Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə27/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   23   24   25   26   27   28   29   30   ...   334

61 

 

aydan  sonra  ancaq  baxılır.  Ona  görə  təklif  edirəm  ki,  birinci  növbəyə  topraq 



məsələsini  və  ikinci  növbəyə  hökumət  idarələrində  olan  qulluqçuların 

məvacidlərinin artırılması məsələsi qoyulsun və bu gün müzakirə edilsin. 

Sədr  -  Yomiyyeyi-müzakirat  barəsində  daha  söz istəyən  yoxdur  ki,  28-si 

məsələ  hökümət  qulluqçularının  maaşı  artırılması  məsələsidir.  Yomiyyeyi-

müzakirata  səhvən  düşmüşdür.  Üç  gün  bundan  əvvəl  dedilər  ki,  ümid  var  bu 

məsələ  komisyonda  qurtarsın.  Lakin  bu  günə  qədər tamam  olmayıbdır.  Onsuz  da 

bu  məsələyə  baxılmayacaqdır.  Sonra  qaldı  topraq  məsələsi,  deyirlər  20-ci məsələ 

olmuşdur.  Buna  da  səbəb  odur  ki,  qabaqki,  layihələr  yanvar  və  fevral aylarından 

qalmışdır.  4-5 aydır  qalırlar.  Bunların  əldə  olmayıb,  ona  görə  Divani-Rəyasət  bu 

qərar  ilə  tərtib  edilmişdir.  Layihələr  parlamana  daxil  olub,  komisyonlara  verilib 

qaytarıldığı qərar üzrə sıraya qoyulub, dal-qabaq olmayır. (səslər — "Xeyir olur!"). 

Rica  edirəm,  mənə  mane  olmayasınız.  Sonra,  qaldı  Ağabəyovun  təklifi,  onu  da 

qəbul etməmək mümkündür. Çünkü, mandat komisyopunun məruzəsi müxtəsərdir. 

İkinci məsələ hərbi qulluqçuların maaşlarının artmasıdır, o da müxtəsərdir. Sonra 

qalır Darülfünunun, kitab almaq, onları da bu gün bitirmək olar. Ələlxüsus Divani-

Rəyasətin  bir  təklifi  vardır  ki,  Darülfünun  nizamnaməsi  oxunduqda  bir  ya  iki 

fəslinə  baxılsın,  qalan  hissələri  qalsın  gələn  iclasa.  Bu  cəhətdən  Divani-Rəyasət 

təklif  edir  ki,  Ruznameyi-müzakirat  tərtibi  təğyir  edilməsin.  Söz  Əhməd 

Cövdətindir. 

Əhməd Cövdət - Sədr cənablarının sözündə səhv var. İş oradadır ki, daxil 

olan layihələrin hamısı sıraya qoyulmayıb. Bəzi məsələlər təsili olduğuna görə gec 

də  daxil  olmuş  olsa  əvvəl  qoyulur.  Məsələn,  bu  gün  əskəri  maaş  təzyidi 

xüsusundaki,  layihədən  əvvəl  gəlmiş  layihələr  geridədirlər.  Bu  qabaqda  qoyulur. 

Çünkü  təcilidir.  Mümkündür,  bunu  təcili  hesab  edib,  qabaqa  qoyaq.  Mən  də 

Qarayevin  dediyi  kimi  topraq  məsələsinin  birinci  qoyulması  və  təcili  hesab 

edilməsi tərəfdarıyam. 

Sədr - Söz Muxtar Əfəndizadənindir. 

Muxtar Əfəndizadə - Həqiqətən bu topraq məsələsi pək mühümidür: Vəqti 

və  zamanında  bir  məsələ  həll  olunmazsa,  bir  çox  fənalıqların  və  eyni  zamanda 

qarabaqıya meydan verəcəkdir. 

Məsələyə  əvvəlcə  baxılması  lazımkən  bərəks  gündən-günə  dala  düşülür. 

Məsələ yanvardan bəri sürüklənib qalmışdır. 

Sədr  -  Bu  Divani-Rəyasətin  bir  vəzifəsidir.  Dala  qalan məsələ  yalnız  bir 

bu  deyil,  bütün  məsələlər  də  öz  sırasında  ümumiyyətlə  dala  qalmışdır.  Rica  edər 

idim siz o cəhətləri qarışdırmayıb nitqinizə dəvam edəsiniz. 

Əfəndizadə - Biz vətən və millətin səlaməti naminə bu maddənin tezliklə 

baxılmasını təklif edərik. 

Sədr - Mən təklifi səsə qoyuram. 




62 

 

Səslər – Səsə qoyunuz. 



Sədr  -  Bu  surətlə  Rəyasətdə  tərtib  olunmuş  müzakirat  yomiyyəyi  kim 

qəbul  edirsə,  rica  edirəm  əllərini  qaldırsın.  Kim  bunun  əleyhinədir?  Kim  səs 

verməyir? Ləhinə 27, əleyhinə 14, səs verməyən 1. Əksəriyyət rəy ilə müzakireyi-

yomiyyənin bu surətlə tərtibi qəbul edilir. 

Sədr  -  Dəvamla,  daxil  olmuş  layiheyi-qanuniyyələrdən  üç  axırıncı 

layiheyi-qanuniyyə:  Birincisi  Bakı  Bələdiyyə  idarəsinə  on  milyon  məbləğin 

buraxılması,  ikincisi  spirtlərdən  alınan  aksızlərin  təzyidi,  üçüncüsü  müvəqqəti 

tomojnı  vergiləri  miqdarının  artırılması.  Bu  məsələlər  gedəcəkdir  maliyyə  büdcə 

komisyonuna.  Rəisi-Vükaladan  üç  dörd  gün  bundan  qabaq  Məslisi-Məbusan 

rəyasəti  naminə  bu  mənada  bir  məktub  gəlmişdir.  Oxuyur.  Kabinənin  istefası 

məsələsi  məclisdə müzakirə  olunmayacaqdır.  Bu  barədə heyəti-rəyasət  tərəfindən 

icab  edən  tədabir  baxılacaq  və  yeni  kabinə  təşkil  oluncaya  qədər  sabiq  kabinə 

mövqeində  qalıb  ifayi-vəzifə  edəcəkdir.  Bundan  keçəndən  sonra  bu  günlərdə 

paytaxtımız Bakının alınması münasibətilə bir neçə təbrik teleqramları gəlibdir; o 

cümlədən  Qazaxdan  ünas  cəmiyyəti-xeyriyyəsindən,  biri  Qubadan  —müsavat 

şöbəsindən,  biri  Gəncə  cəmiyyəti-xeyriyyəsindən,  şəhər  idarəsindən,  səlyandan 

əhali  və  müsavat  firqəsindən,  sonra  İrəvan  ikinci  milli  qurultayı  rəisi  samun 

Arutyunov  tərəfindən  Parlamana  bu  məzmunda  bir  teleqram  gəlmişdir.  (Oxuyur, 

alqışlar).  Ortadan  və  soldan  divani-rəyasətin  bir  böylə  təklifi  var.  Avqustun 

əvvəllərindən  Parlaman  tərəfindən  sərhəddə  hüdudu  mühafizə  üçün  qəbul  edilən 

layihənin  beşinci  maddəsi mövcibincə  158  min  manat  pul buraxılmışdır.  Ev,  işıq 

və sair xərclər üçün. Lakin idarə səhv olaraq əsl qanunda 6 min manat kanselyariya 

xərcləri oxudulmuşdur. Hərçənd bu 6 min manat kansepsiya üçündür. Hərgah buna 

etiraz yoxdursa qəbul edilsin. 

Milli  Şura  dumalar  vəkil  intixabı  ixtiyarına  vermişdir,  lakin  bu  vəkili 

Uprava  seçmişdir.  3-cü  vəkil  Ləmbəranskinin  barəsində  komisyonda 

nümayəndəmiz olmadığından o barədə söz deməyəcəyəm. 

Sədr - Daha kim danışmaq istərdi? Çlen Parlamenta Vinoqradov. 

Vinoqradov - (Rusca). 

Sədr - Qarayev Əliheydər. 

Əliheydər - Cənab Vinoqradov söylədi, o adamlar ki, bizi qəbul etmədi, 

onlar  bizdən  deyildirlər.  Mən  də  sual  edirəm  ki,  Lizqar  ki,  füqara  cəmaətin 

milyonlarını  cibişdanına  qoydu  o  sizin  nümayəndənizdir  ya  nə?  O  milyonları 

aparandan sonra siz deyirsiniz ki, bizim nümayəndə deyil, biz yalnız, rus füqərasını 

tanıyırıq.  Dünən  siz  əlinizdə  xaç  dualar  ilə  Dağıstan  füqərayi-kasibəsini  qətliam 

edənlərin  nümayəndəsi  Baratonu  istiqbal  edib,  əleyhimizə  gedirdiniz.  Mən  sizi 

tanımaq istəmirəm. (Alqış). 

Sədr - Çlen Parlamentə Kravçenko. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə