Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə38/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   34   35   36   37   38   39   40   41   ...   334

84 

 

oxumaq Malxazovun vəzifəsi deyildir. Keçən dəfə bu barədə təklif etmişdim. Sədr 



dedi ki, vaxtı gələrkən səsə qoyacağam. Ona görə mən də geri götürdüm. Bir də 

bilməmisiniz  ki,  tələbələrin  hüququ  yalnız  bu  maddədə  deyil  ümum  şura 

məsələsinə  də  aiddir.  Əgər  o  vaxt  qaldırsaq,  Malxazov  deyərdi  ki,  şura  məsələsi 

keçdi.  O  vaxt  danışa  idiniz.  Ona  görə  mən  bunu  rədd  edirəm.  Keçən  dəfə  təklif 

olmayıbdır.  Mən  təklif  edirəm  ki,  tələbələr  şurada  iştirak  etsinlər,  fəqət  rəyləri 

olmasın. 

Rəis - Söz məarif naziri Kaplanovundur. 

Rəşid  xan  Kaplanov  -  Əfəndilər!  Əski  Rusiyada  darülfünunlar  bir 

müəssiseyi-məarifdən  ziyadə,  bir  mərkəzi-siyasət  olmuşdu.  Ona  görə  tələbələr 

siyasət  ilə  iştiğal  edərlərdi.  Bunun  üçün  tələbələr  bu  maddə  əleyhinə  çalışarlar. 

Bizdə  isə  böylə  deyildir.  Azərbaycan  kimi  hüquqi-siyasiyyəyi  təmin  edən  bir 

məmləkətdə  tələbələrin  hüquqi  siyasiyyələrindən  bəhs  etmək  lazım  deyil,  bir  də 

siyasət  ilə  iştiqal  edən  böyük  məclisimiz  Parlaman  və  siyasi  firqələrdir.  Arzu 

edərdik  ki,  darülfünun  siyasətdən  uzaq  olub  ülum  və  bütün  ilə iştiqal  etsin.  Əgər 

tələbələr siyasət ilə iştiğal etmək arzu edərlər isə bir müəllim və tələbə kimi deyil 

bir  qrajdan  kimi  iştirak  etsinlər.  Russiyada  mülahizati-siyasiyyədən  məşət  edən 

məsələləri  burada  qaldırmağın  yeri  deyildir.  Bunun  nə  qədər  zərərli  olduğunu 

nəzərə  alaraq mən  bu  təklifə  etiraz  edirəm.  Siz  pək  eyi  anlarsınız  ki,  bir  müəllim 

şərq tarixi tərtib verməklə məşğul ikən, bir edadi tələbəsinin onun işinə qarışması, 

işləri nə  qədər  ləngidir.  Siz  bilirsiniz  ki, darülfünün  içərisində  konardan  gələnlər 

bulunacaqdır.  Aralarında  bir  müna-sibət  olmayan  üzvləri  şuraya  buraxmaqla  siz 

darülfünunu nə hala qoymaq istəyirsiniz. Mən şurada tələbələrin iştirakını qətiyyən 

lazım bilmirəm. 

Rəis  -  Sırada  natiq  olmadığından,  söz  məruzəçi  Mehdi  bəy 

Hacınskinindir. 

Mehdi bəy Hacınski - Qarayev əfəndinin özgə xəyali yoxdur. Hər nə yaxşı 

iş  varsa,  deyir  ki, inqilab  nəticəsidir.  Hər nə  pis  şey  varsa,  deyir  ki,  Nikolaydan 

qalıb.  Lakin  əsasi  ilə  baxılmalıdır.  Hansı  Yevropa  darülfünunda  tələbələr 

darülfünun şurasında iştirak edir? 

Qarayev  (yerindən)  -  Mən  qətiyyən  komisyon  tərəfindən  bu  işə  razı  ola 

bilmərəm. 

Rəis - Əhməd bəy tərəfindən 4-cü babın 16-cı maddəsinə əlavə olaraq bir 

təklif  varid  olmuşdur.  Təklif  belədir:  Darülfünun  şurasına  tələbə  nümayəndələri 

daxil  edilsin.  Çünkü  komisyon  bu  təklifi  qəbul  etmir.  Əvvəlcə  bunu  səsə 

qoyacağam. Kim bu əlavəni qəbul edirsə rica edirəm əlini qaldırsın. (Əllər qalxır). 

Kim bunun əleyhinədir. (Əllər qalxır). Rica edirəm, səsi məxsərəyə qoymayasınız. 

Həm  lehinə,  həm  əleyhinə  səs  vermək  olmaz.  Mən  sizlərə  fikir  verirəm.  Səs 

verməyən (Əllər qalxır). Təklifin lehinə 11, əlehinə 32, səs verməyən 7 - əksəriyyət 




85 

 

rəylə  təklif  qəbul  edilmir.  4-cü  babı  komisyon  qəbul  etdiyi  kimi  səsə  qoyuram. 



Kim qəbul edirsə rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Kim əleyhinədir? (Əllər 

qalxır). Kim səs verməyib? (Əllər qalxır). 4-cü babın lehinə 23, əleyhinə 12, səs 

verməyən 10. Əksəriyyət rəylə 4-cü bab komisyon təklifi ilə digər qərar üzrə qəbul 

edilir. (Katibə) 5-ci babı oxuyun. 

Katib - (Layihənin 5-ci babını türkcə və Rusca oxuyur). 

Rəis  -  Beşinci  bab  xüsusində  kim  danışmaq  istərdi?  Natiq  olmadığından 

səsə qoyuram. Etiraz yoxmu? Beşinci bab qəbul edilir, altıncı babın oxuyunuz. 

Katib - Altıncı babın oxuyur. 

Rəis  -  Altıncı  bab  qurtardımı?  Altıncı  bab  xüsusunda  kim  danışmaq 

istərdi? Natiq olmadığından səsə qoyuram. Etiraz yoxmı? Etiraz olmadığından 6-cı 

bab  qəbul  edilir.  Yeddinci  babı  oxuyunuz?  (Kyüsterə)  -  Zənki  çalın,  kvorum 

yoxdur, çağırınız. (Katibə) Oxuyunuz. 

Katib - Oxumağa dəvam edir. Katib  - Bunun ayrıca bir təshihi də vardır. 

Rəis - Oxuyunuz, təshihlə bərabər. 

Mehdi bəy (Oxuyur) - (Rusca) Burada 30-su maddədə deyilir ki, guya bir 

məsələ müzakirə olunan vaxtda qeyb  olan professor öz rəyini digər bir professora 

verə  bilər  ki,  onun  ixtiyarı  olsun  iki  səs  verməyə.  Komisiya  buna  baxdıqda, 

komisyada  iki  cərəyan  vardı.  Bir  o  idi  ki  ixtiyar  verilsin,  digəri  isə  deyir  ki,  bu 

demokratik  üsulu  ilə  doğru  deyil,  onun  üçün  əksəriyyət  ilə  qərar  verildi  ki,  bir 

professorun  səsini  qeyrisinə  verə  bilsin  və  30-cu  maddə  böylə  olsun.  (Oxuyur). 

Vəssalam.  İclasa  gəlməyənlər  otuzuncu  maddəyə  görə  səslərini  itirirlər.  Rəis  - 

Komisyonun rəyi nədir? Mehdi bəy – Bəylə qərar qoydu. Rəis - Oxuyunuz. Mehdi 

bəy  -  (Rusca,  oxuyur).  Rəis  -  Xülasə!  Maddəni  komisya  nə  tör  qəbul  edib,  öylə 

oxuyun. 


Mehdi bəy - (Oxuyur). 

Rəis  -  Yerdə  qalan  buraxılırmı?  Onu  eşitdiniz  ki,  komisyon  tərəfindən 

yalnız  30-cu  maddə  təshih  olunur.  Böylə  ki,  isbativüsud  edən  professorlar  rəy 

veriblər və vəkalət üzrə səs verə bilməzlər. Odur ki, 7-ci babı komisyonun rəyi ilə 

səsə qoyuram. Kim bu maddəni qəbul edir, təvəqqe edirəm əllərini qaldırsın (əllər 

qalxır).  Etiraz  yoxdır.  Müttəhidülrəy  ilə  qəbul  olunur.  7-ci  babda  müttəhidülrəy 

qəbul  olunur.  Müsaidənizlə  o  biri  fəsl  gələn  iclasa  təyin  olunsun.  Məsələ  həll 

olunduğuna  görə  keçirəm  növbədəki  məsələlərə.  (Rusca).  Növbədəki  məsələlərə 

keçməmişdən 5 dəqiqə tələffüs elan edirəm. 

Rəis  -  İclas  dəvam  edir.  Növbədəki  hökumət  məmurlarına  yeni  maaş 

verilməsi xüsusunda qanun layihəsidir. Məruzəçi Əbdüləli bəy. 

Əbdüləli bəy - Möhtərəm məbuslar! Güzəranın gündən-günə bahalaşması 

münasibətilə məmurların maaşı az olduğundan Parlamanın fevral qətnaməsinə görə 

maliyyə  naziri  töhti-nəzarətində  bir  komisyon  təşkil  olunmuşdu.  O  komisyon 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə