Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə41/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   37   38   39   40   41   42   43   44   ...   334

90 

 

öz  məmurlarına  xüsusi  təxsisat  versin,  əlli  prosenti  artımı,  burası  qeyri 



müəyyəndir. Biz ancaq məcburuq hökumətə inanaq, dəmir yolları naziri və dəmir 

yollarına  xidmət  edənlər  üçün  bir  cədvəl  tərtib  vermişdir  ki,  bu  cədvəllər  ilə 

məmurlar  1500  və  1300  [manat]  maaaş  alırlar.  Fəqət  nazirə  ixtiyar  verilir  ki,  bu 

cədvəli  dəyişdirsin.  Deməli,  bugün  on  milyon  pul  buraxılırsa,  sabah  nazir  öz 

ixtiyarı ilə on beş milyon verə bilir. Bu isə qanuni-əsasini pozur. Bunları düzəltmək 

lazımdır.  Bu  qanun  layihəsin  düzəltmək  çox  çətindir.  Bunu  hökumət  maliyyə  və 

büdcə  komisyasına  mart  ayında  təqdim  etmişdir.  Gördünüz  ki,  bir  qaç  ay  yatdı, 

sonradan yenə lazım oldu. O vaxt layihə idi. [İndi qəbul] olunaraq tərtib edilərkən 

bir  çox  nəzarətdə  ki,  məmurların  məvacib  məsələsi  qanun  içərisinə  idxal 

edilməmişdir.  Biz,  buna  bu  gün  baxarkən  o  cür  məmurların  daxil  edilmədiyini 

nəzərə  almalıyıq  və  bilməli,  həqiqətən  də  yaddan  çıxmış  və  qeyd  edilməmiş 

məmurlar  vardır,  gərəkdir  layiheyi-qanuniyyəyə  yeni  maddələr  idxal  edilsin. 

hökumət və nəzarət məmurlarından bir çoxları bu qanundan razı deyillər. Biz, bu 

qanunun  əleyhinə  söz  söyləmək      məcburiyyətindəyik,  çünkü  bu  qanun  bəzi 

nəzarətlərin, xüsusən, ədliyyə nəzarətinin məmurlarını razı sala bilməz və hökumət 

məmurları  bizə  müraciətən  söyləyirlər  ki,  filan  iş  yazılmamış,  filan  iş  yaddan 

çıxmış,  filan  iş  böyülə  gəldi,  filan  iş  öylə  getdi  və  maliyyə  komisyası  bu  qanun 

layihəsinin  əleyhinədir.  Məsələn,  hərbiyyə  nəzarətinin  nümayəndəsi  bu  qanunun 

əleyhinədir  və  güman  edirəm  ki,  qeyri  nəzarətlər  dəxi  buna  razı  olmayacaqlar. 

Bizim  nöqteyi-nəzərimiz  bu  qanun  layihəsinin  əleyhinədir,  çünkü  burada  bir 

sistemsizlik  var  və  biz  o  rəydəyik  ki,  hər  bir  nəzarət  bu  yaxın  zamanlarda  öz 

büdcəsini hazır  etsin,  biz  əhvali-hazirəni nəzərə alaraq,  bu  qanun layihəsini rədd 

etməmək ilə  və  bilməcburiyyə  qəbul  etmək  ilə  bərabər hökumətə təklif  edirik  ki, 

hər  bir  nəzarət  ez  büdcəsini  tezlik  ilə  təqdim  eyləsin.  Əvvəla,  büdcə  siyasətini 

qəbul  etsin  və  büdcə  ilə  maaş  təyin  olunsun  və  2-cisi  məmurlar  ərzaq  ilə  təmin 

edilsin.  Ola  bilsin  qanunnamə  maddəbəmaddə  oxunanda  bir  para  məsələlər 

barəsində danışaq, çünkü bir kuryerin məvacibinə 100, ya 150 manat artırmağa biz 

razı olmayacağıq. 

Rəis - Əliheydər Qarayev. 

Qarayev – Türkdə bir məsəl var ki balıq görünüz nə qədər şordur ki, qadın 

da, kişi  də məmurların  məişətinin  çətinliyini  etiraf  edirlər. Təəssüf  olsun, mayda 

yazılıb  artırılması  gözlənilən  maaş  qanun  layihəsi  sentyabrda  burda  baxılır. 

Acyalavac məmurların bugün halı nəzərə alınar isə 40-50 min Bakı əmələlərinin də 

halını nəzərə almalıdır ki, 4 yüz manat ilə güzəran edilməz. Keşiş  əfəndi (Gülüş) 

dedi ki, baş məmurların maaşı səhətincə halları kiçik məmurlara nisbətən daha da 

fənadır. Onların məvacibləri artıq dərəcədə artırılmalıdır. Hökumətdə maaşları baş 

məmurlara artıq  dərəcə,  aşağı  məmurlara  az  dərəcədə  artırılmalıdır.  Mən  deyirəm 

ki,  İvan  Petroviç  və  Məmməd  Vəli  oğlu hər ikisi  insandırlar,  onun  da,  bunun  da 




91 

 

arvadı, uşağı vardır. Əgər aşağı sinifdən bir məmur gündə 2 girvənkə çörək alırsa 



12 manat, yarım girvənkə ət 9 manat, bir çetver soğan 4 manat, kömür 2 manat, 

qənd  10  manat,  çay  və  qeyrə,  deməli  bir  nəfərə  gündə  azı  50  manat  lazımdır  ki, 

güzəran keçirsin. Bir məmura ayda 1500 manat çatmaz. Məndən sonra çıxan natiq 

yəqin  deyəcək  ki,  qosudarstvenni  toçka  zreniyə  ilə  qəbul  etmək  olmaz.  Biz 

hökuməti  tənqid  edəndə  deyirik  ki,  ticarət,  sənaət  və  ərzaq  nəzarətində  anarxiya 

var,  martda  biz  məvacib  artıranda  xəyal  edirdik  ki,  məmurların  cibində  heç 

olmazsa  2  qəpik  nəqdləri  qalacaq,  imdi  görürük  ki,  gənə  onların  bir  qəpikləri  də 

yoxdur.  Deyə  bilərik  ki,  bu  artırılma  ilə  şad  olsun,  spekulyantlar  şad  olmasın, 

əmələ sinfi bir də burada dedilər ki, bir məmur 2 yerdə qulluq edə bilməz. Lakin 

müəllim  bir  qulluğu  edə  biləcəklər,  onda  məmurlar  insanlıqdan  kənar  olur.  Bir 

məmur  12-14  saat  işlər  isə,  əlbəttə  insanlıqdan  xaricdir.  Bəs  nə  etməli,  imdi 

sentyabr  ayında  çörəyin  girvənkəsi  5  manatdır,  sonra  15  manatdır  deyəcək,  bu 

pullar  ki,  biz  çap  edib  buraxırıq,  axırda  öylə  olacaq  ki,  Firəngistan  inqilabında 

Parisdə  bir  girvənkə  çörək  üçün  bir  araba  kağız  pul  aparılan  kimi  biz  də  elə 

etməliyik  və  olacağıq.  Bunlara  da  ciddi  tədbir  lazımdır.  Bizim  ərzaq  nəzarəti  isə 

möhtəkirlərə kömək edir, 12 manata soğan olarmı? 30-35 manata qənd olarmı? 7-8 

manata üzüm olarmı? 

İkincisi,  bizə  deyirlər  ki,  donluqları  artırsaq  170-180  milyon  xərc  artıq 

olar. Əfəndilər! Bu saat idarələrdə çox artıq məmurlar vardır. heç ola bilərmi ki, bir 

məclisdə  2  sədr  olsun?  Bu  olan  şeydirmi?  Bu  artıq  xərcdir,  cəmaətə  zərərdir.  Bu 

artıq  məmurları  çıxarmaq  lazımdır.  Bu  heç  qanunda,  heç  dövlətdə  görülməyib, 

ancaq  Azərbaycanda  görünür.  Bir  də  müəllimləri  ayırırlar.  Əfəndilər,  müəllim, 

müəllimdir,  ikisi  də  dərs  verir,  ikisi  də  zəhmət  çəkir,  onları  zəhmətdən  ayırmaq 

ədalətsizlikdir. Bir də deyilər ki, polis məmurlarının maaşları artırılsın, çünkü onda 

rüşvət almaq olmaz. Amma bu doğru deyildir. Bu rüşvətxorluq üsuli-idarədəndir. 

Nə  qədər  ki,  bu  üsuli-idarə  var,  rüşvət  və  zülm  dəvam  edəcəkdir.  Nikolay 

məmurları  rüşvət  ilə  tərbiyə  tapmışdır.  O,  rüşvət  almaya  bilməz.  Rüşvətxorluğu 

yıxmaq istəyirsinizsə bu üsuli-idarəni dağıtmalıyıq. Bir də gərək maaşlar bərabər 

artırılsın, təmaminə. Mən İvan o Əlidir, Məmməddir, olmaz. 

Rəis – Təklif var ki, vaxt gec olduğundan müzakirə bitib dalı gələn iclasa 

qalsın. Vaxt üçün yarısıdır- Fəqət məsələ təcili olduğundan laməhalə birinci qiraəti 

bu gün qurtara idik. (səslər: doğrudur).Malxazov. 

Malxazov - Rusca. 

Rəis - Abdulla bəy Əfəndizadə. 

Abdulla  bəy  -  Möhtərəm  əfəndilər!  Bu  layihə  xüsusunda  sabiq  natiqlər 

danışdılar, nöqsanını mümkün qədər göstərdilər. Bu qaidə ilə iş getməsindən naşi 

böyük nöqsanlar içində olduğunu söylədilər. Lakin layihənin yaxşı tərəfi də vardır 

ki, ümum üçün sistem düzəldilibdir. Doğrudur, bu sistemin də ola bilər nöqsanları 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə