358
Rəis - 6-cı maddəni səsə qoyuram, kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 6-cı maddə
əksəriyyət rəylə qəbul edilir. 7-ci maddəni oxuyun.
Katib - 7-ci maddəni oxuyur.
Rəis - 7-ci maddəni səsə qoyuram, kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). 7-ci maddə
əksəriyyət rəylə qəbul edilir. 8-cini oxuyun.
Katib - 8-ci maddəni oxuyur.
Rəis - 8-ci maddəyə keçən səfər 2-ci qiraəti əsnasında 2 təshih təklif olunmuşdur. Birinci Səmədağa Ağamalı
oğlu tərəfindən, biri də Papyan tərəfindən. Səmədağa Ağamalı oğlunun təklifi böylə idi ki, 8-ci maddənin son 6
sətri ixrac olunsun. Bu təklif keçən dəfə qəbul edilməmişdi. Papyanın təklifi böylədir ki, seçki siyahısına daxil
olunub intixab vaxtından hüququnu qeyd etmiş şəxslər 4 və 5-ci maddələrə görə seçki hüququndan məhrum
edilirlər. Bu təshih səsə qoyulub parlaman tərəfindən qəbul edilmişdi. (Rusca). Eyni surətdə səsə qoyulub 8-ci
maddəni Papyanın parlaman tərəfindən qəbul olunmuş təshihilə səsə qoyuram. (Səslər). Ağamalı oğlunun təklifi
də keçən dəfə qəbul olunmuşdu; səsə qoyuram. Papyanın təklifilə bərabər. Kim səkkizinci maddəni ikinci
qiraətdə parlaman qəbul etdiyi surətdə qəbul etdiyi kimi qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır).
Əksəriyyət rəylə 8-ci maddə Papyanın təshihilə keçir. Müsaidə versəniz. Layihənin 2-ci babilə iktifa edib
növbədəki başqa məsələlərə
[823 - 824]
keçirik. Nakaz da buna yol verir. Növbədəki məsələyə keçmədən əvvəl
5 dəqiqəlik tənəffüs elan edirəm. Tənəffüs elan edilir.
Tənəffüsdən sonra
Rəis - İclas davam edir. Növbədəki 11-ci layiheyi-qanuniyyədir. Məruzəçi Mehdi bəy Hacınski.
Mehdi bəy Hacınski - Möhtərəm məbuslar! Ədliyyə naziri bizə bir qanun layihəsi göndərib, yazır ki, axır
zamanlarda gündən-günə məhkəmələrdə işlər təxirə düşür. Səbəbi budur ki, şahidlər, mütəxəssislər və bəzi
şəxslər vaxtında işə gəlməyirlər. Bunun qarşısını almaq üçün əvvəldən bir cərimə qoyulubdur. Lakin cərimə
azdır. On manatdır. Ona görə deyilir ki, bundan nə olacaq, on manat cərimə verib işə gəlməyir. Bunun üçün iş
qalır. Buna görə ədliyyə naziri qanun layihəsində bu cərimələrin artırılmasını xahiş edir. Layehi-qanuniyyə
komisyonu baxıb, bununla razı olub. Ədliyyə nazirinin layihəsində deyilir ki, şahidlər və mütəxəssislər sülh
məhkəməsinə gəlməyən şəxslər, əkər onların yaşadıqları yerlər 5 verstdən uzaq olmazsa onların cərimələrini
artırıb 2 manat 50 qəpikdən iki yüz manat cərimə edilsinlər. İkinci kərə ye-nə məhkəmə işinə gəlməyəndə
cərimə edilsinlər. Üçüncü dəfə onları zor ilə. Əgər bir mütəxəssis, bir şahid şəhərdə ola, onlar müəyyən vaxtda
gəlməsələr, birinci dəfə onlar 5 manatdan iki yüz manata qədər cərimə edilsinlər.
Cinayət qanun məhkəməsində müqəssir dəlməzsə onun barə-sində sadir olmuş əqd öz gücündə qalsın. Yəni
cinayət işlə-rində lazım olan şəxslər əvvəlinci dəfə cərimə, ikinci dəfə yenə cərimə, üçüncü dəfə zorla
məhkəməyə gətirilsinlər.
Cinayət işlərində müstəntiq bir şahidi çağırarsa, o gəlməzsə, 500 manat cərimə edilsin. Əyər gəlməsə zorla
gətirilsin. Əyər nahiyə məhkəməsi idarəsinə şəhid gəlməsə min rubladək ziyadə cərimə olsun. Əgər o şahidin
gəlməməsilə iş təxirə düşüb və bir ziyan olarsa, onun boynuna kəsilsin. Ədliyyə məhkəməsində mütəxəssislər
işə gəlməsə 250 manat cərimə edilməsini maliyyə nəzarəti təklif edir. Bu qanun ədliyyə nəzarəti tərəfindən
təqdim edilib, ləvayehi-qanuniyyə komisyonu da qəbul eyləyib, parlamandan rica edir ki, təklifi qəbul eyləsin.
Rəis - Kim danışmaq istəyir.
Səslər - Oxusun, layihəni üzündən oxusun.
Rəis - Layihəni maddə-maddə oxuyunuz.
Katib - Oxuyur.
Rəis - Layihənin əsasları üzərində kim danışmaq istərdi. Yoxsa 2-ci qiraətinə keçmək məsələsini səsə
qoyuram, kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. 2-ci qiraətinə keçmək qəbul olunur. (Mehdi bəyə)
Oxuyunuz.
Katib - Oxuyur.
Rəis - Mehdi bəy, siz maddəbəmaddə oxuyunuz. 91-ci maddədəndir. Müqəddimə lazım deyil. 91-ci
maddədən başlayınız.
Katib - 91-ci maddəni oxuyur.
Rəis - Bu 91-ci maddənin söylənən şəkildə təğyir xüsusunda kim danışmaq istərdi. Etiraz yoxsa qəbul
olunur. 383-cü maddəni oxuyunuz.
Katib - 383-cü maddəni oxuyur.
Rəis - 383-cü maddəni bu
cür təğyirinə etiraz yoxsa, bu da qəbul olur. 528-ci maddəni oxuyunuz.
Katib - 528-ci maddəni oxuyur.
Rəis - 528-ci maddəyə etiraz yoxsa qəbul olunur.
Katib - 141-ci maddəni oxuyur.
Rəis - 141-ci maddə xüsusunda kim danışmaq istəyir. Etiraz yoxsa, bu maddə də qəbul olunur.
359
Katib - 834-cü maddəni oxuyur.
Rəis - Bu maddə xüsusunda
etiraz yoxdur, bu da qəbul olunur.
Katib - 49-cu maddəni oxuyur.
Rəis - 49-cu
maddə xüsusunda etiraz yoxsa, bu da qəbul olunur.
Katib - 438-ci maddəni oxuyur.
Rəis - 438-ci maddə xüsusunda etiraz yoxdur, qəbul olunur.
Katib - 643-cü maddəni oxuyur.
Rəis - 643-cü maddəyə etiraz yoxsa qəbul olunur.
Soltan Məcid (yerindən) - Bu barədə bir müsaidə veriniz.
Rəis - Nə buyurursunuz.
Soltan Məcid - Bu maddə barəsində danışmaq istəyirəm.
Rəis — Buyurunuz! Söz Soltan Məcid Qənizadənindir.
Soltan Məcid - Bu maddənin cəriməsi böyük olur. Cərimə olunanın üstünə cərimədən başqa məhkəmə xərci
də gəlir.
[825 - 826]
İkinci dəfə şahid gəlməsə üstünə min manata qədər cərimədən başqa məhkəmədə olan
məhkəmə xərcləri də gəlir. Əvvəla böylə işlər olsun ki, böyük olsun. Məsəl üçün para məsələsi olsun. Cərimə
çox ola bilər. Amma şahidi böylə cərimə eyləmək naməlum çıxır. Məlum deyil ki, olunan cəriməyə şahidin
gücü çatır, çatmır. Tutaq ki, çatsa da o qədəri almaq olmaz, çox çoxdur. İkinci dəfə çox cərimə olsun 1000 azdır.
2 min olsun, hər halda müəyyən olsun.
Rəis - Kim daha bu barədə danışmaq istərdi. Daha bu barədə danışmaq istəyən yoxdur. Layihə təklif edildiyi
kimi səsə qoyuram. Son söz məruzəçinindir.
Mehdi bəy Hacınski - Komisyon bu təklifə razı olar. Özünüz bilirsiniz. Əksər ovqat şahidlər gəlməyib,
məhkəmə işinə müşkülat törədirlər. Çoxusu qəsdən gəlməyirlər ki, məsələn 100 manat cərimə verəcəyəm, işlər
də təxirə düşər. Ona görə cərimə ağır olmalıdır ki, ondan qorxub gəlsinlər. Bu məsələyə komisyonda çox fikir
verildi və hər tərəfli diqqət edilib və nəzərə alındı ki, şahidlər gəlməyirlər, işlər təxirə düşür, çox zərərli olur və
aradan müşkülat çıxır. Ona görə komisyon bu təklifə razı ola bilməz.
Soltan Məcid - Müəyyən deyil, mən təklif eyləmişəm, müəyyən olsun.
Rəis - Mən təklifi səsə qoya bilmərəm. Yazmışsınız, cərimənin qədəri müəyyən olsun. Cərimənin qədəri
müəyyəndir.
Soltan Məcid (yerindən) - Müəyyən deyil.
Rəis - Müəyyəndir. Min manatdan artıq olmaz. Bu barədə söz verək? Söz verə bilmərəm, çünki son söz
məruzəçinin idi. Təklifinizi müəyyən surətdə yazın verin. (Soltan Məcid təklifini yazıb verir).
Rəis - Soltan Məcid Qənizadə cənablarının təklifi belədir. "Cəriməyə kifayət edib, zərərləri tələb etmək
olmasın. (Ruscaya tərcümə edir). Bu təklifi səsə qoyuram. Kim Soltan Məcid Qənizadənin təklifini qəbul edirsə
rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Kim əleyhinədir? (Əllər qalxır) .Kim səs verməyib. (Əllər qalxır). Rica
edirəm səsdə iştirak edəsiniz. Dübarə səsə qoyuram. Təshihi oxudum. Yenidən oxuyuram. (Oxuyur). Əslən
maddənin təshihi böylədir. Kimsə üzrsüz şahid gəlməzsə min manata qədər cərimə edilir. Şahidin gəlməməsi
[826 - 827]
nəticəsi olaraq məhkəmənin iclası baş tutmazsa məhkəmə xərci də ondan alınır. Kim Soltanməcidin
təklifini qəbul edirsə rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Kim əleyhinədir. (Əllər qalxır). Kim səs
verməyib. (Əllər qalxır). Lehinə 14, əleyhinə 29, səs verməyən 4. Əksəriyyət rəylə təklif qəbul olunmayır. 643-
cü maddəni layihə təklif etdiyi kimi səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır).
Əksəriyyət rəylə təklif qəbul olunur.
Katib - 114-cü fəsli oxuyur.
Rəis - 114-cü maddəyə etiraz yoxdursa, qəbul edilir. 323-cü maddəni oxuyun.
Katib - 323-cü maddəni oxuyur.
Rəis - 323-cü maddə xüsusunda etiraz yoxsa qəbul olunur. Etiraz yoxdur, qəbul olunur. Layihənin 3-cü
qiraəti qalır gələn iclasa. Növbədəki məsələ dəniz boyu idarələrində gəmi vergisi alınması haqqında qanun
layihəsidir. Məruzəçi Əbdüləli bəy Əmircanovdır.
Əmircanov - Keçmişdə bir qanun var idi ki, xaricdən Rusiya sularına gəlib və çıxan gəmilərin tonuna dövlət
xəzinəsi nəfinə 10 qəpik alınırdı. Gəmilərdən bir parası həmin vergidən azad olunurdu. O cümlədən su altından
gedən teleqraf xətlərinə baxıcı gəmilər var onlardan vergi alınmazdı. Xüsusi hökumət gəmiləri vardı ki,
hökumət işlərinə baxırdı onlardanda alınmazdı. Sabiq hökumət bəhri Xəzəri özününkü hesab edirdi. Ona görə
bəhri-Xəzər gəmilərindən bu vergini almayırdı. Şimdi bəhri-xəzərin dörd tərəfi xarici dövlət hesab olunur.
Nazirin təqdim etdiyi layiheyi-qanuniyyədə Bakıdan xaricə çıxan və gələn gəmilərin hər tonuna 10 qəpik deyil
20 qəpik alınması təklif edilir. Tonda 61 putdur. Maliyyə-büdcə komisyonu bu layihəni qəbul edirkən 20 qəpiyi
az görmuşdir, çünki gəmilərin sərnişinlərindən və yüklərdən aldığı məbləğ artmışdır. Məsələn, buradan Salyana
200 manata gedirlər. Mallardan putuna 8-9 manat kirayə alırlar. Gəmilər indi Hacıtərxan yaxınına gedirlər.
Maliyyə-büdcə komisyonu qəbul eylədiyi gəmilərin hər tonundan 20 qəpik deyil, 50 qəpik alınsın. Bakıda olan
gəmilərin 10-dan 9 payı işdədir ki, buna görə ildə yeddi milyon ton [yük] daşıyan gəmilər Bakıdan çıxıb Bakıya