Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə54/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   50   51   52   53   54   55   56   57   ...   334

121 

 

Rəis - 3-cü maddəyə etiraz yoxdur ki? Etiraz olmadığından qəbul olunur. 



4-cü maddəni oxuyunuz. 

Kiçikxanov - Oxuyur. 

Rəis - 4-cü maddəyə etiraz yoxdur ki? Etiraz olmadığından qəbul olunur. 

5-cini oxuyunuz. 

Kiçikxanov - Oxuyur. 

Rəis  -  5-ci  maddəyə  etiraz  yoxdur  ki? Etiraz  olmadığından  maddə  qəbul 

olunur.  Layihəyi-qanuniyyəni  təmamən  səsə  qoyuram.  Etiraz  yoxdur  ki?  Etiraz 

olmadığından 

layihəyi-qanuniyyə 

təmamən 


qəbul 

olunur. 


Növbədəki 

şəhadətnaməsiz olan içki ticarətxanalardan alnan cərimələrin artırılması haqqında 

qanun layihəsidir. Oxuyunuz. 

Kiçikxanov - Oxuyur. 

Rəis - Birinci maddə xüsusunda...Söz Muxtar Əfəndizadənindir. (Muxtar 

Əfəndizadə gəlib, ancaq danışmayıb gedir). 

Rəis - Danışmaq istəyən yoxdur? Yox, səsə qoyuram. Üç maddədən ibarət 

birinci fəslə etiraz yoxdur? Etiraz olmadığından birinci fəsil qəbul edilir. (Katibə) 

2-ci fəsli oxuyunuz. 

Katib - 2-ci fəsli oxuyur. 

Rəis  -  İkinci  bab  xüsusunda  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən 

yoxsa  səsə  qoyuram.  İkinci  fəslə  etiraz  yoxdur?  Etiraz  olmadığından,  ikinci  bab 

qəbul edilir. Vaxt gec olduğundan müsaidə versəniz bu gün bununla bitirək. Etiraz 

yoxdur. 


Səslər - Yoxdur! Yoxdur! 

Rəis - Gələsək iclasın yomiyyəyi-müzakiratı bundan ibarətdir. (Oxuyur). 

1-Azərbaycan  hökumət  darülfünunu  təşkili  haqqında  qanun  layihəsi. 

Məruzəçi  -  M.B.  Hacınski;  2-Əsgərlikdən  azad  olanlardan  alınan  hərbi  verginin 

(naloğın)  ləğv  edilməsi  haqqında  qanun  layihəsi;  Məruzəçi  -  Şəfi  bəy 

Rüstəmbəyov;  3-hüquq  məhkəməsi  Nizamnaməsi  1462-ci  fəslinin  məhkəmə  və 

sülh  təhtindəki  iqamə  davaları  fişatının  nəhayət  dərəcə  artırılması  üçün  təbdili 

haqqında.  Məruzəçi  -  Şəfi  bəy  Rüstəmbəyov;  4-Məhkəmə  işlərinin  ovraq, 

dəftərxana  və  əxbar  vərəqəsi  vergisilə  qiymətə  aid  uğrayan  iqameyinə  dəvn 

xərclərinin  artırılması  haqqında.  Məruzəçi  -  Şəfi  bəy  Rüstəmbəyov;  5-Sabiq 

komissaryatın  və  xalq  komissarları  şurasının  vaxtsız  vergiçiləri  (ödənişləri) 

haqqında  olan  cəza  tədbiratının  ləğvi  xüsusunda.  Məruzəçi  -  Rüstəmbəyov;  6-

Tamğa rüsumatı qanunnaməsinin bəzi maddələrinin təbdili və rüsum miqdarlarının 

təzyidi haqqında. Məruzəçi - Ağabəyov; 7-Nəşr elan haqqında. Məruzəçi - Şəfi bəy 

Rüstəmbəyov;  8-Azərbaycandan  xaricə  çıxarılan  içkilərdən  (üzüm  şərabı  və  pivə 

müstəsnadır) alınan kömrük vergisi miqdarları haqqında; 9-Balıq və balıq məhsulu 

ixrasi vergisinin təbdili haqqında. Məruzəçi - Əmircanov; 10-Pivə bişirilməsindən 



122 

 

alınan aksız vergisi miqdarının və pivə spirtosinin artırılması haqqında; 11-Fabrika 



inspeksiasına dair qəvaidin təbdili haqqında. Məruzəçi - Rüstəmbəyov; 12-Maliyyə 

naziri  şurası  haqqında.  Məruzəçi  -  Rüstəmbəyov;  13-Maliyyə  nəzarəti  sünbündə 

qeyri  hissə  maliyyə  vergisinin  (ne  aklodnoy  sbor)  və  əzalar  şöbəsinin  təsisi 

haqqında.  Məruzəçi  -  Əmircanov;  14-Vergi  müdiriyyətləri  hissələrində  qapıçı 

tutulması üçün sənədə əlavə olası 7200 rüblə təxsis edilməsi haqqında. Məruzəçi - 

Əmircanov;  15-Topraq  məsələsi.  Məruzəçi  -  Ağamalı  oğlu;  16-Daxil  olmuş 

kağızlar. 

Əgər bu cür yomiyyəyi-müzakirata etiraz yoxdursa qəbul edilir. 

Ağa Aşurov (yerindən) -Etiraz var. Müsaidə veriniz. 

Rəis - Söz Ağa Aşurovundur. 

Ağa  Aşurov  (ayaqda  durduğu  halda)  -  Bakı  bələdiyyəsi  tərəfindən 

Parlamandan  on  üç  milyon  borc  istənilmişdi.  Bu  məsələyə  şimdiyə  qədər 

baxılmadı.  Bələdiyyədəki  qulluqçular  çoxdan  bəri  məvacib  ala  bilmirlər.  Xahiş 

olunur ki, bu məsələyə tezlik və əvvəlinci dəfə olaraq baxılsın. 

Rəis  -  Natiqin  xahişi  əsaslıdır.  Fəqət  bu  layihə  gələndən  sonra  məclis 

tərəfindən baxılacaqdır. Hənuz məclisə bu layihə gəlməmişdir. 

İclas qapanır saat 3-45 dəqiqədə. Arxiv, f.895, siy.1, iş.115, vər. 17-25. 

 

№79 



Yetmiş doqquzuncu iclas 

29   sentyabr   1919-cu   il 

 

Sədr - Həsən bəy Ağayev. Katib - Əhməd Cövdət. 



İclas açılır saat 11.05 dəqiqədə. 

Sədr  -  Yomiyyəyi-müzakirat  keçən  dəfə  Parlaman  tərəfindən  qəbul 

edilmişdir. Lakin bu gün yeni bir qanun layihəsi vardır. Rica edirəm Ruznameyi-

müzakirata daxil edilib 2-ci növbədə baxılsın. 

Darülfünun  məsələsi  baxılacaqdır,  2-ci  bu  gün  daxil  olan  qanun 

layihəsidir  ki,  ibarət  olsun  hökumət  və  dövlət  əsaslarına  sui-qəsd  haqqındakı 

maddələrin bəzilərinin təğyir və tədbili xüsusunda, buna etiraz yoxsa qəbul edilsin. 

Əhməd Cövdət. 

Əhməd bəy ("Hümmət") - Mən zənn edirəm ki, 2-ci məsələki var, qanun 

təbdili  təcili  olduğuna  görə  müzakirə  edilsin,  lakin  bir  neçə  dəfə  aşağı  qoyulsun, 

çünkü  o  barədə  sonrada  danışmaq  olar.  Bugünkü  növbə  xüsusunda  danışmaq 

istəyirəm, özümün də təklifim var. Keçən dəfə yoldaşlar tərəfindən qaldırılmışdır. 

Bu  gün  bizim  üçün  ən  mühüm  məsələ  topraq  məsələsidir.  Bu  məsələ  bütün 

Azərbaycan  xalqını  maraqlandırır.  Özüm  də  Qazaxda  olan  siyezddən  gəlirəm. 

Orada kəndlilər təmamən böylə bir qərar qoydular ki, Məclisi-Məbusandan topraq 



123 

 

məsələsinin  tezlik  ilə  həll  edilməsini  rica  etsinlər.  Bundan  başqa  Qazax  uyezdi 



mülkədarları  və  bəyləri  bu  qərarə  gəliblər  ki,  topraq  məsələsinə  birinci  dərəcədə 

baxılsın,  zira  oradan  hərc-mərclik  var  ki,  ona  dözmək  qeyri  mümkündür.  Buna 

binaən topraq məsələsini təxirə salmaq lazım deyildir. Təvəqtə edirəm ki, bunu 2-

ci növbəyə qoyub baxılsın. 

Sədr  -  Bunu  ərz  eləmək  istəyirəm  ki,  müzakirati-yomiyyə  Parlaman 

tərəfindən qəbul edilibdir. Hərgah istəsəniz, bir də müzakirəyə qoymaq olar. Fəqət 

mənim  təklifim  yeni  deyil,  layihə  barəsindədir  ki,  ona  ikinci  növbədə  baxılsın. 

Etiraz  yoxsa  bu  yeni  gələn  layihəni  səsə  qoyuram,  kim  yeni  gələn  layihədəki 

hökumət  və  dövlət  əsasına  sui  qəsd  edənlər  haqqında  ki  maddələrin  təqyir  və 

təbdili  barəsində,  ikinci  növbədə  müzakirə  edilməsinə  tərəfdardır,  əlini  qaldırsın. 

Kim bunun əleyhinədir? Kim səs vermədi? Rica edirəm cümləniz iştirak edəsiniz. 

44  nəfərdən  ancaq  40  nəfər  iştirak  edibdir.  Bir  də  səsə  qoyuram,  bəlkə  mətləbi 

yaxşı  götürə  bilməmişəm.  Hökumət  tərəfindən  yeni  bir  qanun  layihəsi  daxil 

olubdur ki, o da hökumət və dövlət əsaslarına sui-qəsd edənlər haqqında olan bəzi 

maddələrin ləğvi, təğyir və təbdili barəsindədir. Kim qəbul edir, rica edirəm, əlini 

qaldırsın. Kim bunun əleyhinədir? Kim səs verməyib? Təklifin lehinə 36. Əleyhinə 

9, səs verməyən 4. Əksəriyyət rəy ilə qəbul edilir. 

Növbədəki məsələ darülfünun məsələsidir. Üçüncü fəslin qiraətini Mehdi 

bəy oxuyunuz. 

Mehdi bəy - 3-cü fəsli türkcə və Rusca oxuyur. 

Rəis  -  Üçüncü  fəsil  xüsusunda  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən 

yoxsa,  səsə  qoyulur.  Üçüncü  fəsli  səsə  qoyuram.  Etiraz  yoxdur,  üçüncü  fəslin 

qəbuluna? Etiraz yoxdursa, üçüncü fəsl qəbul edilir. (Katibə) 4-cü fəsli oxuyunuz. 

Katib - Layihənin 4-cü fəslini türkcə və Rusca oxuyur. 

Rəis - Mehdi bəy, bir az hündürdən oxuyunuz. 

Katib - Oxumaqda dəvam edir. 

Rəis  –  Dördüncü  fəsl  xüsusunda  kim  danışmaq  istərdi?  Söz  Əhməd 

Cövdət əfəndinindir. 

Əhməd  Cövdət  -  Burada  darülfünuna  daxil  olmaq  üçün  ədadi  təhsilini 

qurtarmış olmaq şərtilə götürülür. Mən buna etiraz etmirəm. Fəqət yalnız bu hissə 

məxsus olmaq üzrə bir takım əlavələrin qeydini təklif edirəm. Məlumunuzdır ki, bu 

əlavələr  həm  məmləkətin,  həm  də  tələbə  və  talibələrinin  mənfəəti  səhətindən 

lazımdır.  Bir  çox  yerlərdə  əhvalın  fənalığı  üzündən  çox  kimsələr  gimnaziya 

qurtarmamışlar,  beşinci,  altıncı  klasslardan  çıxmağa  məcbur  olmuşlardır.  Bu 

kimilərini  biləxərə  qabağı  gimnaziya  klasslarının imtəhanını  vermək  şərtilə qəbul 

etməlidir.  İkmal  etmiş  xanımlardan  imtahan  tutmaq  şərtilə  darülfünun  birinci 

sənəsinə qəbul oluna bilərlər. Bu təklif yalnız bir sənə üçündür və sırf Azərbaycan 

təbəəsi  olanlara  aiddir.  Ola  bilər  ki,  professorlar  buna  etiraz  etsinlər,  çünkü 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə