Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə57/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   53   54   55   56   57   58   59   60   ...   334

128 

 

mümkünsə pis bilən, o da mümkün deyil, rus dilini bilənlər yeddi, bəlkə səkkizinci 



klassı  da  qurtarmayıb,  çünkü  attestat  ala  bilməyəcəyindən  qorxub,  səkkizincidən 

çıxırdılar.  Biz  arzu  edək,  onlar  bir  qruppaya  ayrılıb,  mümkünat  verilsin  ki, 

darülfünuna girə bilsinlər. hökumət bunun üçün bir şey hazırlasın. Bu bir arzu olar; 

ancaq indidən burada heç bir şey qət etmək olmaz... 

Rəis - Söz Parlaman üzvü Malxazovundur. 

Malxazov - (Rusca). 

Sədr - Müzakirə bitdiyindən son söz Məruzəçi Mehdi bəyindir. 

Mehdi bəy Hacınski - Türklərdə bir zərbi-məsəl vardır. Deyirlər ki, "uşaq 

öylə bilir ki, atasından böyük kimsə yoxdur". Və yenə şer  

Ba müddəi nə quid əsrare eşqe mesti 

Ta bixəbər bəmirəd dər əyşi xodpərəsti  

Keçəlim  məsələnin  üstünə,  həqiqətən  düşünəcək  olursan,  gimnaziyanın 

altıncı,  yeddinci  klasslarını  da  ikmal  etmiş  olanları  darülfünuna  götürmək  qeyri 

mümkündür.  Çünkü,  onlar  darülfünunda  keçən  dərsləri  götürə  bilməyəcəklərdir. 

Fəqət məmləkətin ehtiyacı, zamanın əhvalı nəzərə götürülüb, bu barədə komisyada 

böyük  danışmalar  oldu.  Mən  də, altıncı,  yeddinci  klassları ikmal  edənlərin  qəbul 

edilməsinə  tərəfdar  idim.  Yalnız  Malxazov  cənabları  dedilər  ki,  Azərbaycan 

darülfünunundan məzun olanlar, öylə tələbələr olsun ki məmləkət onların vüsudilə 

iftixar etsin, ən müqtədir gənclər qəbul edilsin, dedi. Fəqət mən şəxsi olaraq təklif 

edirəm  ki,  realninin  6-cı  və  gimnaziyanın  yeddinci  klassını  qurtarmış  olanlar, 

biləxərə digər kursların imtəhanını vermək və Azərbaycan təbəəsi olmaq şərtilə bu 

sənayə, məxsus  olaraq darülfünuna qəbul edilsinlər. 

Sədr - Əhməd bəy Pepinov. 

Əhməd  bəy  Pepinov  -  Nakaz  üzərinə  əlavə  mən  verdim.  Mənim 

əlavələrimin  əksinə  danışanlar  çox  oldu.  Onlara  cavab  vermək  istərəm.  Fəqət 

müsaidə  edilmədi.  Müsaidə  xüsusunda  təklif  etdim,  səsə  qoyulmadı.  səbəbini 

bilmirəm. 

Sədr - Nakaz pozulmayıb, mən məclisə təklif elədim ki, natiqlərin siyahisi 

bitsin. Məclis də buna razı oldu. Malxazov cənablarının vərəqəsini nə yaza bildim, 

nə  də  təklifə  qoya  bildim.  Siz  45-ci  maddəyə  əlavə  olaraq  göstərdiyiniz  qeydi 

oxuyunuz. 

Əhməd Pepinov - 45-ci maddəyə təklif etdiyi qeydləri oxuyur. 

Səslər - Əlavələr ayrı-ayrımı? 

Mehdi bəy - Mən təklif edirəm ki, əlavələr ayrı-ayrı səsə qoyulsun. 

Əhməd  Cövdət  -  Əvət,  ayrı-ayrı  qoyulsun.  Bəlkə  əlavənin  birisi  keçər, 

digər keçməz. 

                                                             

 Sərxoşluq eşqinin sirrlərini deməyin rəqibə ki, özündən razalıq nəşəsindən xəbərsiz olsun.  




129 

 

Sədr - Əlavələri ayrı-ayrı oxuyunuz. 



Əhməd  Cövdət  -  45-ci  maddəyə  əlavə  olaraq  birinci  təklif:  Zükur 

edadisinin 5-ci, realnının 6-cı klassını bitirmiş olanlara; 

İkincisi - Zükur edadisinin altıncı klassını bitirmiş olanlara; 

Üçüncüsü  -  sabiq  Aleksandro  qız  məktəbinin  pedaqoji  kursunu 

qurtaranlara; 

Dördüncüsü - Darülmüəllimini bitirmiş əfəndilərə. 

Yəqin  ediləcək  xüsusi  elmlərdən  imtahan  vermək  şərtilə  darülfünuna 

girmək ixtiyarı verilir. 

Səslər - Ayrı təklif daha var. 

Sədr  -  Rica  edirəm,  mənə  mane  olmayasınız.  Mən  sıra  ilə  təklifləri 

oxuyuram. 

Aşurov (yerindən) - Mənim də təklifimi oxuyunuz. 

Sədr  -  Təklifinizi  mənbərdə  söylədiyiniz  yadımdadır.  Əvvəla  Əhməd 

bəyin, sonrada sizin təklifinizi səsə qoyacağam. 

Aşurov - Müsaidə ediniz. 

Sədr - Ağa Aşurov, buyurunuz. 

Aşurov  –  Təklifimi  mən  qabaqca  demişəm.  Təvəqqə  edirəm  ki,  bənim 

təklifimi əvvəlcə səsə qoyasınız. 

Sədr - Bən onu səsə qoya bilməm, çünkü nakaz mövcibincə sizin təklifiniz 

sonra  gəlibdir,  Əhməd  bəyin  təklifi  isə  birincidir.  Sizin  təklifi  2-cidə  səsə 

qoyacağam. (Oxuyur). Mən birinci təklifi səsə qoyuram. Darülfünunun 1-ci sənayi 

tədrisiyyəsində  realnı  məktəbinin  6-cı,  zükur  gimnaziyasının  7-ci  sinfini 

bitirmişlərə  ixtiyar  verilir ki,  darülfünuna  daxil  olsunlar.  (Rusca).  Səsə  qoyuram. 

Kim təklifi qəbul edirsə təvəqqə edirəm əlini qaldırsın. Kim əleyhinədir? Kim səs 

verməyib?  Lehinə 39, əleyhinə 8, səs verməyən 6. Əksəriyyət rəy ilə təklif qəbul 

olunur. Yəni darülfünunun 1-ci sənəsində Azərbaycan rəiyyəti olmaq şərtilə realnı 

məktəbin 6, gimnaziyanın 7-ci siniflərini bitirənlər qəbul edilirlər. 

Əhməd  bəy  -  Zükür  edadilərinin  6-cı  sinfini  bitirmişlərə  də  bu  ixtiyar 

verilsin. 

Sədr - Bu təklifi səsə qoyuram. Kim qəbul edirsə, əlini qaldırsın. Lehinə 8, 

əleyhinə 32, səs verməyən 3. Əksəriyyət rəy ilə təklif qəbul edilməyir. Zükur edadi 

6-ci sinfini bitirmişlər eyni həqqə malik ola bilməyirlər. 

Əhməd bəy - Təklifin son hissəsi: sabiq Aleksandra qız məktəbi pedaqoji 

kursunu bitirmişlərə bu ixtiyar verilsin. 

Sədr - Bu təklifi qəbul edənlərdən rica edirəm, əlini qaldırsınlar. Ləhinə II, 

əleyhinə 35, səs verməyənlər 3. Əksəriyyət rəylə qəbul edilməyir. Təklifin axırını 

oxuyunuz. 



130 

 

Əhməd  -  Darülmüəllimin  bitirmiş  əfəndilərə  xüsusi  imtahan  edilmək 



şərtilə darülfünuna daxil olmaq ixtiyarı verilsin. 

Sədr - Təklifi səsə qoyuram. Kim qəbul edirsə, əlini qaldırsın. Kim lehinə, 

kim əleyhinədir? Kim səs verməyib? Lehinə 45, əleyhinə yoxdur, səs verməyən 1. 

Əksəriyyət  rəy  ilə  təklifin  son  hissəsi  təmamilə  qəbul  edilir.  Aleksandrovski 

institutları  bitirənlər  də  bu  hüquqa  malikdirlər.  İndi  Aqa  Aşurovun  təklifini  səsə 

qoyuram. 

Ağa Aşurov - Mən təklifi geri götürürəm. 

Sədr - 4-cü fəslin, 45-ci maddəsini qəbul edilən təshih ilə səsə qoyuram. 

Etiraz yoxdur ki. 

Mehdi bəy - 45 deyil 46-cı maddəsidir. 

Sədr - səhv eyləmişəm. 46-cı maddəsini təshih ilə bərabər səsə qoyuram. 

Etiraz yoxdur ki? Fəsli təmamilə səsə qoyuram. Etiraz yoxdursa qəbul edilir. 5-ci 

babı oxuyunuz. 

Mehdi bəy Hacınski - 5-ci fəsli oxuyur. 

Sədr - Rica edirəm, dokladı dinləyiniz. 

Mehdi bəy - Oxumaqda dəvam edir. 

Sədr  (zəngi  çalır)  -  Rica  edirəm!  Bir  şey  eşidilməyir.  Mehdi  bəy  - 

Darülfünunun nizamnaməsinin 5-ci fəslinin qiraətinə dəvam edir. 

Sədr  -  Beşinci  fəsl  xüsusunda  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən 

yoxdurmu? Yoxsa səsə qoyuram, hər kəs bunun... 

Katib - Kvorum yoxdur. 

Mustafa Mahmudov - Tənəffüs elan ediniz, Həsən bəy. 

Sədr - Kvorum olmadıqından, beş dəqiqə tənəffüs elan edirəm. 

 

Tənəffüsdən sonra 

Sədr  -  İclas  dəvam  edir.  5-ci  fəsil  xüsusunda  kim  danışmaq  istərdi. 

(Rusca) Natiq olmadığından səsə qoyuram. 5-ci maddəyə etiraz yoxdur? 5-ci fəsl 

qəbul edilir. Eyni nizamnaməni keçirəm 3-cü qiraətinə. (Katibə) Oxuyunuz. 

Katib - Birinci fəslin adını oxuyur. 

Rəis  -  Əvvəlinci  fəslə  etiraz  yoxdur?  Əvvəlinci  fəslin  3-cü  qiraəti  qəbul 

edilir. 


Katib - 2-ci fəsli oxuyur. 

Rəis - İkinci fəslə etiraz yoxdur? İkinci fəsil qəbul edilir. 

Katib - 3-cü fəsli oxuyur. 

Rəis - Üçüncü fəslə etiraz yoxdur? Üçüncü fəsil qəbul edilir. 

Katib - 4-cü fəsli oxuyur. 

Rəis  -  Etiraz  yoxdur  4-cü  fəslə?  4-cü  fəsil  qəbul  edilir.  5-ci  fəsli 

oxuyunuz. 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə