353
qışlaqı işğal etmişlərdir. Bu məsələdə general-qubernator tərəfindən heç bir mümaniət və müqavimət
olmamışdır.
Burada milli şuradan çox bəhs etdilər və deyirlər ki, o milli şura indi mövcud deyildir, fəqət həzərat, vaxt
yetişmişdir ki, biz siyasi düşmənlərimizlə namuslu rəftar edək. Mən bilmədən burada iştirak etməyirəm ki, milli
şura öz qüvvəsi və məhəllədəki təşkilat köməyi ilə general-qubernator kimi böyük bir qüvvə müqabilinə
mübarizə edəməzdi. Həzərat! Azərbaycan hökumətini qəbul etməyənlərin hamısı başqa məqsədlər, başqa
arzular təqib edənlərin cümləsini əşqiyə dəstəsi və hətta danışmağa yaramayan adamlar ədd etmək-məsələni düz
təsvir etmək deyildir və siyasi mübarizədə öz qarşısında namuslu düşməni görməməkdir.
Səslər: Namuslu düşmən yoxdur! Namuslu düşmənimiz olsaydı! [
811 - 812]
Xocayev (Erməni fraksiyasından) - Həzərat! Deleqat yoldaş-larımın hamısından sonra mən danışıram.
Birinci iki yol-daşım hadisat haqqında heyətin məhəllində toplamış olduğu bütün məlumatın əməli cəhətindən
bəhs etdi. Bu məlumatın hamısını elan etmək üçün mən iki sənəd göstərməli idim.
Birisi gərək ermənilər və gərəksə müsəlmanlar tərəfindən edilmiş şikayətləri havi protokoldur ki, çox uzun
olduğundan onu oxumayacağam; ancaq dövləti nöqteyi-nəzərdən ermənilər üçün də, müsəlmanlar üçün də
böyük əhəmiyyətə caiz bir məsələdən bəhs edəcəyəm.
Erməni şikayətçilərinin böyük qismi göstərir ki, hadisat vaxtı Şuşa-Yevlax yolunda olduqlarından mühafizə
əsgərləri ya könüllülər mühafizəsi altında müəyyən yerlərə getməyə məcbur olmuşlardır. Və orada yol boyunda
vətəndaşların əmin və rahatını mühafizə etmək üçün təyin olunmuş adamlar onları axtarmaq bəhanəsi ilə
soymuşlardır.
Dikər sənəddə Şuşadakı ingilis heyəti nümayəndəsi polkovnik Qlyatenberqin verdiyi xəbərdir. Bu vaxtadək
ancaq ermənilərlə müsəlmanların, yəni mənfəətdar olan tərəflərin verdikləri məlumatı elan etmişik. Üçüncü
məruzə isə kənarda buraxılmışdır. Əlimizdə olan məlumatı tamamilə bəyan və tənqid edə bilmək üçün həmin bu
sənədi dəxi elan edəcəyəm. (Qlyatenberqin verdiyi məlumatı oxuyur. Salonda səs-küy qalxır. Səslər: Doğru
deyil, bunlar həp yalandır). İştə, həzərat, dün və bu gün burada elan edilmiş materialın hamısı bu! Bu məlumatın
tənqidi nədən ibarət olmalıdır. Məncə bunun tənqidi iki cür ola bilər: əvvəla hadisatın səbəblərini açmaq,
aydınlaşdırmaq, saniən məzkur hadisatda hökuməti-məhəlliyənin rolunu təyin etmək hadisatın səbəbləri nədir?
Səmimi və insaf üzərinə bu suala bir cavab ola bilər: Bir tərəfdən Qarabağ ermənilərinin Azərbaycan
Cümhuriyyəti hökumətini qəbul etmək və tanımaq istəmədikləri; digər tərəfdən də Azərbaycan Cümhuriyyəti və
onun nümayəndəsi, yəni hökumətin məhəlli nümayəndəsinin əyolla olur-olsun Qarabağ ermənilərini
Azərbaycana tabe etdirməyə çalışması. Bu hadisatın əsil səbəbi iştə budur! Burada sizə deyirlər ki, əhalinin bu
işdə təqsiri yoxdur. Onlar Azərbaycan hökumətini qəbula hazırdırlar; fəqət bəzi qruplar, təşkilatlar, dəstələr
onları qoymurlar və tabe olmamağa məcbur edirlərdi. General-qubernator
[812 - 813]
bu nöqteyi-nəzəri müdafiə
edir; görünür ki, deleqat heyətindəki müsəlman yoldaşlarım dəxi bu nöqteyi-nəzərə şərikdirlər. General-
qubernator ancaq Şuşa milli şurası əzasının təqibinə çalışırdı və təqib etdi. Ona görə anlaşılır ki, o ancaq haman
əzanı müqəssir və mübəlliğ sayır. Bil-xassə ki, başqa şəxslərin təqib edildiyini görmədik və görmürük.
Mütəəssifanə milli komitənin bütün fəaliyyətini təhqiq edə bilmədik. Nə üçün? Çünki nə mükatibə vardı, nə
dəftərxana, nə də şura əzası: bəziləri qaçmış, digər bəziləri təbid edilmişlərdi. (Səslər, salonda ümumi səs-küy).
Ancaq bilavasitə hadisata aid bir çox əmrlərə təsadüf etdik. Məncə milli şura heç bu qədər əhəmiyyət verilməyə
dəyməz. Deyirlər ki, erməni hissəsində milli şuradan başqa hökumət yox idi. Mayın 27-də köç başlanandan
iyunun 4-nədək köçərilərlə ətraf kənd erməniləri miyanında heç bir müsadimə olmamışdır. Bəs nə üçün
fəsadların hamısı milli şuraya isnad verilir, amma qeyd edilmir ki, haman şuranın tədbirləri sayəsində iş beləcə
rahat keçirmiş. Bir də müsəlmanıstanda bir erməninin tüfəngini almışlar. Bunun cavabında onun da xuliqan
yoldaşları 2-3 gün sonra iki nəfər könüllünün silahını, hətta atını almışlardır (Səslər: Könüllü deyil, əsgərin
silahını almışlar!) Birinin atını qaytarmışlar, digərinin atı və silahı qeyb olmuşdur. General-qubernator haman
atla silahın qaytarılmasını tələb etdikdə milli şura onun dalınca adam göndərmişdir; çünki xuliqan atı minərək
kəndə qaçmış imiş; lakin tapmamışlar, çünki iz itirmək üçün ayrı kəndə qaçmışdır. Milli şura isə 10.000 manata
bir at və 1500 manata bir tüfəng alaraq könüllüyə (Birisi: Əsgərə) vermək üçün ingilis heyətinə təslim etmişdir.
Bir də deyirlər ki, Ermənistanda hökumətsizlik, hərcmərc hökmfərma imiş; bəlkə varmış; amma müsəlmanlar
haqqında yox, çünki dava başlandıqda Ermənistanda bulunan müsəlmanlar həp salamat qalmışlar; amma
müsəlmanıstanda 40 erməni tələf olmuşdur. Bir də son dəqiqədə general-qubernator ultimatum kimi tələb edir
ki: "şəhərdə atışma ancaq təbid üçün milli şura əzasının təslimindən sonra yatırılacaqdır".
Bunun müqabilində əzalar gəlib ingilis heyətinə təslim olurlar. Bunlar həp isbat edir ki, milli şurada
əyləşənlər qaniçici deyilmişlərdir. Məncə ümumiyyətlə bu hadisatda müəyyən
[813 - 814]
şəxsləri, yaxud
qrupları və təşkilatı müqəssir tutmağa əsas yoxdur. İş təbliğatda, ya əhali içində hasil edilən əhval-ruhiyyədə
deyildir. (Qarabəyli: Düzdür). Əhval-ruhiyyə üsul-idarədən asılıdır. Bunu isə hökumət və onun məhəlli
nümayəndələri əmələ gətirirlər. Doğrudur, bəzi adamlar təbliğatla camaatı bir tərəfə mayil edir, hökumət
müqabilinə çıxara bilər. Fəqət hökumətin də əlində çox tədbirlər var ki, mübəlliğlərlə mübarizə edib, əhval-