351
general-qubernatoru qəbul etməyib, onunla ancaq ingilis heyəti vasitəsilə əlaqədə bulunurdu. Bu surətdə erməni
milli şurası hökuməti qəbul etməyirdi, hətta yepiskopu da general-qubernatorla görüşməkdən mən etmişdir və
ancaq ayın 4-5-dən sonra görüşmüşlərdir.
Eyni zamanda bunu da nəzərdən qaçırmamalıdır ki, Qarabağ milli şurası özbaşına, öz gücüylə işləmiyordu.
General-qubernatorun əldə etdiyi dəlillər bunu şübhə xaricində isbat edərlər ki, onlar həmişə İrəvanla siyasi və
maddi rabitədə olub, Şuşa erməni milli şurasının əlində olan bütün qüvvə və pul İrəvandan göndərilirmiş; burası
Şuşada Arzumanovun evi axtarıldıqda kəşf edilmişdir. Bu dəlillərin hamısı isbat edilir ki, Qarabağda erməni
camaatının təcavüzkara nə niyyəti vardır. Zəngəzurda təcavüzkarlıq hələ də davam ediyor. Bunu mətbuat
səhifələri də göstərirlər. Fəqət orada da hökumətimiz məsələnin sülh tərəqqiyə həlli tərəfdardır. hətta hal-hazırda
ermənilər hər tərəfdən hücum etdikləri zaman general-qubernatorun müəyyən əmrnamələri var ki, müsəlmanlar
hücum etməsinlər: yalnız özlərini müdafiə və mühafizə etsinlər.
Burada boykotdan bəhs edildi. Qışda general-qubernator Qarabağa gəldikdə ermənilər çox fəna bir halda
olub, hətta acından ölənləri olurmuş. Səbəbi də bu idi ki, ermənilərin arandan əlaqəsi kəsilmişdi. Qarabağın
erməni hissəsi şiddətli
[806 - 807]
aclıq təhlükəsi altında idi. General-qubernator dərhal ermənilərə ərzaq
verilməsi haqqında tədbirlər görmüş. Qara-bağdan taxıl ixracını mən etmişdir. Bu surətlə Bakıda 200 manatdan
yuxarı olduğu halda Qarabağda taxılın pudu 30 manata düşmüşdür. Ermənilər ucuz qiymətə külli miqdarda taxıl
alıb əşqiyə dəstələrini təin etmişlərdir. Bu halda general-qubernator iqtisadi boykot kimi tədbir görə bilərdi.
Amma görməmişdir. heç yerdə göstərilmir ki, general-qubernator boykot elan etmişdir. Şahnazarov, Kalantarov
və sair adamlar da bunu təyid ediyorlar və deyirlər ki, camaat özü baykot etmişdi, ermənilər az-az taxıl ala
biliyorlardı; amma külli miqdarda verilmiyormuş. General-qubernator boykot etməmiş, biləks erməni
nümayəndəsi Şahnazarovun hüzuruyla qəti binaqozarlıq etmişdir ki, boykot götürülsün; götürülmüşdür də.
Bu surətdə bu məsələdə də general-qubernatoru təqsirləndirmək olmaz. Həmişə və hal-hazırda general-
qubernatorun bütün qüvvələrinin yarısı ermənilərin mənafeyinə xidmət edir.
Məsələn, erməniləri həmişə qaraul əsgərləri müşayiət etmişlər, canlarını, mallarını daima hökumət əsgərləri
mühafizə etmiş və etməkdədirlər. Hal-hazırda ermənilərlə müsəlmanlar arasında elə əlaqə hasil edilmişdir ki,
Əsgərana və Ağdamadək hər yerdə erməni arvadları taxıllarını yığıb kəndə daşıyırlar.
Bunların hamısı hökumətin tədbirləri ilə edilmişdir. Onlara mühafizə verilir və çox gömək edilir. Fəqət
bunların hamısıyla bərabər mütəəssifanə ermənilər ayrı olurlar, hal-hazırda yenə də müntəzəm müsəlləh
qüvvələri, hökumətləri, ərkini-hərbləri var, hökumətə tabe olmayırlar. Bunlar da Şuşada deyil, Keşiş
kəndindədirlər. Ermənilər Azərbaycan hökumətinin bütün yaxşılıqlarından istifadə edirlər, fəqət öhdələrinə
düşən dövləti vəzifədən boyun qaçırırlar və Azərbaycan hökumətini qəbul etmirlər, tanımaq istəmirlər. Bunların
hamısını edən Zəngəzur erməni milli şurasıdır ki, açıqdan-açığa işləyir və hökumətə tabe olmur. Amma digər
tərəfdən bizim hökumətimiz bu uğurda bir iş görmək istədikdə həmişə səs-küy, gurultu, patıltı qoparılır. Şuşada,
Zəngəzurda və sair yerlərdə edilən hücumlar kimi bir çox hadisələr vüqu bulmuş, fəqət kimsə bu xüsusda məsul
olan hökumətə müraciət etməmiş və bu surətlə müqəssirlər tapılmamışdır.
[807 - 808]
Şuşada, Zəngəzurda və
hər yerdə bəzi məsuliyətsiz üzvlər işləyirlər. Mütəəssüfanə Çubaryanın bəyənatının bir təqsirnamə olduğu və
erməni başçılarının xətalarından əslən bəhs olunmaması bununla təyid edilir. Bunların hamısını edən
Azərbaycan, Ermənistan və Tiflisdəki erməni başçılarıdır. Daima rəhbərlik etmiş və etməkdə olan firqə bu
işlərin hamısına hüsni-nəzərlə baxır. Şahnəzərov Ruben və Kalantarovun bəyanatı isbat edir ki, bu hadisələrin
hamısında pişrəvilik edən "Daşnaksütun" firqəsidir. Fəqət general-qubernatorstvada ildırım saçan od yağdıranlar
mütəəssifanə nizam və asayiş bərpası üçün heç bir tədbir görməmişdir və görməyirlər.
Binaən-ileyh mən özümü borclu bilirəm Məclisi-Məbusana elan edim ki, hal-hazırda Qarabağ ən ciddi bir
vəziyyət altındadır. Əgər hökumət qəti tədbirlər görüb möhkəm hökumət idarəsi qurmasa, bu hadisat bütün
Qarabağa yayılar və çünki Qarabağ Azərbaycanın ümdə bir mərkəzi, ümdə bir hissəsidir, ona görə orada elə
böyük hadisələr çıxa bilər ki, bu vaxtadək vüqu bulmuş olanların hamısını keçər. Binaən-ileyh deleqat heyəti
keçən dəfə demişdir, yenə təkrar edir ki, Qarabağda sülh və asayiş, nizam və qaydanı bərpa etmək üçün nizam
və asayişi təmin edə biləcək yaxşı hökumətin səltəsini bütün Qarabağa tətbiq və təşkil etmək lazımdır. Bu
mühüm Qarabağ məsələsini ancaq beləliklə həll etmək olar.
Çubaryan ("Daşnak") - Möhtərəm məbuslar! Dün mən bu məsələnin mövqeyi-müzakirəyə düz vəz
edilməmiş olduğunu qeyd etmişdim ki, bundan dolayı da bəzi əmrlər haqqında aramızda ixtilafi-rəy hasil
olmuşdur. Mehtərəm Rüstəmbəyli Şəfi bəyin nitqinin siyasi qərəz haqqında və Qarabağda və otəsində bu ya o
qrupların siyasi arzu və məqsədlər və haman qrupların icra-təsiri ehtimalı və hətta deleqat heyəti əzasından
bəzilərinin belə qərəzdən azad olmaması barəsindəki ikinci qismindən əslən bəhs etməyəcəyəm. Məruzə
hazırlarkən bu cüzi məsələlər məni maraqlandırmamışdır. Zira mən məsələyə ancaq bir cəhətdən
yaxınlaşmışam.
Hadisatın cərəyanını aydınlaşdırmaq və hüquqi-dövlət nöqteyi-nəzərindən hadisatı nəqədər düz cərəyan
etdiyini təyin qılmaq. İştə zənnimcə hamımızın təqib etməli olduğu əsası prinsip budur. Fəqət nə üçün Şəfi bəy
bizim təqsirnamə adlandırdığı
[808 - 809]
məruzəmizdən bir çox şeyləri buraxır. Mən heç vaxt təkid etmərəm