Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə254/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   250   251   252   253   254   255   256   257   ...   299

351 

 

general-qubernatoru qəbul etməyib, onunla ancaq ingilis heyəti vasitəsilə əlaqədə bulunurdu. Bu surətdə erməni 



milli şurası hökuməti qəbul etməyirdi, hətta yepiskopu da general-qubernatorla görüşməkdən mən etmişdir və 

ancaq ayın 4-5-dən sonra görüşmüşlərdir. 

Eyni zamanda bunu da nəzərdən qaçırmamalıdır ki, Qarabağ milli şurası özbaşına, öz gücüylə işləmiyordu. 

General-qubernatorun əldə etdiyi dəlillər bunu şübhə xaricində isbat edərlər ki, onlar həmişə İrəvanla siyasi və 

maddi rabitədə olub, Şuşa erməni milli şurasının əlində olan bütün qüvvə və pul İrəvandan göndərilirmiş; burası 

Şuşada  Arzumanovun  evi  axtarıldıqda  kəşf  edilmişdir.  Bu  dəlillərin  hamısı  isbat  edilir  ki,  Qarabağda  erməni 

camaatının  təcavüzkara  nə  niyyəti  vardır.  Zəngəzurda  təcavüzkarlıq  hələ  də  davam  ediyor.  Bunu  mətbuat 

səhifələri də göstərirlər. Fəqət orada da hökumətimiz məsələnin sülh tərəqqiyə həlli tərəfdardır. hətta hal-hazırda 

ermənilər hər tərəfdən hücum etdikləri zaman general-qubernatorun müəyyən əmrnamələri var ki, müsəlmanlar 

hücum etməsinlər: yalnız özlərini müdafiə və mühafizə etsinlər. 

Burada  boykotdan  bəhs  edildi.  Qışda  general-qubernator  Qarabağa  gəldikdə  ermənilər  çox  fəna  bir  halda 

olub,  hətta  acından  ölənləri  olurmuş.  Səbəbi  də  bu  idi  ki,  ermənilərin  arandan  əlaqəsi  kəsilmişdi.  Qarabağın 

erməni  hissəsi  şiddətli 

[806  -  807]

  aclıq  təhlükəsi  altında  idi.  General-qubernator  dərhal  ermənilərə  ərzaq 

verilməsi haqqında tədbirlər görmüş. Qara-bağdan taxıl ixracını mən etmişdir. Bu surətlə Bakıda 200 manatdan 

yuxarı olduğu halda Qarabağda taxılın pudu 30 manata düşmüşdür. Ermənilər ucuz qiymətə külli miqdarda taxıl 

alıb  əşqiyə  dəstələrini  təin  etmişlərdir.  Bu  halda  general-qubernator  iqtisadi  boykot  kimi  tədbir  görə  bilərdi. 

Amma görməmişdir. heç yerdə göstərilmir ki, general-qubernator boykot elan etmişdir. Şahnazarov, Kalantarov 

və  sair  adamlar  da  bunu  təyid  ediyorlar  və  deyirlər  ki,  camaat  özü  baykot  etmişdi,  ermənilər  az-az  taxıl  ala 

biliyorlardı;  amma  külli  miqdarda  verilmiyormuş.  General-qubernator  boykot  etməmiş,  biləks  erməni 

nümayəndəsi Şahnazarovun hüzuruyla qəti binaqozarlıq etmişdir ki, boykot götürülsün; götürülmüşdür də. 

Bu  surətdə  bu  məsələdə  də  general-qubernatoru  təqsirləndirmək  olmaz.  Həmişə  və  hal-hazırda  general-

qubernatorun bütün qüvvələrinin yarısı ermənilərin mənafeyinə xidmət edir. 

Məsələn, erməniləri həmişə qaraul əsgərləri müşayiət etmişlər, canlarını, mallarını daima hökumət əsgərləri 

mühafizə  etmiş  və  etməkdədirlər.  Hal-hazırda  ermənilərlə  müsəlmanlar  arasında  elə əlaqə  hasil  edilmişdir ki, 

Əsgərana və Ağdamadək hər yerdə erməni arvadları taxıllarını yığıb kəndə daşıyırlar. 

Bunların  hamısı  hökumətin  tədbirləri  ilə  edilmişdir.  Onlara  mühafizə  verilir  və  çox  gömək  edilir.  Fəqət 

bunların  hamısıyla  bərabər  mütəəssifanə  ermənilər  ayrı  olurlar,  hal-hazırda  yenə  də  müntəzəm  müsəlləh 

qüvvələri,  hökumətləri,  ərkini-hərbləri  var,  hökumətə  tabe  olmayırlar.  Bunlar  da  Şuşada  deyil,  Keşiş 

kəndindədirlər.  Ermənilər  Azərbaycan  hökumətinin  bütün  yaxşılıqlarından  istifadə  edirlər,  fəqət  öhdələrinə 

düşən dövləti vəzifədən boyun qaçırırlar və Azərbaycan hökumətini qəbul etmirlər, tanımaq istəmirlər. Bunların 

hamısını edən Zəngəzur erməni milli şurasıdır ki, açıqdan-açığa işləyir və hökumətə tabe olmur. Amma digər 

tərəfdən bizim hökumətimiz bu uğurda bir iş görmək istədikdə həmişə səs-küy, gurultu, patıltı qoparılır. Şuşada, 

Zəngəzurda və sair yerlərdə edilən hücumlar kimi bir çox hadisələr vüqu bulmuş, fəqət kimsə bu xüsusda məsul 

olan hökumətə müraciət etməmiş və bu surətlə müqəssirlər tapılmamışdır. 

[807 - 808] 

Şuşada, Zəngəzurda və 

hər  yerdə  bəzi  məsuliyətsiz  üzvlər  işləyirlər.  Mütəəssüfanə  Çubaryanın  bəyənatının  bir  təqsirnamə  olduğu  və 

erməni  başçılarının  xətalarından  əslən  bəhs  olunmaması  bununla  təyid  edilir.  Bunların  hamısını  edən 

Azərbaycan,  Ermənistan  və  Tiflisdəki  erməni  başçılarıdır.  Daima  rəhbərlik  etmiş  və  etməkdə  olan  firqə  bu 

işlərin hamısına hüsni-nəzərlə baxır. Şahnəzərov Ruben və Kalantarovun bəyanatı isbat edir ki, bu hadisələrin 

hamısında pişrəvilik edən "Daşnaksütun" firqəsidir. Fəqət general-qubernatorstvada ildırım saçan od yağdıranlar 

mütəəssifanə nizam və asayiş bərpası üçün heç bir tədbir görməmişdir və görməyirlər. 

Binaən-ileyh  mən  özümü  borclu  bilirəm  Məclisi-Məbusana  elan  edim  ki,  hal-hazırda  Qarabağ  ən  ciddi  bir 

vəziyyət  altındadır.  Əgər  hökumət  qəti  tədbirlər  görüb  möhkəm  hökumət  idarəsi  qurmasa,  bu  hadisat  bütün 

Qarabağa  yayılar  və  çünki  Qarabağ  Azərbaycanın  ümdə  bir  mərkəzi,  ümdə  bir  hissəsidir,  ona  görə  orada  elə 

böyük hadisələr çıxa bilər ki, bu vaxtadək vüqu bulmuş olanların hamısını keçər. Binaən-ileyh deleqat heyəti 

keçən dəfə demişdir, yenə təkrar edir ki, Qarabağda sülh və asayiş, nizam və qaydanı bərpa etmək üçün nizam 

və  asayişi  təmin  edə  biləcək  yaxşı  hökumətin  səltəsini  bütün  Qarabağa  tətbiq  və  təşkil  etmək  lazımdır.  Bu 

mühüm Qarabağ məsələsini ancaq beləliklə həll etmək olar. 

Çubaryan  ("Daşnak")  -  Möhtərəm  məbuslar!  Dün  mən  bu  məsələnin  mövqeyi-müzakirəyə  düz  vəz 

edilməmiş  olduğunu  qeyd  etmişdim  ki,  bundan  dolayı  da  bəzi  əmrlər  haqqında  aramızda  ixtilafi-rəy  hasil 

olmuşdur. Mehtərəm Rüstəmbəyli Şəfi bəyin nitqinin siyasi qərəz haqqında və Qarabağda və otəsində bu ya o 

qrupların  siyasi  arzu  və  məqsədlər  və  haman  qrupların  icra-təsiri  ehtimalı  və  hətta  deleqat  heyəti  əzasından 

bəzilərinin  belə  qərəzdən  azad  olmaması  barəsindəki  ikinci  qismindən  əslən  bəhs  etməyəcəyəm.  Məruzə 

hazırlarkən  bu  cüzi  məsələlər  məni  maraqlandırmamışdır.  Zira  mən  məsələyə  ancaq  bir  cəhətdən 

yaxınlaşmışam. 

Hadisatın  cərəyanını  aydınlaşdırmaq  və  hüquqi-dövlət  nöqteyi-nəzərindən  hadisatı  nəqədər  düz  cərəyan 

etdiyini təyin qılmaq. İştə zənnimcə hamımızın təqib etməli olduğu əsası prinsip budur. Fəqət nə üçün Şəfi bəy 

bizim təqsirnamə adlandırdığı 

[808 - 809] 

məruzəmizdən bir çox şeyləri buraxır. Mən heç vaxt təkid etmərəm 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə