Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə15/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   11   12   13   14   15   16   17   18   ...   334

34 

 

qapılarını  bağlamış  oluruq.  Üzünə  bağlı  olmaz.  Gərək  orada  iştirak  eyləsin.  O 



müəllimlər  ki,  qüvvəsi  var  oxuya  bilər,  getsin  oxusun.  Təklif  edirəm  ki,  könüllü 

tələbələr  ki,  olacaq  onlar  oxusunlar.  Ola  bilər  ki,  edadini  qurtarıb,  ya 

darülmüəllimin  qurtarıb,  ya  qurtarmayıb,  ancaq  istedadı  və  qüvvəsi  var.  Gərək 

könüllü  formasında  qəbul  olunsun  ki,  gedib  oxusun.  Bir  də  darülfünun  gərək 

məccanı olsun hər kəs oxusun. 

Sədr - Daha danışan yoxdur bu barədə. Söz Rza bəy Ağabəyovundur. 

Ağabəyov  ("Müsavat")  -  Təklif  olundu  ki,  universitetə  əlində  ədadi 

məktəblərin attestatı olmayanların da daxil olmağa ixtiyarı olsun. Dəlildə budur ki, 

öylə  ittifaqlar  olub  ki,  bəziləri  məktəbi  qurtarmayıb,  ona  görə  ki,  rus  dili 

bilməyiblər.  4-cü,  5-ci,  6-cı  sinifdən  çıxıblar.  Demək  istəyirəm  ki,  böylə  şeylər 

olur. Doğrudan da aramızda bəy sinifi deyirdilər. 

Onların çıxmasına səbəb bir tək rus dili bilmək deyildir. Onlarda nə qədər 

cürət,  nə  qədər  mətanət,  nə  də  səyi  bilik  var  idi.  Bilmirdilər,  çıxırdılar.  Natiqin 

məntiqi  isə  belədir  ki,  gərək  bu  cür  adamları  qoyaq  darülfünunda  iştirak  eyləsin. 

Nəzərlərinizi ona cəlb edirəm ki, bu darülfünun ki açılır, bu darülfünun özü çətin 

və  pis  bir  halda  açılır.  Gələn  professorlar  nevə  olacaq.  Yaxşımı  olacaq,  pismi 

olacaq  bu  boyük  məsələdir.  Buna  ümidimiz  azdır.  Əgər  professor  yaxşı  olmasa, 

yarımçıq  tələbələr  də  gəlsə  oradan  çıxanlar  nə  olacaq.  Təbibmi  olacaq  ya  nə 

olacaq.  Darülfünuna  gələnlərin  əlində  kağızları  olmalıdır.  Yoxsa  hər  kəs  3  sinif 

qurtarıbsa ora buraxsanız onda narodna universitet açın, hər kəs həlsin oxusun. 

Sədr - Natiqlər var. Təkrar rica edirəm danışmayasınız. 

Səslər - Tənəffüs edin. 

Sədr - Tənəffüs olacaq. Sonra olacaq. Söz Əhməd Cövdətindir. 

Əhməd  Cövdət  -  Mən  Ağabəyov  cənablarının  danışığına  razı  ola 

bilmərəm.  Doğrudur,  bizim  məktəblərdə  bir  çoxları  istedadlı  olmadığından 

çıxardılar.  Lakin  bütün  tələbələrə  darülmüəlliminin  axırıncı  sinfindən  çıxanların 

hamısına  istedadsız  demək  olmaz.  O  yoldaşlar  ki,  çıxıblar,  öylələri  vardır  ki, 

özünün  istedadsızlığından  deyil,  ailəsi  səbəbi,  ya  başqa  təsadüfü  səbəblərdən 

dolayi  çıxmışlar.  Madam  ki,  darülfünun  öylə  vaxtda  açılır  ki,  tələbəmiz  az, 

ehtiyacımız  çox,  qeyri  darülfünunlar  açılanda  bir  təshilat  olursa,  eybi  yoxdur. 

Tələbələrdən  ötəri  bu  təshilat  xeyir  verir.  O  şəxslər  ki,  gimnaziyanın  6-cı 

klasından, 7-ci klasından çıxıb, ya darülmüəllimindən çıxıb, onları məcbur eləmək 

olar ki, onlar o vaxta qədər orta məktəb proqramından imtahan versinlər. Böylə bir 

qeyd  qoyarsaq  yaxşı  olar.  Biz  tüzemnilər  xüsusən  bitirəmirlər  və  rus  dilindən 

axsıyırlar. Əgər universitetin qapısını qurtarmamış tələbələrdən ötəri açarsaq tələbə 

çox olar, həm hökumət, həm xalq mənfəət görər. 

Sədr - Söz Qara bəy Qarabəylinindir. 



35 

 

Qarabəyli  -  Bu  ustav  başdan  ayağa  görünür  haman  o  qanuna  tabedir  ki, 



indiyə  [qədər]  əhalinin  böyük  dairəsinin  üzünə  darülfünun  qapısını  bağlıyırdı. 

Çünkü indiyə  qədər  edadını qurtarmayanlar  darülfünuna  buraxılmırdılar.  Qıraqda 

öylə  adamlar  qalır  ki,  öz  istedadı  ilə  şəhadətnamə  sahiblərindən  daha  artıq 

darülfünuna  girməyə  layiq  idilər.  İndi  ki,  darülfünun  açırıq  keçmiş  istibdad 

qanunları  kimi  deyil  darülfünun  qapısı  gərək  o  adamların  üzünə  açıq  olsun  ki 

özündə  istedad  olduğunu  bilir  və  orada  dərsləri  oxuyub  anlayacağam  və 

müəllimləri  özümlə  götürüb  xidmət  edə  biləsəyəm  deyir.  Böylə  adamlar  çoxdur. 

Gimnaziyada  bir  az  latın  dili  nəyə  lazım?  Öyrənib  girə  bilərsə,  gimnaziyada 

oxumayıb  özünü hazırlayan  və layiq  adamlar  ki,  darülfünundan artıq  müəssisədə 

oxuya bilər, nədən onların üzünə darülfünunu bağlayaq? Bir kiçik imtahan qoymaq 

olar  ki,  bir  para  hazırlıqdan  sonra  latın  dili  və  qeyriləri  bir-iki  aya  öyrənir.  Bu 

böyülə  qəbul  olunsun.  Bu  maddəni  böylə  dəyişmək  lazımdır.  Bu  adamlar  tazə 

qayda  ilə  darülfünuna  qəbul  edilsinlər.  Orada  ki,  elmləri  eyisə  öyrəndikdən  sonra 

kəndiləri  üçün  götürdükdən  sonra  faydalı  adamlar  ola  bilərlər.  Burada  böylə  bir 

təshih  lazımdır.  Tainki  köhnə  maddəyə  oxşamasın.  Böylə  olsa  darülfünunda 

oxumağa  çox  adamlar  tapılar.  Müsəlmanlar  arasında  oxumuşlar  vardır.  Daxil 

olmaq istəyənləri qəbul edin. Təshihi indi yazıb verəcəyəm. 

Sədr - Söz parlaman üzvü Malxazyanındır. 

Malxazyan - (Rusca). 

Sədr  -  Rica  edirəm  danışmayasınız.  Bu  xüsusda  danışmaq  istəyənlər 

Mehdi  bəy  Hacınski,  Ağabəyov,  Qarayev,  Əhməd  bəy.  Mən  təklif  edirəm  ki,  bu 

məsələ  Malxazovun  dediyi  kimi  gətürülsün,  yoxsa  gotürülməyib  qalsın.  İndi 

Malxazyanın təklifini səsə qoyuram. Darülfünuna könüllü dəvam dəvam edəcəkləri 

haqqında  Malxazyanın  fikrini  qəbul  edənlər  Rica  edirəm  əllərini  qaldırsın.  Kim 

əleyhinədir?  (Əllər  qalxır).  29  lehinə,  11  əleyhinə,  səs  verməyən  yoxdur. 

Əksəriyyətlə bu təklif qəbul olunur. 

Əhməd Pepinov - Müsaidə edərmisiniz. 

Sədr - Əhməd bəy, buyurunuz. 

Əhməd  bəy  Pepinov  -  Bu  saat  Sədr  cənabları  Malxazyan  əfəndinin 

təklifini  səsə  qoydular  ki  bu  maddə  götürülsün,  yoxsa  qəbul  edilsin.  Mən  Rica 

edirəm ki, bu qərarların əleyhinə, lehinə danışmaq istəyənlər var, söz verilsin. 

Sədr  -  Şu  şəkildə  danışan  olmadığından,  doqquzuncu  maddəni  səsə 

qoyuram. 

Əhməd bəy Pepinov - Mən danışacağam, müsaidə ediniz. 

Sədr  -  Əsasən,  məsələ  barəsində  danışılır.  Mən  lehinə,  əleyhinə  danışığı 

səsə qoydum. Yalnız Malxazyan cənablarının təklifini səsə qoyuram. 

Əhməd  bəy  Pepinov  -  Madam  ki,  hal-hazirə  nəzərə  alınır,  o  surətlə 

darülfünun təşkil edilir, o halda meyilləri olub da edadi təhsilini bir takım səbəblər 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə