Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə35/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   31   32   33   34   35   36   37   38   ...   334

78 

 

rus,  erməni,  gürcü  və  sairə  kimi  millət  dəxi  çoxdur.  Odur  ki,  şərab  məsələsində 



onlar  nəzərə  alınmalıdır.  Bir  də  şərabçılıq  vətənimizdə  mühüm  bir  ticarət  və 

üzümçülük bir mədaxil mənbəidir. Buradan xəzinəyə küllü mənfəət hasil olur. Ona 

görə bu məsələdə haman ticarət və xəzinə mənafeini nəzərdən qaçırmamalıdır. Bu 

mülahizə ilə ərz edirəm ki, üzümçülük və şərabçılığı öldürmək olmaz. Bu barədə 

Malxazov  müfəssələn  danışdı,  və  onun  dediklərini  təkrar  hacət  yoxdur.  Nəhayət 

natiqlərin  sözlərindən  böylə  çıxdı  ki,  şərabçılığı  azaltmaq  üçün  şərab  ticarətini 

hökumət  təhti-inhisarə  imiş.  Əvvəla  ticarət  və  sənayenin  müəyyən  bir  qismini 

inhisar  altına  almaq  üçün  hazırlıqlar,  lazımi  miqdarda  bu  işə  mübaşir  olacaq 

məmurlar və sairə lazımdır. halbuki, sabiq Russiya hökuməti belə bunu basarmadı. 

Saniyən Rusiyada, məsələn şərabçılığı hökumət təhti-inhisarə almışdı. Fəqət onun 

məqsədi  şərabçılığı  azaltmaq  deyildi;  biləks  inhisar  altında  intişar  vermək  idi. 

İnhisar elan edən hökumətlər səhd edirlər ki, içkiçilik artsın, xalq arasında əyyaşlıq 

vüsətlənsin,  nəticəsini  də  biz  yaxşı  bilirik.  Malxazovun  təklifinə  keçdikdə  deyə 

bilərəm  ki,  onun  da  fikri  yanlışdır.  O  deyir  ki,  bu  layihə  tərtib  edilərkən  nəzarət 

ehli-xibrəsinə  və  səlahiyyətdar  müəssisələrə  müraciət  də  bulunmamış,  məsləhət 

etməmişdir.  Məsələn,  Bakıda  promışlenniklərin  komitəsi  varmış,  ona  məsləhət 

etmək  lazım  imiş,  buna  nəzarət  etməmişdir.  Bu  barədə  demək  istəyirəm  ki,  o 

komitə haqqında məlumatımız vardır. O komitə olduqca bürokrat bir müəssisədir. 

hətta nəzarət onun ləğvi haqqında bir layiheyi-qanuniyyə hazırlayır. Öylə bürokrat 

idarəyə  edilən  məsləhətdən  hökumətə  və  xəzinəyə  heç  bir  mənfəət  çıxmazdı. 

Nəhayət, vergilərin miqdarına gəlincə nə verginin miqdarı öylə  çoxdur, nə bunun 

şərab  ticarətinə  sui-təsiri  ola  bilər.  Çünkü  bu  saat,  məsələn  konyakıp  şüşəsi  100 

manatdır.  Ondan  6  manat  vergi  almaq  öylə  böyük  bir  şey  deyildir.  Odur  ki, 

Parlamanı  bahalıq  ilə  qorxutmaqa  məhəl  yoxdur.  Bir  də  məhtərəm  məbuslar, 

bilirsiniz ki, şərab ayrı, spirt ayrıdır. Bu qanun şərab haqqında deyil, yalnız spirtə 

aiddir. Bu vergi çox deyildir. Digər tərəfdən promışlennostini də boğmaq olmaz; 

xüsusən ki, buradan xəzinəyə 25 milyon mənfəət hasil olur. 

Burada iki məsələ var, bir spirt,bir də çaxır məsələsi; bunları Malxazyan 

cənabları qarışdırdı. Burada buyurdular ki, 6 manat, 12 manat, lakin qanunda böylə 

bir  şey  yoxdur.  Bu  iki  məsələni  biri-birindən  ayırmalıyıq.  Demək  istəyirəm  ki, 

şəriəti  də,  ticarəti  də  nəzərə  alıb  görürük  ki,  burada  bir  zərər  yoxdur,  bəlkə 

xəzinəyə ildə 25 milyon nəfi gəlir. 

Sədr  -  Müzakirə  bitdiyindən  layiheyi-qanuniyyənin  ikinci  qiraətinə 

keçməyi səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. Rica edirəm 

layiheyi-qanuniyyənin  2-ci qiraətinə  kim  tərəfdar isə əlini qaldırsın.  Rica  edirəm, 

xüsusi  söhbətinizi  kənara  qoyasınız.  Kim  bunun  əleyhinədir?  Kim  səs 

verməyibdir? Lehinə 17, əleyhinə 24, səs verməyən 1. Əksəriyyət rəy ilə layiheyi-

qanuniyyə rədd olunur. 




79 

 

Keçirəm  növbədəki  məsələyə.  Bakı  xəzinə  palatası  müdir  müavinliyi 



vəzifəsinin ləğvi haqqında qanun layihəsi. Məruzəçi Muxtar Əfəndiyev. Xəlil bəy, 

rica edirəm, əyləşəsiniz. 

Muxtar - Bu müxtəsər qanun layihəsidir. 14120 manat məvacibi olan bir 

müdir müavininin ləğv edilməsidir. Maliyyə nazirinin yanında bir komisyon var ki, 

məzkur məmurun vəzifəsini ifa edir və maliyyə naziri özü də onun bir para inşərini 

görür. Bu səbəbə görə o qulluq gərək ləğv edilsin. Qanun bir maddədən ibarətdir. 

(Oxuyur). 

Sədr  -  Heybətqulu  bəy,  xahiş  edirəm  rahat  oturasınız  və  il-lamən 

məcburam sizi tədib edim. Danışan yoxdur ki? Sırada natiq olmadığından layiheyi-

qanuniyyənin ikinci qiraətinə keçməyi səsə qoyuram. 

Səslər - Kvorum yoxdur. 

Sədr (Kyüsterə) - Çağırın gəlsinlər. 

Kim  layiheyi-qanuniyyənin  ikinci  qiraətinə  tərəfdar  isə  rica  edirəm  əlini 

qaldırsın.  (Əllər  qalxır).  Sayınız?  Müttəhidülrəy  layiheyi-qanuniyyənin  ikinci 

qiraəti qəbul edilir. Layihəni bir də oxuyunuz. 

Muxtar Əfəndizadə - Layihəni bir də oxuyur. 

Rəis  -  Maddə  xüsusunda  kim  danışmaq  istərdi?  Səsə  qoyuram.  Kim 

maddəni  qəbul  edirsə,  rica  edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır).  Müttəhidülrəy) 

layihənin 2-ci qiraəti qəbul edilir. Layihənin üçüncü qiraəti buraxılır gələn iclasa. 

Hələlik beş dəqiqəlik tənəffüs elan edirəm. 

(5 dəqiqəlik tənəffüs elan olnur). 

 

(Tənəffüsdən sonra). 

Rəis  -  İclas  dəvam  edir.  Növbədəki  layiheyi-qanuniyyə  məhkəməyi-

hərbiyyə  qanununun  15-ci  maddəsinin  təğyiri  haqqındadır.  Məruzəçi  Mehdi  bəy 

Hacınski. 

Mehdi bəy Hacınski - Sabiqdə Rusiya imperiyasında bir qanun var idi. O 

qanun ilə hərbi şəxslər bir cinayət iş görsə idi... 

Əhməd Cövdət - Yomiyyeyi-müzakiratın tərtibi barəsində mənə müsaidə 

veriniz. 

Rəis - Buyurunuz. Söz Əhməd Cövdətindir. 

Əhməd  Cövdət  -  Keçən  səfər  qərar  qoyuldu  ki,  maliyyə  işləri  lüzumlü 

olduğuna  görə  xüsusi  bir  iclas  təyin  edilsin.  Bu  günkü  iclası  da  ona  görə  təyin 

etdik. Bir çox maliyyə məsələləri var. Maliyyə nəzarəti o  qanunların baxılmasını 

istəyir.  Ona  görə  təklif  edərdim  ki,  bu  məsələ  qalsın,  keçək  maliyyə  işləri 

xüsusunda olan qanunlara. 

Rəis - Parlamanın keçən səfər qərarı belə oldu ki, bundan belə bu iclasda 

nəinki  bir  tək maliyyə  işlərinə,  bəlkə  o  biri məsələlərə  də  baxılsın.  Növbədə  olan 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə