105
Muxtar Əfəndizadə - Mən elə bilirəm Bayram Niyazi əfəndi məsələni
təmamilə izah edəndən sonra Əhməd bəyin dedikləri yersizdir. Bayram Niyazi
əfəndinin nəzəriyyati göstərdi ki, bir vilayətə baxır. Hər nə qədər kiçikdirsə mən
elə bilirəm Gəncə qubernatoru qədər işi vardır. Yer kiçik olduğundan ədliyyə
məhkəməsi başında olan rəis dərəcə hesab eyləmiyib, müavini dərəcə hesab edək.
Bayram Niyazi əfəndinin təklifi cəmimidir. Parlaman üzvlərindən bu təklifin
qəbulunu rica edirəm.
Rəis (rusca) - Danışan olmadığından son söz məruzəçinindir. Abduləli bəy
Əmircanov - Zaqatala məhkəməsi müvəqqətidir. Özü də kiçicik bir yerdir. Qayda
ilə lazımdır, öylə deyildir. İş də o qədər yoxdur. Mən istərdim ki, məhkəməyi-
şəriyyə rəisi mirovoy sudlar kimi 8-ci dərəcədə qoyulsun. Mirovoy sudlar 3500
məvacib alırlar. Bayram Niyazi təklif etdi ki özü 4000 olar. Bir o qədər təfavüt
yoxdur. Müavini 6-cı dərəcədə olar. Böylə olsa yaxşı olar.
Rəis - Səsə qoyuram. Əvvəl Kiçikxanovun təklifini səsə qoyacağam.
(Səslər: Kvorum yoxdur!) Xeyir, kvorum var. Hər kəs bu təklifin lehinədir, rica
edirəm əlini qaldırsın. (Əllər qalxır) Kim əleyhinədir? (Əllər qalxır). Kim səs
verməyib? 36 səc çıxır. Dubarə səsə qoyacaqam. Rica edirəm, hamı iştirak etsin.
Kvorum var. Hamı iştirak etsin. Ona görə təzədən səsə qoyuram. Hər kəs
Kiçikxanov əfəndinin təklifinə tərəfdardır, rica cdirəm əlini qaldırsın. (Əllər qalxır)
Kim əleyhinədir? (Əllər qalxır). Kim səs verməyib? (Əllər qalxır). Təklif qəbul
olunmayır. 38 səslə qəbul olunmayır. 5-ci maddəni səsə qoyuram. Kim tərəfdardır,
rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəy ilə qəbul edilir.
Əhməd Cövdət bəy - 6-cı maddəni oxuyur.
Rəis - Altıncı maddə xüsusunda kim danışmaq istəyir. Altıncı maddəni
səsə qoyuram. (Kyüstərə) Əksəriyyət yoxdur. Gedin qapıdan çağırınız. Altıncı
maddəni dübarə səsə qoyuram. Kim ki, tərəfdardır, rica edirəm əllərini qaldırsın.
Əksəriyyət rəy ilə qəbul edilir.
Katib - Yeddinci maddəni oxuyur.
Mehdi bəy Hacıbababəyov - Bir az bərkdən oxuyunuz, eşidənmirəm.
Katib - Yeddinci maddəni oxuyur. Buraya xırda siniflərdən də keçirilir.
(Oxuyur).
Rəis - Məhkəməyi şəriyyə səkkizincidir.
Katib - Müsavatın təklifi səkkizincidən yeddinciyə keçiriliyor.
Bayram Niyazi - Bu təklif eynən yazılmamışdır.
Rəis - Məmməd Əmin Rəsulzadə.
Məmməd Əmin Rəsulzadə - Zaqatala məhkəməyi-şəriyyəci sədri mirovoy
sud dərəcəsinə gətirilmədi.
Rəis - Buyurunuz Mehdi bəy.
106
Mehdi bəy Hacıbababəyov - Bizim nəzarətlərdə ümumiyyətlə
mühəndisləri üç sinfə ayırırlar. Nəzarətlərdə onları qoyublar doqquzuncu sinfə,
halbuki məarif nəzarətində mühəndislərin vəzifələri daha ağır, daha çoxdur. Onun
üçün mən təklif edirəm ki, məarif nəzarəti mühəndisləri doqquzuncu sinifdən
yeddinci sinfə keçirilsin.
Rəis - Bu əvvəlcə təklif edilməli idi.
Mehdi bəy Hacıbababəyov - Xayır, şimdi məsələ birinci maddədə keçir.
Rəis - Daha başqa natiq yoxdur. Axırıncı söz məruzəçinindir.
Məruzəçi Əmircanov - Məzkur mühəndislər əksəriyyətlə xüsusi işlərdə
bulunurlar. Və, onlar daima məktəb işlərilə məşğul olmurlar. Əgər məarif
nəzarətinin mühəndisləri yeddinci sinfə keçirilmirsə, o halda nəzarət həkimlər də
keçirilsin yeddinci sinfə.
Rəis - Bu barədə Mehdi bəyin təklifi vardır. Mehdi bəy təklif edir ki,
məarif nəzarətində xidmət edən mühəndislər və təbiblər yeddinci sinfə
götürülsünlər. Səsə qoyuram. Kim tərəfdardır? Kim bərəksdir? Kim Səs verməyib?
Keçmir.
Səslər - Anlaşılmayır. (Abdulla bəy türkcədən ruscaya tərcümə edir).
Rəis (Mehdi bəyin təklifini bir də qiraət edir) - Qulaq asın, səsə qoyuram.
Kim tərəfdardır? Kim əleyhinədir? Kim səs verməyibdir? 24 qolos ilə qəbul edilir.
Həmin maddəni öz təshihi ilə səsə qoyuram. Əksəriyyət ilə keçir. 5 dəqiqəlik
tənəffüs elan edirəm.
Tənəffüsdən sonra
Rəis - İclas dəvam edir. 8-ci maddəni oxuyunuz.
Katib (oxuyur, rusca) - Xırda siniflərdən 8-ci dərəcəyə götürülür. Bitdi.
Rəis - 8-si dərəcə xüsusunda kim danışmaq istəyir. Burada bir təklif var
ki, bir qismi qəbul edilibdir. Məarif nəzarəti memarı 9-dan, 8-ə çəkilibdir. Bir də
təklif var ki, müavini də 10-sudan 8-ə keçirilsin etiraz yoxdur. Qəbul edilir. Bir
təklif Bayram Niyazi tərəfindəndir ki, Zaqatala məhkəməyi şəriyyə sədri 8-ci
dərəcəyə daxil olsun. Çünkü 9-cu dərəcədədir. Hər gah buna etiraz yoxsa qəbul
edilir. 8-ci dərəcəyə təshihləri ilə bərabər etiraz olmadığından qəbul edilir. (Rusca)
9-cunu oxuyunuz.
Mehdi bəy - 9-cu dərəcəni oxuyur.
Rəis - 9-cu dərəcə xüsusunda kim danışmaq istərdi? Danışmaq istəyən
olmadığından səsə qoyuram, etiraz yoxdur ki, 9-cu dərəcə qəbul olunur. 10-cu
dərəcəni oxuyunuz.
Mehdi bəy – 9-cu dərəcəni oxuyur, komisya əlavəsilə bərabər.
107
Rəis - 10-cu dərəcə xüsusunda kim danışmaq istərdi? İstəyən yoxdursa
səsə qoyuram. Komisyon təshihi ilə bərabər, etiraz yoxdur, qəbul olunur. 11-ci
maddəni oxuyunuz.
Mehdi bəy - 11-ci dərəcəni oxuyur, komisya əlavəsilə bərabər.
Rəis - 11-ci dərəcə xüsusunda kim danışmaq istərdi? Danışmaq istəyən
yoxsa, 11-ci dərəcəni komisyon təshihi ilə bərabər səsə qoyuram, etiraz yoxdur.
Qəbul olunur. 12-ci maddəni oxuyunuz. Komisyanın böylə hərəkəti məntiqsiz
deyildirmi. Çünkü, maaş nisbətdə müəllimin zəhmətinə verilir. Bir də iki müəllim
ki, bərabər zəhmət çəkir, şəhadətnaməsi olmadığı üçün onları biri birindən ayırmaq
mümkün deyildir. Şimdi xalq məktəblərindən bəhs olunurkən, mən təklif edirəm
onlar dəxi bərabərləşdirilsinlər. Çünkü edadiyyə müəllimlərinin ölçüsünü bunlara
da tətbiq etmək məntiqsiz və ədalətsiz olmaz. Müəllimlərin şimdiki halda senzi
olub, olmadığına baxmaq lazım deyildir. Ancaq hangi layiq isə onu təyin etmək
lazım gəlir. Öylə də edilir. İndiki məktəblərdə zatən senzə ehtiyac yoxdur. Çünkü
öylə müəllimlər var ki, senzi var, amma bizim məktəblərə yaramayırlar. Öylələri
də var ki, senzi yoxdur, amma layiqdirlər. Bir də müəllimin ləyaqətini istiqra ilə
ölçmək lazım deyildir. Onları müfəttiş təyin edir. Müfəttiş də bir müəllimi təyin
edərkən layiq bilib edir, və bütün məsuliyyəti onun öhdəsindədir. Ona görədir ki,
nazirin ya müfəttişin təyin etdiyi müəllimi yek digərindən ayırmaq lazım deyildir.
Onların həpsini bir dərəcəyə daxil etməlidir. Mehdi bəy Hacınski - 12-ci dərəcəni
oxuyur. Rəis - Qurtardı. 12-ci dərəcə xüsusunda kim danışmaq istəyir? Danışmaq
istəyən yoxdur? 12-ci dərəcəni təshihlə bərabər səsə qoyuram. Etiraz yoxdur bunun
qəbuluna. 12-ci dərəcə komisyonun təshihilə bərabər qəbul olunur. 13-cünü
oxuyunuz. Hacinski - 13-cü dərəcəni oxuyur. Rəis - Söz Mehdi bəy Hacınskinindir.
Mehdi bəy ("Müsavat") - Burada xalq məktəbləri müəllimlərindən bəhs
edilir. Və müəllimlər ikiyə ayrılırlar. Bu fəsldə senzavik, yəni darülmüəllimin və
rüşdiyyə məzunları qeyd edilmişlərdir. Aşağıda bir maddə dəxi vardır ki, orada
senzavik olmayan müəllimlərdən bəhs olunur. Bununla müəllimlər iki qismə
təqsim edilir. Senzaviklər 13-cü senzavik olmayanlar 15-ci dərəcəyə daxildirlər.
Fəqət, əvvəla Azərbaycanda ümumiyyətlə müəllim azdır. Xüsusən türk müəllim
senzavik yox dərəcəsindədir. Halbuki, onların içində pək yaxşı müəllimlər çoxdur.
saniyən xalq məktəbləri müəllimləri əksəriyyət istirarsızdırlar; digər tərəfdən
ümum xalq məktəbləri müəllimlərini məzuniyyət şəhadətnaməsi olmadığı üçün 13-
cü dərəcəyə qalmaq imkanından məhrum etmək ədalətsizlikdir. Ona görə mən
təklif edirəm 5 il müəllimlik etmiş xalq müəllimləri də 13-cüyə daxil edilsinlər.
Çünkü doğrudur onların məzuniyyət şəhadətnaməsi yoxdur; amma haman 5 il
müəllimlik etməklə onlar öylə təcrübə hasil edirlər ki, senzaviklər dərəcəsinə gələ
bilərlər.
Rəis - Söz Mustafa Mahmudovundur.
Dostları ilə paylaş: |