1. Bədbəxt hadisə nə deməkdir? Cavab



Yüklə 335,99 Kb.

səhifə1/14
tarix21.10.2017
ölçüsü335,99 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   14


 

1. Bədbəxt hadisə nə deməkdir? 



Cavab:  Əmək  vəzifələrini  yerinə  yetirərkən  işçinin  bədən  üzvlərinin,  toxumalarının  zədələnməsi  ilə 

sağlamlığının qəflətən və kəsgin pozulması deməkdir. 

2.  Hansı  hallarda  istehsalatda  baş  verən  bədbəxt  hadisə  barədə  Dövlət  Əmək  Müfəttişliyinə  (DƏM) 

məlumat verilmir? 



Cavab: Bütün hallarda bədbəxt hadisə zamanı DƏM - nə məlumat verilməlidir.            

3. Hansı hallarda bədbəxt hadisənin baş verdiyi sahəni (ərazini) hadisənin ilkin baş verdiyi anda olduğu 

kimi qoruyub saxlamaq olmaz? 



Cavab:  Bu sonradan digər  hadisənin baş verməsinə səbəb ola bilərsə. 

4. Hansı bədbəxt hadisələrdə istehsalat zədələnməsi (İZ) aktı tərtib olunur? 

Cavab:    İşçi  əmək  qabiliyyətini  bir  gündən  artıq  müddətə itirdikdə və ya  tibbi  rəy  əsasında  bir  gündən 

artıq müddətə başqa işə keçirildikdə. 

5. İstehsalat zədələnməsi (İZ) aktının saxlanılma müddəti nə qədərdir? 

Cavab:  45il.                 

6.  İstehsalatda  baş  verən  bədbəxt  hadisə  nəticəsində  zərərçəkənə  ödənilən  aylıq  ödənclər  hansı  vaxtdan 

hesablanır? 



Cavab:  Peşə əmək qabiliyyətini itirdiyi gündən.       

7. Hansı hallarda bədbəxt hadisənin tədqiqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi 

Nazirinin əmri ilə yaradılan komissiya tərəfindən həyata keçirir? 



Cavab:  Hadisə zamanı ən azı 2 nəfərin  ölməsi zamanı. 

8. İstehsalat zədələnməsi (İZ) formalı aktı kim tərtib etməlidir? 

Cavab:  İşə götürən müəssisə.         

9. Hansı hallarda baş vermiş hadisə, bədbəxt hadisə kimi qeydə alınmır? 

Cavab:    Təbii  ölüm,  özünə  qəsd,  intihar hadisəsi,  şəxsi  məqsədləri  üçün  hər  hansı  işlə  məşğul  olarkən, 

dənizdə  çimərkən,  balıq  tutarkən,  nahar  fasiləsi  zamanı  işçilərin  öz  təşəbbüsləri  ilə  idman  tədbirləri 

keçirərkən xəsarət alması və ya ölməsi.  

10. İş yerində bədbəxt hadisə baş verdikdə zərərçəkən və ya hadisənin baş verməsini görən şəxs  

bu barədə kimə xəbər verməlidir? 



Cavab:  Bilavasitə iş rəhbərinə. 

11. Sahə rəisi, dəstə rəisi, bədbəxt hadisənin baş verməsi barədə məlumat aldıqda  nə etməlidir? 

Cavab:    Təcili  hadisə  barədə  ekspedisiya  rəisinə  yaxud  onun  müavinlərinə,  onlar  olmadıqda    isə 

müəssisənin rəhbər işçilərindən birinə xəbər verməlidir. 

12.  Zərərli  və  təhlükəli  istehsalat  sahələrində  işləyən  işçilər  hansı  müddətdən    bir  tibbi  yoxlamadan 

keçməlidirlər? 



Cavab:  İldə bir dəfə.               

13. Növbə ərzində fəhlə və qulluqçulara nə qədər pulsiz süd verilməlidir? 

Cavab:  0,5 litr.             

14. İşçilərə verilən südü digər qida məhsulları ilə əvəz etmək olarmı? 

Cavab:  Südü ona ekivvalent miqdarda qatıq, kəsmik, kefir, pendir ilə. 

15. Fəhlə və qulluqçulara nə zaman və hansı şəraitdə pulsuz süd verilməlidir? 

Cavab:  Zərərli sayılan iş şəraitində iş gününün  ən azı 50%-i qədər işlədikdə. 

16. Fəhlə və qulluqçulara hansı vəsait hesabına pulsuz süd verilir? 

Cavab:  Müəssisənin istehsal etdiyi əmtəə məhsulunun maya dəyəri hesabına. 

17. Əməyin mühafizəsi qaydalarını pozan vəzifəli şəxslərə qarşı hansı növ məsuliyyət  tətbiq oluna bilər?  

Cavab:  İctimai təsir tədbirləri, intizam, inzibati, maddi və cinayət  məsuliyyətləri. 

18. İntizam cəzasının hansı növləri vardır? 


 

Cavab:    Məzəmmət,  töhmət,  şiddətli  töhmət,  üç  ay  ərzində  aşağı  maaşlı  işə  keçirmək  yaxud  həmin 



müddətdə aşağı vəzifəyə keçirmək, işdən çıxarmaq. 

19. İşçilərə xüsusi geyim, ayaqqabı və fərdi mühafizə vasitələri (FMV) əvəzinə pul vermək olarmı? 

Cavab:  Olmaz.     

20. İşçilərə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri kimin mülkiyyətinə 

daxildir? 



Cavab:  Müəssisənin xüsusi mülkiyyətidir.   

21.  Fəhlə  və  qulluqçular  hansı  hallarda  onlara  verilən  xüsusi  geyim,  xüsusi  ayaqqabı  və  digər  fərdi 

mühafizə vasitələrini geri qaytarmalıdırlar? 



Cavab:  İşdən çıxdıqda, başqa işə keçirildıkdə.              

22. İstifadə müddəti altı ay olan xüsusi paltarı işçiyə bir dəfəyə iki dəstini (illik) vermək olarmı? 

Cavab:  Olar.      

 23.  İşçinin  iş  paltarı  onun  öz  günahı  üzündən  vaxtından  əvvəl  sıradan  çıxarsa  onun  yeni  iş  paltratı  ilə 

təmin olunması necə həll edilməlidir?    

Cavab:  İşçiyə öz hesabına yeni paltar verilməlidir.      

24. İşçilərə ay ərzində verilən təsərrüfat sabununun çəkisi ən azı neçə qram olmalıdır? 

Cavab:  400 qram.        

25. İşçinin iş paltarı işçidən asılı olmayan səbəblərdən yararsız vəziyyətə düşərsə onun iş paltarı ilə təmin 

edilməsi necə həll olunmalıdır?  



Cavab:    Tərtib  olunmuş  akta  əsasən  İdarə  və  HİK-nin  sədrinin  icazəsi  ilə  müəssisə  hesabına  yeni  iş 

paltarı ilə əvəz edilməlidir. 

26. İşçilərə təhlükəsiz iş üsullarının öyrədilməsinə aiddir? 

Cavab:  Təlimatların keçirilməsi, biliklərin yoxlanması, ixtisaslarının artırılması. 

27. Fəhlə və qulluqçulara keçirilən təlimatlar xüsusiyyətinə və vaxtına görə neçə yerə ayrılır?   

Cavab:  İki yerə ayrılır. Giriş və iş yerində təlimatlar. 

28. Giriş təlimatı kimlərə keçilməlidir? 

Cavab:  Müəssisəyə  işə  qəbul  olunan  bütün  fəhlə  və  qulluqçulara  onların  təhsilindən  asılı  olmayaraq,  

müəssisəyə ezam edilmiş işçilərə, müvəqqəti işləyən fəhlə və qullquçulara, istehsalat təlimi və təcrübəsi 

almaq üçün işləməyə gələn bütün şagird və tələbələrə, müəssisə ərazisinə, istehsalat sexlərinə buraxılmış 

digər şəxslərə giriş təlimatı keçilməlidir. 

29. Təhlükəli və zərərli iş şəraitində işləyəcək işçilərə giriş təlimatı nə vaxt keçilməlidir? 

Cavab:  Tibbi  müayinədən  keçdikdən və yerinə yetiriləcək  işə  yararlı  olması  barədə    müsbət  həkim  rəyi 

olduqdan sonra.  

30. Fəhlə və qulluqçulara giriş təlimatını kim keçməlidir? 

Cavab: Əməyin təhlükəsizliyi xidmətinin işçiləri. 

31. İş yerində keçirilən təlimat hansı təlimatlara bölünür?   

Cavab:  İlkin, vaxtaşırı,  növbədənkənar, birdəfəlik . 

32. Fəhlələrə iş yerində ilkin təlimat nə vaxt və hansı hallarda keçirilməlidir? 

Cavab:    Sərbəst  işə  buraxılmazdan  əvvəl,  bir  işdən  başqa  işə  və  ya  digər  xassəli  iş  sahəsinə  keçirilən 

hallarda. 

33. İlkin təlimatın qeydiyyatı hansı jurnalda aparılır?  

Cavab: İşçilərə iş yerində keçirilən təlimatların qeyd olunması jurnalında. 

34. Vaxtaşırı (təkrar) təlimat neçə vaxtdan bir keçilməlidir? 

Cavab: Üç ay ərzində bir dəfə.       

35. Vaxtaşırı təlimatın qeydiyyatı hansı jurnalda aparılır?  

Cavab: İşçilərə iş yerində keçirilən təlimatların qeyd olunması jurnalında. 

36. Fəhlələrə vaxtaşırı təlimatı kim keçməlidir? 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə