Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə52/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   48   49   50   51   52   53   54   55   ...   334

115 

 

Katib - Qeydi oxuyur. 



Rəis  -  Qeyd  xüsusunda  kim  danışmaq  istərdi?  Səsə  qoyuram,  etiraz 

yoxmu? Etiraz yoxsa qəbul edilir. Üçüncü maddəyə aid olan cədvəli oxuyunuz. 

Katib - Burada yaddan çıxmış bir yer var. (Dəvam ilə oxur). 

Katib - Oxuyur. 

Rəis  -  Bu  barədə  kim  danışmaq  istəyir?  Unudulmuş,  lakin  komisyon 

tərəfindən  ayrılmış,  siniflərə  bölünmüş  və  idxal  olunmuş  cədvəl  barəsində  kim 

danışmaq istəyir? Etiraz yoxdur. Komisyon təklifi qəbul edilir. 

Mehdi bəy - Məarif naziri boöylə bir cədvəl təklif edir. 

Rəis - Onun da əlavəsi vardır. 

Mehdi bəy - Komisyonun əlavəsi böylədir, oxuyur. 

Rəis  -  7-ci  baba  əlavə  olan  cədvəl  barəsində  kim  danışmaq  istərdi? 

Danışmaq  istəyən  yoxdursa  səsə  qoyuram.  Bu  cədvələ  etiraz  yoxdurmu?  Deməli 

komisyonun qərarilə qəbul edilir. Əvvəlinci cədvəli oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis  -  Maaşlar  cədvəli  xüsusunda  kim  danışmaq  istər.  Danışan  yoxdur. 

Etiraz yoxdur, cədvəl qəbul edilir. (Rusca) Qanunu oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis - Bu maddəyə əlavə olaraq keçən səfər Vanseviç tərəfindən bir təklif 

var,  o  da  bütün  sudyalara,  prokuror  ilə  qulluq  edən  şəxslərə  50%  artırılır.  O 

cümlədən starşiy natarius dəxi o sıraya daxildir. Bu barədə kim danışmaq istəyir? 

(Rusca) Arşaq Malxazyan. 

Malxazyan - Rusca. 

Rəis - Sultan Məcid Qənizadə. 

Sultan  Məcid  -  Malxazyan  buyuran  düzdür,  o  kəskin  sud  işinə 

müchaşirdir,  gərək  onun  maaşı  artırılsın.  Ancaq  mən  starşı  natariuslar  üstündə 

danışmaq  istərdim,  buyurdular  ki,  onların  maaşları  artırılsın,  onların  maaşlarını 

artırmaq olmaz, ona görə onların maaşlarına əlavə əlli faizin artırılmasının rəddini 

təklif edirəm.  

Rəis - Ağa Aşurov. 

Aşurov  -  Burada  Malxazyan  buyurduğu  düzdür,  gərək  sudyalara  təfavüt 

olsun.  Lakin  əlli  faiz  düz  deyildir.  Gərək  hökumət  bu  barədə  bir  qanun  təqdim 

etsin. Parlamanda baxsın,  əgər lazımiyyə  verir. Bir də stojor hər  yerdə stojordur, 

istər  sudda, istər  başqa  yerdə,  siz  bunu  mülahizə  edirsiz  ki,  məvacib  artırılsın  ki, 

rüşvət  alınmasın,  lakin  rüşvət  alınan  yerlərə  fikir  verməli,  nəinki  bütün 

qulluqçulara.  

Rəis - Təklifdə ancaq sudyalar göstərilir.  

Aşurov - Mən öz təklifimi deyirəm. Hökumət bu barədə qanun versin, biz 

də baxaq. Rüşvəti nə deyəllər, bəlkə sekretarlar da ala bilər. 




116 

 

Rəis - Mehdi bəy Hacınski. 



Mehdi  bəy  -  İkinci  dəfə  bu  barədə  danışıldı.  Əlbət  ki  məhkəməyi-

ədliyyələr   üzvlərinə   məvacib   artırılacaqlardır. Möhtərəm Rəsulzadə keçən dəfə 

buyurdu ki, bu barədə gərək qanun gəlsin, nesə ki, məlumunuzdur, ruslarda bir söz 

var,  deyirlər  "sudya  kimi  adamdır".  Lakin  mirovoy  sudyalar,  prokuror  və  onun 

müavini sudya hesab olunmurlar. Sudya, bəlkə okrujnoy sudu palata üzvləridirlər. 

Silisçilər  barəsində,  əlbəttə  bu  yavuqlarda  qanun  gələcək,  lakin,  onlar  da  sudya 

deyildir. Məmməd Əmin cənabları buyuran kimi ki, hökumət bu barədə bir qanun 

hazır  edib  təqdim  etsin,  biz  də  baxaq.  Böylə  olmasa  böyük  ixtilaflar  çıxacaq  və 

senat  kimi  gündə  bir  (razyasneniyə)  verməyə  məcbur  olacaqsız.  Mən  Məmməd 

əfəndinin təklifinə şərikəm. 

Rəis - Malxazyan. 

Malxazyan - Rusca. 

Rəis - sırada natiq olmadığından, axırıncı söz məruzəçi Əbdüləli bəyindir. 

Əbdüləli bəy - Məhkəməyi-Ədliyyə  barəsində komisyonda çox danışılıb, 

qərar  verildi  ki,  sudebni  palat  müavini  maaşı,  nazir  müavinləri  maaşilə  müsavi 

olsun.  Qalan  sudyaların  barəsində  qəbul  olmadı,  Çünkü  qəzadəkilər  az  məsul 

deyildir.  Bir  də  bunların  maaşları  artırılsa  gərək.  Qeyri  nəzarətlərində 

məmurlarının  maaşları  artırılsın.  Necə  ki  təklif  var,  qəbul  edək  ki,  bu  barədə  bir 

qanun layihəsi gəlsin, ancaq  əlli faiz  yox, beş-on  faiz artırılsın. Mən komisyonun 

təklifini özüm müdafiə edirəm. 

Rəis  -  Komisyon  qəbul  etmədiyindən  əvvəlcə  təklifi  səsə  qoyacağam. 

Təklif  var  ki,  bu  təklif  qeyd  surətində  qəbul  olsun.  Çünkü  bu  təklif  iki  hissədən 

ibarətdir, birisi sudyalar, o birisi starşı natariuslar barəsində, ona görə mən bunu iki 

hissəyə bölüb səsə qoyacağam. 

Rəis  -  Kim  təklifin  birinci  hissəsi,  yəni  həkimlərin  maaşlarının  50% 

artması  tərəfdarıdır,  rica  edirəm  əlini  qaldırsın.  21  səs,  lehinə  kim  bunun 

əleyhinədir? 5, kim səs verməyib 6. Əksəriyyət rəy ilə təklif qəbul edilir. Təklifin 

ikinci  hissəsini  səsə  qoyuram.  2-ci  hissə  böylədir:  Baş  natariyusun  maaşı  nahiyə 

məhkəmələri üzvləri maaşilə bərabərləşsin. Kim bunu qəbul edirsə əlini qaldırsın, 

rica edirəm. Kim bunun əleyhinədir? səs verməyənlər? Təklifin ləhinə 24, əleyhinə 

5, səs verməyən 13. Əksəriyyət rəy ilə təklifin ikinci hissəsi də qəbul edilir. İmdi 

birinci babı qəbul edilmiş qeydlə səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini 

qaldırsın.  Kim  əleyhinədir?  Kim  səs  verməyib?  Babın  ləhinə  31,  əleyhinə  9,  səs 

verməyən 4. Əksəriyyət rəy ilə birinci bab qeydilə bərabər qəbul edilir. İkinci babı 

oxuyunuz. 

Mehdi bəy - Oxuyur. 




117 

 

Rəis  -  İkinci  bab  xüsusunda  kim  danışmaq  istəyir?  Danışmaq  istəyən 



yoxdur?  Səsə  qoyuram.  İkinci  baba  etiraz  yoxdur  Etiraz  olmadığından  2-ci  bab 

qəbul edilir. 

Mehdi bəy - Üçüncü babı oxuyur. 

Rəis  -  Üçüncü  bab  xüsusunda  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən 

yoxsa  səsə  qoyuram.  Buna  etiraz  yoxdur?  Etiraz  olmadığından  3-cü  bab  qəbul 

edilir. 4-cü babı oxuyunuz. 

Mehdi bəy - Oxuyur. 

Rəis  -  4-cü  bab  xüsusunda  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən 

yoxdur? Etiraz olmadığından 4-cü bab qəbul edilir. 5-ci babı oxuyunuz. 

Mehdi bəy - Oxuyur. 

Rəis  -  5-ci  bab  xüsusunda  kim  danışmaq  istərdi?  (Rusca)  Danışmaq 

istəyən  yoxsa  5-ci  babı  qeydi  ilə  bərabər  səsə  qoyuram.  Etiraz  yoxdur?  Etiraz 

olmadığından 5-ci bab qeydilə bərabər qəbul edilir. (Katibə) 6-sı babı oxuyunuz. 

Katib - 6-cı babı oxuyur. 

Rəis  -  6-cı  bab  xüsusunda  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən 

yoxdursa, səsə qoyuram. 6-cı baba etiraz yoxdur? 6-cı bab qəbul edilir. (Katibə) 7-

ci babı oxuyunuz. 

Katib - 7-ci babı oxuyur. 

Rəis  -  7-ci  bab  xüsusunda  kim  danışmaq  istərdi.  Danışmaq  istəyən 

yoxdursa,  səsə  qoyuram.  Üç  maddədən  ibarət  7-ci  babı  etiraz  yoxdursa,  qəbul 

edilir. 8-ci babı oxuyunuz. 

Katib - 8-ci babı oxuyur. 

Rəis - 8-ci bab xüsusunda kim danışmaq istərdi? Danışan yoxdur ki, səsə 

qoyuram.  8-ci  baba  etiraz  yoxdur?  Etiraz  yoxdursa,  8-ci  bab  qəbul  edilir.  9-cunu 

oxuyunuz. 

Katib  (9-cu  babı  oxuyur)  -  Maliyyə-büdcə  komisyonu  ikinci hissəni  atır. 

(Rusca). Onda qeydlər belə olur (Oxuyur). 

Rəis  -  9-cu  bab  xüsusunda  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən 

yoxdursa,  səsə  qoyuram.  9-cu  baba  etiraz  yoxdur?  9-cu  babın  komisyonun  qərarı 

üzrə qəbul edilməsinə etiraz yoxdur? 9-cu bab komisyonun qərarı üzrə qəbul edilir. 

(Katibə) 10-cu babı oxuyunuz. 

Katib - 10-cu babı oxuyur. 

Rəis  -  Bu  baba  aid  olaraq  iki  təklif  varid  olmuşdur.  Biri  parlaman  üzvü 

Kravçenko  tərəfindəndir  ki,  maaşların  martın  əvvəlindən  verilməsi  təklif  olunur. 

İkinci təklif Xosayev tərəfindəndir, məzmunu belədir ki, əgər yeni maaşlar martın 

əvvəlindən  keçməsə  mayın  əvvəlindən  verilsin.  10-cu  bab  xüsusunda  kim 

danışmaq  istərdi?  Danışmaq  istəyən  yoxsa,  söz  məruzəçi  Əbdüləli  bəy 

Əmircanovundur. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə