Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə49/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   45   46   47   48   49   50   51   52   ...   334

108 

 

Mahmudov  ("Müsavat")  -  Müəllimlər  barəsindəki  maddədə  edadiyyə 



müəllimləri haqqında layiheyi-qanuniyyədə bölgü var idi; senzi olanlara bir məaş 

təyin edilmişdi, olmayanlara digər miqdar. Komisya götürüb onları birləşdirmişdir. 

Rəis - Söz Qasım bəy Camalbəyovundur. 

Camalbəyov  -  Natiqlərin  əqidəsinə  bütün-bütünə  şərikəm.  Lakin  onu 

istəyirəm deyim ki, mən özüm də müəlliməm və   müəllimlərin   halına   bələdəm.   

Şəhadətnaməsi, senzi olan olmayanla da heç təfavütü yoxdur. Öylə müəllimlər var 

ki, şəhadətnaməsi vardır. Amma müqabilində öylələri vardır ki, senzi yoxdur, senzi 

olandan  çox  çalışıb,  nəfi  yetirir.  Bu  nöqteyi-nəzər  ilə  onun  tərəfdarıyam,  necəki 

natiq  söylədi,  gərək  məvacibləri  bərabərləşdirilsin.  Yoxsa  bunun  senzi  var,  onun 

senzi  yoxdur,  bu  gərək  ondan  az  maaş  alsın,  düz  ikisi  də  zəhmət  çəkir.  Gənə  də 

bulurlar.  Gərək  kəndlərdə  müəllim  olsun.  Məktəblərdə  müəllim  olmağı  vacibdir. 

Onlar gərək hər bir şeydən əl çəkib öz işlərinə məşğul olsunlar. Yoxsa birinə artıq, 

birinə az verəndə özgə işə məşğul olarlar. Yenə də xüsusi dərslər yoxdur ki, dərs 

versin.  Dərs  olmayanda  ayrı    işə    baxacaq.    Hər  halda  senzi  olan  olmayan  bir 

məvacib almalıdır. Rəis - Söz Ağa Aşurovundur. 

Ağa Aşurov - Burada olan təklifin məarif işinə zərərdən başqa heç bir ayrı 

əsəri olmaz. Heç  vaxt olmaz ki, sənədlər, illər ilə elm oxuyan adam ondan aşağı 

elmi olanlar ilə bərabər qoyulsun, bir məaş alsın. Bu insafsızlıqdır, haqsızlıqdır. O 

yerdəki,  elmi  qabağa  aparmaq  istəyirsən,  gərək  bir  konkrensiya  düzəldəsən  ki, 

hamı  oxuyub  qabağa  getsin,  oxuyan  ilə  oxumayan  bir  olacaq,  onda  heç  kəs 

oxumaz. Hər kəs gedib müəllim olar. Onda küçədən tutub, aparıb müəllim qoymaq 

olar.  Bu  loqika  ilə  davam  etsəniz,  onda  heç  oxumaq  da  lazım  gəlməz  heç  vaxt 

senzli  ilə  senzi  olmayanı  bir  bərabərdə  tutmaq  olmaz.  Bunda  zərərdən  başqa  ayrı 

bir şey yoxdur. Rəis - Söz Mehdi bəy Hacınskinindir. 

Mehdi bəy  Hacınski  - Əlbəttə, Ağa Aşurov  burada ifrat nifrit götürdülər. 

Küçədən müəllim tutmaq olmaz, bu sözün mənası yoxdur. Mən pedaqoji nöqteyi-

nəzərdən  5  il  götürdüm.  Madam ki,  bir adam  beş  il  müəllimlik  edir  və  idarə  onu 

qəbul  edir,  deməli,  onun  müəllimlik  imtahanı  və  təcrübəsi  vardır.  Mən  Mustafa 

Mahmudovun  rəyinə  şərik  olardım  ki,  müəllimlər  bulunmasın,  məsələ 

şəhadətnamədə deyildir. O bir parça kağızdır, fəqət bilinsin ki, onlar bu vəzifəyə 

layiqdirlər.  Bu  təklifi  etməkdən  məqsədim  budur  ki,  təzə  gələnlər  ilə  5  il  zəhmət 

çəkənlərin arasında təfavüt olsun. Doğrudur, bunların şəhadətnaməsi yoxdur, ancaq 

təcrübələri  var.  Necə  olsa  5  ildə  pedaqojidən  xəbərdar  olurlar.  Mən  təklifin 

üzərində  dururam.  Beş  ilin  zərəri  yoxdur.  Aşurov  buyurur senzli  olsun.  Öylə  bir 

müəllim var ki, senzi var, istedadı yoxdur. Müəllimlik edirlər. Burada müəllimlər 

var  bunu  yaxşı  bilirlər.  Təklif  edirəm  senzi  olanlar  qalsın,  burada  5  il  zəhmət 

çəkənlər  də  həmin  13-cü  dərəcəyə  daxil  edilsin.  Rəis  -  Söz  Mustafa 

Mahmudovundur. 




109 

 

Mustafa  Mahmudov  -  Əfəndilər!  Zənnimcə  məsələni  burada  qarışdırdıq. 



Bu gün Parlaman hökumət qulluqçularının məaşını artırmaq məsələsinə məşğuldur. 

Əgər  qanun  layihəsi  məktəblər  və  müəllimlər  barəsində  olsa  idi  və  nə  tör 

müəllimlər hansı məktəbə  getsin məsələsi  müzakirə  edilsə idi,  onda  bu  məsələni 

qaldırmağın yeri var idi. (səslər "Özün bu məsələni başladın ki!") Ancaq bu günkü 

məsələ  maaş  xüsusundadır.  Bunun  üstə  danışaq.  Deyirlər,  maaş  iki  sinfə 

verilməsin,  bərabərləşdirilsin.  Mən  yenə  müəllim  olduğum  halda  birinci  senzidən 

mən özüm almışam. Qəti surətdə deyirəm ki, bu senzilər bizim məktəblər üçün kafi 

deyil.  İş  senzə  qalsa  güclü  maaş  gərək  mənə  verilsin.  Mənim  ilə  bərabər  senzi 

olmayanlar vardır ki, məndən də yaxşıdırlar. O ki, qaldı Ağa Aşurov deyir, onların 

senzi  yoxdur,  oxumayıblar,  səhv  edir.  Onlar  da  boş  deyil.  Onlar  da  oxuyublar. 

Ancaq onlar ayrı məktəbdə oxuyublar. Ağa Aşurov deyən senzi almayıblar. Qaldı 

5 il məsələsi. Bu gün biz maaş məsələsinə məşquluq, heç bir müfəttiş, heç bir nazir 

bir  müəllimi  bir  yerə  təyin  edəndə,  öz  başına  təyin  eyləmir.  Bu  detaldır.  Öylə 

müəllim var ki, 3 ay hazırlansın. Öyləsi var ki, iki il, öyləsi var ki, 5 ildə hazırlansa 

heç bir şey çıxmaz. Bu müfəttişin öz işidir. Bu gün gərək müəllimlərin zəhmətini 

nəzərə  alaq  nə  ilə  güzəran  edə  bilir.  Ona  görə  müəllimləri  hissəyə  bölmək  lazım 

deyildir.  Mən  yenə  öz  təklifim  üzərində  bərqərar  olub  deyirəm  ki,  o  senz  ki  Ağa 

Aşurov  üçün  böyük  maddədir,  biz  buna  ancaq  adət  etmişik,  onun  heç  bir 

əhəmiyyəti yoxdur. Hər halda müəllimləri hissəyə bölmək olmaz. 

Səs - Elmin də əhəmiyyəti yoxdur? 

Rəis  -  Müzakirə  dəvam  edir.  Təklif  var  ki,  əlində  şəhadətnaməsi 

olmayanlar  da  keçsin  13-cü  dərəcəyə.  (Mustafa  Mahmudova)  Sizin  təklifiniz 

ümumi olmadığı üçün maddəyə aid deyildir. Təklifi əldə tutub, bu təklif maddəyə 

aid olmadığından səsə qoymayacağam. 

Mustafa Məmmədəv (yerindən) - Mən də onda iştirak edirəm. 

Rəis - Camalbəyov. 

Camalbəyov  –  Mənim  ikinci  dəfə  buraya  çıxıb  danışmaqda  məqsədim 

budur. Şəhadətnaməsi olan müəllimləri əksik tutmayın. Ağa Aşurov öylə görünür 

ki, söylədiyi sözlərlə nəşri-maarifə toxunmaq, zərbə vurmaq istəyir. 

Rəis - Burada məarifə zərbə vuran yoxdur. Siz başqa dürlü başa düşdünüz. 

Natiq dəvamla - Bizim müəllimə çox ehtiyacımız var, kəndlər müəllimsiz 

durur.  Müəllimlər,  ümumiyyətlə  müəllimliyə  layiq  olmayanlar  daha  aşağı 

qulluqlarda  xidmət  edirlər.  Səbəbi,  məvaciblərin  azlığı  və  çəkdikləri  məzaiqdir. 

Mən  Mehdi  bəyin  fikrində  iştirak  edər,  beş  sənə  müəllimlik  xidmətində 

bulunanlara təfavütün qonulmamasını təklif edirəm. Rəis - Abdulla Əfəndizadə. 

Əfəndizadə  -  Aşkar  bir  şeydir  ki,  əgər  müəllimin  əlində  şəhadətnaməsi 

yoxsa,  ona  müəllim  demək  olmaz.  Baxınız,  təcrübə  dərsləri  müəllim  üçün  kafi 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə