Debat təlim üsulu



Yüklə 21,07 Kb.
səhifə2/4
tarix28.11.2023
ölçüsü21,07 Kb.
#135888
1   2   3   4
Debatın əsas şərtləri

Tətbiq etmək qaydası
1. Müəllim təhsilalanlara debatların necə keçirildiyini izah edir: bir qrup mövzusunu təsdiq edir və öz mövqeyini sübuta yetirir, digəri isə həmin mövzunu təkzib edir və öz sübutlarını təqdim edir. 2. Təhsilalanlar debatın keçiriləcəyi mövzu ilə irəlicədən tanış olurlar. 3. Sinif ya cütlüklərə, ya da cüt saylı qruplara bölünür. 4. Yekunlaşdırmanın ən yaxşı forması hər iki tərəfə ünvanlanmış aşağıdakı sual ola bilər: “Rəqibin ən yaxşı dəlilləri hansılar idi?” Qruplar bu sual üzrə öz rəyini ümumiləşdirir. Sonra müəllim auditoriyaya müraciət edir: Siz hansı arqumentləri dəstəkləyəcəksiniz? Digərinin nəticəsi nə ola bilər? Alternativlər hansılardır? Tələbələr öz arqumentlərini gətirərək konkret hadisəyə istinad edir. Sonra auditoriyada ümumi müzakirə başlanır və onlar hadisənin həlli üzrə son qərar verirlər, başqa situasiyalar üçün də yararlı olan nəticələrə gəlirlər. Sonda isə müəllim qrupların rəyini ümumiləşdirir, təqdim olunmuş işlərdəki oxşar və fərqli fikirlərdən hansının həqiqəti əks etdirdiyini elmi cəhətdən əsaslandırır.
Debat zamanı vacib məqamlar:

  • Mövzunun araşdırılması

  • Əsas anlayışları seçib ayırmaq 

  • Sübut və dəlilərə əsaslanmaq

  • “çarpaz sualların” hazırlanması

  • Natiqlik məharəti 

  • Müvafiq qərarların qəbul edilməsi

  • Öz fikrinin təsdiq edilməsi 

  • Diqqətlə dinləmə 

  • Əleyhinə arqument gətirmə və s. 

Debatın faydaları:

  • Araşdırma bacarığı.

  • Auditriya qarşısında sərbəst çıxış etmək

  • Məntiqi təfəkkürün inkişafı

  • Fikri düzgün çatdırmaq bacarığı

  • İnandırma və Təqdimetmə bacarığı

Debatın əsas prinsipləri:
Öyrənməyi öyrənmək – verilən mövzu müəllimin tövsiyə etdiyi mənbələrdən də istifadə etməklə əsaslı surətdə araşdırılır, əldə olunan məlumatlar təhlil olunur, müqayisələr aparılır və həmin mövzu haqqında yetərli informasiya əldə olunur. Bu isə öyrənənlərdə araşdırdığı mövzunu öyrənmə bacarığı formalaşdırır, səriştə qabiliyyətini artırır, öyrəndiklərini bilməyə, bildiyini bacarığa, bacardığını isə vərdişə çevirməyə əlverişli zəmin yaradır.

Yüklə 21,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə