Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə51/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   47   48   49   50   51   52   53   54   ...   334

112 

 

rusca  məruzədə  bulunmağın  müsaidə  edilməsi  xüsusunda  tədbir  buyurmağınızı 



istirham  edirəm.  Həmin  iclas  məzbətəsindən  dəxi  hüzuri-alilərinə  təqdim  edirəm 

əfəndim. 

Bu məktub xüsusunda kim danışmaq istərdi. Mehdi bəy. 

Mehdi bəy Hacınski - Mən komisya tərəfindən ərzi-hal etməyə məcburam. 

Ləvayehi-qanuniyyə  komisyonunda  türkcə  bilən  3  nəfərdir.  Bəzi  firqə  əzası  heç 

gəlmirlər, qanunlara ancaq 2-3 nəfər üzv baxır. Təvəqqe olunur ki, türk dili bilən 

üzvlər intixabi üçün tədbirlər görəsiniz. 

Rəis - Divani-rəyasət rica edir, məzkur komisyona tənəffüsdə namizədlər 

göstərəsiniz. 

Səslər - Neçə namizəd olacaq. 

Rəis  -  2-3  nəfər,  çünkü,  deyirlər  ki,  bəziləri  gəlmir.  Növbədəki  məsələ 

hökumət məmurlarının məaşı haqqındadır. 15-ci dərəcəni oxuyunuz. 

Mehdi bəy - 15-ci dərəcəni komisyon əlavəsilə bərabər oxuyur. 

Rəis - 15-ci dərəcə xüsusunda kim danışmaq istərdi? Kiçikxanov. 

Kiçikxanov - Danışmaq istəyirəm. 

Rəis - Keçən dəfə qərar verilmişdir ki, bu cədvəldə olan xalq müəllimləri 

çıxarılıb,  13-cü  dərəcəyə  daxil  olsunlar,  sonra  bu  cədvəl  barəsində  Abdulla  bəy 

Əfəndizadə tərəfindən böylə bir təklif varid olmuşdur. "17 və 18-ci dərəcələr ləğv 

edilib, onlar 15-ci dərəcəyə daxil olsunlar. Təklif xüsusunda kim danışmaq istərdi? 

Malxazov Arşaq. 

Malxazov - Rusca. 

Rəis - Daha kim bu xüsusda danışmaq istərdi? Ağa Aşurov. 

Ağa  Aşurov  -  Qabaqcadan  mən  ərz  etdim  ki,  mən  bilən  bu  maaşların 

artırılmasında  iki  mülahizə  var.  Birisi  maaşları  artırmaq;  digəri  qulluqları 

birləşdirmək.  Mənə  cavab  verdilər  ki,  böylə  deyil:  Bu  layihədən  məqsəd  o 

qulluqçular  ki,  bir  yerdə  xidmət  edirlər,  onların  maaşlarını  bir  etməkdir.  Amma 

indi  görürük  ki,  böylə  deyildir.  Burada  bir  çox  siniflərlə  qulluqçuları  ayırırlar, 

deyirlər qulluqçuları 18 sinfə bölmüşük. Hələ 18 sinfin az olduğunu da söylədilər. 

Çünkü,  guya  dəmiryolunda  25-26  sinif  varmış,  ona  görə  18  çox  deyilmiş;  mən 

bilmirəm bir ay çalışmış olan komisyon hangi əsas ilə 18 sinfə ayırmışdır. Nə üçün 

20 ya 16 sinif olmasın? Bir də burada təklif etdilər ki, 17 və 18 siniflər ləğv edilib, 

məmurları  15  və  16-cı  siniflərə  daxil  edilsinlər,  17  və  18-ci  sinif  məmurlarının 

maaşı ostrojkalara felən onlara verilsin. Mən buna da razı deyiləm; madam ki, o 

halda  siz  ostrojkaları  məmurlar  ilə  bərabər  dərəcəyə  qoymuş  olarsınız.  Bundan 

böylə  çıxır  ki,  neçə  illər  zəhmət  çəkib  oxumuş  adamlar  ilə  heç  zəhmət 

çəkməyənləri  də  bərabər  qoyursunuz.  Bir  də  bilmək  istərdim  ki,  bu  iki  sinfin 

əksildilməsi dövlət xəzinəsinə ayda nə qədər nəzarətdən, edər? Bunu bilmədən heç 

vaxt əksiltmək olmaz. 




113 

 

Rəis - sırada natiq olmadığından, son söz məruzəçinindir. 



Abdulla  bəy  Əmircanov  -  Maliyyə-büdcə  komisyonu  hər  nəzarətdən 

nümayəndələr  çağırıb,  bu  layihəni  15  iclasda  müzakirə  etmişdir.  İclasda  bəzi 

nəzarətlərin  nümayəndələri  27-28  sinfə  ayırmaq  tərəfdarı  olmuşlardır.  Çünkü  bir 

çox məmuriyyətlər var ki, onları yoğurub bir yerə yığmaq çətin   olur. Bu xüsusda 

bir çox müzakirədən sonra, ümumiyyətlə 18 sinfə qərar verildi. Çünkü  idarələrdə 

xidmətçilərin  işi  cürbəcürdür.  Bu  surətdə  böylə  bilirəm  ki,  siniflərin  əksilməsi 

təklifi artıqdır. 

Rəis - Abdulla bəyin təklifini səsə qoyuram. Təklifin məzmunu budur ki, 

17 və 18-ci sinif ləğv edilsin. Onlara mənsub olan məmurlar 15 və 16-cı siniflərə 

daxil edilsin və onların maaşı sinif xaricindəki qulluqçulara verilsin. Kim bu təklifi 

qəbul edir, rica edirəm əlini qaldırsın. Kim bunun əleyhinədir? Kim səs vermiyir? 

Lehinə 10, əleyhinə 27, səs verməyən 4. Əksəriyyət rəy ilə təklif rədd edilir. Kim 

15-ci cədvəli qəbul edir, rica edirəm əlini qaldırsın. Əksəriyyət rəylə 15-ci cədvəl 

qəbul edilir. 16-cı cədvəli oxuyunuz. 

Katib - 16-cı sinfi oxumaqda dəvam edir. 

Rəis  -  16-cı  sinif  xüsusunda  kim  danışmaq  istərdi?  Söz  Bayram  Niyazi 

Kiçikxanovundur. 

Kiçikxanov - Burada belədir ki, məhkəməyi-şəriyyə əzaları 15-ci dərəcədə 

idi; Parlamanın qərarı ilə onlar 8-ci sinfə yazıldı. Məhkəməyi-şəriyyə kargüzarı 16-

cı  dərəcədədir.  Mən  təklif  edirəm  ki,  kargüzarı  10-cuya,  katibləri isə  13-cü  sinfə 

gətirəsiniz. 

Rəis - Daha kim danışmaq istərdi? Son söz məruzəçinindir. 

Abduləli  bəy  Əmircanov  -  Doğrudan  da  Zaqatala  məhkəməyi-şəriyyə 

üzvləri 15-ci sinifdən 8-ciyə keçirildi; böylə olan surətdə kargüzarlar və katiblərin 

maaşını  artırmaq  lazım  gəlir.  Ancaq  komisyon  bilmir  ki,  onların  nə  qədər  işləri 

vardır. 


Rəis - Bu məzmunda təklif varid olmuşdur. Zaqatala məhkəməyi-şəriyyə 

kargüzarı  10-cuya,  katibləri  isə  13-cü  sinfə  daxil  edilsin.  Təklifi  səsə  qoyuram. 

Kim  təklifi  qəbul  edir,  rica  edirəm  əlini  qaldırsın  (Əllər  qalxır).  Kim  bunun 

əleyhinədir? (Əllər qalxır). Kim səs verməyib? (Əllər qalxır). Lehinə 33, əleyhinə 

5, səs verməyən 4. Əksəriyyət ilə təklif qəbul edilir. 16-cı sinfi səsə qoyuram. Kim 

qəbul edirsə, rica edirəm əlin qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəy ilə 16-cı sinif 

komisyon qərarı üzrə qəbul edilir. 17-ci sinfi oxuyunuz. 

Katib - 16-cıya prim var. 

Rəis - Oxuyunuz 16-cı primi. 

Katib - 16-cı sinif primi oxuyur. 




114 

 

Rəis - Bu xüsusda kim danışmaq istərdi? 16-cı prim müəyyən ikinci sırada 



olanlar. Danışan yoxsa, səsə qoyuram. Etiraz yoxdur? Etiraz yoxdursa, 16-cı sinfin 

primi qəbul edilir. (Katibə). 17-ci sinfi oxuyunuz. 

Katib - 17-ci sinfi oxuyur. 

Katib - Komisyonun əlavəsi 17-ci sinfə aşağıdan yuxarı gəlib (oxuyur). 

Rəis - 17-ci sinif xüsusda kim danışmaq istərdi? Danışmaq istəyən yoxsa, 

səsə qoyuram. 17-ci sinfə etiraz yoxdur? Etiraz yoxdursa. 17-ci sinif komisyonun 

qərarı üzrə qəbul edilir. (Katibə) 17-ci sinfin primini oxuyunuz. 

Katib - 17-ci sinfin primini oxuyur. 

Rəis  -  Bu  xüsusda  kim  danışmaq  istərdi?  17-ci  maddənin  17-ci  primini 

səsə qoyuram. Etiraz yoxmu? Etiraz yoxsa qəbul edilir. 18-cini oxuyunuz. 

Katib - 18-cini oxuyur. 

Rəis - Əlavə yoxmu? 

Katib - Əlavə yoxdur. 

Rəis  -  On  səkkizinci  sinif  cədvəli  haqqında  kim  danışmaq  istərdi? 

Danışmaq istəyən yoxsa, komisyonun qərarı üzrə qəbul edilir. Xırda məmurlara aid 

cədvəli oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis  -  Kiçik  məmurlar  üçün  tərtib  olunan  əvvəlinci  sinif  haqqında  kim 

danışmaq  istər?  Danışmaq  istəyən  yoxdur.  Etiraz  yox  isə  qəbul  edilir.  Əvvəlinci 

sinfin əvvəlinci primini oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis - Əvvəlinci prim xüsusunda kim danışmaq istərdi? Danışmaq istəyən 

yoxsa səsə qoyuram. Etiraz yoxmu? Yoxsa, qəbul edilir. İkinci sinfi oxuyunuz. 

Katib - İkinci sinfi oxuyur. 

Rəis  -  İkinci  sinif  xüsusunda  kim  danışmaq  istərdi.  Danışmaq  istəyən 

yoxsa səsə qoyuram. Etiraz yoxmu? Yoxsa, qəbul edilir. İkinci sinfin ikinci primini 

oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis - Danışmaq istəyən yoxmu? Etiraz yoxmu? Etiraz yox isə ikinci prim 

qəbul olur. Üçüncü sinfi oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis  -  Üçüncü  prim  xüsusunda  kim  danışmaq  istərdi.  Səsə  qoyuram. 

Etiraz  yoxmu?  Üçüncü  prim  qəbul  olunur.  Üçüncü  sinfin  üçüncü  primini 

oxuyunuz. 

Katib - Oxuyur. 

Rəis  -  Üçüncü  prim  xüsusunda  kim  danışmaq  istəyir,  danışmaq  istəyən 

yoxsa səsə qoyuram. Etiraz yoxmu? Üçüncü prim qəbul olunur. Orada qeyd vardır, 

onu da oxuyunuz. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə