Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə50/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   46   47   48   49   50   51   52   53   ...   334

110 

 

deyildir.  Millətin  minlərcə  övladına  heç  bir  təcrübə  və  məlumat  sahibi  olmayan 



kimsənin əlinə tapşırmaq olmaz. 

Fəqət müstəsna olaraq əlində şəhadətnaməsi olmayanlar da pək eyi xidmət 

edə  bilərlər.  Məəmafiyə  hər  məktəbin  dərəcəsinə  görə  umumi  məlumatları  cəm 

etmiş, sahibi ixtisa müəllimlər lazımdır. Məsələn, bir müəllim yalnız türk dili dərsi 

verir və digər elmlərdən bixəbər olursa təbii, yaxşı uşaqları  yetişdirə biləməz. Bu 

xüsus üçün hər halda əhliyyət naməyi aramaq, hər halda bir fərq qoymaq lazımdır. 

Əgər  bu  fərq  qoyulmazsa,  heç  bir  şey  bilməyən  bir  şəxs  də  müəllim  olar,  bu 

mövqei  əldə  edəndən  sonra  heç  çalışmaz  və  məlumatının  da  artmasını  da  arzu 

etməz.  Bizə  pedaqojiyə  aşina,  yaxşı  müəllim  lazımdır  ki,  həmin  o  şəxslər  həm 

cocuqları  ömrü  olduqca  dərs  öyrənsin,  bir  tərəfdən  də  əz  məlumatını  yüksəltsin. 

Ona görə Mehdi bəyin təklifini qəbul edər, beş il qulluq etmiş müəllimlərə zəmm 

maaş olmasını qəbul və bu xüsusda şəhadətnamənin pək artıq olduğunu bildirirəm.  

Rəis - Muxtar Əfəndizadə. 

Muxtar  Əfəndizadə  -  Mən  heç  danışmaq  istəmirdim.  Ancaq  bircə  şeyi 

xatirə  salmaq  üçün  buraya  çıxdıq.  Siz  bilirsiniz  ki,  biz  ancaq  maaş  barəsində 

danışdıq,  müəllimlərin  acınacaqlı  hallarından  danışmadıq  və  həmçinin  onların 

əhəmiyyəti  barəsində  danışmaq  artıqdır.  Təyin  xüsusunda  məarif  naziri  vardır. 

Onların  hər  bir  işi  barəsində  onların  qeydinə  qalacaqdır.  Əlbəttə  bir  şəxs  ki, 

müəllim olur və onu bir dəfə təyin eyləyirlər tamam oldu getdi. Sonra, Ağa Aşurov 

deyir ki, hər küçədən gedəni götürüb müəllim eyləmək olmaz, madam ki, müəllim 

qəbul edilir, məsuliyyət təmamilə məarif nazirinə düşür. Qısa demək istəyirəm ki, 

mən də Mehdi bəyin təklifinə şərikəm. 

Rəis  -  sırada  danışan  olmadığından  son  sözü  məruzəçi  Abduləli  bəyə 

verirəm. 

Abduləli bəy - Mən öylə bilirəm ki, müəllimlikdə qalsalar daha yaxşı olar. 

Rəis  -  Təkliflər necəki  vardır,  olubdur,  öylə  səsə  qoyuram.  Birinci təklif 

Mehdi bəy  Hacınskinindir ki, təklif edilir 5 illik müəllimlik etdikdən sonra 13-cü 

sinfə  daxil  olsun.  Mustafa  Mahmudov  (yerindən)  –  Po  povodu  qolosovaniya. 

Mustafa Mahmudov - Əfəndilər. Bu təklif heç gərək səsə qoyulmasın, çünkü səsə o 

şeyi qoyarlar ki, onun  qabağında qeyri bir təklif olar. Deyirlər ki, 15 il təcrübəsi 

olanları  sinfə  daxil  olsunlar.  Bəli,  bizim  məktəbə  daxil  olanların  çoxu  senzidə» 

çünkü  məktəblərimiz  tamam  9  aydır  ki,  milliləşibdir,  ona  görə  bu  təklifi  5  il 

təcrübəsi oluban deyib qoymaq doğru deyil. Təvəqqe edirəm rədd olunsun. 

Rəis - Söz verirəm. Vanseviçə. 

Vanseviç - (Rusca). 

Rəis  -  İkinci  təklif  Mustafa  bəy  Mahmudovundur.  Təklif  edir  ki,  xalq 

müəllimləri  qeyri  müəllimlər  ilə  müsavi  olub,  15-dən  13-cü  sinfə  keçirilsin. 

Üçüncü təklif Muxtar Əfəndizadənindir ki, xalq müəllimləri təyin olunan gündən 




111 

 

hüquq  və  maaşları müsavi  olsun.  Hüququ  səsə  qoya  bilmərəm,  əvvəl  Mehdi  bəy 



Hacınskinin  təklifini  səsə  qoyuram.  Kim  səs  verir,  təvəqqe  edirəm  əl  qaldırsın. 

Kim  əleyhinə?  Kim  səs  verməyibdir?  Lehinə  8,  əleyhinə  28,  səs  verməyən  5. 

Əksəriyyət rəy ilə təklif qəbul edilmir. 

Mustafa  Mahmudovun  təklifini  səsə  qoyuram.  Kim  səs  verir,  təvəqqe 

edirəm əlini  qaldırsın.  Lehinə  29,  əleyhinə  9,  səs  verməyən  5.  Əksəriyyət  rəy  ilə 

qəbul edilir. Xalq müəllimləri maaşca müsavi olaraq 13-cü sinfə daxil olurlar. 13-

cü dərəcəni tamamilə səsə qoyuram. 13-cü dərəcə təshihi ilə qəbul edilir. 

Katib - Oxuyur. 

Rəis - Etiraz yoxdur. Qəbul edilir. 

Mehdi bəy - 14-cü dərəcəni oxuyur. 

Rəis  -  14-cü  dərəcə  xüsusunda  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən 

yoxsa səsə qoyuram. 14-cü dərəcəyə komisyonun təshihi bərabər etiraz yoxdur ki? 

Etiraz olmadığından 14-cü maddə təshih ilə qəbul olunur. Müsaidə ediniz bu gün, 

bununla iclası qapayaq. Gələcək iclas sabah yoxdur, o biri gün olacaq, sabah cümə 

olduğundan məmurların tətil etdiyinə görə dəvətnamə göndərilməyəcəkdir. Nakaz 

üzrə gələcək yomiyyə müzakiratını oxuyuram. Oxuyacağım yomiyyəyi müzakirat 

eynilə  bu  gün  oxunan  yomiyyəyi  müzakiratdır.  Bu  şərtlə  ki,  bu  günkü  məsələ 

gələcək iclasda birinci iclasda olsun. Buna etiraz yoxdur, qəbul olunur. 

İclas qapanır saat 3 06 dəqiqədə. Arxiv, f. 895, siy. I, iş 112, vər 1-10. 

 

№78 



Yetmiş səkkizinci iclas 

27  sentyabr   1919-cu  il 

 

Rəis - Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacınski. 



Rəis  -  İclas  açılır.  Bu  günkü  yomiyyəyi-müzakirat necə  ki,  fikrinizdədir, 

keçən  dəfə  qəbul  olmuşdu,  ancaq  bir  para  daxil  olmuş  kağızlar  var  ki,  onları 

oxuyacağam.  Bir  də  keçən  şənbə  qəbul  olduğu  kimi  bir  para  natamam  qalmış 

xırda-para qanunların 3-cü qiraətinə şüru olunacaq. Daxil olan kağızlardan birincisi 

Cavad  uyezdindən  Müseyyib  Axisanovun  Parlamana  üzv  intixab  olması 

barəsindədir, verilir mandat komisyonuna, bir də maliyyə naziri tərəfindən tənbəki 

aksız  vergisinin  təğyiri  haqqında  qanun  layihəsidir,  verilir  lavəyehi-qanuniyyə 

komisyonuna;  3-cüsü  ləvayehi-qanuniyyə  komisyonundan  böylə  bir  məktub 

gəlmişdir. (Oxuyur). 

"Azərbaycan  Məclisi-Məbusan  rəisi  həzrətlərinə,  ləvayehi-qanuniyyə 

komisyonunun həmin sənə 19 sentyabr tarixli iclasının qərarına istinadən ləvayehi-

qanuniyyə  komisyonunun  türkcə  bilən  yeni  əza  ilə  təşkil  edilməsi  və  yaxud 

komisyonun  mövcud  əzasına  məclisi-məbusanın  ləyiheyi-qanuniyyə  haqqında 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə