Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə46/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   42   43   44   45   46   47   48   49   ...   334

100 

 

Səmədağa  -  Burada  natiq  dedi  ki,  ruhaninin  xalqda  hörməti  çox 



olduğundan  ona  görə  məvacibləri  birinci  sinifdən  olsun,  amma  biz  məvacibi 

ruhaniyyətə görə qoymuruq. Əgər böylə olanda Seyidlər daha artıq olsun. 

Sədr  -  Natiq  əfəndi,  rica  edirəm,  seyidləri  məmurlara  qarışdırmayasınız. 

Burada seyid məmur yoxdur. 

Ağamalı  oğlu  (dəvamla)  -  Madam  ki,  hökumətin  məmurlarıdır,  onların 

məvacibləri hörmətə görə deyil, işə, zəhmətə görə verilməlidir. Öylə isə, əgər, hər 

hörmət  edilənə,  hər  oruc  tutana,  namaz  qılana  da  verilməlidir.  Biz  ruhaniləri 

hökumət  işlərinə  qarışdırmamalıyıq.  Biz  ruhanini  hökumət  işlərinə  qarışdırmaq 

deyil, zaman gələrsə ruhani mövqeini büsbütün qırağa çıxarmaq istəyirik. Ona görə 

mən Əfəndizadənin fikrinə etiraz edir, ikinci sinifdən olmasını təklif eylərdim. 

Rəis - Əhməd bəy Pepinov. 

Əhməd bəy Pepinov - Mən də Abdulla bəyin təklifinin əleyhinəyəm. Biz 

şeyxülislam və müfti cənablarının mövqelərini, hökumət məmurlarının mövqeləri 

ilə bərabər tutmalıyıq. Rəisi-üləma olan məzkur zatların mövqeləri hər halda daha 

yüksək  olmalıdır  ki,  onlar  hökumət  məmurları  ədd  edilə  bilirlər.  Cəmaətin 

nəzərində  ruhani  mövqeləri  hörmətli  tutmaq  üçün  biz  təklif  edirik  ki,  büsbütün 

məmurun cərgəsindən xaricə çıxmaz. 

Rəis - Abdulla bəy Əfəndizadə. 

Abdulla  Əfəndizadə  -  Əhməd  bəyin  axırıncı  fikrinə  müştərəkəm.  Fəqət 

Səmədağa cənabları məsələni qarışdırdılar. Biz yalnız maaş cəhətini düşünmüş və 

söyləmişdik, demişdik, ki, maaşları nazirlər dərəcəsində olsun. Ruhaninin müstəqil 

olmasına  və  dövlət  hökumət  işlərinə,  siyasətə  qarışmalarına  zidd  deyildir,  biz 

yalnız maaşların artmasını istəyirik. Əgər, Əhməd bəyin təklifi qəbul olunarsa, biz 

də onunla iştirak edərik. 

Rəis - Bayram Niyazi. 

Bayram  Niyazi  -  Səmədağa  söylədi  ki,  zaman  olursa,  biz  ruhanini 

büsbütün  hökumətdən  ayıracağıq.    Bizim  dinimizdə  bu  yoxdur.  Dünyəvi  ayrı,  o 

axirəvi ayrı deyil, onun oxuduğundan biz də oxuyuruq. Bunun üçün mən bu fikrə 

etiraz  edirəm.  Hər  halda  ruhaniyyət,  digər  hökumət  məmurları  sırasına,  daxil 

edilməməli və qarışdırılmamalıdır. 

Rəis  -  Mən  təklifi  səsə  qoyuram  və  son  sözü  məruzəçi  Abdulla  bəyə 

verirəm. 

Abdulla bəy - İş burasındadır ki, ruhanilərin də naziri vardır ki, o da ədyan 

naziridir. Hər kah bunların maaşlarını ədyan nazirlərinin maaşı ilə bərabər eyləsək 

yaxşı olmayacaqdır. Çünkü vəzir ilə bərabər olar. O da mümkün deyil, onlar ikinci 

sinifdə,  nazir  müavini  sinfində  olunur.  Keçmişlərə  nisbətən  onların  maaşları 

artırılmışdır.  Şimdi,  əgər  bunlar  layihədən  götürülür  isə,  o  zaman  idarə  havadan 

asılı  olacaqdır.  Əlbəttə,  gələcəkdə  bu  barədə  qanun  lahiyəsi  idxal  eyləmək  olar. 




101 

 

Fəqət,  indi  ədyan  naziri  olmağına  görə  komisyonun  qərarının  qəbulunu  təklif 



edirəm. 

Rəis - "Əhrar" fraksiyasının təklifini səsə qoyuram. (Rusca oxuyur) Kim 

bu təklifin tərəfdarıdır, təvəqqe edirəm əllərini qaldırsınlar. Kim əleyhinə, kim səs 

vermədi. Təklifə tərəfdar 12, əleyhinə 26, səs verməyən 8. Əksəriyyət rəy ilə təklif 

qəbul  olunmur.  Layihənin  birinci  maddəsini  səsə  qoyuram.  Kim  tərəfdardır, 

təvəqqe  edirəm  əlini  qaldırsın.  Əksəriyyət  rəy  ilə  birinci  maddə  qəbul  olunur. 

Əhməd bəy! İkinci maddəni oxuyun. 

Əhməd bəy - (Oxuyur rusca). 

Rəis - İkinci maddə xüsusunda kim danışmaq istəyir? Əhməd bəy. 

Əhməd Mövdət - Mən təklif etmək istəyirəm ki, bizim fraksiyanın təklifi 

birinci maddəyə daxil olmursa, ikinci maddəyə daxil olar. Hərkah məvacib vermək 

lazım isə birinci dərəcədə olanlara, xeyir dərəcədə olanlara verilsin ki onlar əxzi-

əsgər idarəsində xidmət edib zəhmət çəkirlər və quberinski pristavayalarda doğru 

yerlərdə mollalar, qazilər çalışırlar. Hətta bəzilərini də suda verirlər və pul almırlar. 

Ruhanilərdən  hökumət  işlərini  ayırmalıdır.  Şimdi  əgər  müfti  və  şeyxülislam  adı 

çəkilib  qeyrilərini  qeyd  etməyiriksə  böyük  ədalətsizlikdir.  Mən  təklif  edirəm  ki, 

məşyəxət sədrləri qanun içərisindən götürülsün. 

Rəis - Söz Rəsulzadənindir. 

Məmməd Əmin - Əhməd bəyin təklifi nəzərdə pək doğru görünürsə, fəqət 

ona felən dərindən baxanda doğru deyildir. Bir idarə lazımdırmı, xırda mollalardan 

hansının rütbəsi artacaq, müvafiqmi? Deyilmi? Onlara sərkətlik etsin, yaxşı yaman 

beylə  bir  idarə  vardır.  Şimdi  xırdaları  tərtibə  salmaq  üçün  bunu  havadan  açmaq 

lazım  dəgildir  və  biz  məmurların  məşyəxət  idarəsinin  qanunda  qalması 

tərəfdarıyıq, mən demək istədiyim budur. 

Sədr - Əhməd Cövdət. 

Əhməd  bəy  -  Zənn  edirəm  ki,  mənim  dediklərimə  dərindən  baxanda 

doğrudur, əgər biz ruhanilərdən hökumət məmurları sırasına qəbul etmək istəsək, 

gərək  qeyri  komisyalarda  və  idarələrdə  olan  məmurları  dəxi  buraya  daxil  edək. 

Məsələn,  topraq  komisyasında  bəzi  adamlar  var  mülkiyyət  müfəttişi  və  qeyriləri, 

gərək  bu  qanun  lahiyəsinə  daxil  edib  hökumət  məmurları  deyə  tələqqi  edək. 

Çünkü,  mən  bayaq  söylədim  ki,  mən  razı  ola  bilmərəm,  ruhaniləri  ikinci 

dərəcədə...  Qabaq  onların  ruhaniləri  bizim  üçün  o  qədər  müqəddəsdir  ki,  qəbul 

etmək olmaz. Bəli indi biz bu layiheyi-qanuniyyəni qəbul edirik, bəli hökumətə də 

təklif  edirik  ikinci  bir  qanun  lahiyəsi  tərtib  etsin  ki,  orada  ruhanilərin  hallarını 

düzəltsin. 

Rəis - Niyazi bəy Kiçikxanov. 

Niyazi  bəy  -  Burada təklif  edirlər  ki, məşyəxət  götürülsün,  bəli  bu  yaxşı 

deyil. Mən təklif edirəm ki, məşyəxət götürülməsin, ədyan nəzarətinə təklif edilsin 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə