Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə31/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   27   28   29   30   31   32   33   34   ...   334

69 

 

çıxdıqdan  sonra  Marsel  şəHərinə  satılmaq  üçün  göndərilirdi  və  oradan  Lyona 



göndərilirdi, satılırdı. Bəli, olar indi Şəkidə fabrika ilə, anbarlar ilə dolu qalıbdır. 

Hərgah  oları  Batumda,  İstanbulda,  Marseldə  satmaq  mümkün  olsa  idi,  milyonlar 

ilə  para  ələ  gələrdi  və  istədiyimiz  kitabları  və  sair  şeyləri  alıb  gətirmək  olardı. 

Onun üçün ərz edirəm ki, xüsusi təşəbbüslərə yol verilsin. Məəttəəssüf bu xüsusda 

çalışdılar,  ərizələr  yazıldı  yol  verilmədi.  Mən  bir  milyon  manat  pulun 

buraxılmasını  qəbul  etməklə  bərabər,  xüsusi  təşəbbüsə  yol  verilməsini  təklif 

edirəm. 

Sədr  -  Bu  xüsusda  kim  danışmaq  istəyir.  İstəyən  yoxdur.  Son  söz 

məruzəçi Əhməd bəyindir. 

Əhməd bəy - Xüsusi adamların buraya kitab gətirməyi barəsində Abdulla 

bəy  danışdı.  Biz  onun  sözünə  ciddən  iştirak  edirik.  Məlumdur  ki,  Gəncə 

kitabxanasında hökumətə müraciət edilib də bu xüsusda müavinət istənilmişdi ki, 

İstanbula  mal  aparıb,  əvəzində  kitab  gətirsinlər.  Hər  yerə  ərizə  verdi  mümkün 

olmadı.  Bu  işə  hökumətin  nəzərini  cəlb  etmək  ilə  bərabər  xüsusi  təşəbbüslər 

verilməsi rica edilir. 

Sədr - Layihəni səsə qoyuram. (Rusca). Məlumdur ki, maliyyə nəzarətinə, 

məarif nəzarətinin ixtiyarına bir milyon pul buraxılmasını səsə qoyuram. Təvəqqe 

edirəm əllərinizi qaldırasınız. (Əllər qalxır). Müdtəhidül rəy. Türkiyədən buraya bir 

milyon manatlıq kitab gətirilməsi məsələsi keçir. Keçirəm o biri məsələyə. Mehdi 

bəy,  oxuyun.  Təklif  var  ki,  Rusca  oxunmasın,  türkcə  oxunsun.  Çünkü  əqəliyyət 

məsələdən aşnadırlar. 

Mehdi bəy Hacınski - Oxuyur. Birinci bab bitdi! 

Sədr  -  Birinci  bab  xüsusunda  kim  danışmaq  istərdi.  Danışan  yoxdur. 

Qəbul olunur. Keçək ikinci baba. Mehdi bəy, oxuyun. 

Katib - 2-ci babı oxuyur. 

Sədr - 2-ci baba etiraz yoxdur? İkinci bab əksəriyyət rəylə qəbul edilir. 3-

cü babı oxuyunuz. (Səslər). Rica edirəm, xüsusi söhbətləri buraxasınız. 

Katib - 3-cü babı oxuyur. 

Sədr - 3-cü baba etiraz yoxdur? 3-cü bab əksəriyyət səs ilə qəbul olunur. 

Mehdi bəy, dördüncü babı oxuyunuz. 

Katib - 4-cü babı oxuyur. 

Sədr - Heç zad eşitmirəm, rica edirəm, xüsusi söhbət etməyəsiniz. (Səslər: 

Ucadan oxunsun). 

Sədr  -  hündürdən  oxuyunuz,  eşidilmir.  Mehdi  bəy,  siz  dördüncü  [babı] 

qurtarın. Beşincini Əhməd bəy oxuyar. 

Katib - 4-cü babın mabadəni oxuyur. 

Sədr  -  Dördüncü  bab  xüsusunda  kim  danışmaq  istərdi?  Etiraz  yoxdur, 

dördüncü baba etiraz yoxdursa? 4-cü bab əksəriyyət [səs] ilə qəbul edilir. 




70 

 

Katib - 5-ci babı oxuyur. 



Sədr  -  Beşinci  baba  etiraz  yoxdur  ki?  5-ci  bab  qəbul  edilir.  Əlavələri 

oxuyunuz. Smeta və ştatları oxuyunuz. 

Katib - Oxuyur. 

Sədr (zəngi vurur) - Rica edirəm, xüsusi söhbətləri buraxasınız. 

Səslər - Bir az ucadan oxusun! 

Katib - (Dəvam edir). 

Ağabəyov  -  Layiheyi-qanuniyyədə  məmurinə  verilməsi  icab  edən  məaş 

miqdarlarını müəyyənləşməyini oxuyur. 

Sədr  -  Güşad  ediləcək  milli  hökumət  bankının  güşadı  üçün  göstərilən 

məxaric cədvəlini maddəsilə bərabər səsə qoyuram. Etiraz yoxdur, qəbul edilir. 

Layiheyi-qanuniyyənin  komisyonun  verdiyi  qərar  üzrə  səsə  qoyuram. 

Etiraz  yoxmu?  Layiheyi-qanuniyyə  tamamilə  qəbul  edilir.  Gələcək  iclas  cümə 

ertəsi günü olacaqdır. İclas qapanır. 

İclas saat 3.20 dəqiqədə qapanır. Arxiv, f. 895, siy. 1, iş 108, vər. 1-21. 

 

№75 

Yetmiş beşinci iclas 

20   sentyabr   1919-cu   il 

 

Rəis - Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hasınski. 



İclas saat 11.15 dəqiqədə açılır. 

Rəis  -  İclas  açılır,  yomiyyeyi-müzakirat  əski  surətdədir  ki, keçən  iclasda 

Parlaman tərəfindən daxil olunmuşdur. Əkər arzu edərsinizsə, oxunsun. 

Səslər - Lazım deyil, maliyyə işlərinə baxılsın. 

Rəis - söz Məmməd Əmin Rəsulzadənindir. 

Məmməd  Əmin  -  Bugünkü  iclası  təklif  edərkən  maliyyə  işlərinə  və  bir 

para  xırda  məsələlərə  baxmağa  mütəşəxxis  etmiş  idik.  Ona  görə  də  keçən iclasın 

qalan  yomiyyə-müzakirati  dəyişilməlidir  ki,  maliyyə  işləri  ilə  məşğul  olaq. 

Maliyyə  nəzarəti  nümayəndəsinə  də  gərək  xəbər  verilə  idi  ki,  maliyyə  işləri 

müzakirə edilərkən iştirak etsin. 

Sədr  -  Mən  onu  unutdum,  söyləyim  ki,  elə  sırada  haman  layihələrdir. 

Növbəti məsələyə keçmədən bir neçə kağızları söyləmək istəyirəm. Əvvəla daxil 

olan kağızlardan bir də maliyyə nəzarəti tərəfindən gəlmiş: mənzil, ticarət və digər 

binalardan mənfəətbərdar olmaq üçün həddi-əzəmi qiymət təyin edilməsi haqqında 

bir  layiheyi-qanuniyyədir.  Bu  layiheyi-ləvayeh  qanuniyyə  komisyonuna  verilir. 

Sonra bu günləri görürsünüz ki, yeni seçilmiş Parlaman tərəfindən sırağa gün qəbul 

olunmuş  üzvlər  vardır  ki,  iştirak  edirlər.  Bunlardan  biri  Remizov,  o  biri 

Kazarovdur.  Aleksandr  Kazarov  məktub  ilə  məlum  edir  ki,  indiyə  qədər  Bakı 




71 

 

istintaq  məhkəməsinin  müddəiəl  ümumi  müavini  xidmətində  idi.  İndi  isə 



xidmətindən  çıxır.  Keçirəm  növbədəki  məsələyə.  Tövcü  vergisinin  artırılması  ilə 

bərabər topraq, gəlir və məxaric smetasının və topraq vergisi miqdarlarının təmdidi 

haqqında  qanun  layihəsidir.  Layihənin  ikinci  qiraətidir.  Məruzəçi  -  Rza  bəy 

Ağabəyov. Bu layihə iyunun 23-də Parlaman tərəfindən baxılıb qəbul edilmişdir. 

Ağabəyov - haman bu qanuna bir dəfə baxılıb, komisyona göndərilmişdir. 

Buna binaən odur ki, bu layihəyə baxılanda, Müsavat fraksiyası tərəfindən bir qeyd 

edilmişdir.  Bu  haman  qeydi  məruzəçi  sifətilə  qəbul  etdim.  Yoldaşlar  isə  narazı 

qaldılar. Ona görə də komisyona qaytarıldı. Komisyon təzadən baxdı. Ona görə də 

onu  xatırınıza  salacağam.  Burada  iki  məsələ  vardır.  Vergilər  haqqında:  hökumət 

tərəfindən  təqdim  edilən  qanun  layihəsində  bu  vergilər  bu  cür  göstərilmişdir. 

Xüsusi  yer  vergisi  —  100%,  mülkədar  yerləri  200%,  obroçnı  podat  25%  təklif 

olunurdu.  Komisyon  bu  layihəyə  baxıb  bu  ədədləri  artırdı.  Xüsusi  yerlərə  200%, 

mülkədar yerlərinə 400 faiz, obroçnı podat 50%. Onu da xatırınıza salıram ki, əgər 

bu  saat  bir  desyatin  üzümlük  ki,  doxodı  88  manat  götürülmüşdür,  iki  manat  64 

qəpik  vergi  alınacaqdır.  Yüz  faiz  artırsa  beş  manat  25  qəpik  edər.  Bir  desyatin 

meyvəlikdən  ki,  desyatinin  50  manat  doxodudur,  manat  yarım  vergi  alınır.  Əgər 

yüz  faiz  artsa  3  manat  edər.  İki  yüz  faiz  olarsa  6  manat  ödər.  Bir  desyatin 

meyvəliyin  50-80  manat  doxodu  olduğu  köhnə  zaman  hesabı  ilə  götürülmüşdür. 

İndi isə özünüz bilirsiniz ki, bir desyatin yerin nə qədər doxodu var. Ərz edirəm ki, 

komisyon  bu  layihəyə  baxanda  köhnə  qərarı  üzrə  durmuşdur.  Xüsusi  yerlərə  — 

mülkədar yerlərinə 400, obroçnı podata 50%. 

Rəis - Layiheyi-qanuniyyə xüsusunda kim danışmaq istərdi? Rica edirəm, 

yazıb bildirəsiniz. Söz Səmədağa Ağamalı oğlunundur. 

Səmədağa - Mən bu artırılmanın əleyhinə danışmaq istəyirəm. Mülkədara 

yerləri  200%  artırılsın.  O  ki,  qaldı  xəzinə  yeri  100%  artırılsın.  Amma  mən 

hamısının  əleyhinəyəm.  Buna  da  böyük  səbəb  vardır.  Əvvəla  bu  qanun  layihəsi 

böyük  yer  qanunu  qurtarandan  sonra  gərək  keçə  idi.  Çünkü  topraq  qanunu 

qurtarandan sonra bilmək olardı ki, kimdə nə qədər yer var, nə tör vergilər yığılsın. 

Çünkü,  indi  bizim  əkinçinin  nə  qədər  yeri  var  məlum  deyil.  Ona  görə  də  yer 

vergiləri  yığmaq  çox  çətin  olacaqdır.  Çünkü,  onların  çoxu  bəylərin  əlində 

qulluqçudur. Bunların da üstünə 400% əlavə edəndə büsbütün xərabə olacaqlardır. 

Bu yükü götürə bilməyəcəklərdir. Şimdiyə qədər xüsusi kapitalistlərdən bir faiz də 

çıxmadı. Və yenə kəndistanda elə biçarələr vardır ki, onların malı, mülkü bəylərin 

əlindədir.  Vergilər  istənəndə  də  böyləcələrinə  deniləcəkdir  ki,  sənin  də  adın  var, 

gərək  vergi  verəsən.  Və  verməyəndə  isə  suda  düşərsən.  Yer  pulu  yığdıqda  öylə 

qayda lazımdır ki, doğru və həqqaniyyət üzrə olsun. Amma böyləsə bir üsul hələlik 

bizdə  düzəlməyibdir.  Buna  görə  təklif  edirəm  ki,  topraq  haqqındakı,  layiheyi-

qanuniyyəyə baxılıb qəbul edildiyindən sonra böylə vergilərə baxılsın. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə