Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə44/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   40   41   42   43   44   45   46   47   ...   334

96 

 

bu  maaşı  iyulun  birisindən  artırmasını  qəbul  edibdir.  Bir  də  məmurlara  gəlincə 



sözləri ancaq bu olur ki, hansı vaxtdan artırırsınız artırın, lakin bizə veriniz. Mon 

xahiş edirəm ki, bu qanunu təcili surətdə qəbul edəsiniz. Bir də sudyalar barəsində 

sual  etdilər.  O  barədə  deyə  bilərəm  ki,  o  sudyalar  ki,  qəzalarda  olurdu,  onların 

məvacibi  1400, 1500 idi. İndisə  onlar  üç min  beş  yüz  alacaqlar  və  bir  də  Əhməd 

buyurdu, üzr istəyirəm, unutmuşam Parlamana ərz edim ki, məmurlara verilən əlli 

faiz  təxsisatı  maliyyə-büdcə  komisyonu  qəbul  etməmişdir  və  bir  də  əgər  qaş 

qayıran  yerdə  göz  çıxarmamışsızsa,  onda  Əhməd  bəy,  komisyonda  siz  də  iştirak 

edirsiniz. 

Əhməd bəy (yerindən) - Hökumət çıxarmışdır. 

Əbdüləli  bəy  -  Bir  para  məmurlar  həqiqətən  də  unudulub,  çünkü 

komisyonda ancaq üç nazirin nümayəndəsi var idi. Dünənki günəcən nə qədər ki, 

siyahı  gəlibdir,  biz  qanuna  əlavə  etmişik.  Qarayev  həzrətlərinin  dediyi  kimi 

maliyyə-büdcə  komisyası  darülfünun  bitirmiş müəllimləri  birləşdirmiş məşixiyyət 

idarəsinin ilk sədri barəsində desə bilmirik ki, məmləkətin böylə bir halında onları 

dəyişmək olmaz, orada bir həftə Şeyxülislam və bir həftə də müfti sədarət edir və 

onlara  da  qət  olunub  ki,  ikisinə  bir  qaidə  ilə  maaş  verilsin.  (səslər).  Ruhanilərə? 

Əbdüləli  bəy,  onlara  da  var,  üzvlərə  3800  manat  məvacib  verilir.  Əbdüləli  bəy 

buyurdu  ki,  təriq  və  müəbir  məmurları  14  sinfə  bölünməlidir.  Komisyonda  bir 

parası buna razı, bir parası da 27 sinfi təklif edirdilər ki, ancaq bir güclə 21 sinfə 

böldülər. Ağa Aşurov buyurdu ki, anlaşılmamışdır ki, bərabərləşdirmək nədir. Mən 

başa salım. Bildir bu vaxt mən katibə 1300 manat verirdim, sən 1800 manat. İndi 

onlar birləşdirilib bir məvacib alırlar. Zira bir məmur bir vəzifədə iki cür məvacib 

ala  bilməz.  Faiz  sualına  gələndə, mən  söylədim  ki,  370 milyon  təxmin  edilmişdi. 

İmdi 400 milyondur. Müəyyən xərc 230 milyon artır. Bir aydır ki, maliyyə büdcə 

komisyonuna  yüyürüb  adam  yığıram.  Məmurlar  rahat  qoymurlar.  Rica  edirəm 

bunu  tezlik  ilə  qəbul  edib,  teleqraf  ilə  yerlərinə  məlum  edəsiniz  ki,  məvacibləri 

versinlər. Çünkü çox məmurlar əşyalarını da satıb yeyirlər. 

Rəis - Birinci qiraət qurtardığına görə, 2-ci qiraətə keçməyi səsə qoyuram. 

Əhməd  Cövdət  -  2-ci  qiraətə  keçəndə  Məclisi-Məbusanın  arzusunu  da 

əlavə etməlisiniz. 

Rəis - Əlavələr maddələrə aiddir. Maddə qiraətində... 

Əhməd Cövdət - Təklif ümumidir. Oxuyur. 

Rəis - Bir elə məzmunda Abdulla bəyin də təklifi var. (Oxuyur). İkisi də 

birdir. Bəlkə qəbul edərsiniz? Bu arzulara etiraz yoxsa qəbul olunur. Arzular qəbul 

edilir. İndi layihənin 2-ci qiraətinə keçməsini səsə qoyuram. Kim qəbul edirsə, əlini 

qaldırsın.  Müttəhül  rəy  2-ci  qiraətə  keçmək  qərara  alnır.  Ancaq  vaxt  gec 

olduğundan  qalacaq  gələn  iclasa  ya  istəyirsiniz  bu  iclasın  mabədi  sabah  olsun. 

