Debat təlim üsulu



Yüklə 21,07 Kb.
səhifə1/4
tarix28.11.2023
ölçüsü21,07 Kb.
#135888
  1   2   3   4
Debatın əsas şərtləri


Debat təlim üsulu
Debat (çarpaz müzakirə) təhsilalanları mübahisələrə deyil, problemlərin müzakirəsinə və onların həlli yollarının müəyyənləşdirilməsinə cəlb etmək məqsədini daşıyır. Bu təlim üsulu təhsilalanları həyəcanlandıran, xarakterli, mübahisəli mövzular üzrə planlaşdırılmış xüsusi dialoqdur. Çarpaz müzakirə mətndə qaldırılan məsələni açıqlayan, birmənalı cavab tələb edən sual (yəni elə bir sual ki, ona müsbət və ya mənfi cavab verilə bilər) hazırlanmasını tələb edir. Debatların məqsədi öz mövqeyini, nöqteyi-nəzərini dəlil-sübutlu şəkildə, sakitcəsinə müdafiə etməyi təhsilalanlara öyrətməkdir. İştirakçılar müzakirə olunan mövzunun “lehinə” və “əleyhinə” olan dəlilləri gətirməli və opponentlərini öz mövqeyinin düzgün olduğuna inandırmağa çalışmalıdırlar.
Debatlar hər bir kəsin müzakirədə iştirakını təmin edilməsi ilə nəticələnən xüsusi sxemdən istifadə edən strategiya formalarından biridir. Məqsəd: Diskussiyanın yalnız bir-birlərinə opponentlik (etiraz) edən tərəflərin arasında keçdiyi mübahisə, müzakirə, rəy mübadiləsi kimi məlum formalarından fərqli olaraq, debatlar opponentini deyil, üçüncü tərəfi inandırma prosesini nəzərdə tutur. Üçüncü tərəfin vəzifəsi hər bir tərəfin mövqeyini dinləyib, öz seçimini etməkdir. Bu seçim yalnız bir şeyə - “bu tərəf məni inandırdı!”- təsdiqinə əsaslanır. Beləliklə, debatlarda iştirak edən tərəflərin əsas məqsədi öz dəlil və sübutlarının köməyi ilə üçüncü tərəfi öz mövqeyinin düzgünlüyünə inandırmaqdır. Bu prosesin yekunları əsasında ona həmçinin ,qərarların qəbulu kimi baxmaq olar. Debat prosesində təhsilalanlar aşağıdakı bacarıq və keyfiyyətlərə nail ola bilərlər: mövzunun araşdırılması; əsas anlayışlarla iş; dəlillərlə iş; “çarpaz sualların” hazırlanması; natiqlik məharəti; hamilik və ya qərarları necə qəbul etməli.
Debatların aparılmasının 2 forması mövcuddur: şifahi və yazılı.
- Debatlar cütlüklər, ya da üç-dörd nəfərlik qruplar şəklində aparıla bilər.
- Debatlar zamanı təhsilalanlar yalnız öz dəlillərini təqdim etmir, həm də digər tərəfin dəlillərinə cavab verirlər.
- Debatlar təhsilalanların müzakirə olunan məsələ ilə bağlı fikirlərini dərinləşdirir, onları diskussiya mədəniyyətinə alışdırır.

Yüklə 21,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə