352
ki, özünü erməni hökuməti adlandıran erməni milli şurası bulunduğu şərait altında elə yaxşı nizam və qayda
təsis edə biləydi. Bununla belə bu gün yenə səmimi surətdə sizə bəyan edirəm ki, Qarabağ məsələsinin siyasi
cəhəti məni maraqlandırmır, əgər biz bu işi düzgün müzakirə edib müəyyən qərara gəlmək istəyiriksə, siyasi
cəhəti atmalıyıq. Çünki nail olmaq üçün general-qubernatorun var qüvvəsi ilə çalışmağı siyasi məqsəd bir
məsələdir? Ona irişmək qəsdi ilə təvəssül olunan çarələr dəxi başqa məsələ. Orada lazım gəldikdə məhəlində
təvəssül edilmiş çarələrdən birisi-parlaman və ya hökumət bilmək istərsə-siyasi məqsədə irişmək uğurundakı
tədbir parlaman əksəriyyətinin işidir.
Fəqət zənnimcə belə yolla gedən hər halda yaxşılığa çıxmaz. Burası nə Azərbaycan üçün faydalıdır, nə də
yeni təşəkkül etmiş digər dövlətlər üçün. Mən hadisatı bəyan edərkən buraxmış olduğum xətaya övdət edirəm.
Sizə baş ağrısı verməmək üçün mən keçən dəfə istəməmişdim və indi də istəməyirəm təqsirnamə adlandırılan
məruzəmi oxuyarım. Mən burada danışanları xüsusən hadisatın əməli cəhətinə aid nitqləri diqqətlə təqib
edirdim.
Zira qəti surətdə tədqiq olunmamış dəlillərə isnadla elə məsuliyyətli nəticələr çıxarmaq-necə ki, burada
çıxarırdılar hər halda siyasi kutahbinlik olur və belə zərbə məqsədə endiriləməz. Çox tez-tez Ruben
Şahnazaryan adlı bir adamın şəhadətinə isnad edirlər. Mən siyasi düşmənlərimin şəxsiyyətinə ehtirah etməyə
adət etmişəm. Binaən-ileyh istərdim bunca böyük diqqət və əhəmiyyət verilən Şahnazarovun kim olduğunu
açam. (Səslər: Şuşa ermənilərinin nümayəndəsidir!). Bu şahidin haqqında bunu deyərəm ki, erməni deleqatları
Qaybalı kəndi əhvalını ondan soruşduqda cavab verdi ki: Mən Qaybalı kəndi haqqında bir şey bilmirəm. Mənim
vəzifəm bu idi ki, general-qubernator Qaybalıdan qaçqınlar gəldiyini xəbər verdikdə ancaq onları Ermənistana
apardım. Pensilvaniya haqqında, Pensilvaniya nefti barəsində, ingilis siyasəti, Rusiya işləri, Denikin siyasəti,
Qarabağın kimə məxsus olacağı və Milli Şura haqqında çox danışdı; anlaşıldı ki, bu, müəyyən ziyalı qrupun
siyasətindən (Səslər: daşnak siyasətindən) narazı qalan ziyalı agentlərdən birisidir. Orada menşeviklər də
[809 -
810]
vardır. Daşnaklar da, kadetlər də (Səslər: kadetlər də mi?). Bəli, kadetlər də! Sonra bir də o deyirdi ki,
beşəxsi onun zənninə görə belə siyasət fəlakətimizdir; və qeyri-məmul nəticələr verər. Şəhərdə hansı əsgəri
qitəni iştirak etdiyi və hadisatın necə cərəyan etməsi haqqında müsaidənizlə birinci pulemyot bölüyü komandanı
rus xidmətində bulunan zabit Aleksey Pavloviç Maksimoviçin şəhadətini ərz edim (Səslər: rus xidmətində!). Bu
həmən zabitdir ki, Arzumanovla müzakirata bulunmuşdur. (Oxuyur: Bizim taborumuz tamamilə atışmada iştirak
edirdi və ətraf kəndlərdən kürdlər və sair müsəlmanlar bizə köməyə gəldilər). Bunu deyən nə daşnakdır, nə də
erməni. Sizi də, bizi də maraqlandıran bir məsələ daha məruzəmdə tez-tez göstərdiyim yol: general-
qubernatorun evindən Qaybalı kəndinə gedən dərətəriqiylə ən yaxın yoldur. Bu yol bu şose kimin əlində idi.
Haman zabit bu barədə deyir ki: "Şose yolunu bir zabitin komandası altında general-qubernator məayyətindəki
kürdlər işğal etmişlərdi. "Həzərat, bir şahid dəxi var ki, buna inanmamağa heç birimizin ixtiyarı yoxdur. Bu
şahid general-qubernator özüdür. Öz bəyanatında o dedi ki, biz oraya müsəlləh adamlar qoyduq, çünki
atışmanın ən şiddətli-si orada idi. Burada ikinci bir məsələ daha açılır. Kimlərin hücum etdiyi barəsində düz
danışmadılar. Mən heç vaxt demədim ki, atışmada qoşun qitiatı iştirak etmişdir. Mən dedim əsgərlər də varmış.
Onlar köçərilər və şəhərlilərlə bərabər Xankəndi və dağ tərəfdən kəndlilərin yolunu kəsmişlərdir. Kəndlilər
əsgərlərin çinini, rəngini təsvir edirlər və bir dənəsini də bizə gətirdilər. Deyirlər o çin məhkəmə məmurana
məxsus şeydir. Fəqət biz əhli-xübrə vəzifəsi görmürdük. Ancaq gördük ki, əcəb bir şey idi, həm də mülki
məmura məxsus idi.
Fəqət kəndlərin talanında əsgərlərin iştirakını şübhəsiz hesab etməlidir. (Səslər: provokasiya!) General-
qubernator deyir ki, Qaybalı kənd davası qurtardıqdan 3-4 saat sonra (dava 2-3 saat çəkmişdir) kəndin içindən
65 kürd keçmişdir. Fəqət kürdlər davada iştirak etməmişlərdir. Kəndlilər biz olmayan zaman general-
qubernatora verdikləri ərizədə deyirlər ki, davada Kaçelis (?) kürdləri iştirak etmişlər. Zənnimcə biz şübhə
etməyirəm. Mən beşəxsə bu sözlərin doğruluğuna şübhə etməyirəm. General-qubernator gərək kürdlərin şəhər
üstünə
[810 - 811]
gəldiklərini biləydi və biləcək qabağını alaydı. Müxtəlif nöqtələrdən kürdlərin yığışıb kələ
bilməsi üçün əqəllən iki gün lazım idi. Saat 10-dan 01-dək bunu etmək olmazdı. Ona görədir ki, məruzədə dəxi
göstərilir ki, kürdlərin şəhər üstünə gəlmələri hadisatın nəticəsi deyil, onu qabaqlamaq tədbirindən ibarətdir.
Mən demirəm qabaqlamaq hərəkəti (Səslər) və sonralar dəxi müxtəlif yığınlar iştirak etmişlərdir.
Bir də burada qışlaqlardan bəhs edildi. Şəfi bəy bu məsələni şübhəsiz yaxşı təsvir etdi. Bu qışlaqları Şuşanın
erməni hissəsində nizam və asayişi bərpa etmək və hərc-mərci yatırmaq üçün tutmaq lazım gəlirdi. Mən bunu
təbrik edirəm, fəqət biz bunu bilmək istərdik ki, qışlaqların təslimi haqqında general-qubernator nə vaxt tələb
vermişdir. Hamımız siyasətə alışmamış ədd etdiyimiz digər bir şahid — Minasbekovdan sual edildikdə ki,
ingilis komandanlığı tərəfindən qışlanın təslimi haqqında bir tələb varid olmuşmu idi, yoxmu Minasbekov cavab
verdi ki, bəlkə general-qubernator və ingilis komandanlığı qışlanın təslimini tələb etmişlərdir də, fəqət milli
şuraya belə bir tələb təqdim edilməmişdir. (Şəfi bəy yerindən: O vaxt milli şura yox idi!) Həmən qışlada 1500
nəfərədək erməni qaçqını olurdu. Ancaq ayın 5-də general-qubernator polismeysterdən tələb etmişdir ki,
qaçqınlar üçün yer tapsın. Ermənistanda yer tapmaq və qaçqınları yerləşdirmək lazım gəlirdi. Ayın 6 və 7-də