(Səslər: Gələn iclasda... Gələn iclas). 




97 

 

Rəis - Məsələnin 2-ci qiraəti gələn iclasa qalır. Məclis qapanır. 



İclas qapanır saat 3 30 dəqiqədə. Arxiv, f. 895, siy, 1, iş 110, vər. 1-11. 

 

№77 



Yetmiş yeddinci iclas 

25   sentyabr   1919-cu   il 

 

Rəis - Həsən bəy Ağayev iclası açır. İclas açılır saat 12.20 dəqiqədə Katib 



- Müzakirati-yomiyyə bu qərar ilədir: 1 - Azərbaycan hökumət darülfünunu təşkili 

haqqında  qanun  layihəsi.  Məruzəçi  -  Hacınski;  2  -  Hökumət  məmurları  maaşları 

haqqında.  Məruzəçi  -  Əmircanov;  3  -  Bəxşiş  və  mükafatalma,  rüşvətalma  və 

təbetmə  cəzalarının  təqviyyəsi  haqqında.  Məruzəçi  -  Rüstəmbəyov  Şəfi  bəy;  4- 

Əskərlikdən  azad  olanlardan    alınan    hərbi    verginin    (naloğın)  ləğv  edilməsi 

haqqında.  Məruzəçi  -  Şəfi  bəy  Rüstəmbəyov;  5  -  Hüquq  məhkəməsi  

nizamnaməsinin      1462-ci      fəslinin    mühakiməyi-sülhiyyə  təhtindəki  iqamə  və 

davaları fiyətinin nəhayət dərəcə artırılması üçün təbdili haqqında. Məruzəçi - Şəfi 

bəy Rüstəmbəyov; 6 - Məhkəmə işlərinin ovraq, dəftərxana və əxbariyyə vərəqəsi 

qiymətə  aid  olan  iqaməyi-dəva  xərclərinin  artırılması  haqqında.  Məruzəçi  -  Şəfi 

bəy  Rüstəmbəyov;  7  -  Sabiq  komissariatın  və  xalq  komissarları  şurasının  vaxtsız 

vergiçiləri (ödənişləri) haqqında olan cəza tədbirlərinin ləğvi xüsusunda. Məruzəçi 

- Rüstəmbəyov; 8 - Tamğa rüsumatı qanun layihəsinin bəzi maddələrinin təbdili və 

rüsum  miqdarlarının  təzyidi  haqqında.  Məruzəçi  -  Ağabəyov;  9  -  Nəşri  –  elan 

haqqında. Məruzəçi - Şəfi bəy Rüstəmbəyov; 10 - Azərbaycandan xaricə çıxarılan 

spirtə  içkilərindən  (üzüm  şərabı  və  pivə  müstəsnadır)  alnan  gömrük  vergisinin 

miqdarları  haqqında.  Məruzəçi  -  Əmircanov;  11  -  Balıq  və  balıq  məhsulu  ixracı 

vergisinin  təbdili  haqqında.  Məruzəçi  -  Əmircanov;  12  -  Pivə  bişirilməsindən 

alınan  aksız  vergisi  miqdarının  və  pivə  spirtosunun  artırması  haqqında  qanun 

layihəsi.  Məruzəçi  Əmircanov;  13  -  Fabrika  inspeksiyasına  dair  qəvaidin  təbdili 

haqqında. Məruzəçi - Rüstəmbəyov; 14 - Maliyyə naziri şurası haqqında. Məruzəçi 

-  Rüstəmbəyov;  15  –  Maliyyə  nəzarəti  idarəsi  sünbündə  qeyri  hissəyi-şayiə 

vergisinin  (neakladnoy  sbor)  və  inhisar  şöbəsinin  təsisi  haqqında.  Məruzəçi  -

Əmircanov;  16  -  Vergi  müdiriyyətləri  hissələrində  qapıçı  tutulması  üçün  əlavə 

olaraq  7200  rüblə  təxsis  edilməsi  haqqında.  Məruzəçi-Əmircanov;  17  -  Topraq 

məsələsi. Məruzəçi - Ağamalı oğlu. 

Rəis - Müzakireyi - yomiyyəyə etiraz yoxsa, qəbul edilir. 

Səmədağa  ("hümmət")  –  Mən  təklif  edirəm  ki,  yer  məsələsi  lap  əvvələ 

qoyulsun,  necəki  oxundu.  Müzakiratda  Azərbaycan  üçün  topraq  məsələsindən 

əhəmiyyətli  bir  məsələ  yoxdur.  Yer  məsələsini  hamı  bilir  ki,  lazımlıdır. 

Azərbaycanın işi bu gün yer məsələsindədir ki, o məsələdə bir çox qeyri məsələlər 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə