Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə22/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   18   19   20   21   22   23   24   25   ...   334

50 

 

cəmaətə  və  parlamana  təskinlik  verdi  ki,  Şimaldan  üzərimizə  təhlükə  gələcək. 



Amma  Gürcüstan  hökuməti  böylə  yapmadı.  Onlar  dedilər:  bu  cür  xəttə  biz  razı 

deyilik.  Çünkü,  əvvəla  gərək  bu  barədə  bizimlə  danışa  idiniz  və  saniyən  bu  xətt 

bizə qarantiya verməyir ki, könüllü təşkilatı Suxum tərəflərinə yeritməyəcəyiz. 

Biz  bu  xətti  qəbul  etmiş  olsaq  da  düşmən  buna  razı  olmayacaq  idi. 

Əlbəttə, Gürsüstan hərbə girişmədi. Lakin bu onun əlində bir haqq idi. O bununla 

göstərdi ki, Gürcüstan içərisində qüvvə var və bir hökumət var ki, bu hallara razı 

olmayacaqdır.  Bizim  hökumətin  bu  xətt  barəsində  yanlışlığı  ondadır  ki,  bu  xəttə 

razı  oldu.  O  təklifə  baş  əydi.  Bununla  bizim  zəifliyimizi  ingilislərə  göstərdi 

halbuki,  başqa  cürə  müqabilə  etmiş  olsa  idi,  düşmənlərimiz  yeni  xətt  çəkmək 

istəyəndə  bəlkə  bizim  arzumuzu  nəzərə  alardılar  və  xətti  samur  çayına 

götürməzdilər bu bir tərəfdən. İkinci tərəfdən bu xətt hərbi böylə qəbul etmək ilə 

rəsmi  qəzetlər  vasitəsilə  bu  xətt hərbin  bizimlə  də  Denikin arasında  qoyulduğunu 

İngiltərə  təsdiq  etdiyini  də  bildirdi  və  qəzetlərdə  əlavə  yazıldı  ki,  ingilislər  bizə 

dostdurlar. Fəqət cəmaət onu eyni bilməlidir ki, o xarici qüvvə ki, bu gün minlərcə 

Rus  millətini  qıraraq  Rusiyaya  əski  halətinə  gətirmək  niyyətindədir.  O,  qətiyyən 

bizim halımıza qalmayacaqdır və bizə kömək etməyəcəkdir. İştə bunun üçün görək 

cəmaət təskinlik tapsın və hürriyyət səmərələri də müqəddəs olduqları üçün onların 

müdafiəsi əhəmiyyətlidir, cəmaət gərək bilsin, əks inqilab bizə qarşı gələcək. Nəsib 

bəyin bir sözünə şərikəm ki, buyururlar qüvvə lazımdır. Buna binaən nə qədər biz 

içərimizdə böyük qüvvəyə malik olmuş olsaq bir o qədər də kəndimizi düşməndən 

hifz  edib  və  Avropada  müqəddəratımızı  təmin  edəcəyik.  Məlumi-alimizdir  ki, 

Avropa və Konfrans keçən vaxtlarda bizi Rusiyanın bir parçası hesab edərək oraya 

göndərdiyimiz nümayəndələrimizi qəbul etmək belə istəmirlərdi, fəqət get-gedə bir 

az  bizə  etina  edirlər,  buna  da  mənim  o  qədər  imanım  yoxdur.  Mən  onu  da  deyə 

bilərəm ki, o qüvvəki Kolçak və Denikinləri qaldırıb, bu gün vahid Rusiya  əmələ 

gətirmək  istəyir,  təbiidir  ki,  sabahları  o  qüvvə  bizim  halımıza  qalmayıb  mütləqa 

Rusların  maraqını  hifz  edəcəkdir.  İştə  buna  görə  mən  hökumətin  səhvini  onda 

görürəm ki, hökumət cəmaətin nəzərini Xarici qüvvədən uzaq etdi. Qaldı dənizdəki 

gəmilər,  Nəsib  bəy  buyurdu  ki,  nə  etməli,  ingilislər  gəmiləri  bizə  verməyib 

Denikinə  verdilər  və  topları  da  onlara  verirlər,  istəsələr daha  da  verərlər.  Lakin  o 

vaxt təhlükə bir tərəfdən olduğu halda, şimdi o təhlükə iki tərəfdəndir. Əgər Nəsib 

bəy desə idi ki, sahillərdə istehkamat var, o da bizi qane edərdi. 

Və bir də verdiyimiz sualda daxildəki siyasətimizə aid bir maddə var idi. 

Bu  sualı  biz  üç  həftə  əvvəl  verdik.  O  vaxt  bugün  qabaqımızda  olan  düşmən 

içimizdə  olan  bir  çox  tərəfdarları  vasitəsilə  bizim  qüvvənin  azalmasına  və  rus 

qəzetlərinin  məqalələrində  bizə  Kolçak  və  qeyri  ilə  birləşməyi  təklif  edirdilər.  O 

vaxt  bu  qəzetlər  bağlanmışdı.  Lakin  indi  ola  bilsin  ki,  sualımızın  nəticəsi  olaraq 

qapanılıbdır.  Bu  saat  biz  əmin  ola  bilərik  ki,  düşmənin  Bakıda  gizli  qüvveyi-




51 

 

əskəriyyə  və  ləvazimati-hərbiyyəsi  yoxdur.  Zakaspi  konsulunun  metropolda  olub 



da gözümüz önündə gündə yüzlərcə könüllü yazmalarını görüb deyə bilərik ki, biz 

bu hərəkətləri gördükdə heç vaxt sakit dura bilmərik. 

Nəsib  bəy  -  Möhtərəm  məbus  əfəndilər!  Əgər  bu  dəqiqə  eşitdiyim  nitqi 

əvvəlcə  eşitsə  idim,  sizi  daha  ziyadə  rahatsız  etməz  idim.  Şimdi  məsələ  istizah 

olduğu  üçün mən  buna  cavab  verirəm.  Əvvəla  xətti-hüdud  məsələsində hökumət 

səhv eləyir. Səhv nə imiş? Səhv o imiş ki, İngiltərə hökuməti bizə bir xətti-hüdud 

göstərdi,  biz  buna  razı  olduq.  Gürcüstana  da  bir  xətt  göstərildi.  Onlar  razı 

olmadılar, çünkü razı olsa idilər, geri çəkilmələri isab edərdi. Daha eyi olardı ki bu 

xətt  Petrovskinin  altından  keçə  idi.  O  zaman  Dağıstan  da  bizim  olardı.  Xətt 

Petrovskidon  daha  irəli  gedə  idi.  Məsələn,  deyək  ki,  Moskvaya  qədər  gedə  bildi. 

Bu allahı söhbətdir. hökumət heç bir vaxt hərb açmaq tərəfdarı deyildir. Kürsülər 

razı  olmadılar,  çünkü  geri  çəkilmək  istəmədilər.  Hal-hazırda  Gürcüstan  müdafiə 

vəziyyətində bulunub deyir ki, əgər üstümə gəlirsən, hərb edərəm. Hökumətin fəzlə 

bir qüdrəti olaydı, ən əvvəl göstərilən xətti-hüdud məsələsində israr edər. Denikini 

qüvvətlə  məcbur  edər  idi.  Hal-hazırda  Gürcüstan  müdafiə,  Azərbaycan  mütəariz 

bir vəziyyətdədir. Əgər mənə də desə idilər ki, sən də qızıl yurta çəkiləcəksən, razı 

olmaz, qanımın son damlasını axıdardım. (Şiddətli alqışlar). 

Hökumət öylə bir vaxtda hərb açar ki, onun istiqlalı, hürriyyəti təhlükədə 

olur.  Hökumət  heç  bir  vaxt  millətin  xaini  deyildir.  İkinci  məsələ,  Əhməd  əfəndi 

buyurdular  ki,  daxildəki  denikinçilərə  qarşı  tədbirlər  edilmir  və  tədbirlər  ansaq 

bizim hökumətə qarşı verdiyimiz suallardan sonra görüldü, deyə iftixar edir. Bu da 

fəna  deyil,  hökümətin  müti  olduğunu  göstərdilər  və  nəticədə  tədbirlərin 

görüldüyünü  inkar  etdilər.  Biz  daxildəki  düşmənlərə  qarşı  mücadilə  edirik  və 

edəcəyik.  Yalnız  aruzu  edirik  ki,  qurunun  yanında  yaş  da  getməsin.  Bizimlə  işi 

olmayan  adamlar,  az  zərər  görsünlər.  Çünkü  bir  günahlını  tapmaq  üçün  on 

günahsıza səfa etmək, oları təhərri etmək isab edər. Biz böylə tədbirlərlə kimsənin 

rahatsız  olmasını  istəmirik.  Əgər  isab  etsə  üç  gün  içərisində  Bakıda  Denikin  və 

bolşeviklərin tərəfdarlarını təmizləyə bilərəm. Son üç ay ərzində Bakını 2000 adam 

tərk etmişdir. 

Məsələləri  düşünəndə  Əhməd  bəy  iki  cür  arşın  qollanır.  Birisi  Denikin, 

ikincisi bolşevik. Birinci məsələyə gələndə Denikinin Bakıda qərargahı var, rəsmi 

möhürləri var, millətə işləyir deyir. Fəqət bolşeviklərdən bəhs olanda deyirlər ki, 

xayir  olmaz.  Hürriyyəti-vicdan  var,  hürriyyəti-kəlam  var.  (Alqışlar).  Və  yenə 

Əhməd əfəndi buyurdular ki, xaricdən gələcək düşmənlər ilə hərb etməyə heç bir 

əza  yoxdur  ki,  razı  olsun.  Fəqət  Əhməd  əfəndi  əlini  ürəyinə  qoyub  da  desə  idi, 

məsələdə  bir  az  xəta  olduğunu  anlar  idi.  Məlumunuzdur  ki,  cəmaətimiz  arasında 

bolşevizmin artmasına çalışanlar və hökuməti yıxmaq istəyənlər də vardır. (Səslər: 

Qəhr  olsunlar!  Türkcə  oxunan  bir  çox  qəzetlərdə  illətən  elan  edilir  ki,  biz 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə