44
dəyişib əhval qeyri-müəyyən oldu. Noyabrın 20 və 23 dən sonra Andpranik yenə baş qaldırıb, ayın 25-dən sonra
fəlakətlər çıxarmağa başladı, böyük xətalar əmələ gəldi. Bu xüsusda mənə gələn teleqramlar qəzetlərdə vardı,
hamınıza da məlumdur ki, Zəngəzur malahında nə qədər kəndlər dağıldı, yandı, əhaliyə nə qədər böyük zərər və
xəsarətlər dəydi, şübhəsiz ki, bu işlərə hökumət laqeyd baxa bilməzdi. Biz öz tərəfimizdən lazım və mümkün
olan qədər çalışıb tədbirlər gördük. Onların müqabilinə əsgəri qüvvə göndərilməsi barəsində teleqrafən
binagüzarlıq etdik. Eyni zamanda borc bildim, müttəfiqlər nümayəndəsi general Tomsona məlumat verim.
Çünki, o mənə də deyib, qəzetlərdə də xəbər veribdir ki, müttəfiqlərin məqsədi Qafqaziyada sülh və
müsalimi dəvam etdirməkdir. Binaən-ileyh mən teleqramların bir surətini və bir məktub general Tomsona
göndərdim. Tomson dərhal ənvan tədbirlər görməyi vacib bildi. Mən general Tomsona məktubu ancaq
xəbərdarlıq kimi yazmışdım, daha yazmamışdım ki, təvəqqe edirəm, bizə kömək edin. O, özü lazım bildi ki,
Qarabağa bir heyət göndərsin ki, onun məktubunu Andronikə yetirsin. Heyət ingilis, müsəlman və erməni
nümayəndələrindən ibarət idi. Bundan əlavə Tomson bir çox teleqramlar çəkdi. Noyabrın 27-də bu deleqasiya
Şuşa və Zəngəzura əzimət etdi. Bir neçə gün Şuşada qalıb heyəti ümum qəza əhalisinə təklif etdi ki, əmin və
asayişlə yaşasınlar və xəbər verdi ki, ingilislər və onların müttəfiqləri heç bir vaxt xəta və iğtişaş törətməyə razı
olmayacaqlardır. Bir neçə gün Şuşada qaldıqdan sonra deleqasiya Zabuğ deyilən yerə getdi ki, haman yerdə
müharibə gedirdi. İngiltərə nümayəndəsi ''Andranikin yanına gedib məktubu vermiş və bildirmişdir ki, asayiş
bərpa edilməsə bütün məsuliyyət onun öhdəsinə düşəcəkdir. Bundan əlavə Tomson bir neçə teleqramlar daha
vurdu, çünki o zaman ermənilər çox yerdə baş qaldırıb Gəncə, Qazax,Cavanşir və Cəbrayıl qəzalarında quldur
dəstələri kimi iş görürdülər. hər yerdə Tomson
[98 - 99]
teleqramlar çəkdi və eyni məzmunda Andranikə
məktub yazdı, məktubu mən görmüşəm. Ancaq özlərinin dediklərinə görə bu məktub bu məzmunda imiş: Hamı
ermənilər öz yerlərində sakit oturub, hüçum və təcavüzatda bulunmasınlar. hərgah ermənilər tərəfindən belə
hərəkət baş verərsə, məsuliyyət təmamən onların öhdəsinə düşəcəkdir.
Bundan sonra general Tomson teleqrafən və məktubən Şuşa və Zəngəzura göndərilmiş heyətə Tərtərə və
başqa qəzalara getməsini təklif eyləmiş, onların məzmunu belə imiş. (Oxuyur). Mən sizə ərz eləyirəm ki, bu
işlərdən sonra iki-üç günlük sakitlik oldu. Elə bil ki, heç şey yox imiş. Daha Zəngəzur və Şuşa uyezdlərindən bir
xəbər gəlmədi, hamı da arxayın oldu. Fəqət, yenə iki-üç gün keçmədi ki, teleqram, teleqram üstündən gəlməyə
başladı ki, Andranik baş qaldırıb, ermənilər ilə bərabər yenə öz hərəkatında davam edir. Müsəlmanlar ingilis
heyətinə inanıb, öz sərngərlərindən çıxıb getmişlər. Ermənilər haman saat başlamışlar kəndləri yandırıb
dağıtmağa, belə ki, arvad-uşaq bağlara, meşələrə dağılıb sərkərdən qalmışdır. Bu xəbər belə yetişən kimi bizdə
olan hər növ tədbirləri gördük və dekabrın 3-də Tomsona belə bir məktub yazdım. (Oxuyur). Aldığımız
teleqramların surətini məktubla göndərmişəm. Teleqramları oxumağa ehtiyac yoxdur, çünki qəzetlərdə çap
edilmişdir. Biz öz tərəfimizdən qoşun qüvvəmizi onun qarşısına göndərməklə bərabər Tomsona da təklif etdik
ki, bu barədə tədbirlər görsün. Tomson Zəngəzura təzədən heyət göndərməyi lazım bilib, mənə də xəbər verdi
ki, bu dəfə heyət əvvəlki kimi olmayıb, bir qədər əsgəri surətdə olmalıdır.
Ona görə də iki zirehli avtomobil, on beş ingilis əsgər və zabiti, bir nəfər bizim nümayəndəmiz
Rüstəmbəyovdan ibarət olaraq "heyət göndərdi və Andranikə yenə kağız göndərdi. Heyət hələ qayıtmayıb, kim
ilə görüşüb, nə ediblər, hələ bilmirik. Şuşadan ətrafa getmələri haqqında hələ bir xəbər yoxdur. Bu barədə
məlumatlar olar isə borcluyam ki, sizə xəbər verəm. Burasını ərz etməməliyəm ki, bu müddət arasında qəzetdə
də oxuduğumuz üzrə bir xəbər çıxdı ki, guya Tomson tərəfindən əvvəl dəfə göndərilən heyət və məktub ilə guya
Tomson Qarabağın ixtiyarını və idarəsini Andranikə tapşırmış
[99 - 100]
imiş. Şübhəsizdir ki, əgər belə olsa idi,
burası bizim üçün böyük bir iş idi. Əgər burası belə olsa idi, onda hökumətimizin kökünə əl atılmış olur, bu iş
Azərbaycanın hüququna təcavüz olur idi. halbuki, biz var-qüvvəmizlə Azərbaycanın hüququnu müdafiə edəcək
və heç kəsə yol verməyəcəyiz ki, kənardan gələnlər Azərbaycanın hüququna təcavüz etsinlər. (Alqış).
Hökumət aşkar baxa bilməzdi ki, başqası gəlib Azərbaycanda hakim olsun. Mən bu xəbərləri eşidib o zaman
təhqiqata başladım. Mən heç vaxt özümü inandıra bilməzdim ki, ingilis və müttəfiqlər mədəni bir hökumət
olduqları halda hüququmuzu, ixtiyarımızı belə bir məqamda təpik vurub əlimizdən alır məqaminə gəlsinlər.
Mən əminəm ki, belə olmaz. Mənim fikrim dürüst oldu. Buna çox sübutlar var ki, sizə söyləmək istəmirəm.
Əmin ola bilərsiniz ki, Tomson tərəfindən qəzetlər yazdığı məzmunda Andranikə məktub yazılmamışdır.
Andranikə bayaq oxuduğum məzmunda Tomson tərəfindən məktub yazılmışdır ki, hamı ermənilər öz yerlərində
sakit oturub hücum və təcavüzata bulunmamalıdırlar. Hərgah ermənilər tərəfindən belə hərəkət baş verər isə
məsuliyyət bütünlüklə öhdəsinə düşəcəkdir. Tomson tərəfindən yazılan kaqız bu məzmunda olmuşdur.
Qəzetlərdə yazılan yanlış məktuba həmin qəzetlər vasitəsilə etiraz olacaqdır.
Qarabağa zirehli avtomobillər və əsgərlər ilə heyət gedən vaxtda istərəm Tomsona yazıb xəbər verəm ki,
Qafqaziya əhalisi bu tövr heyətləri çox görmüşdür. Bunlar ilə iş düzəlməyib nəticəsiz qalacaqdır. Burada iş
görmək üçün söz ilə deyil, başqa yol ilə təsir etməlidir. Göndərilən heyətin nə iş gördüyü və nəticəsi məlum
deyildir. Məlum olduğu üzrə heyət Şuşaya çatıb və oradan keçmiş də olsun. Görünür ki, ermənilər öz
hərəkətlərində dəvam edirlər. Neçə gün əvvəl alınan teleqramları oxuyalım. Bu teleqram kanun əvvəlin 14-də
alınmışdır. Sabahı dəxi belə bir teleqram gəlmişdir. (Oxuyur).