Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə18/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   14   15   16   17   18   19   20   21   ...   334

41 

 

izahat  verilsin.  Halbuki  izahat  verilməmişdir.  Biz  Rica  edəridik  əvvəla  izahat 



verilsin, sonra maddəbəmaddə oxunsun. 

Sədr - Etiraz yoxdur ki, söz maliyyə nazirinindir. 

Maliyyə naziri Əliağa Həsənov - Dövlət bankı barəsində olmuş və olacaq 

bil-cümlə etirazlara cavab verməyə hazıram. Əvvəla, etiraz böylə olur ki, açılacaq 

bankın  qıraq  sözləri  var.  Namə'ölum  əhvalatları,  intriqaları  var.  Halbuki,  bu 

xüsusda qaranlıq və qapalı bir şey yoxdur. Bank təşkili xüsusunda qəbul etdiyimiz 

nizamnamə  sənədlərdən  biri  böyük  Rusiya  daxilindəki,  banklarda  işlənən 

nizamnamələrdən alınmışdır. Biz bunu qəbul edirik. Bank bir müəssisədir ki, onda 

qaranlıq olmaz, doğrudur, ticarət işlərində bir çox təsadüfü ziyanlar olur. Fəqət, bu 

məsələlər banklara məxsus deyildir. Şimdiyə qədər Rusiyada minlərcə bank olduğu 

halda böylə bir şey olmamışdır. Ya xüsusi bizim açmaq istədiyimiz bank hökumət 

bankıdır  ki,  böylə  intriqalara  qətiyyən  meydan  verilməz.  Bəli,  xüsusi  banklarda 

münafiqlər ola bilər və  yəni bizim açdığımız banka şəxsi bir mənfəət üçün deyil 

ümum  cəmaətə  xeyir  və  mənfəəti  üçün  açılır.  Cəmaətimizin  əksəriyyəti 

demokratiya sinfinə mənsubdur. Dövlətli qismləri azdır və bir iki prosentdən artıq 

deyildir.  Bu  bank  ən  ziyadə  demokratiya  əsasları  üzərinə  qurulan  və 

demokratiyanın  mənfəətdar  olması  üçün  açılır.  Bankdan  ehtiyacı  olan  kimsələr 

istifadə  edəcək  və  dövlətlilər  heç  bir  şey  qazanmayacaqlar.  Və  yenə  hökümət 

bankının  açılması  ilə  digər  banklarda  zühur  edə  bilmək,  olan  fənalıqların  onünü 

alıb,  adətən  kontrol  vəzifəsini  ifa  edə  biləcəkdir.  Və  yenə  bankın  açılmasilə  də 

prosent miqdarı azalacaqdır. Pək böyük sui-istemallara meydan verən yüzdə 10, 12 

prosent alan mənfəətdarların da işləri olmayacaq. İntriqaları pozulacaq. Və, əlhasil 

bankda dövlətlilərdən ziyadə cəmaət istifadə edəcəkdir. 

Bir millət və dövlətin tərəqqi və təalisi isə maliyyə işlərini yola qoymasına 

bakayız.  Əgər  maliyyə  işlərimizi  yoluna  qoymazsaq,  digər  hərbi  və  maarif  kimi 

işlərimiz  qabağa  getməz,  çünkü  ona  bağlıdır.  Binaən-ileyh  biz  əvvəla  maliyyə 

işlərimizi  layiqilə  aparmamız  lazımdır.  Və  yenə  mühüm  olan  məsələ  ərzaq 

məsələsidir. Bunu ucuzlatmaq və ərzağı cəm stmək, hazır etmək lazımdır. Əgər bu 

ərzaq  işləri  möhtəkirlərin  əlində  qalarsa  millətin  fəqir  sinfinin  işi  pisləşəcək 

hökumətin işləri xarab olacaqdır. Pək çox şəxslər vardır ki, mallarını gizlədib bir az 

sonra çox baha fiyətə satırlar. Hərgah böylə bir bank olsa ki, o biri banklara nəzarət 

eyləsin, o banklar o cür malları cəm edib, saxlaya bilməz və onlar ki, onlar gərək 

cəmaətin ehtiyacına sərf olunsun. İndi sizə məlumdur ki, banklar keçmiş vıkladları, 

vermirlər. Halbuki, onlarda lazım olan qədər pul var. O pul ilə onlar, əz borclarını 

verməyib  gələn  mallara  girov  verirlər.  Bununla  da  malları  ucuz  satmayıb  tacirlər 

banklara  qoyurlar,  sonra  xırda-xırda  çıxarıb  satırlar.  Banklar  bu  kimi  işlər  ilə 

məşğul  olub  xalqın  borcunu  vermirlər.  Deyirlər  ki,  bu  köhnə  əhvalatdır.  Xalqı 

cürbəcür dolaşıq işlərə salırlar. Amma bu dövlət əlində olsa, onun əvvəlinci borcu 




42 

 

olacaq, köhnə borcları versin. Hansılar ki, cəmaət onları — banklara qoyub, özləri 



üçün zəxirə etmişlərdi. Əlbətki bunlar da birdən verilməyib, tədrislə veriləcəkdir. 

Demək  bu  bankın  hər  cəhətdən  faydası  aşkardır.  Sabiqdə  bankların  üstündə  rus 

dövlət bankının Bakı şöbəsi dururdu. İndi bu bankın lüzumu daha artıqdır. Halbuki, 

bu bank da öz mənasını və əhəmiyyətini itiribdir. Sizə məlumdur ki, indi öylə bir 

bank yoxdur ümumi bankları idarə etsin. Hazırda bu işi görsək öylə bir müəssisə 

yoxdur. Bizim açacağımız bank isə bu vəzifəni görəcək. 

Sonra bu bankın keçmiş dövlət bankilə rabitəsindən bəhs etmişdilər. Bunu 

sizə ərz etməliyəm ki, bu bankın köhnə bank ilə əlaqəsi yoxdur və olmayacaqdır. O 

bir bankdır, qalıb öz yerində. Borcu var, yoxdur işimiz deyil. Bu bank isə yeni əsas 

üzrə sizə təqdim edilən nizamnaməyə müvafiq bir surətdə açılacaq. Bu bankın əsas 

sərmayəsi əlli milyon manat olacaq. İyirmi milyon manat da ehtiyac sərmayəsidir. 

Köhnə  bankın nə  borcunu  öhdəsinə  götürəcək, nə  də  onun  alacağından  mənfəət-

bərdar olacaqdır. Böylə ki, bu bankın köhnə banklar ilə heç bir əlaqəsi yoxdur. Bir 

də buyurdular ki, sberqatelni kassa var. O barədə danışdılar. Bunlar da iki qismdir. 

Birisi burada sentralni sberqatelni kassalardır. Onlar kaznaçeystvalardadır. On iki 

kaznaçeystvoda  on  iki  mərkəzi  kassamız  vardır.  2-ci  qism  posta  idarələrindədir. 

Onlar  da  35  dənədir.  Hökumətin  iznilə  bunları  açmışıq  və  təcili  olduğundan  işə 

başlamışlar.  Bu  barədə  tazə  nizamnamə  yazılıb  məclisə  pişnihad  olub.  Köhnə 

kassaların ki, borcları 12 milyon idi, onları da qəbul etmişik. Hər nə qədər bizim 

keçmiş kassalar ilə əlaqəmiz yoxsa da işin yaxşı keçməsi üçün bu 12 milyon borcu 

qəbul  etmişik.  Zahirdə  12 milyondur.  Güman  var ki,  bu  pulun  yarsını almasınlar. 

Mərkəzi kassaların borcu isə əlli milyondur. Hökümət bankı onları açsın. Lakin o 

zaman  Tomson  q-sudarstvenni  bankı  açanda  elan  etmişdi  ki,  mərkəzi  kassalar 

açılacaq,  sonra  dəfəat  ilə  bizə  təklif  etdilər  ki,  onları  açaq.  Biz  isə  cavabında 

deyirdik ki, hərgah mərkəzi kassaları açmaqla əlli milyon zərər edəcəyiksə də bank 

əlimizdə olduğundan faidəmiz də olacaqdır. O vaxt köhnə borcları da gərək verə 

idik. Bu borcları verməklə xalq arasında etibar da qazanarıq. Bu mərkəzi kassalar 

sabiqdə Rusiya dövlət bankı ilə əlaqədar idi. Bizim vəkilimiz bankın bizə verilməsi 

barəsində  ingilislər  ilə  bir  çox  danışıqdada  oldu.  Axır  vaxta  kimi  arada  razılıq 

olmadı. Çünkü biz deyirdik bank kimin ixtiyarında olarsa mərkəzi kassaları da o 

açar.  İngilislər  mərkəzi  kassaları  açıb  düzəltmək  istədilər.  Bu  barədə  adam 

çağırdılar, qulluqçular tutdular, elanları da var idi. Lakin işlər bir təhər olduğu üçün 

açmadılar.  O ki,  qaldı xəzinələr, hökumət  müfəttişi  və  mərkəzi  kassalar  bank  ilə 

bağlıdır. Bunların hamısı hökümət ixtiyarındadır. Kaznaçeystvoya bağlı olan işlər 

haqqında  kənar  adamlar  ilə  danışmaq  olmayırdı.  Çünki  ingilislər  deyirdilər  ki, 

bunlar hamısı sizin əlinizdədir. Bir mərkəz tapılmayırdı ki, köhnə borcları versin. 

Budur ki, hökumət öz üstünə götürdü. Hərgah lazım olsa kassalar açılsın və borclar 

da  verilsin.  Ayrı  məsələ  bilmirəm.  Bu  cəhətə  ki,  bu  qanunun  heç  bir  keçmiş 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə