Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə21/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   17   18   19   20   21   22   23   24   ...   334

48 

 

bulunduğundan əvəz ilə flotun bir qisminin bizə verilməsinə rica etdik, bir səmərə 



hasil  olmadı.  Flotun  qaba  qismi  alınmaqdadır.  Ehtimal  qalan  qisimləri  də 

veriləcəkdir. Əsasən hökumətin əlində bir qüvvət, bir güc varmıdır ki, flotu onlara 

vermə,  bizə  ver  deyəlim.  Biz  İngiltərə  hökumətinə  bu  xüsusda  yazdıq,  protest 

etdik,  daha  bir  cavab  gəlmədi.  Bununla  da  iktifa  etməyib,  sahilə  qarşı  bir  taqım 

tədbirlər  də  gördük.  İnşallah  dənizdən  də  gözlənilən  təhlükə  olmaz  və  yenə  bu 

münasibətlə  general  Qori  ilə  görüşdük.  Bizi  təmin  etdilər.  Biz  flotun  həpisini 

Denikinə  verməmişdik.  Biz  Denikinə  bolşeviklərlə  müharibə  etdiyi  üçün  hər 

xüsusda müavinət edirik. Flotun həpisi verilsə də, Denikinin bizə qarşı sui niyyəti 

yoxdur.  Sizin  üstünüzə  gəlməyəcəkdir,  əmin  olunuz  dedilər.  Və  yenə  ilə  bütün 

Avropa  bolşeviklərə  qarşı  elani-hərb  etdiyindən  müti.  Avropanın  bu  qərarına 

Azərbaycan bir şey eyləyənməz. Nəticə Denikin əlindəki bu alətlərdən istifadə edib 

də bizə hücum edəmiyəcəkdir. Sülh konfransı Zaqafqaziya işlərinə daha yaxından 

əlaqə  peyda  etmək  üçün  Qaskel  adında  mir  alayı-polkovniki  Zaqafqaziyaya 

gəlmişdir.  Və  Denikinə  də  teleqram  vermişdir  ki,  bu  tərəfə  gəlməsin,  bunu  mən 

oxudum. Kürsü mürəxxisləri nəql edir və  yenə ingilis hökuməti Zaqafqaziyadaki, 

nümayəndəsinə rəsmən əmr vermişdi ki, Zaqafqaziya cümhuriyyətləri ilə rəsmi və 

sixi  bir  münasibətə  girişsin,  iştə  şu  əhvalat  bizi  bir  növ  bizi  satmaq  deməkdir. 

Digər  tərəfdən  İtaliya  da  öz  nümayəndəsini  göndərmişdir.  Bu  da  rəsmidir  və 

səlahiyyəti vardır ki, gürcülər və Azərbaycanla münasibətə girişsin. İştə şu əhvalat 

bizi  ümüdvar  edir  ki,  Zaqafqaziya  Rusiyadan  ayrıdır.  Və  bizim  istiqlalımız 

olacaqdır. (Alqışlar). 

Əlbəttə bizim vəziyyətimiz çox nazikdir. İstiqbala qarşı atılan hər addımı 

diqqətlə  atmaq  və  dövrü  olmaq  lazımdır.  Amallarımıza  vüsül  üçun  məslisi-

məbusan  əzalarının  da  bu  xüsusda  hökumətə  kömək  eyləməsi  və  xaricə  qarşı 

yekvüsud  bir  kütlə  halında  hərəkət  edilməsi  lazımdır.  Vətənimizi  Xarici 

düşməndən müdafiə etsək və edə bilsək Avropa bizim istiqlalımızı tanıyacaqdır. 

Denikinə qarşı hər tərəfdə müdafiz xüsusunda tədbirlər görülüyor. Fəqət, 

məlumunuzdur  ki,  bizim  xarici  düşmənlərimiz  içində  yalnız  Denikin  deyil, 

bolşevik  qüvvəti  də  vardır.  Bütün  dünya  bu  qüvvənin  qarşısında  kəndimizi  nasıl 

saxlaya  biləcəyimizi  dörd  gözlə  gözləyir.  Biz  şimdi  nə  mühüm  imtahan  dövrləri 

keçiririk. Məəttəəssüf bu xüsusda həpiniz həmrəy deyilsiniz. Bəziləri bu xüsusda 

hökumətə  kömək  etməkdən  maəda  mane  olur.  (Səslər:  Qəhr  olsunlar).  Denikinə 

qarşı həmrəy olduğu halda, iş bolşevizmiyə gələndə pək başqa surətdə davranırlar. 

Rica  edirəm,  hökumətin  yardımlara  ehtiyacı  vardır.  Əgər,  biz  öz  istiqlalımız 

uğrunda əl-ələ verər, ittifaqla hərəkət edərsək, məqsədimizə nail olarıq. Onun üçün 

mən  bir  dəfə  də  təkrar  edirəm  ki,  hökumətin  sizin  yardımınıza  ehtiyacı  vardır. 

Güman  edirəm  bunu  əsirgəməzsiniz.  Ələlxüsus  moralnı  yardımınıza  ehtiyacı 

vardır.  Məmləkətimiz  əleyhinə  gələ  biləcək  təhlükələrə  qarşı,  bu  təhlükə  istər 




49 

 

sağdan  olsun,  istərsə  də  soldan  olsun,  xarici  düşmənlərdən  müdafiə  etmək  üçün 



sizdən kömək gözləyirəm. (Alqış). 

Sədr  -  Rəisi-Vükəlanın  verdiyi  izahat  barəsində  danışan  yoxsa  iktifa 

olunsun. Əhməd bəy, buyurun. 

Əhməd  Cövdət  -  Əfəndilər!..  Əvvəla  sözümü  başlayanda mən  dedim  ki, 

bu  sualdan  məqsədimiz  hökumətin  əhvali-hazirə  haqqında  fikrini  bilmək  və 

cəmaətə onu bildirmək, lazımi məlumat verməkdir. İkinci, böylə nazik bir vaxtda 

üzərimizə  gələcək  təhlükələrə  qarşı hökumət nə  kimi  tədbirlər  görmüşdür.  Rəisi-

Vükəla cənabları bu saat söylədilər. Sual verən firqə bu sualı izaha döndərdiyindən 

nəinki məlumat almaq idi, bəlkə məqsədləri bu idi ki, burada təfsilat olsun. Bizim 

əlimizdə  olan  sual  ümumi  sorğudur.  Əvvəl  onu  biz  sual  surətilə  verdik. 

Məqsədimiz  ancaq  hökumətdən  məlumat  eşitmək  idi.  Görək  hökumət  vüqum 

mürəccəhi  olan  təhlükələrə  qarşı  lazım  olan  tədbirləri  görmüşdür,  ya  yox.  Lakin 

burada biz o ki lazımdır eşitdiyimizdən, bizdə bir narahatlıq qaldı. Biz öylə zənn 

etdik  ki,  görünür  hökumət  lazım  olan  tədbirləri  görmədiyindən  bizə  cavab  verə 

bilmədi  və  onun  üçün  biz  özümüzü  haqlı  [sayırıq],  sualımızı  sorğu  halında 

parlamana  vəz  edək.  İkinci,  heç  vaxt  istihzadan  məqsəd  yalnız  məlumat  almaq 

deyil, bununla görülmüş tədbirlərin nə qədər kafi olduğunu tənqid etməkdir ki, ona 

da bizim haqqımız vardır. Onu rəisi-Vükəla cənabları nəzərə almadılar. Nəsib bəy 

cənabları  buyurdular  ki,  biz  bu  sualların  hamısına  cavab  verə  bilmərik.  Bunların 

içərisində  bizim  bəzi  dövləti  sirrlərimiz  və  hərbi  işlərimiz  var.  Biz  bunları 

düşmənlərimizə  bildirə  bilmərik.  Mən  zənn  etmirəm  ki,  Məslisi-Məbusan 

içərisində  öylə  adam  olsun  ki,  bizim  düşmənlərimizə  kömək  eyləsin.  Bununla 

bərabər bəzi şeylər var ki, onlar gərək söylənməsin. Bunları söyləməyə hökumətin 

də  ixtiyarı  yoxdur.  Fəqət,  bəzi  şeylər  var  ki,  hökumət  onları  bildirə  bilər.  Açıq 

məclisdə  olmasa  da,  bağlı  məclisdə  mümkündür.  Hərçəndi  Nəsib  bəy  cənabları 

söylədilər  ki,  verilən  suallara  mən  cavab  verə  bilmərəm.  Lakin  ümumiyyət  ilə 

onlara cavab verildi. Lakin kafi dərəcədə olmadı. Nəsib bəy cənabları iqrar etdilər 

ki,  pək  ziyadəsilə  nazik  vaxt  keçiririk.  Və,  öz  qüvvəmizə  istinad  edirik  və  neçə 

gündür ki, tam mənasilə müstəqil olmuşuq. Əlbəttə, ingilislərin buradan getməsilə 

bizi  öz  halımıza  buraxmaları  məsələsi  Məslisi-Məbusana  bu  surətdə  yetirmək 

nəinki  bizim  istiqlaliyyətə  layiq  olduğumuzdan  irəli  gəlmişdir,  bəlkə  Avropanın 

daxili  işləri  buna  səbəbiyyət  vermişdir.  Nəsib  bəy  cənabları  bunu  buraya  nisbət 

verdi.  Lakin  bu  deyildir.  Ayrı-ayrı  sorğularımıza  cavab  gələndə  ərz  etmək 

istəyirəm ki, əvvəl demokrasyon xəttini Petrovskinin altından çəkmişdilər, sonra o 

xətti  dəyişib  samur  çayına  qədər  gotürdülər.  Söylədilər  ki, Azərbaycanın  o  qədər 

qüvvəsi ola bilməzdi ki, Dərbəndi işğal eyləyə idi. Məqsədimiz bu deyildi. Bizim 

məqsədimiz  odur  ki,  hökumət  bu  xəttə  razı  olmaqda,  məəttəəssüf  doğru  siyasət 

işlətmədi.  O,  öz  əlində  olan  tədbirlərə  müraciət  etmədi.  Həmin  xətt  göstəriləndə 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə