Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə60/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   56   57   58   59   60   61   62   63   ...   334

135 

 

Sədr - Nə bilim, mən sizə nakazı da burada öyrətməyə borclu deyiləm ki. 



İndi  Səmədağanın  təklifini  səsə  qoyuram:  kim  lehinədir,  kim  əleyhinədir,  səs 

verməyən kimdir? Lehinə 22, ələyhinə 19, səs verməyən 2, əksəriyyət rəylə keçir. 

Sultan Məsid Qənizadənin növbədən kənar bəyanatı var. 

Sultan  Məcid  Qənizadə  -  Darülfünun  layihəsini  qurtardıq.  Bu  gün 

nizamnaməsi  də  oxunub  təsdiq  olundu.  Bu  gündən  darülfünuna  iqdam  olunacaq. 

Ancaq  bunu  bilmək  lazımdır  ki,  hər  məktəb,  darülfünun  və  ali  məktəbin  özünün 

xüsusi gərək təmiratı olsun. Aşkar şeydir ki, təmirat olmasa rəvnəqli olmaz. Tazə 

bina  qoyduğumuz  darülfünun iki  böyük  məktəbdə,  kommerçeski  və  gimnaziyada 

olacaqdır.  Aşkar  şeydir  ki,  darülfünun  təmiri  xüsusunda  gərək  lazım  olan  fikri 

edək,  tainki  o  darülfünun mümkün  olan  qədər əmələ  gəlsin, rövnəqli  və  əzəmətli 

olsun.  Ancaq  bunu  demək  istərəm  ki,  hərçəndi  lazım  olan  qədər  nəqliyyə 

buraxılıbsa da təminat xüsusunda söz yoxdur. Güman edirəm Parlaman üzvləri ərz 

edəcəyimi unutmamış olsunlar. Keçmiş mart ayında bir hadisə oldu. O hadisədən 

bir  neçə  gün  qabaq  milli  şuranın  ixtiyarında  olan  əsgərlər  Lənkəranda  idilər. 

Məşhur  Hacı  Zeynəlabdin  Tağıyevin  övladı  Məhəmməd  də  orada  idi.  Orada  bir 

faciə oldu. Məhəmməd föt oldu. Onun cənazəsi bura gətirilib dəfn edildikdə, neçə 

min  adam  müşayət  edirdi.  O  vaxt  hası  cənabları  adamların  hüzurunda  uca  səslə 

dedi: Həzarət! Mən hazırlaşırdım ki, oğluma toy edim. Lakin qəza belə gətirdi ki, 

oğlum əlimdən getdi. Ona görə mən oğlumun yadigarı olaraq, millətin xeyri üçün, 

gələcəkdə cavanlar xoşbəxt olsunlar deyə istəyirəm ki, burada bir darülfünun təsis 

olunsun.  Onun  təsisindən  ötəri  də  öz  passajımı  darülfünuna  bəxş  edirəm.  Hacı 

cənabları  bu  sözü  bir  neçə  min  adamın  yanında  deyibdir.  O  məsələ  bu  çağacan 

qalıbdır. İndi özümüz cümhuriyyət  olduq və özümüzün darülfünunu olduğu üçün 

lazım  gəlir  ki,  Hacının  özü  vəd  etdiyi  təmiratı  bu  darülfünunun  ixtiyarına  alaq. 

Bunu müxtəsərcə ərz etdikdə buna iqdam etməlidir. İmdi təklifim budur ki, bu gün 

bir  komisyon  hası  ilə  bu  məsələni  qurtarsın,  tainki  haman  passaj  darülfünun 

təsrüfünə verilsin. 

Rəis - İclas qapanır. 

İclas saat 3 tamamda qapanır. Arxiv, f.895, siy.1, iş 119, vər.1-20. 

 

№80 



Səksəninci iclas 

2   oktyabr   1919-cu   il 

 

Rəis - Həsən bəy Ağayev. Katib - Əhməd Cövdət. 



İclas saat 12-5 dəqiqədə açılır. 

Rəis - İclas açılır. 

Heybətqulu Məmmədbəyov - Yomiyyəyi-müzakirat barəsində sözüm var. 



136 

 

Rəis - Mən hələ yomiyyəyi-müzakiratı elan eyləməmişəm. 



Yomiyyəyi-müzakirat  bundan  ibarətdir:  Keçən  iclasda  Parlaman 

tərəfindən  qəbul  edilmişdir.  Ancaq  hökumətin  ricasına  görə  divani-rəyasət 

tərəfindən  bir  təklif  var  ki,  əvvəlinci  nobədə  olan  topraq  məsələsi  növbədən 

götürülsün,  çünkü  hökumətin  bu  barədə  müfəssəl  layihəsi  var.  Onunla  bir  yerdə 

təqdim  ediləcəkdir.  Bu  xüsusda  ziraət  naziri  müavini  Hidayət  bəy  Sultanov 

danışacaqdır. 

İki  layihə  daxil  olmuşdur.  Biri  Parlaman  məmurlarının  maaşları 

haqqındadır.  Rica  edirəm  bu  məsələ  ikinci  olaraq  təcili  surətdə  baxılsın.  Bir  də 

hökumətin  40  milyon  fondunun  70  milyon  təyin  olunması  haqqında.  Hökumət 

tərəfindən  daxil  olmuş  vərəqələr  bunlardır.  (Oxuyur).  Beş  layiheyi-qanuniyyədir, 

beşi də gedir ləvayehi-qanuniyyə komisyonuna. Bir neçə ayrı kağızlar var, onları 

da elan edəcəyəm. (Rusca). Sonra bu günlərdə Tasua və Aşura münasibətilə şənbə 

və  düşənbə  günləri  iclas  olmayacaqdır.  Şəfi  bəy  Rüstəmbəyov  xəstə  olduğundan 

məktub göndərmişdir ki, iclasa gələ bilmir, xəstədir, yatır. Abuzər bəy Rzayevdən 

belə  bir  məktub  var:  (Oxuyur)  "Məclisi-məbusan  rəyasətinə.  Həmin      gündən   

etibarən    bitərəf  fraksiyasından  çıxaraq,  müsavat  fraksiyonuna  iltihaq  etməyimi 

bəyan  edirəm".  (Alqış).  (Rusca)  Parlaman  üzvü  Mixaylov  bəyan  edir  ki,  bəzi 

səbəblərə  görə  Parlamandan  çıxır.  (Rusca)  Yomiyyəyi-müzakirat  haqqında  söz 

verilir ziraət naziri müavini Hhidayət bəy Sultanova. 

Hidayət bəy Sultanov (ziraət naziri müavini)  - Möhtərəm məbuslar! Rəis 

həzrətləri  bu  gün  topraq  barəsində  olan  layiheyi-qanuniyyənin  növbədən 

götürülməsini təklif   eylədi. Əlbəttə, siz özünüz bilirsiniz ki, bu topraq  məsələsi 

ağır və ən çətindir. Onun çətinliyi o qanunu yapmaq və yazmaq xüsusunda deyil. 

Ancaq  bu  qanun  yaxşı  yazılmaq  üçün  gərək  çox  şeyi  mülahizə  edilsin.  Bir  çox 

şeylər  topraq  məsələsinə  bağlıdır.  O  cümlədən    alış-veriş.   Əhali   içində   qanun.  

Burada tək  bir əkinçilik məsələsi deyil, mühüm məsələ ilə əlaqədardır. Nəzarət bir 

il  dörd  aydır  ki,  bunun  üstündə  işləyir.  Bu  qulluğunuza  təqdim  olunan  layiheyi-

qanuniyyə  bu  vaxta  qədər  buraya  gəlib  çıxa  bilməyibdir.  Çünkü  nəinki 

Azərbaycan,  hətta  Yevropa  ilə  əlaqədardır.  Gərək  ordan  da  xəbər  bilək  ki,  başqa 

padşahlıqlarda bu məsələ nə cür həll olunur. Ona görə mən belə hesab edirəm ki, 

əgər  bu  gün  bu  layihəyə  baxılsa  heç  bir  şey  çıxmayacaqdır  o  səmərələr  ki  siz 

gözləyirsiniz,  o  şeylər  ki  siz  axtarırsınız  layihədə  görünməyir.  Ona  görə  təklif 

edirəm  ki,  bu  layihə  qalsın,  bizim  layihə  ilə  bir  yerdə  baxılsın.  Bizim  layihədə 

statistika  üzrə  elə  və  hər  bir  şey  lazımdır  ki,  cəmi  olur.  Ona  görə  bu  layihəyə 

hələlik baxılmasın. Layihəmizi hökumətə vermişik, bu günlər gələr. 

Rəis - Buyurunuz, Heybətqulu əfəndi! 

Heybətqulu  -  Möhtərəm  məbuslar!  Cümlənizə  məlumdur  ki,  "İttihad" 

firqəsi hökumətə iki qabaq istizah veribdir. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə