Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə26/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   22   23   24   25   26   27   28   29   ...   334

59 

 

№74 



Yetmiş dördüncü iclas 

18   sentyabr   1919-cu   il 

 

Sədr - Həsən bəy Ağayev. Katib -Əhməd Cövdət. Məslis açılır saat 11-də. 



Sədr  -  İclası  açır.  Müzakirati-yomiyyəni  oxuyunuz:  Mehdi  bəy  -  Katib 

müavini müzakirat yomiyyəni oxuyur: 1) Etimadnamə komisyonunun məruzəsi; 2) 

Azərbaycan  ordusu  məmurlarına  yeni  maaş  miqdarları  haqqında  hərbiyyə 

nəzarətinin qanun layihəsi; Təcili. Məruzəçi - Qara bəy Qarabəyli; 3) Azərbaycan 

hökumət darülfünunun təşkili haqqında qanun layihəsi. Üçüncü qiraət. Məruzəçi - 

Mehdi  bəy  Hacınski; 4)  Xalq  kitabxanaları  üçün kitab  almaqdan  ötəri  bir milyon 

rüblə  buraxılması  haqqında  qanun  layihəsi;  məruzəçi  -  Əhməd  Cövdət;  5) 

Azərbaycan hökumət bankı təşkili haqqında qanun layihəsi. 3-cü qiraət. Məruzəçi - 

Aqabəyov  Rza  bəy;  6)  Tövsü  vergisinin  artırılması  ilə  bərabər  topraq  gəlir  və 

məxaris  smetasının  və  topraq  vergisi  miqdarlarının  təmdidi  haqqında  qanun 

layihəsi.  Məruzəçi  -  Ağabəyov  Rza  bəy;  7)  Ümum  əyləncə  və  tamaşaxana 

yerlərindən alınan müvəqqəti vergi (Naloqun hökümət məbaliği-mənfəət hifzəsinə 

idxali haqqında qanun layihəsi. Məruzəçi - Ağabəyov; 8) Şəhadətnaməsiz olan içki 

ticarətindən  alınan  aksiz  vergisi  miqdarının  təzyiqi  haqqında  qanun  layihəsi. 

Məruzəçi  -  Mehdi  bəy  Hacınski;  9)  Spirt  məhsulatından  alnan  aksiz  vergisi 

miqdarının  təzyidi  haqqında  qanun  layihəsi.  Məruzəçi  –  Ağabəyov;  10)  Tamqa 

rüsumatı  qanunun  bəzi  maddələrinin  təbdili  və  rüsum  miqdarlarının  təzyidi 

haqqında.  Məruzəçi  -  Ağabəyov;  11)  Nəşri  —  elan  haqqında.  Məruzəçi  – 

Rüstəmbəyov  Şəfi  bəy;  12)  Azərbaycandan  xaricə  çıxarılan  spirtli  içkilərindən 

(Üzüm  şərabı  və  pivə  müstəsnadır)  alınan  gömrük  vergisi  miqdarları  haqqında 

qanun  layihəsi.  Məruzəçi  -  Əmirsanov;  13)  Balıq  və  balıq  məhsulu  ixraci 

vergisinin təbdili haqqında. Məruzəçi - Əmirsanov; 14) Pivə bişirilməsindən alınan 

aksiz  vergisi  miqdarının  və pivə  spirtosunun artırılması haqqında  qanun  layihəsi. 

Məruzəçi  -  Muxtar  Əfəndizadə;  15)  Bakı  xəzinə  palatası  müdir  müavinliyi 

vəzifəsinin  ləğvi  haqqında  qanun  layihəsi;  16)  Fabrik  inspeksiyasına  dair. 

Məruzəçi - Muxtar Əfəndizadə; 17) Maliyyə naziri şurası haqqında qanun layihəsi. 

Məruzəçi  -  Rüstəmbəyov;  18)  Azərbaycan  cümhuriyyəsi  ilə  Ermənistan  arasında 

bağlanmış  ticarət  müahiiddənaməsi  haqqında  qanun  layihəsi;  19)  Məhkəmeyi-

hərbiyyə  qanunun  15-si  maddəsinin  təğiri  haqqında.  Məruzəçi  -  Hacınski;  20) 

Topraq məcələsi haqqında. Məruzəçi - Ağamalı oğlu; 21) Həmin sənə üçün İrəvan 

ümuri-xeyriyyə  naziri  vəkilinin  məaşı  və  onun  idarəsi  məsarifatı  üçün  məzkur 

nazirə  177000  rüblə  kredit  açılması  haqqında  qanun  layihəsi.  Məruzəçi  - 

Ağabəyov;  22)  Maliyyə  nəzarəti  idarəsi  haqqında  qeyri  şaiyə  vergilərinin  "və 

ənsar" şöbəsinin təsis haqqında qanun layihəsi. Məruzəçi - Əmirсanov; 23) Dövləti 




60 

 

kəlmə  vergisi  xüsusundakı  qəvaidin  40  və  45  maddələrinin  təğyir  və  təbdili 



haqqında  qanun  layihəsi.  Məruzəçi  -  Mehdi  bəy  Hacınski;  24)  Dövlət  varidatı 

alınmaq  üçün  əhalinin  Malını  siyahi  edib  satılmaq  haqqındakı  qərarların  bəzi 

təbəddülatı  xüsusunda  qanun  layihəsi.  Məruzəçi  -Mehdi  bəy  Hacınski;  25)  Vergi 

müdiriyyətləri  hissələrində  qapıçı  tutulması  üçün  əlavə  yeddi  min  üç  yüz  rüblə 

təxsis  edilməsi  haqqında  qanun  layihəsi.  Məruzəçi  -  Əmircanov;  26)  Azərbaycan 

ümuri-xeyriyyə  nəzarətinin  siyahisi  və  maaşlarının  artırılması  haqqında  qanun 

layihəsi.  Məruzəçi -  Vəkilov  Mustafa;  27)  "İttihad"  fraksiyasının hökumətə  sualı; 

28) Hökümət məmurlarının maaşları haqqında. Məruzəçi - Vəkilov Mustafa. Daxil 

olmuş kağızlar; o cümlədən; a) Rəisi-Vükəlanın istefanaməsi barəsində; b) Təbrik 

teleqramları; q) divani-rəyasətin sərhəd bölüyü qanun layihəsinin təkmili haqqında 

təklifi;  d)  Zaqafqaziya  mərkəzi  Rus  Milli  Şurasının  Azərbaycan  Məslisi-

Məbusanına  öz  nümayəndələrinin  daxil  olması  barəsində  ərzi-halı;  h)  Bakı 

bələdiyyə  idarəsinə  beş  faizlə  on  milyon  borc  verilməsi  haqqında;  v)  Meyvə  və 

sairədən  məmul  çaxırlardan  alınan  aksızın  artırılması  haqqında;  z)  Azərbaycan 

xaricə əmtəə ixracı xüsusunda ki, yeni müvəqqəti gömrük tarifinin mövqei-tətbiqin 

qonulması haqqında. 

Sədr - Yomiyyeyi-müzakiratın tərtibatına etiraz yoxdur ki? 

Səslər - Var, var, etiraz var. 

Sədr - Söz Ağabəyov Rza bəyindir. 

Ağabəyov - Dövlət bankı layihəsinin ikinci qiraəti qurtarıb, üçüncü qiraəti 

qalıbdır.  Layihə  bugünkü  müzakiratda  çox  uzaq  qoyulub.  Ovza  bir  qədər 

qarışıqdır. Bank müdiri deyir ki, banka bir çox adam gəlir, xəzinə də pul buraxmır. 

Adamları rədd edirik. İşi təxirə salmamaqdan ötəri bir növ etmək ki, dövlət bankı 

tez açılsın. Bu gün layihənin uçüncü qiraəti oxunsun. Ona kərə də bank məsələsi 

etimadnamə komisyonunun məruzəsi yerinə birinci olaraq qoyulsun. 

Sədr - Söz Əliheydər Qarayevindir. 

Qarayev - Əfəndilər! Özünüz bilirsiniz ki, indi bu saat iki il  yarımdır ki, 

inqilabdan  keçmişdir.  Hələ  də  topraq  məsələsi həll  olunmayır.  Bu  gün-sabah,  bu 

gün-sabah. Hələ də bu məsələ geri qoyulur. Keçmiş parlament islasında bu məsələ 

15-si  məsələ  idi.  İndi  20-si  məsələ  olmuşdur.  Gələ-gələ  dala  çəkilir.  Kəndçilərə, 

əkinçilərə  topraq  lazımdır.  Çünkü  yay  gedib,  payız  gəlmişdir  əkin  vaxtı  keçir. 

Kəndçilərə,  cütçülərə  lazımdır  ki,  tarlalarına  çıxıb,  özlərinə  məxsus  yerləri 

əksinlər.  Özünüz  bilirsiniz  ki,  bu  saat toprağ məsələsindən  ötəri  bəylər  əkinçiləri 

incidirlər,  zülm  edirlər.  Əkinçilər  həftələr  ilə  gəlib  ziraət  nazirinin  qapısında 

dayanırlar.  Ən  əvvəlinci  məsələ  indi  torpaq  məsələsidir.  Yomiyyəyi  müzakiratda 

olan  28-si  məsələni  2-si  məsələ  yerinə  qoymalıdır.  Bu  məsələdə  hökümət 

qulluqçularının məvasibləri artırılması məsələsidir. İndi bu saat onların hali-məişəti 

xeyli  fənadır.  Onların  haqqını  almalıdır.  Hərgah  onu  28-si  növbədə  qoysaq,  4 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə