Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə256/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   252   253   254   255   256   257   258   259   ...   299

353 

 

qışlaqı  işğal  etmişlərdir.  Bu  məsələdə  general-qubernator  tərəfindən  heç  bir  mümaniət  və  müqavimət 



olmamışdır. 

Burada milli şuradan çox bəhs etdilər və deyirlər ki, o milli şura indi mövcud deyildir, fəqət həzərat, vaxt 

yetişmişdir ki, biz siyasi düşmənlərimizlə namuslu rəftar edək. Mən bilmədən burada iştirak etməyirəm ki, milli 

şura  öz  qüvvəsi  və  məhəllədəki  təşkilat  köməyi  ilə  general-qubernator  kimi  böyük  bir  qüvvə  müqabilinə 

mübarizə  edəməzdi.  Həzərat!  Azərbaycan  hökumətini  qəbul  etməyənlərin  hamısı  başqa  məqsədlər,  başqa 

arzular təqib edənlərin cümləsini əşqiyə dəstəsi və hətta danışmağa yaramayan adamlar ədd etmək-məsələni düz 

təsvir etmək deyildir və siyasi mübarizədə öz qarşısında namuslu düşməni görməməkdir. 

Səslər: Namuslu düşmən yoxdur! Namuslu düşmənimiz olsaydı! [

811 - 812]

 

Xocayev  (Erməni  fraksiyasından)  -  Həzərat!  Deleqat  yoldaş-larımın  hamısından  sonra  mən  danışıram. 

Birinci iki yol-daşım hadisat haqqında heyətin məhəllində toplamış olduğu bütün məlumatın əməli cəhətindən 

bəhs etdi. Bu məlumatın hamısını elan etmək üçün mən iki sənəd göstərməli idim. 

Birisi gərək ermənilər və gərəksə müsəlmanlar tərəfindən edilmiş şikayətləri havi protokoldur ki, çox uzun 

olduğundan  onu  oxumayacağam;  ancaq  dövləti  nöqteyi-nəzərdən  ermənilər  üçün  də,  müsəlmanlar  üçün  də 

böyük əhəmiyyətə caiz bir məsələdən bəhs edəcəyəm. 

Erməni şikayətçilərinin böyük qismi göstərir ki, hadisat vaxtı Şuşa-Yevlax yolunda olduqlarından mühafizə 

əsgərləri ya könüllülər mühafizəsi altında müəyyən yerlərə getməyə məcbur olmuşlardır. Və orada yol boyunda 

vətəndaşların  əmin  və  rahatını  mühafizə  etmək  üçün  təyin  olunmuş  adamlar  onları  axtarmaq  bəhanəsi  ilə 

soymuşlardır. 

Dikər sənəddə Şuşadakı ingilis heyəti nümayəndəsi polkovnik Qlyatenberqin verdiyi xəbərdir. Bu vaxtadək 

ancaq  ermənilərlə  müsəlmanların,  yəni  mənfəətdar  olan  tərəflərin  verdikləri  məlumatı  elan  etmişik.  Üçüncü 

məruzə isə kənarda buraxılmışdır. Əlimizdə olan məlumatı tamamilə bəyan və tənqid edə bilmək üçün həmin bu 

sənədi  dəxi  elan  edəcəyəm.  (Qlyatenberqin  verdiyi  məlumatı  oxuyur.  Salonda  səs-küy  qalxır.  Səslər:  Doğru 

deyil, bunlar həp yalandır). İştə, həzərat, dün və bu gün burada elan edilmiş materialın hamısı bu! Bu məlumatın 

tənqidi  nədən  ibarət  olmalıdır.  Məncə  bunun  tənqidi  iki  cür  ola  bilər:  əvvəla  hadisatın  səbəblərini  açmaq, 

aydınlaşdırmaq, saniən məzkur hadisatda hökuməti-məhəlliyənin rolunu təyin etmək hadisatın səbəbləri nədir? 

Səmimi  və  insaf  üzərinə  bu  suala  bir  cavab  ola  bilər:  Bir  tərəfdən  Qarabağ  ermənilərinin  Azərbaycan 

Cümhuriyyəti hökumətini qəbul etmək və tanımaq istəmədikləri; digər tərəfdən də Azərbaycan Cümhuriyyəti və 

onun  nümayəndəsi,  yəni  hökumətin  məhəlli  nümayəndəsinin  əyolla  olur-olsun  Qarabağ  ermənilərini 

Azərbaycana tabe etdirməyə çalışması. Bu hadisatın əsil səbəbi iştə budur! Burada sizə deyirlər ki, əhalinin bu 

işdə  təqsiri  yoxdur.  Onlar  Azərbaycan  hökumətini  qəbula  hazırdırlar;  fəqət  bəzi  qruplar,  təşkilatlar,  dəstələr 

onları qoymurlar və tabe olmamağa məcbur edirlərdi. General-qubernator 

[812 - 813]

 bu nöqteyi-nəzəri müdafiə 

edir;  görünür  ki,  deleqat  heyətindəki  müsəlman  yoldaşlarım  dəxi  bu  nöqteyi-nəzərə  şərikdirlər.  General-

qubernator ancaq Şuşa milli şurası əzasının təqibinə çalışırdı və təqib etdi. Ona görə anlaşılır ki, o ancaq haman 

əzanı müqəssir və mübəlliğ sayır. Bil-xassə ki, başqa şəxslərin təqib edildiyini görmədik və görmürük. 

Mütəəssifanə milli komitənin bütün fəaliyyətini təhqiq edə bilmədik. Nə üçün? Çünki nə mükatibə vardı, nə 

dəftərxana, nə də şura əzası: bəziləri qaçmış, digər bəziləri təbid edilmişlərdi. (Səslər, salonda ümumi səs-küy). 

Ancaq bilavasitə hadisata aid bir çox əmrlərə təsadüf etdik. Məncə milli şura heç bu qədər əhəmiyyət verilməyə 

dəyməz.  Deyirlər  ki,  erməni  hissəsində  milli  şuradan  başqa  hökumət  yox  idi.  Mayın  27-də  köç  başlanandan 

iyunun  4-nədək  köçərilərlə  ətraf  kənd  erməniləri  miyanında  heç  bir  müsadimə  olmamışdır.  Bəs  nə  üçün 

fəsadların hamısı milli şuraya isnad verilir, amma qeyd edilmir ki, haman şuranın tədbirləri sayəsində iş beləcə 

rahat  keçirmiş.  Bir  də  müsəlmanıstanda  bir  erməninin  tüfəngini  almışlar.  Bunun  cavabında  onun  da  xuliqan 

yoldaşları  2-3  gün  sonra  iki  nəfər  könüllünün  silahını,  hətta  atını  almışlardır  (Səslər:  Könüllü  deyil,  əsgərin 

silahını almışlar!) Birinin atını qaytarmışlar, digərinin atı və silahı qeyb olmuşdur. General-qubernator haman 

atla silahın qaytarılmasını tələb etdikdə milli şura onun dalınca adam göndərmişdir; çünki xuliqan atı minərək 

kəndə qaçmış imiş; lakin tapmamışlar, çünki iz itirmək üçün ayrı kəndə qaçmışdır. Milli şura isə 10.000 manata 

bir at və 1500 manata bir tüfəng alaraq könüllüyə (Birisi: Əsgərə) vermək üçün ingilis heyətinə təslim etmişdir. 

Bir  də  deyirlər  ki,  Ermənistanda  hökumətsizlik,  hərcmərc  hökmfərma  imiş;  bəlkə  varmış;  amma  müsəlmanlar 

haqqında  yox,  çünki  dava  başlandıqda  Ermənistanda  bulunan  müsəlmanlar  həp  salamat  qalmışlar;  amma 

müsəlmanıstanda 40 erməni tələf olmuşdur. Bir də son dəqiqədə general-qubernator ultimatum kimi tələb edir 

ki: "şəhərdə atışma ancaq təbid üçün milli şura əzasının təslimindən sonra yatırılacaqdır". 

Bunun  müqabilində  əzalar  gəlib  ingilis  heyətinə  təslim  olurlar.  Bunlar  həp  isbat  edir  ki,  milli  şurada 

əyləşənlər  qaniçici  deyilmişlərdir.  Məncə  ümumiyyətlə  bu  hadisatda  müəyyən 

[813  -  814]

  şəxsləri,  yaxud 

qrupları  və  təşkilatı  müqəssir  tutmağa  əsas  yoxdur.  İş  təbliğatda,  ya  əhali içində  hasil  edilən  əhval-ruhiyyədə 

deyildir.  (Qarabəyli:  Düzdür).  Əhval-ruhiyyə  üsul-idarədən  asılıdır.  Bunu  isə  hökumət  və  onun  məhəlli 

nümayəndələri  əmələ  gətirirlər.  Doğrudur,  bəzi  adamlar  təbliğatla  camaatı  bir  tərəfə  mayil  edir,  hökumət 

müqabilinə  çıxara  bilər.  Fəqət  hökumətin  də  əlində  çox  tədbirlər  var  ki,  mübəlliğlərlə  mübarizə  edib,  əhval-




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə