1. Bədbəxt hadisə nə deməkdir? Cavab


 Hansı hallarda dəstə üzvlərinin açıq dənizdə bir gəmidən başqa gəmiyə minməsinə icazə verilir?  Cavab



Yüklə 335,99 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix21.10.2017
ölçüsü335,99 Kb.
#6231
1   2   3   4   5   6   7   8   9   ...   14
    Bu səhifədəki naviqasiya:
  • Cavab

11 

 

167. Hansı hallarda dəstə üzvlərinin açıq dənizdə bir gəmidən başqa gəmiyə minməsinə icazə verilir? 



Cavab:  Yalnız qəza vəziyyətində. 

168. Dənizin dalğalanması neçə baldan çox olmadıqda əldə yük aparmağa icazə verilir?  Hansı cəkidə və 

hansı ölçüdə? 



Cavab:    Dənizin  dalğalanması  2  baldan  çox  olmadıqda.  Çəkisi  12  kq-dan,  uzunluğu  1  metrdən  çox 

olmamaq şərti ilə. 

169.  Qazma  quyusunda  istiqamətləndirici  və  asma  roliklərini  quyu  ağzı  meydançadan  quyunun  qəbul 

körpüsü üzərinə qaldırıcı qurğu ilə kim endirməlidir? 



Cavab:  Qazmaçı və qazmaçı köməkçisi.                   

170.  Qazma  quyusunda  işin  sonunda  istiqamətləndirici  və  asma  roliklərini  quyu  ağzı  meydançadan 

quyunun qəbul körpüsünə qaldırıcı qurğu ilə endirən zaman quyunun qəbul körpüsündə kimlər olmalıdır? 



Cavab:  Heç kim.             

171. Lübrikatorun hissələri stenddə ən azı neçə aydan bir təzyiqə yoxlanılmalıdır?  

Cavab:  6 ay.           

172. Lübrikatorda qaynaq yerləri varsa onun defektoskopiyası ən azı neçə ildən bir aparılır?                    

Cavab:  Hər il.     

173.  Quyunun  Mədəngeofiziki  işlərə  hazırlıq  aktında  yerləbirləşdirmə  konturunun  müqaviməti 

göstərilməyibsə işə başlamaq olarmı? 



Cavab:  Olmaz.                

174. Gəzişmə (bas - boş) yolu ilə quyu cihazını  azad etmək mümkün olmadıqda  dəstə rəisi nə etməlidir? 

Cavab:  Akt tərtib etməli, Sifarişçiyə və Mədəngeofizika İdarəsi rəhbərliyinə məlumat verməlidir.  

175.  Mədəngeofizi  dəstənin  üzvüləri  quyuda  açıq  fontan  zamanı  xüsusi  texnikanı  quyudan  çıxartmaq 

mümkün olmadıqda necə hərəkət ettməlidirlər? 



Cavab:    Daxili  yanma  mühərriklərini,  elektrik,  işıqlanma  xətlərini  söndürməli  və  ərazini  tərk 

etməlidirlər. 

176. Qaldırıcının mühərrikin sönmüş vəziyyətində cihazı quyuya buraxmaq olarmı? 

Cavab:  Olmaz. 

177.  Geofiziki  tədqiqat  işlərində  cihazın  başmağdan  çıxması  zamanı  sürət    neçə  metr/saat-dan  çox  

olmamalıdır? 



Cavab:  250m/saat.             

178. Cihazı quyudan qaldırdıqda  kabel üzərində olan ikinci xəbərdarlıqedici nişan göründükdə qaldırma 

sürət neçə metr/saat-dan çox  olmamalıdır? 



Cavab:  250m/saat.        

179. Cihaz quyu dibindən maksimal qaldırılma sürəti nə qədərdir?   

 Cavab:  100 metr/saat.           



180. Cihazın başmağa 50 metr qalmış maksimal sürəti nə qədər olmalıdır?  

Cavab:  250 metr/saat. 

181.  Hansı  dərinlikdən  sonra  (əgər  buraxılan  cihazın  xüsusiyyəti  və  konstruksiyası  imkan  verərsə) 

geofiziki ölçü işi həm endirmə həm də qaldırma zamanı qeyd olunmalıdır?    



Cavab:  5000 metr.      

182. Quyunun açıq lüləsində geofiziki kabelə calaq (bandaj) qoyulması normadan artıq vaxt tələb edərsə 

hansı əməliyyatı etmək lazımdır? 



Cavab: 500 metr/saatdan az sürətlə 10-20 metr arası qaldırıb-endirmə əməliyyatını. 

183. Qoruyucu kəmər buraxılmış quyuda geofiziki kabelin maksimal qaldırılma sürəti nə qədərdir? 

Cavab:  8000 metr/saat. 

184. Qoruyucu kəmər buraxılmamış quyuda geofiziki kabelin maksimal qaldırılma sürəti nə qədərdir? 

Cavab:  10000 metr/saat.                     


12 

 

185. Cihazı ilk dəfə quyuya buraxdıqda maksimal sürət ən çoxu nə qədər olmalıdır? 



Cavab:  3000 metr/saat. 

186. Quyu dibinə catan geofiziki kabeli maksimum neçə metr artıq (perepusk) buraxmaq olar? 

Cavab:  2-5 metr.         

187.  Lübrikator ilə işləyən zaman quyu ağzına neçə metr qalmış maksimal sürət  neçə metr/saatdan çox 

olmamalıdır? 



Cavab:  100 metr qalmış sürət ən çoxu 250 metr/saat olmalıdır. 

188. Quyuda tutulmuş geofiziki kabeli azad etmək üçün ona nə qədər yük vermək olar? 

Cavab:  Kabelin qırılma qüvvəsinin 50%-i qədər. 

189. Quyuda tutulmuş zirehli kabeli azad etdikdən sonra qaldırıcıda nələr yoxlanılmalıdır? 

Cavab:  Aşağı istiqamətləndirici və yuxarı asqı çarxlarının, qaldırıcının hissələrinin və mexanizmlərinin, 

texniki baxışını keçirməli, bucurqadın avtomobilin ramasına bərkidilməsinin vəziyyəti yoxlanılmalıdır.  

190.  Quyuda  geofiziki  işləri  qurtardıqdan  sonra  bazaya  qayıtmazdan  əvvəl  maşınçı  qaldırıcıda    hansı 

işləri görməli nələri yoxlamalıdır?  



Cavab:  Gətirilmiş  cihaz  və  avadanlıqları  bazaya  aparmaq  üçün  qaldırıcıya  yerləşdirilməli    və 

bağlanılmalı, maşınçı bucurqadı nəzərdən keçirməli onu tormozlamalı, ötrücunü ayırmalıdır. Bucurqad 

şöbəsində və bucurqadın idarəetmə şöbəsində səlıqə-səhman yaratmalıdır. Qaldırıcını bazaya qaytarmaq 

üçün sazlığını yoxlamalıdır. 

191. Quyuda qəzanın ləğvi kimin rəhbərliyi altında aparılmalıdır? 

Cavab:  Dəstə rəisinin və ya bu işə məhsul edilmiş şəxsin. 

192. Kabelin tutulmasının aradan qaldırılmasına başlamazdan əvvəl nələr yoxlanılmalıdır? 

Cavab:  Bucurqadın  qaldırıcının  ramasına  necə  bərkidildiyini,  nəzarət  ölçü  cihazlarının  necə  işlədiyini, 

təkərlərin  altına  qoyulan  dayaqların  vəziyyətini,  aşağı  istiqamətləndirici  çarxın  bərkidilməsini,  dəniz 

qazma quyularında qaldırıcının özülə necə bağlanmasını. 

193. Hansı hallarda quyu ağzı su buxarı və ya isti su ilə təchiz edilməlidir? 

Cavab:    Ərtaf  mühitin  hərarəti  mənfi  olduqda  və  ya  qazma  məhlulu  neft  mənşəli  maddələrdən 

hazırlandıqda. 

194. Hansı hallarda açıq lüləli quyularda elektrik karotaj işləri aparılmır?   

Cavab:  Yuycu məhlul neft əsaslı olduqda. 

195. Görmə məsafəsi neçə metrdən az olduqda quyuda geofiziki tədqiqat işləri dayandırılmalıdır?               

Cavab:  50 metr.          

196.  Calaq  edilmiş  geofiziki  kabel  barabana  daxil  olduqda  sürət  nə  qədər  olmalıdır?  Və  bu  sürətlə 

barabanda ən azı neçə dövür vurmalıdır?   



Cavab:  Calaq  edilmiş  geofiziki kabelin  calaq  yeri  barabanda  ən  azı  5  dəfə  fırlanana  qədər  sürət  1000 

metr/saat-dan artıq olmamalıdır. 

197. Karotaj dəstəsinin dəstə rəisi elektrik təhlükəsizliyi üzrə ən azı hansı qrupa malik olmalıdır? 

Cavab:  III-qrup.           

198.  Karotaj  dəstəsinin  mühəndis-texniki  işçiləri  elektrik  təhlükəsizliyi  üzrə  ən  azı  hansı  qrupa  malik 

olmalıdır?    



Cavab:  III-qrup.  

199. Dəstənin karotajçısı elektrik təhlükəsizliyi üzrə ən azı hansı qrupa malik olmalıdır? 

Cavab:  II qrup. 

200. İş prosesi zamanı quyudan  məhlulun daşması baş verərsə dəstə rəisi nə etməlidir? 

Cavab: Dəstə rəisi bu barədə sifarişçinin nümayəndəsinə xəbər verməli, iş dayandırılmalıdır. Dəstə rəisi 

və sifarişçinin nümayəndəsi bu barədə akt tərtib etməli və aktı imzalamalıdırlar. 

201. Rolikdə kabelin hərəkət etdiyi cığır neçə faiz yeyildikdə rolik istismara yararsız sayılır. 

Cavab: 10%.    


Yüklə 335,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə