu buraxmayaq, bəlkə bir qədər artıq buraxaq. Bu öylə bir şeydir ki, oradan pulu 

əsirgəmək  olmaz.  Lakin  bununla  bərabər  gərək  xahiş  edək  ki,  buraxılan  pullar  əməlli  sərf  olunsun  və  ondan 

xeyir əmələ gəlsin. 

Sədr - Söz Hacı Kərim Saniyevindir. 

Hacı Kərim Saniyev - Möhtərəm məbuslar! O yerdə möhtac oldu, hər kəsin oraya kömək borcudur. Amma 

müavinətdən  qaçmaq  olmaz.  Amma  mətləb  oradadır  ki,  öylə  bir  üsul  təyin  olunsun  ki,  o  pul  ki,  cəmaət  öz 

çibindən  çıxarır,  onlar  arizlərə  çatsın.  İndiyə  qədər  ki,  pullar  sərf  olmuşdur,  göstərir  ki,  pullar  yerinə 

çatmamışdır.  Naxçıvana  gedən  pulları  bilirsiniz.  Qaçqınlara  buğda  paylanır,  1.500  siyahı  göstərilir.  Fəqət 

hazırda  200  nəfər  də  yoxdur.  Görürsünüz  ki,  bir  nəfər  on  ailə  üçün  buğda  aldı.  Halbuki,  bir  nəfərin  on  ailəsi 

olamaz. Əldə heç bir məlumat yoxdur. Gərək baxılsın təhqiq edilsin. Uezdlərin birisində nəzarət tərəfindən iki 

(tkaçski)  fabrika  açıldı.  Kağız  üzərində  qaldı.  Maaşlı  müdiri  var,  məmurları 

[841  -  842]

  məvacib  alır,  əmələ 

işləməyir. Uezdlərin birisində anbar müdiri, mühafizəçi var, katibi var, anbar icarə edilmişdir. Amma içində heç 

zad yoxdur. Məmurlar məvacib alıb yeyir, qaçqınlara heç bir şey verilmir. Rayonda qaçqınlara altı yüz put arpa 

və neçə kasa, boçqa damıq. Bu cür şeylər çoxdur. Təkrar etmək artıqdır. Və üç nəzarətin məmurları elə deyirlər, 

bir  də  parlamanda  da  bir  üzv  olsun  bu  kafi  deyildir. Məclisi-məbusan  üzvü  gərək  çoxdan  ola idi.  Qaçqınların 

siyahisi tutulmalı idi. On üç kənd qaçqına gərək adı ilə göstərilə idi, tainki bizim əlimizdə məlumat olsun və ona 

görə  də  pul  buraxılsın.  İkinci  təklifim  də  budur  ki,  üç  nəzarət  deyil  mərkəzlərdə  cəmi  nəzarətlərin 

nümayəndələrindən ibarət bir komisyon olsun və əhali tərəfindən də oraya adamlar seçilsin. Nə qədər adam çox 

olarsa, o qədər də iş düz olar. Mən təklif edərkən ümid edirəm ki, məclis bu təklifimi qəbul edəcəkdir. 



Sədr - Söz Sultan Məcid Qənizadənindir. 

Sultan  Məcid  -  Qaçqınların  fəna  halda  olduğunu  iki  ildir  görürük.  Nə  qədər  ürək  yanğısı  ilə  bunu  seyr 

edirdiksə də lazım olan kömək edilməmişdir. Vaxtında seym tərəfindən pullar buraxıldı. Amma çox təəssüf ki 

kömək alınmadı. Həqiqət-də də fəna halda qaldılar. Ac qaldılar. Verilən un, libas verilir - onda ediləcək kömək 

görülməyir. Bir növ halları yaxşı olsun, əvvəl ac idi, şimdi də acdır. Əvvəl çılpaq idi, şimdidə çılpaqdır. Onlara 

ianə  kömək  lazımdır,  öylə  kömək  olsun  ki,  onlar  rahat  oluban  haçanki  məşğul  ola  bilsinlər.  Bu  yolda  ümuri-

səltənətində  gərək  ziraət  və  sənətdə  irəli  olsunlar.  Qaçqınların  birisi  Şamaxı  qaçqınlarıdır.  Digər  qaçqınlar  da 

Zəngəzur qaçqınlarıdır. Bu qaçqınların bir çoxları geri, yerlərinə qaytarılır. Onların bəzi paraları aclıqdan qırılır. 

Bunlara azdan-çoxdan bir şey verilir. Tainki işləyə bilsinlər. Şamaxı əhalisinə isə kömək edilib də evləri olsa bir 

növ  dolana  bilərlər.  Çox  təəssüf  ilə  deyə  bilərəm  ki,  əgər  hökumət  tərəfindən  bu  qaçqınların  verilən  pullara 

sataşan olmasa idi daha kömək lazım olmaz idi. Çünki, bəla o qədər böyükdür ki, əlindəki pulu alıblar, üstündən 

əlbəsəsini də soyublar... Bu Şamaxıdır. Amma  Zəngəzurda iş daha fənadır. Qaldı ki deyirlər Zəngəzurun halı 

fənadır.  Onların  köməyi  nəinki  ziraət,  toxum,  öküz,  paltar  alıb  verməklə 

[842  -  843]

  düzələcək.  Xeyir, 

düzəlməz. Necə ola bilir düzəlsin ki, yağı dörd ətrafı basıbdır. Öz canı, nəfsi-həyatı xətərdədir. Necə ola bilər 

düzəlsin ki, onun gözü daima ətrafdadır ki, görək bu saat hankı tərəfdən ona güllə vuracaqlar. Bir ziraət əhli ki, 

xətərdə olsun ona 5 kotan da versək bir iş görə bilməz. Deyirəm ki, Zəngəzur qaçqınlarının əhvalı kotan, öküz 

və  böylə  şeylər  alıb  verməklə  düzəlməz.  Onlara  başqa  yol  ilə  kömək  eyləmək  lazımdır.  Hökumət  əvvəlcə 

onların  həyatını  təmin  etməlidir.  Sonra  18  milyon  deyil,  daha  çox  verilsin,  bəlkə  də  verilmək  lazım  gələcək. 

həyatları təmin edilmədən nə qədər pul verilsə onlar onları təmin etməz. Ona görə mən təklif edirəm ki, bu pul 

buraxılır,  buraxılsın,  buraxılacaq  da.  Ancaq  hökumətə  təklif  olunsun  ki,  Zəngəzur  qaçqınlarına  kömək  etmək 

istəyirsə bu cür onlar yaşaya bilməzlər. Ciddi tədbirlər və təşəbbüslər lazımdır. 



Sədr - Söz Ağa Aşurovundur. 

Ağa  Aşurov  -  Burada  verilsin,  verilməsin  bu  sözlər barəsində  2 rəy  olmaz.  Əlbəttə  gərək  verilsin.  Ancaq 

qədəri  üstündə  və  necə  verilsin  üstündə  danışmaq  olar.  Əvvəla  budur  ki,  bir  Zəngəzur  uyezdi  üçün  3 ayda  18 

milyon  para  istənilir.  Böylə  Zəngəzur  uyezdi  kimi  uyezlərdən  bizdə  14  uyezd  var.  Sultan  Məcid  dediki  bəs 

Şamaxı uyezdi necə olsun amma onun yadından çıxdı ki, Göyçay uyezdi də var ki, bolşevik zamanında bərbad 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə