Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə53/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   49   50   51   52   53   54   55   56   ...   334

118 

 

Əbdüləli bəy Əmircanov - Mən Parlamana ərz eylədim ki, ayda xəzinəyə 



20  milyon  təfavüt  eyləyir.  Martdan  verilsə  80  milyon,  maydan  verilsə  40  milyon 

edir.  Bunu  qəbul  edə  bilərik.  Xəzinəmiz  bu  qədər  pulu  verə  bilməz.  Bu  məsələ 

komisyonda  müzakirə  edildikdə  maliyyə  nazirinin  nümayəndəsi  də  var  idi. 

Maliyyə naziri nümayəndəsi razı olmamağı rica eylədi. 

Rəis  -  Təkliflər  qəbul  edilmədiyi  üçün  ayrı-ayrı  səsə  qoyacağam.  Əvvəl 

Kravçenkonun təklifi martın birindən, kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. 

(Əllər  qalxır).  Kim  bunun  əleyhinədir?  (Əllər  qalxır).  Səs  verməyənlər?  (Əllər 

qalxır). Rica edirəm? Hamı səs versin, səsdə iştirak eyləməyənlər vardır. Təkrarən 

səsə qoyuram. Kim təklifə tərəfdardırsa, rica edirəm əlini qaldırsın? (Əllər qalxır). 

Kim  bunun  əleyhinədir?  (Əllər  qalxır).  Kim  səs  verməyib?  (Əllər  qalxır).  Lehinə 

13,  əleyhinə-27,  səs  verməyən-2.  Əksəriyyət  ilə  təklif  qəbul  edilmir.  İkinci 

Xocayevin təklifini səsə qoyuram. Mayın birindən. Kim bu təklifi qəbul edirsə, rica 

edirəm  əlin  qaldırsın.  (Əllər  qalxır).  Kim  bunun  əleyhinədir?  (Əllər  qalxır).  Kim 

səs verməyib? (Əllər qalxır). Lehinə-14, əleyhinə-27, səs verməyən-2. Əksəriyyət 

rəylə bu təklif də qəbul edilmir. 

Rəis  -  10-cu  maddəni  komisyonun  tərtibi  üzərinə  səsə  qoyuram.  Kim 

qəbul  edir, rica  edirəm  əllərini  qaldırsın,  kim  əleyhinədir? Kim  səs  verməyir?  30 

ləhinə,  6  əleyhinə,  4  səs  verməyən.  Əksəriyyət  rəylə  10-cu  bab  komisyonun 

qərarilə qəbul edilir. On birinci maddəni oxuyunuz. 

Katib Bayram Niyazi - Oxuyur. 

Rəis - 2-ci bab xüsusunda kim danışmaq istərdi. Danışmaq istəyən yoxsa, 

səsə  qoyuram.  Etiraz  edən  yoxdur  ki?  Etiraz  edən  olmadığı  üçün  qəbul  edilir. 

Şimdi  layiheyi-qanuniyyənin  üçüncü  babına  keçirəm.  Bunu  da  qurtaram,  sonra 

tənəffüs elan edəcəyəm, rica edirəm çıxmayasınız, səsə qoyuram, oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis  -  (Zəngi  çalır).  Rica  edirəm  danışmayasınız,  xüsusi  söhbətləri 

buraxasanız. Şəfi bəy, rica edirəm əyləşəsiniz, əksəriyyət olmayır. (Kyüsterə) Get 

çağır, əvvəlinci babın üçüncü qiraətini səsə qoyuram. Etiraz yoxmudur. Əvvəlinci 

bab qəbul edilir. İkinci babı oxuyunuz. 

Katib - İkinci babı oxuyur. 

Rəis  -  İkinci  babı  səsə  qoyuram.  Etiraz  yoxmu?  İkinci  bab  qəbul  edilir. 

Üçüncü babı oxuyunuz. 

Katib - Üçüncü babı oxuyur. 

Rəis - Üçüncü baba etiraz yoxmu? Üçüncü bab etiraz olmadığından qəbul 

olunur. Dördüncü babı oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis  -  Dördüncü  baba  etiraz  yoxmudur?  Dördüncü  bab  əksəriyyət  rəylə 

qəbul edilir. Beşinci babı oxuyunuz. 




119 

 

Katib - Oxuyur. 



Rəis  -  Beşinci  baba  etiraz  yoxmu?  Etiraz  olmadığından  beşinci  bab 

bərabər qəbul olunur. 

Rəis - Altıncı babı oxuyunuz. 

Katib - Altıncı babı oxuyur. 

Rəis - Altıncı baba etiraz yoxdur ki? Etiraz olmadığından altıncı bab qəbul 

edilir. Yeddinci babı oxuyunuz. 

Katib - Oxuyur 7-ci babı. 

Rois - Yeddinci baba etiraz yoxdur ki, etiraz olmadığından 7-ci bab qəbul 

edilir. Səkkizinci babı oxuyun. 

Katib - Səkkizinci babı oxuyur. 

Rəis - 8-ci maddəyə etiraz yoxsa, qəbul edilir. 9-cunu oxuyunuz. 

Katib - 9-cu maddəni oxuyur. 

Rəis - 9-cu maddəyə etiraz yoxsa, qəbul olunur. 10-cunu oxuyunuz. 

Katib - 10-cu maddəni oxuyur. 

Rəis - 10-cu maddəyə etiraz yoxsa, qəbul olunur. 11-vini oxuyunuz. 

Katib - 11-ci maddəni oxuyur. 

Rəis  -  11-ci  maddəyə  etiraz  yoxsa  qəbul  edilir.  Layihəyi-qanuniyyə 

Parlaman tərəfindən qəbul edildiyini səsə qoyuram, Etiraz yoxmu? Qanun layihəsi 

müttəhidül-rəy  qəbul  edilir.  Bir  arzu  da  varid  olmuşdur.  Məzmunu  böylədir. 

hökumət məmurlarına birinci zəruri şeyləri imdikindən daha ucuz qiymətlə vermək 

üçün, hökumət lazım gələn tədbirat əxz etməlidir. Əgər etiraz yoxsa, qəbul edilir. 5 

dəqiqə tənəffüs elan edirəm. 

Tənəffüsdən sonra 

Sədr - Həsən bəy Ağayev. Katib - Məmməd Niyazi Kiçikxanov. 

Rəis - İclas dəvam edir, növbədəki məsələ keçən şənbə günü qəbul edilən 

qanun layihəsidir, 6 dənədir. Əvvəlinci tövcü vergisini artırmaq ilə bərabər topraq 

vergisi qeydi xüsusunda olan qanun layihəsinin 3-cü qiraət var. Oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis  -  Birinci  maddə  xüsusunda  etiraz  yoxdurmu?  Etiraz  olmadığından 

qəbul olunur. 2-ci maddəni oxuyunuz. 

Katib - 2-ci maddəni oxuyur.    . 

Rəis  -  2-ci  maddə  xüsusunda  kim  danışmaq  istəyir?  Etiraz  yoxdur,  2-ci 

maddə qəbul olunur. 3-cünü oxuyunuz. 

Katib - 3-cü maddəni oxuyur. 

Rəis  -  3-cü  maddə  xüsusunda  kim  danışmaq  istəyir.  Etiraz  yoxsa  qəbul 

olunur. 4-cünü oxuyunuz. 

Katib - Oxuyur. 



120 

 

Rəis - 4-cü maddə xüsusunda kim danışmaq istəyir. Etiraz yoxdursa, səsə 



qoyuram.  4-cü  maddə  qəbul  olunur.  Qanun  layihəsini  tamamilə  səsə  qoyuram, 

etiraz  yoxdur?  Qanun layihəsi  təmamilə  qəbul  olunur.  Növbədəki məsələ əyləncə 

yerlərindən alınan vergi barəsindədir. (Rusca). Oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis - Oxunan maddəyə etiraz yoxdur? Etiraz olmadığından 1 maddədən 

ibarət qanun layihəsi qəbul olunur. (Rusca). Bu layihə münasibətilə Parlaman üzvü 

Malxazov  tərəfindən  böylə  bir  arzu  edilibdir.  Əyləncə  yerlərindən  alınan  naloq 

artıq olmağı cəhətindən, bunun az olmağı üçün hökumətə Parlaman təklif edir ki, 

bu  yaxınlarda yeni bir qanun layihəsi düzəltsin. Etiraz yoxdur. Arzu qəbul edilir. 

Layiheyi-qanuniyyəni  təmamilə  səsə  qoyuram.  Etiraz  yoxdur,  qəbul  edilir. 

Növbədəki  məsələ  Bakı  xəzinə  müdir  müavininin  vəzifəsinin  ləğvi  xüsusundakı 

qanun layihəsinin 3-cü qiraəti (Rusca) oxuyunuz. Katib - Oxuyur. 

Rəis  -  Buna  etiraz  yoxdurmu.  Etiraz  olmadığından  1  maddədən  ibarət 

qanun  layihəsi  qəbul  olunur.  Qanun  layihəsini  təmamilə  səsə  qoyuram.  Etiraz 

yoxdur. Qanun layihəsi təmamilə qəbul edilir. 

Rəis - Növbədəki məsələ dövləti gəlir vergisinin xüsusunda qəvaidin 45-

46 maddələrinin təğyir və təbdili haqqında qanun layihəsidir. 

Kiçikxanov - Oxuyur. 

Rəis  -  45-46-cı maddələrin təğyiri  və təbdili  xüsusunda  etiraz  yoxdur  ki, 

45-46  maddələr  etiraz  olmadığından  qəbul  edilir.  Layihəyi-qaiuniyyəyi  təmamən 

səsə  qoyuram.  Buna  etiraz  yoxdur  ki?  Etiraz  olmadığından  layiheyi-qanuniyyə 

təmamən  qəbul  edilir.  Növbədəki məhkəmeyi-hərbiyyə  qanununun  15-ci  maddəsi 

təğyir və təbdili haqqında layiheyi-qanuniyyə 3-cü qiraəti, oxuyunuz. 

Kiçikxanov - Oxuyur. 

Rəis – Məhkəməyi-hərbiyyə qanununun 15-ci maddəsinə komisyon təklif 

edən  kimi  etiraz  yoxdur  ki?  Etiraz  olmadığından  qəbul  olunur.  Qanunu  təmamən 

səsə  qoyuram.  Buna  etiraz  yoxdur  ki?  Etiraz  olmadığından  qəbul  olunur. 

Növbədəki dövlət varidatı alınmaq üçün əhali malını siyahi edib satılmaqdan ötrü 

qanun layihəsini oxuyunuz. 

Kiçikxanov - Oxuyur. 

Rəis - Birinci maddə xüsusunda kim danışmaq istərdi? Danışmaq istəyən 

olmadığından  səsə  qoyuram.  Birinci  maddəyə  etiraz  yoxdur  ki?  Etiraz 

olmadığından birinci maddə qəbul edilir, 2-cini oxuyunuz. 

Kiçikxanov - 2-ci maddəni oxuyur. 

Rəis - 2-ci maddəyə etiraz yoxdur ki? Etiraz olmadığından qəbul olunur. 

3-cünü oxuyunuz. 

Kiçikxanov - 3-cünü oxuyur. 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə