Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə45/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   41   42   43   44   45   46   47   48   ...   334

98 

 

axırda törəyəsidir. Mən bilirəm ki, iki aydır, sistematiçeski bu işi dalıya salırlar. Bir 



qırıx  məsələ  qabağa  gedəndə  gənə  onu  dala  salırlar.  Mən  təvəqqe  edirəm  yer 

məsələsi lap qabağa salınsın. 

Rəis - Muxtar Əfəndizadə. 

Muxtar  Əfəndizadə  -  Səmədağa  buyurduğu  kimi,  yer  məsələsi  gah  irəli, 

gah  dalıya  salınır.  Biz  bunu  ətraflısa  mülahizə  etsək,  yer  məsələsi  hamısından 

əvvəl  həll  edilməlidir.  Əgər  hökumət  məmurlarının  maaşları  birinci  növbəyə 

qoyulsa  da  buna  məcburuq  ki,  əvvələ  keçirək.  Parlaman  üzvlərinin  nəzərini  bir 

şeyə  cəlb  edirəm  ki, hər  yerdə,  yer  məsələsi  mütləq  qalmışdır.  Nə  bəylər  cəsarət 

edib yerlərini işlədirlər, nə kəndçilər cəsarət edib, zor ilə tuturlar. Böyləliklə yerlər 

istifadə  edilməmiş  bir  halda  qalır,  çünkü  qanun  yoxdur.  Məsuliyyət  bizim 

öhdəmizdə olmamaq üçün təvəqqe edirəm qanun layihəsini üçüncü növbəyə salaq. 

Rəis  -  Buna  etiraz  edən  yoxdur?  səsə  qoyuram.  Kim  divani-rəyasətin 

təklif  eylədiyini  qəbul  edirsə,  təvəqqe  edirəm  əllərini  qaldırsın.  (Əllər  qalxır). 

Əksəriyyət  rəy  ilə  qəbul  edilir.  1-ci  məsələ  xüsusunda  ərz  etmək  istəyirəm  ki, 

məarif  naziri  bu  gün  Parlamana  gəlməyəcəkdir.  Təvəqqe  edibdir  ki,  növbədən 

götürülsün, gələn iclasa qalsın, çünkü orada bəzi məsələlər var ki, onun barəsində 

özü  izahat  verəcəkdir.  Etiraz  yoxdur,  qəbul  edilir.  Daxil  olmuş  kağızlar.  (Katib 

oxuyur).  Bərayi  -məlumat  onu  bildirmək  istəyirəm  ki,  katib  müavini  Bayram 

Niyazi  Kiçikxanov  Parlaman  güşadından  bəri  tam  üç  ay  məzuniyyətdə  olubdur. 

Ədliyyə naziri rica edir ki, Zaqatalaya gedəcək komisyona müavinətdə bulunmaq 

üçün Kiçikxanova iki həftə məzuniyyət verilsin. (Rusca). Böylə olmasa idi, divani-

rəyasət  özü  verər idi,  çünkü ay  yarımdan artıqdır.  Fəqət  indi  Parlamana  müraciət 

etmək  məcburiyyətindədir.  Bu  barədə  kim  danışmaq  istəyir?  Etiraz  yoxdur,  səsə 

qoyuram.  Kim  əleyhinədir?  Kim  səs  vermədi?  Kim  razıdır?  Böyləki,  ədliyyə 

nazirinin ricası 20 səs lehinə, 16 əleyhinə, 8 səs verilməyibdir. Əksəriyyət rəy ilə 

qəbul edilir, iki həftəlik məzuniyyət verilir. 

Rəis - Növbədəki məsələ hökumət məmurlarının maaşları haqqında qanun 

layihəsinin ikinci qiraəti. Məruzəçi Əbdüləli bəy. 

Katib müavini (Hacınski Mehdi bəy) - Birinci maddəni oxuyur. 

Rəis  -  Rica  edirəm,  xüsusi  söhbətlərinizi  buraxasınız.  Rica  edirəm 

dinləyəsiniz. 

Mehdi bəy - Oxumaqda dəvam edir. 

Hacıbababəyov (yerindən) - Bir az bərk oxuyunuz, eşidilmir. 

Mehdi bəy - Oxumaqda dəvam edir. 

(Mehdi  bəy,  hökumət  qulluqçularının  maaşlarını  artırılması,  onların  bir 

nizam  və  qaidə  alınması  barəsində  olan  qanun  layihəsinin,  xidmətçilərin 

dərəcələrini göstərən cədvəli oxumasına dəvam edir). 

Rəis - O təshih əvvəlinci maddəyədimi, Mehdi bəy? 




99 

 

Mehdi  bəy  -  Bəli!..  Bəli!..  Əvvəlinci  maddəyədir.  (Oxumasına  dəvam 



edir). 

Rəis (məbuslara) - Rica edirəm, xüsusi söhbət etməyəsiniz... Heç  bir şey 

eşitmək olmur. Söz Əhməd Cövdətindir. 

Əhməd Cövdət - Bu qanun layihəsi büdcə qanununu bütün-bütünə təğyir 

və təbdil edir. İndiyə qədər məmurlar bir cədvəl üzərinə məvacib alırdılar. İndi isə 

bu qanuna görə maliyyə-büdcə komisyonu tərəfindən qəbul olunmuş yeni cədvəllər 

ilə alacaqlar.  Ona  görə  lazımdır  ki,  o  cədvəl  burada  oxunsun,  sonradan  Parlaman 

qəbul etsin. O vaxt bu qanun olar. Yoxsa katib o qədəri təsdiq eylədilər bir olmaz. 

Bu oxunan birinci maddə idi. Fəqət cədvəl hansı isə oxunmadı. Və maliyyə büdcə 

komisyasının  bu  layihə  haqqındakı  siniflərə  aid  təğyir  və  təbdil  qəbul  etdiyi 

bəratilqəvl  oxundu.  Bu  cür  bu  doğru  deyildir.  Qanun  layihəsi  gərək  oxunsun  ki, 

filan  adamlar  birinci  sinfə,  məvacibi,  bu  qədərdir,  filan  adamlar  2-ci  sinfə, 

məvacibi  bu  qədərdir.  Maddə-maddə  komisyonunun  təğyir  və  təbdili  ilə  oxunar. 

Parlaman ya qəbul edər, ya rədd edər. Və ya Parlaman üzvləri özlərindən təkliflər, 

təchihlər  edərlər.  Yoxsa  indi,  birinci  maddəni  oxuyub  bu  cür  qəbul  etmək  doğru 

deyildir. Bu, yenə təkrar edirəm ki, olmaz. Qəbul olunacaq qanun gərək məclisdə 

oxunsun,  adı  çəkilsin.  Oxunmayan  bir  layihə  qanun  hesab  edilməz.  Ona  görə 

cədvəllərin sıra ilə oxunmasını təklif edirəm. 

Rəis  -  Təklif  xüsusunda  kim  danışmaq  istərdi?  Etiraz  yoxdursa,  təklif 

qəbul edilir. (Katibə) Katib əfəndi, cədvəlləri oxuyunuz. 

Katib - Cədvəllərin ancaq ruscası var. Türkcəsi yoxdur. Qanun lahiyəsinin 

türkcəsi yoxdur. Ruscasını oxuyummu? 

Rəis - Cədvəllərin türkcəsi yoxdur. Çünkü xüsusi istilahlardır. Tərcüməsi 

çətindir.  Əgər  müsaidə  versəniz,  ruscası  xunar.  (Səslər:  Türkcəsi,  türkcəsi 

oxunsun).  Əhməd  bəy,  siz  ruscasını  oxuyun,  türkcəsini  Bayram  Niyazi  tərcümə 

edib oxuyar. 

Katib - Cədvəlin birinci maddəsini oxuyur. 

Rəis  -  Bu  xüsusda  kim  danışmaq  istərdi?  Birinci  maddəyə  aid  bir  təklif 

var.  "Əhrar"  fraksiyası  tərəfindən:  məşixiyyət  sədrləri  ikinci  dərəcədən  birinci 

dərəcəyə  keçirilsin.  Bu  xüsusda  kim  danışmaq  istərdi.  Söz  Abdulla  bəy 

Əfəndizadənindir. 

Abdulla  Əfəndizadə  -  Məlumunuzdur  ki,  onların  hər  ikisi  də  müstəqil 

dinin hakimləridirlər. Ruhani mövqeinin cəmaət arasında böyük hörməti də olduğu 

aşkardır. Ona görə də bunların maaşlarının ikinci sinifdən birinci sinfə keçirilməsi 

lazımdır. 

Rəis - Səmədağa Ağamalı. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə